Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1150/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8006/2024 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8006/2024 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2- 2(113)-8006/2024 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8006/2024 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Mülki Prossesual Məcəllənin 175.1.-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur Məlumat üçün bildirilir ki, tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunarkən ərizəyə vergi ödəyicisinin şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilmişdir. Ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, vergi ödəyicisi Maraqlı şəxs qeydiyyat ünvanı ünvan 1 vergi ödəyicisi Maraqlı şəxs xx.xx.2016-ci il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Maraqlı şəxs vergi orqanına təqdim etdiyi fiziki şəxsin vergi uçotuna alınması haqqında ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətində onun ünvanı ünvan 2lıq müddəti xx.xx.2020-ci il qeyd olunmuşdur. Sonradan, xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs şəxsiyyət vəsiqəsini dəyişərkən qeydiyyat ünvanını da ünvan 3mersiya Məhkəməsinin 023 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 8006/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs sonuncu (xx.xx.2020-ci il tarixdə verilmiş) şəxsiyyət vəsiqəsi məlumatlarına (FİN: xxxxxxx, Seriya və nömrə: AA*******) əsasən maraqlı şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Göyçay rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işə ərazi aidiyyəti qaydalarına əsasən Bakı Kommersiya Məhkəməsindən baxılmalı olmadığından birinci instansiya məhkəməsi xüsusi icraat qaydasında verilmiş ərizəni geri qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, ərizənin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8006/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2-2(103)-1150/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1150/2024
15.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver