Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1150/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17.02.2021-ci il tarixli, e-2-2(113)-64/2021 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən sığorta ödənişi qismində 72736,18 manat, sığorta ödənişinin gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün (12300 manat sığorta ödənişinin təklif olunan hissəsi çıxılaraq), yəni hər gün üçün 64 manat, ümumilikdə 31104 manat dəbbə pulu, üzərinə düşən öhdəliklərin yerinə yetirmədiyinə görə əldən çıxmış fayda kimi 40.000 manat, ödənilən 30 manat dövlət rüsumu, cəmi isə 143870,18 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-64/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən sığorta ödənişi qismində 59736,18 manat və 1000 manat dəbbə pulunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-64/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsini iddianı təmin etməyən hissədə ləğv etməklə iddia tələblərinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması 13.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 64/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-64/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-64/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. - İddiaçı öhdəsinə götürür ki, 40 000 manat sığorta ödənişinin sazişdə qeyd edilmiş qaydada ödənilməsi ilə razılaşır və qeyd edilən məbləğ ödənildikdən sonra cavabdehə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. - Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən Cavabdeh ASC -də sığortalanmış əmlaka 23 sentyabr 2018-ci tarixində su basma nəticəsində dəymiş zərərə görə iddiaçıya 40 000 manat sığorta ödənişinin aşağıdakı qaydada ödənilməsini öhdəsinə götürür: - 20.000 manat – müqavilə imzalandığı tarixdə (28.07.2021-ci il) - 20.000 manat – barışıq razılaşmasına dair məhkəmə qərardadı qüvvəyə mindiyi gün -iddiaçı və cavabdeh bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcək. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabunetə yerləşdirldiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1150/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1150/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver