Məhkəmə qərarları › İş №2-2(103)-116/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-116/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-116/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbinə dair” iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-834/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Abşeron rayonu Xırdalan şəhərində inşa etdiyi yaşayış binalarında əhalinin istifadə etdiyi elektrik enerjisinə görə əmələ gələn texniki itkilərin cəmiyyətin üzərində xx.xx.2019-cu il tarixə qalan 3932,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş vərəqi 75). İddianın əsaslarına görə iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi 3 ədəd, 10 mərtəbəli, 162 mənzilli yaşayış binalarının tikintisi baş çatmış və cavabdeh “xxxx” ASC tərəfindən həmin binalardakı mənzillərə 162 ədəd elektrik sayğacı quraşdırılmışdır. “X10” MMC tərəfindən tikinti sahəsində yerləşən 3 dolaqlı 1000 kva-lıq güc transformatorun yüksək gərginlikli xətt üzərində (girişdə) quraşdırılmış baş sayğacın əhalinin istifadə etdiyi elektrik enerjisinin itirilmiş elektrik itkilərinin fimanın üzərində saxlanılması məhkəmə qaydasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilmiş və texniki itkilərə görə xx.xx.2019-cu il tarixdə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilmiş və qətnamə “xxxx” ASC tərəfindən icra edilmişdir. Buna baxmayaraq, “xxxx” ASC-nin Abşeron rayon Enerji Təchizat satış idarəsi sonrakı dövrlərdə əhalinin istifadə etdiyi elektrik enerjisinin texniki itkilərini firmanın üzərində saxlamaqda davam edərək iddiaçıya ünvanladığı bildirişlərində ödənilməsini tələb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş ********* nömrəli, xx xxxxxxx 2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 3932,80 manat borc məbləği iddiaçının hesabından silinməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisəyə EEİQ-in tətbiq edilən bəndləri maddi hüquq normalarının pozuntusudur, gəldiyi nəticə əsassız və işin halarına uyğun deyil. Belə ki, iddiaçı ilə elektrik enerjisi sərfiyyatına görə hesablaşmalar ********** saylı sayğaca əsasən aparılır. Hər ay əhalinin sərf etdiyi enerji sərfiyyatı həmin sayğacın ümumi göstəricisindən çıxılır. Məhkəmə qətnaməsinə əsasən isə qeyd olunur ki, 5.328,28 manat dəyəri olan 59203 kvts enerji sərfiyyatı iddiaçının sərfiyyatından silindikdən sonra ona itkilərə görə hesab təqdim edilmir. Odur ki, mübahisələndirilən 3932,80 manat iddiaçıya məhkəmənin qeyd etdiyi kimi texniki itkilərə görə deyil, xx.xx.2019-cuiltarixindən xx.xx.2019-cu il tarixindək istehlak olunmuş elektrik enerjisinə görə elektrik sayğacının müvafiq göstəriciləri əsasında hesablanmış məbləğidir. İddiaçının hesab-ödəniş vərəqində xx.xx.2019-cu il tarixinə qalıq kimi göstərilən bu məbləğin 358,83 manatı xx.xx.2019-xx.xx.2019 dövrü üzrə istifadə olunan enerji haqqıdır ki, həmin məbləğdən heç bir ödəniş edilməmişdir (Son ödəniş xx.xx.2019-cu il tarixində 175 manat ödənilmişdir). Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq iddiaçı tərəfin aylıq sərfiyyatının 170-180 manat təşkil etməsinə dair hər hansı sübutla təsdiq olunmayan, şifahi izahatına istinadən mübahisəli mübahisələndirilən məbləği texiniki itkilərə görə borc olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək göstərmşdir ki, cəmiyyətə elektrik enerjisinə görə sərfiyyat hər ay balans sayğacınının ümumi gösətricisindən yaşayış binalarının sakilərinlərinin istehlak etdiyi energi sərfiyyatı çıxıldıqdan sonra, yerdə qalan sərfiyyata görə hesablanır və cavabdehə hesab-fakturalar təqdim olunur. Ona görə də iddiaçının tələbi əsassızdır və şikayətin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Nümayəndə iddiaçı tərəfindən inşa edilən üç yaşayış binasında ona aid quraşdırılan elektrik sayğaclarının göstəricilərini əks etdirən fotoşəkilləri, cavabdehlə arasında olan yazışmaları məhkəməyə təqdim