Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1147/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh10 MMC, cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2, cavabdeh8 Ağarza qızı və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: lizinq müqaviləsi üzrə borcun tutulması, dəbbə pulu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh10 MMC, cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2, cavabdeh8 Ağarza qızı və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh cavabdeh10 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Lizinq verən “xxxx” MMC və lizinq alan cavabdeh10 MMC arasında (bundan sonra – Lizinq alan) ***-**-**** nömrəli ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №A-da (spesifikasiya) göstərilir; 2.2-ci bəndinə əsasən Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №C-yə (“Lizinq ödənişləri qrafiki”) müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür; 2.3-cü bəndinə əsasən lizinqin müddəti bitdikdən va lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra, Lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə, Lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə gotürtür. 3.1-ci bəndinə əsasən Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanır. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinq obyekti 36 ay müddətinə lizinqə verilir; 6.2-bəndinə görə lizinq obyektinin alış qiyməti, ƏDV daxil 276120 manatdır; 7.1-ci bəndinə görə lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən butün ləvazimat va sənədlərin Satıcı tərəfindən Lizinq verənə va Lizinq alana təhvil-təslimi alqt-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə va şərtlərlə hayata keçirilir; 7.2-ci bəndinə görə lizinq obyektinin təhvil-təslimi qabul protokolu (Əlavə №B) ilə rəsmiləşdirilir. Təhvil-təslim zamanı Lizinq alan lizinq obyektinin təhvilindən imtina edərsə, Lizinq alan tərəfindən Lizinq verənin hesabına faktiki ödənilmiş ilkin ödəniş, lizinq ödənisləri və (və ya) digər pul öhdəlikləri ilə bağlı ödənislər geri qaytarılmır; 7.3-cü bəndinə görə lizinq obyektinin Lizinq verənin adına müvafiq dövlət orqanında qeydiyyatdan keçdiyi andan lizinq obyektinə sərəncam hüququ lizinq verənə, qəbul protokolu imzalandığı andan sahiblik va istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayrır; 7.4-cü bəndinə lizinq obyektinin Lizinq verənin adına müvafiq dövlət orqanrnda qeydiyyatdan keçdiyi andan lizinq obyektinə sarancam hüququ Lizinq verənə, qəbul protokolu imzalandığı andan sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır; 9.1-ci bəndinə əsasən lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müddüt ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; 9.8-ci bəndinə görə əgər sığorta müqaviləsinin müddəti keçibsə, Lizinq alanın öhdəlikləri isə Lizinq verənin qarşısında tam icra olunmayıbsa, Lizinq alan ödəliklərinin tam icrasına qədər lizinq obyektinin sığorta müqavilələrini bağlamalıdır. Lizinq alan lizinq obyektini sığortalamadığı halda, o cümlədən ödənişi möhlətlə ödəyərkən sığorta haqqının ödənilməsini gecikdiribsə, Lizinq verən müstəqil olaraq sığortalıya sığorta haqqının ödənilməsini hayata keçirə bilər və ödənilmiş məbləgi Lizinq alandan tələb edə bilər, Lizinq alan isə Lizinq verənin birinci tələbi ilə onu ödəməlidir. 11.1-ci bəndinə görə Lizinq alan lizinq obyektinə faktiki sahiblik va istifadəsindən asılı olmayaraq, bu Müqavilənin bütün müddəti ərzində Lizinq verənə Əlavə №C ("Lizinq ödənişlərinin qrafiki") ilə müəyyən edilmiş dövrlüklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür; 11.2-ci bəndinə görə tərəflər razılaşırlar ki, Müqavilənin valyutası Azarbaycan Respublikasının milli valyutası olan manatdır. Lizinq ödənişlərinin qrafikində (Əlavə №C) ödənişlər manatla ifadə olunacaqdır. Lizinq ödənişlərinin qrafiki (Əlavə №C) lizinq obyekti Lizinq alana tlhvil veriləndən sonra təqdim ediləcək; 11.3-cü bəndinə görə Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 %-lə hesablanacaqdır; 13.1.1-ci bəndinə görə bu Müqavilə imzalandığı gündən 3 gün ərzində Lizinq alan Lizinq verənin hesablaşma hesabına ilkin ödəniş məbləği 82 836 manat və bu müqavilə üzrə 2 080 manat lizinq əməliyyatları xidməti haqqı ödəməlidir.
2. Tərəflər arasında bağlanılmış ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin A №-li Əlavəsinə əsasən lizinq obyekti hər birinin qiyməti 138 060 manat olmaqla, cəmi 276 120 manat dəyərində, 2023-cü il istehsalı olan 2 ədəd “XCMG” narkalı G12V avtobetonqarışdıran yük avtomobilidir.
3. Həmçinin, ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin B №-li Əlavəsinə əsasən hər iki avtomobil ##.##.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, *** saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir.
4. ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin C №-li Əlavəsi lizinq ödənişlərinin qrafikini nəzərdə tutur və həmin ödəniş qrafikinə əsasən lizinq obyektinin dəyəri 276 120 manat, ilkin ödəniş 82 836 manat, lizinq məbləği 193 284 manat və müddəti 36 ay (##.##.2024 – ##.##.2027) olmaqla, aylıq ödənişin 7184 manat (sonuncu ay 7141 manat) olması müəyyən edilmişdir.
5. Eyni zamanda, iddiaçı ilə zaminlər – cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2 və cavabdeh8 Ağarza qızı arasında ##.##.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə görə bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun, vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
6. Sonradan iddiaçı ilə Lizinq alan arasında ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmada göstərilir ki: Müqavilənin 3-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanr. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinqin müddəti 36 ay təşkil edir; Müqavilənin 6-cı bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinin alış qiyməti, ƏDV daxil 117500 manatdır; Müqavilənin 9-cu bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müdət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; Müqavilənin 11-ci bəndinə aşağıdakı məzmunda bəndlər əlavə edilsin: Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % ilə hesablanacaqdır; lizinq ödənişlərinin alınması üçün Lizinq verən tərəfindən göndərilən elektron qaimələr Lizinq alan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq eilməlidir. Lizinq alan bu təsdiqi etməzsə, Lizinq verənin bu müqaviləni birtərəfli qaydada xitam vermək hüququ vardır; Müqavilənin 13-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşma imzalandığı gündən Lizinq alan Lizinq verənin hesblaşma hesabına ilkin ödəniş olaraq 35 250 manat və bu Razılaşma üzrə 903 manat lizinq əməliyyatlrı xidməti haqqı ödəməli və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması üçün bu Razılaşmanın Əlacə C-də qeyd edilmiş qaydada və məbləğdə sığorta haqqı ödəməlidir. Bu Müqavilənin A nömrəli Əlavəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin: lizinq obyekti 2024-cü il istehsalı olan “SDLG” markalı L956H birçalovlu təkərli yükləyicidir. ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmanın B №-li Əlavəsinə əsasən lizinq obyekti olan nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, ***-** saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir. ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmanın lizinq ödənişlərinin qrafiki adlanan C №-li Əlavəsinə əsasən lizinq obyektinin dəyəri 117 500 manat, ilkin ödəniş 35 250 manat, lizinq məbləği 82 250 manat, müddəti 36 ay (##.##.2024 – ##.##.2027) olmaqla, aylıq ödənişi 3057 manat (sonuncu ay 3043 manat) göstərilmişdir.
7. Eyni zamanda, iddiaçı ilə cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2 və cavabdeh8 Ağarza qızı arasında ##.##.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə bu bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərin yerinə yetirilməsini təmin edir.
8. Sonradan, yenə də iddiaçı ilə Lizinq alan arasında ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmada qeyd edilir: Müqavilənin 3-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanr. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinqin müddəti 36 ay təşkil edir; Müqavilənin 6-cı bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinin alış qiyməti, ƏDV daxil 448400 manatdır; Müqavilənin 9-cu bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müdət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır, Müqavilənin 11-ci bəndinə aşağıdakı məzmunda bəndlər əlavə edilsin: Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % ilə hesablanacaqdır; lizinq ödənişlərinin alınması üçün Lizinq verən tərəfindən göndərilən elektron qaimələr Lizinq alan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq eilməlidir. Lizinq alan bu təsdiqi etməzsə, Lizinq verənin bu müqaviləni birtərəfli qaydada xitam vermək hüququ vardır; Müqavilənin 13-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşma imzalandığı gündən 3 gün ərzində Lizinq alan Lizinq verənin hesblaşma hesabına ilkin ödəniş olaraq 134 520 manat və bu Razılaşma üzrə 3253 manat lizinq əməliyyatlrı xidməti haqqı ödəməli və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması üçün bu Razılaşmanın Əlavə C-də qeyd edilmiş qaydada və məbləğdə sığorta haqqı ödəməlidir; Bu Müqavilənin A nömrəli Əlavəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin: lizinq obyekti 1 ədəd 2024-cü il istehsalı olan “SANY” markalı SYG5341THB 470C-10 (dizel) avtobetonvurandır. ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmanın B №-li Əlavəsinə əsasən lizinq obyekti olan xüsusi təyinatlı texnika (avtobetonvuran) ##.##.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, ***-** saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir. ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmanın lizinq ödənişlərinin qrafiki adlanan C №-li Əlavəsinə əsasən lizinq obyektinin dəyəri 448 400 manat, ilkin ödəniş 134 520 manat, lizinq məbləği 313 880 manat, müddəti 36 ay (##.##.2024 – ##.##.2027) olmaqla, aylıq ödənişi 11665 manat (sonuncu ay 11669 manat) müəyyən edilmişdir.
9. Eyni zamanda, iddiaçı ilə cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2 və cavabdeh8 Ağarza qızı arasında ##.##.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə bu müqavilə üzrə zaminlik, Lizinq alan tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun, vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
10. Sonuncu dəfə iddiaçı ilə Lizinq alan arasında ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmada qeyd edilir ki: Müqavilənin 3-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: Lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin ıizinq alana təhvil verildiyi andan hesablanr. Lizinq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir. Lizinqin müddəti 36 ay təşkil edir; Müqavilənin 6-cı bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinin alış qiyməti, ƏDV daxil 132160 manatdır; Müqavilənin 9-cu bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müdət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır; Müqavilənin 11-ci bəndinə aşağıdakı məzmunda bəndlər əlavə edilsin: Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % ilə hesablanacaqdır; lizinq ödənişlərinin alınması üçün Lizinq verən tərəfindən göndərilən elektron qaimələr Lizinq alan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq eilməlidir. Lizinq alan bu təsdiqi etməzsə, Lizinq verənin bu müqaviləni birtərəfli qaydada xitam vermək hüququ vardır; Müqavilənin 13-cü bəndinə aşağıdakı məzmunda bənd əlavə edilsin: bu Razılaşma imzalandığı gündən 3 gün ərzində Lizinq alan Lizinq verənin hesblaşma hesabına ilkin ödəniş olaraq 39 669 manat və bu Razılaşma üzrə 960 manat lizinq əməliyyatlrı xidməti haqqı ödəməli və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması üçün bu Razılaşmanın Əlacə C-də qeyd edilmiş qaydada və məbləğdə sığorta haqqı ödəməlidir; Bu Müqavilənin A nömrəli Əlavəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin: lizinq obyekti 1 ədəd 2024-cü il istehsalı olan “Sany Concrete truc mixer” markalı SY412C8 (V) avtobetonqarışdıran yük avtomobilidir. ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmanın B №-li Əlavəsinə əsasən lizinq obyekti olan nəqliyyat vasitəsi (avtobetonqarışdıran yük avtomobili) ##.##.2024-cü il tarixdə Lizinq alana təhvil verilmiş, bu barədə həm iddiaçının, həm də Lizinq alanın imzası və möhürü ilə təsdiq edilməklə, ***-** saylı lizinq obyetinin qəbulu protokolu tərtib edilmişdir. ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmanın lizinq ödənişlərinin qrafiki adlanan C №-li Əlavəsinə əsasən lizinq obyektinin dəyəri 132 160 manat, ilkin ödəniş 39 660 manat, lizinq məbləği 92 500 manat, müddəti 36 ay (##.##.2024 – ##.##.2027) olmaqla, aylıq ödənişi 3438 manat (sonuncu ay 3420 manat) qeyd edilmişdir.
11. Eyni zamanda, iddiaçı ilə cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2 və cavabdeh8 Ağarza qızı arasında ##.##.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə bu bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənitməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərin yerinə yetirilməsini təmin edir.
12. Bundan başqa, iddiaçı ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini ##.##.2024-cü il tarixli, ***-**-**** saylı Daxili maliyyə lizinqi müqaviləsi və ona əlavə edilmiş ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı, ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı, ##.##.2024-cü il tarixli, ***-**-****-** saylı Razılaşmalar Həmin müqavilələrin 3.1-ci bəndinə görə bu bu müqavilə üzrə zaminlik, "Lizinq alan" tərəfindən Lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müayyən edilmiş qayda və müddət ərzində ödənitməsi; lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməsi; lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərin yerinə yetirilməsini təmin edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. Iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 83387,02 manat əsas, 19893,86 manat faiz, 4635 manat sığorta haqqı, 1352,12 manat cərimə, 399,27 manat dövlət rüsumu olmaqla, cəmi 109 268 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması, lizinq obyekti olan ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXN44PN25563O, mühərrik 6423K009737), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobilinin, ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXNA6PN255631, mühərrik: 6423K009736), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobilinin, 11 0FC 850 dövlət qeydiyyat nişanlı (Şassi: VLGL956HEP062O289, mühərrik: 1223S011866), SDLG 1956H birçalovlu təkərli yükləyicinin, ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LFCDLE8PTP1071922, mühərrik: D112107081), SANY SYG5341THB 470C-10 xüsusi təyinatlı beton nasosun və ** JF *** (Şassi: LFCDKE6PXR1042780, mühərrik: P1 1CWCP53399), Sany Concrete truck mixer SY412C-8(V) avtobetonqarışdıran yük avtomobilinin işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Lizinq alan arasında bağlanmış ##.##.2024 tarixli, LM№***-04-2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında ##.##.2024 tarixli, LM№***-04- ****-** saylı, ##.##.2024 tarixli LM№***-04-2024-02 saylı, ##.##.2024 tarixli LM№***- **-****-** saylı Razılaşmaya və bu müqavilələrə edilmiş əlavələrə əsasən lizinq obyektləri - **JE*** dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXN44PN25563O, mühərrik 6423K009737), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobili, **JE*** dövlət qeydiyyat nişanlı (Şassi: LZZl BXNA6PN255631, mühərrik: 6423K009736), XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yuk avtomobili, *** FC *** dövlət qeydiyyat nişanlı (Şassi: VLGL956HEP062O289, mühərrik: 1223S011866), SDLG 1956H birçalovlu təkərli yükləyici, ** JE *** dövlət qeydiyyat nişanlı (Şassi: LFCDLE8PTP 1071922, mühərrik: D112107081), SANY SYG5341THB 470C-10 xüsusi təyinatlı beton nasos və ** JF *** (Şassi: LFCDKE6PXR 1042780, mühərrik: P11CWCP53399), Sany Concrete truck mixer SY412C-8(V) avtobetonqarışdıran yük avtomobili 36 ay müddətinə cavabdeh10 MMC-yə maliyyə lizinqinə istifadəyə verilmişdir. Eyni zamanda lizinq alanın öhdəlikləri üzrə cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2, cavabdeh8 və cavabdeh1 arasında bağlanmış ##.##.2024 -cü il tarixli ZM№***- 04-2024 saylı, ##.##.2024 tarixli ZM№***- **-****-** saylı, ##.##.2024 tarixli ZM№***-04-2024- 02 saylı, ##.##.2024 tarixli ZM№***-**-****-** saylı və ##.##.2024 tarixli ZM№***-04-2024/A saylı zaminlik müqavilələri imzalanmışdır. Zaminlər lizinq alanın öhdəliklərinin tam icrasına görə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə iddiaçı qarşısında məsuliyyət daşıyır. Lizinq alan ödənişlərini vaxtında və tam həcmdə həyata keçirmir və yaranmış hal müqavilənin bəndinə əsasən iddiaçıya müqaviləni birtərəfli qaydada ləğv edərək əmlakları və əmlaklar qayıdan günə qədər icra olunmamış öhdəlik məbləğini lizinq alandan geri almaq hüququ verir. Müqavilə üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən Lizinq alana və Zaminə yazılı Pretenziya məktubu göndərilməklə onlara müqavilənin 4.1.1. bəndinə əsasən müqavilənin birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edildiyi bildirilmiş və mövcud borcun ödənilməsi və əmlakın qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş, bununla da nə əmlakı qaytarmış, nə də ödənişləri ödəməkdə davam etmişlər.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilərək pulun cavabdehlərdən müştərək qaydada tutulması və lizinq obyektlərinin saz vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmədiklərindən məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Lizinq müqavilələri üzrə iddia verilən tarixə lizinq ödənişləri əsas borc üzrə 83387,02 manat, faiz borcu üzrə 19893,86 manat, 4635 manat sığorta haqqı üzrə, 1352,12 manat cərimə olmaqla, cəmi 109268 (yüz doqquz min iki yüz altmış səkkiz manat) manat pul və ödənilmiş 399,27 (üç yüz doxsan doqquz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər cavabdeh10 MMC, cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2, X5 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi, **JE*** dövlət qeydiyyat nişanlı XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yük avtomobili (Şassi №: LZZ1BXNA4PN255630, mühərrik/seriya № ****K******), **JE*** dövlət qeydiyyat nişanlı XCMG G12V xüsusi təyinatlı avtobetonqarışdıran yük avtomobili (Şassi №: LZZ1BXNA6PN255631, mühərrik/seriya № ****K******), ***FC*** dövlət qeydiyyat nişanlı SDLG L956H birçalovlu təkərli yükləyici (Şassi №: VLGL956HEP0620289, mühərrik/seriya № ****S******), **JE*** dövlət qeydiyyat nişanlı SANYSYG5341THB 470C-10 xüsusi təyinatlı beton nasos (Şassi №: LFCDLE8P7P1071922, mühərrik/seriya № DL********), **JF*** dövlət qeydiyyat nişanlı Sany Concrete truck mixer SY412C-8(V) avtobetonqarışdıran yük avtomobilinin (Şassi №:LFCDKE6PXR1042780, mühərrik/seriya № P**CWCP*****) cavabdeh cavabdeh10 MMC tərəfindən “xxxx” QSC-yə işlək vəziyyətdə geri qaytarılması qət edilmişdir.
18. Məhkəmə tərəfindən qətnamə aşağıdakı kimi əsaslandırılmışdır:
Işdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə Lizinq alan (cavabdeh10 MMC) arasında ***-**-**** nömrəli ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, habelə həmin müqaviləyə əlavə Razılaşmalardan, habelə iddiaçı ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə iki və ya bir neçə şəxsin konkret hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin (öhdəliklərinin) müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Lizinq müqaviləsinin anlayışı verilmiş Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq verənin və lizinq alanın əsas hüquq və öhdəlikləri nəzrədə tutulmuşdur. Həmin müddəaya görə, lizinq verənin əsas öhdəliyi lizinq obyektini müqavilə şərtlərinə (müddət, haqq və s.) uyğun olaraq lizinq alanın istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə aldığı lizinq obyektindən istifadə haqqını müəyyənləşdirilmiş dövr ərzində lizinq verənə ödməkdən ibarətdir. Mülki Məcəllənin 747.1-ci maddəsinnin mənasından o da müəyyən edilir ki, lizinq verənin öhdəliyi lizinq müqaviləsinin bağlandığı andan, lizinq alanın öhdəliyi isə lizinq obyektinin ona təhvil verildiyi andan başlayır. Iddiaçı ilə Lizinq alan arasında bağlanmış ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, eləcə də həmin müqaviləyə əlavə olaraq sonradan bağlanılmış ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli Razılaşmalara əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Belə ki, ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ilə verilməli olan olan 2 ədəd - ** JE *** dövlət qeydiyyat nişanlı və ** JE *** dövlət qeydiyyat nişanlı “XCMG G12V” markalı xüsusi təyinatlı avto betonqarışdıran yuk avtomobilləri ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il trixli Razılaşma ilə verilməli olan *** FC *** dövlət qeydiyyat nişanlı “SDLG 1956H” markalı birçalovlu təkərli yükləyici ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixli Razılaşma ilə verilməli olan ** JE *** dövlət qeydiyyat nişanlı “SANY SYG5341THB 470C-10” markalı xüsusi təyinatlı avto betonvuran ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixli Razılaşma ilə verilməli ** JF *** “Sany Concrete truck mixer SY412C-8(V)” markalı avto betonqarışdıran yük avtomobili isə ##.##.2024-cü il tarixdə Lizinq alana təhvil verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lizinq alan lizinq müqaviləsi üzrə təhvil aldığı texnikalara görə aylıq liznq ödənişlərini vaxtında ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Lizinq alan arasında bağlanmış Daxili maliyyə lizinqi müqaviləsi və onun əsasında sonradan bağlanılmış Razılaşmalar əsasında Lizinq alan iddiaçıdan müqavilə və razılaşmalarda göstərilən lizinq obyektlərini alaraq onlardan istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilələrlə müəyyən edilmiş müddət və dövrlərlə lizinq haqqını ödəməklə bağlı öhdəlik də daşımışdır. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Liznq alan lizinq müqaviləsi və razılaşmalar əsasında liznq obyektini təhvil alaraq istifadə etmiş, lizinq haqqını isə tam ödəməyərək öhdəliyini pozmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Liznq alan müvafiq sığorta haqqı ödəməklə lizinq obyektlərini sığorta etdirməli olsa da, bu öhdəliyini də pozmuş, bu səbəbdən iddiaçı müəyyən liznq obyektlərini sığorta etdirərk buna görə 4635 manat məbləğində sığorta haqqı ödəmişdir. Iddiaçı ilə Lizinq alan arasında bağlanmış Daxili maliyyə lizinqi müqavilsinin 9.1-ci bəndində qeyd edilmişdir ki, liznq obyekti bu müqavilə qüvvədə olduğu bütün müddət ərzində Lizinq alanın vəsaiti hesabına Lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır. Bundan başqa, həmin müqaviləyə sonradan imzalanmış bütün Razılaşmalara da müvafiq bəndlər əlavə edilmişdir. Göründüyü kimi, liznq obyektinin sığortalamaq və buna görə də sığorta haqqı ödəmək Lizinq alanın öhdəliyi olduğu halda, bu öhdəliyini də yerinə yetirməmişdir. Daxili maliyyə lizinqi müqaviləsinin 9.8-ci bəndi lizinq obyektinin sığorta olunmasına görə sığorta haqqının lizinq verən tərəfindən ödənildiyi halda onun sonradan lizinq alandan geri qaytarılmasını nəzərdə tutmuşdur. Odur ki, iddiaçının həm lizinq ödənişini, həm də lizinq obyektinin sığortalanmasına görə ödəmiş olduğu sığrta haqqını Lizinq alandan tələb etməkdə haqlıdır. Məhkəmə heab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində də əsaslıdır. Dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsində cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Liznq alan tərəfindən öhdəliyinin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Odur ki, məhkəmə hesab edir ki, 1352,12 manat dəbbə pulu hissəsində də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia lizinq obyeki olan texnikaların Lizinq alan tərəfindən işlək vəziyyətdə iddiaçıya geri qaytarılması hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 748-1.12-ci maddəsində Lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüquqna malik olması nəzərdə tutlmuşdur ki, onlardan biri də lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi ilə bağlıdır (maddə 748-1.12.4). Həmçinin, eyni hüquqi əsas Daxili maliyyə lizinqi müqaviləsinin 17.1.4-cü bəndində də nəzərdə tutulmuşdur. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, liznq ödənişləri Lizinq alan tərəfindən ardıcıl olaraq iki dəfədən artıq müddətə ödənilməmişdir. Odur ki, həm Daxili maliyyə lizinqi müaviləsi, həm də Razılaşmalar əsasında lizinq obyekti olan texnikalar Lizinq alandan işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın zaminlərə aid hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçı ilə istər zaminlər - cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2 və cavabdeh8 Ağarza qızı arasında ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixdə bağlanmış zaminlik müqavilələrində, istərsə də iddiaçı ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminlərin öhdəliklərinin həcmi konkret göstərilmişdir. Zaminlər daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə əlavə bağlanmış Razılaşmalar üzrə lizinq müqaviləsi üzrə lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməməsi, lizinq müqaviləsinə əsasən dəbbə pulu va cərimələrin ödənilməməsi, lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi va ya lazımı qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla, Lizinq alan tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzrələrinə götürmüşlər. Hazırda iddiaçı da lizinq müqavilələri üzrə ödənilməmiş əsas lizinq haqqının, dəbbə pulunun və Lizinq alan əvəzindən ödədiyi sığorta haqqını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, iddia zaminlərə aid hissədə də təmin edilərək, tələb edilən pul məbləği və ödənilmiş dövlət rüsumu onlardan müştərək qaydada tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 470.1, 472.1, 472.2, 747.1, 748-1.1, 748-1.8, 748-1.12, 748- 1.12.4, 748-7.1, 748-10.4, 748-10.6-cı maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh cavabdeh10 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia verildikdən sonra aparılan ödəmələr və hesablaşmalar barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə öz növbəsində məhkəmənin şişirdilmiş borc məbləği ilə bağlı düzgün olmayan qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, cavabdehlər tərəfindən lizinq ödənişi kimi ##.##.2025-ci il tarixdə 6500 AZN, ##.##.2025-ci il tarixdə 5000AZN, ##.##.2025-ci il tarixdə 5000 AZN, ##.##.2025-ci il tarixdə 4000 AZN, ##.##.2025-ci il tarixdə 3650 AZN, ##.##.2025-ci il tarixdə 10000 AZN, ##.##.2025-ci il tarixdə 30000 AZN, ##.##.2025-ci il tarixdə 13000 AZN, ##.##.2025-ci il tarixdə 4000 AZN və ##.##.2025-ci il tarixdə 5999 AZN ödənişlər edilmişdir. Iddiaçı tərəf məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə hər hansı ərizə təqdim etməmişdir. Iddiaçı tərəf isə bu halı məhkəmədən gizlətməklə iddia tələbində artıq məbləğ qeyd etmişdir. Bu isə yolverilməzdir və əsassız varlanmaya gətirib çıxaran bir haldır. Bundan başqa bildirmək istəyirik ki, məhkəmə qətnaməsindən sonra da cavabdehlər tərəfindən ##.##.2025-ci il tarixdə 10000 AZN, ##.##.2025-ci il tarixdə 13075 AZN və ##.##.2025-ci il tarixdə 12000 AZN mənləğində ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən bu hal barədə məhkəməyə heç bir məlumat təqdim edilməmiş, məhkəmə isə öz növbəsində birtərəfli sübutlar əsasında və işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarxli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. “xxxx” MMC ilə cavabdeh10 MMC arasında bağlanmış «##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, eləcə də həmin müqaviləyə əlavə olaraq sonradan bağlanılmış ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli Razılaşmalar üzrə ##.##.2025-ci il tarixə cavabdeh10 MMC tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcu nə qədərdir?
2. “xxxx” MMC ilə cavabdeh10 MMC arasında bağlanmış «##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, eləcə də həmin müqaviləyə əlavə olaraq sonradan bağlanılmış ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli Razılaşmalar üzrə ##.##.2025-ci il tarixə (qətnamə qəbul edilən tarixə) cavabdeh10 MMC tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcu nə qədərdir?
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən cavabdeh10 MMC-nin ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 4.486,40 manat, mükafat borcu 0,00 manat, ##.##.2025-ci il tarixə əsas borcu 4.994,27 manat, mükafat borcu 0,00 manat; ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 1.817,14 manat, mükafat borcu 0,00 manat, ##.##.2025-ci il tarixə əsas borcu 4.994,27 manat, mükafat borcu 58,40 manat; ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 8.017,35 manat, mükafat borcu 0,00 manat, ##.##.2025-ci il tarixə əsas borcu 1.913,89 manat, mükafat borcu 0,00 manat; ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas 2.094,05 manat, mükafat borcu 235,95 manat; ##.##.2025-ci il tarixə əsas borcu 4.504,07 manat, mükafat borcu 912,93 manat, müəyyən edilmiş, daxili maliyyə lizinqi müqavilələri üzrə cərimə hesablanmamışdır.
25. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
26. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
35. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
39. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
40. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
41. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 28. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
42. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
43. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
44. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qismən yoxlanması təşkil edir. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə deyil, yalnız tutulmuş borcun məbləğinin düzgün müəyyən edilməməsi hissəsində mübahisələndirmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyini və tərəflərin təqdim etdiyi ödəniş sənədlərini birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir (mübahisələndirilən hissədə).
59. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
60. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
61. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə Lizinq alan (cavabdeh10 MMC) arasında ***-**-**** nömrəli ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, habelə həmin müqaviləyə əlavə Razılaşmalardan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
62. Eyni zamanda apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdeh lizinq müqavilələri üzrə öhdəlik münasibətlərinin mövcudluğunu, habelə lizinq predmeti olan nəqliyyat vasitələrinin istifadəyə verilməsini mübahisələndirməmiş, yalnız edilmiş ödənişlərin tam nəzərə alınmaması nəticəsində borcun məbləğinin düzgün müəyyən edilmədiyini bildirmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün iş üzrə məhkəməmühasibatlıq
63. ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən cavabdeh10 MMC-nin ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 4.486,40 manat, mükafat borcu 0,00 manat, ##.##.2025-ci il tarixə əsas borcu 4.994,27 manat, mükafat borcu 0,00 manat; ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 1.817,14 manat, mükafat borcu 0,00 manat, ##.##.2025-ci il tarixə əsas borcu 4.994,27 manat, mükafat borcu 58,40 manat; ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 8.017,35 manat, mükafat borcu 0,00 manat, ##.##.2025-ci il tarixə əsas borcu 1.913,89 manat, mükafat borcu 0,00 manat; ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas 2.094,05 manat, mükafat borcu 235,95 manat; ##.##.2025-ci il tarixə əsas borcu 4.504,07 manat, mükafat borcu 912,93 manat, müəyyən edilmişdir.
64. Kollegiya ekspert rəyini iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, həmin rəy tərəflər arasında bağlanmış lizinq müqavilələri, ödəniş sənədləri və hesablaşmalar əsasında aparılmış araşdırmaya uyğun olmaqla işin faktiki hallarını obyektiv əks etdirir. Ekspert tərəfindən cavabdehlər tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla qalıq borc məbləği müəyyən edilmiş, eyni zamanda tərəflərdən heç biri ekspert rəyinin əsassız və ya qeyri-obyektiv olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul edir və mübahisənin həllində əsas götürür.
65. Belə olan halda kollegiya qeyd edir ki, ***-**-**** nömrəli ##.##.2024-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsi, habelə həmin müqaviləyə əlavə Razılaşmalar üzrə əsas borcun məbləği 16.406,50 manat müəyyən edilməlidir.
66. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə pretenziya məktubları əlavə edilsə də, həmin məktubların cavabdehlərə çatdırılması iş materialları ilə müəyyən edilmir. Belə olan halda kollegiya hesab edir ki, lizinq müqaviləsi üzrə faiz borcu iddia ərizəsi verilən tarixə hesablanmalı və ekspert rəyinə uyğun olaraq 235,95 manat müəyyən edilməlidir.
67. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
68. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə borcunun məbləği əsas borca mütənasib şəkildə azaldılaraq 820,30 müəyyən edilməlidir.
69. Kollegiya apellyatorun qətnamə qəbul edildikdən sonra edilmiş ödənişlərlə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflərin arasında yaranmış vəziyyətə uyğun (sonradan həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla) qətnamə çıxara bilməz.
70. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında (Ali Məhkəmənin “xxxx” BOKT açıq səhmdar cəmiyyətinin X2 qarşı iddia tələbi üzrə ##.##.2021-ci il tarixli qərarı) da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.
71. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh10 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi liznq müqavilələri üzrə əsas borc, faiz borcu və cərimə hissəsində dəyişdirilməlidir.
72. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin dövlət rüsumlarının bölgüsünü tənzimləyən normalarına əsasən dövlət rüsumu təmin edilmiş tələb hissəsinə mütənasib qaydada tərəflərə aid edilməlidir. Bu baxımdan iddia tələbinin qismən təmin edilməsi və tutulmalı məbləğin dəyişdirilməsi dövlət rüsumunun da yenidən hesablanmasını zəruri edir.
73. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun tutulmasına dair hissədə də dəyişdirilməli, dövlət rüsumu təmin edilmiş tələb məbləğinə mütənasib olaraq 63.88 manat müəyyən edilməlidir.
74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən şikayət vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 168 (bir yüz altmış səkkiz) manat pul vəsaiti “xxxx” QSC-dən cavabdeh10 MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın dəyəri olan 300 manat pul vəsaiti iddiaçı “xxxx” QSC və cavabdeh10 MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
75. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh cavabdeh10 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci tarixli qiyabi qətnaməsi “Lizinq müqavilələri üzrə iddia verilən tarixə lizinq ödənişləri əsas borc üzrə 83387,02 manat, faiz borcu üzrə 19893,86 manat, cərimə 1352,12 manat olmaqla, cəmi 109268 (yüz doqquz min iki yüz altmış səkkiz manat) manat pul və ödənilmiş 399,27 (üç yüz doxsan doqquz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər cavabdeh10 MMC, cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2, X5 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Lizinq müqavilələri üzrə əsas borc üzrə 16.406,5 (on altı min dörd yüz altı manat əlli qəpik) manat, faiz borcu üzrə 235,95 (iki yüz otuz beş manat doxsan beş qəpik) manat, 820,3 (səkkiz yüz iyirmi manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 17462,75 (on yeddi min dörd yüz altmış iki manat yetmiş beş qəpik) manat pul və ödənilmiş 63.88 (altmış üç manat səksən səkkiz qəpik)) manat dövlət rüsumu cavabdehlər cavabdeh10 MMC, cavabdeh6 MTK, cavabdeh4 MTK, cavabdeh7 MMC, cavabdeh3, cavabdeh11, cavabdeh9, cavabdeh5, cavabdeh2, X5 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 168 (bir yüz altmış səkkiz) manat pul vəsaiti “xxxx” QSC-dən cavabdeh10 MMC-nin xeyrinə tutulsun. Işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti iddiaçı “xxxx” QSC və cavabdeh10 MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.