edərək göstərdi ki, cavabdeh tərəfindən balans sayğacı tranformatordan əvvəl qüraşdırılmış, bütün itkilər də yalnız cəmiyyətin üstünə hesablanqaraq ona hesablar təqdim edilir. Cavabdehə dəfələrlə binaların girişində quraşdırdırılımış cəmiyyətə aid elektrik sayğaclarını qeydiyyata alınıb hesablaşmanın həmin sayğaclara görə aparılmasını xahiş etsə də, soununcu balans sayğacının göstəricilərinə əsasən ondan artıq ödənişlər tələb edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin iddianın əsaslarına və cavabdehin apellyasiya şikayətinin dəlilləinə və iş materiallarında olan hesab-ödəniş vərəqələrinə əsasən müəyyən edilir ki, cavabdehə elektrik enerjisi sərfiyyatının balans sayğacının gösətricisinə əsasən, binalarda yaşayan əhalinin istehlak etdiyi enerji sərfiyyatı çıxılmaqla hesablandığı, eyni zamanda, iddiaçının silinməsini tələb etdiyi 3932,80 manat borc məbləğinin xx.xx.2019 - xx.xx.2019 zaman dövrünü əhatə etdiyi işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan təqdirdə, balans sayğacının göstəricisindən əhalinin istehlak enerji çıxıldıqdan sonra yerdə qalan sərəfiyyatın tərkibində itkilərin (texnoloji) mövcudluğunu sübuta yetirməyə heç zərurət də qalmır. İş materiallarından (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20509 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli məlumat vərəqindən) görünür ki, məsələyə aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019cu il tarixə təyin edilən məhkəmə iclasında “cavabdeh xxxx” ASC-nin Xırdalan ETSİ Enerji Satış şöbəsində aparıcı mühəndis vəzifəsində çalışan X5 şahid qismində dindirilərkən ifadəsində mübahisə ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişdir. O cümlədən: -tərəfindən “X10” MMC-yə məxsus sayğacın göstəricisinə baxış keçirilmişdir; -binanın sakinlərinin sərfiyyatını çıxdıqdan sonra yerdə qalan məbləği MMC-dən tələb edilir; -MMC-yə aid olan liftlərə, nasoslara, işıqlandırmaya görə sərfiyyatla bağlı qeydiyyata alınmış ayrıca sayğac yoxdur; -hesablaşma balans sayğacına əsasən aparırlar; -həmin binalarda liftlərə və işıqlandırmaya aid sayğaca baxış keçirilərkənmüəyyən edilmişdir ki, işıqlandırma və liftlərə görə orta aylıq sərfiyyat 160-180 manat arasında dəyişir; -cavabdehin həm MMC, həm də sakinlərlə ayrı-ayrılıqda müqavilələri var. -lakin bütün itkilər MMC-dən tələb olunur; -Bakı şəhəri ərazisində mövcud olan MTK-larda bu cür sərfiyyat müəyyən edilir. Çünki hərhansıkənar qoşulmanı, oğurlamahalını müəyyən edə bilmirlər. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və təqdim etdiyi sübutlara əsasən müəyyən olunur ki, sakinlərə məxsus elektrik sayğaclarının göstəriciləri çıxıldıqdan bütün itkilər MMC-yə aid edilir. (4 binadan üçündə sayğac quraşdırılmış, 4-cü binanın tikintisi dayandırılmışdır). Onun cəmiyytə aid binralardakı sayğacların qeydə alınaraq balans sayğacından ayrılması ilə bağlı cəhdləri nəticəsi qalmışdır. Həmin sayğacların məhkəməyə təqdim olunmuş fotoşəkillərdə əks olunmuş göstəriciləri isə aşağıdakı kimidir (Həmin sayğacların mövcudluğu onlarda təsbit olunan göstəricələr cavabdeh tərəfindən mübahisələndirilmir): 1) 043057,73kvts - 0,09 manattarifqiymətiilə 3875 manat; 2) 032413,71 kvts – həmintarifqiymətiilə 2917 manat; 3) 029486,25 kvts – həmin tarif qiyməti ilə 2654 manat. İşə əlavə olunmuş Enerjetika Nazirliyi Dövlət X3 istismara buraxılma aktına (№150307) əsasən yaşayış binalarında quraşdırılan elektrik qürğuları nın xx xxxxx 2014-cü il tarixdə istimara verildiyi nəzərə alındıqda, sayğacların həmin tarixdən 2020-ci ilin fevral ayına qədər 70 aylıq (5 il 10 ay) göstəricisi üzrə hesablanan orta aylıq sərfiyyat aşağıdakı kimi alınır: 1-ci sayğac üzrə - 55 manat, 2-ci sayğac üzrə - 42 manat, 3-cü sayğac cüzrə 38 manat, 135 manat təşkil edir. İddiaçının işdə olan abonent hesab vərəqindən isə görünür ki, onun tərəfindən faktiki olaraq 2019-cu ilin yanvar ayından oktyabr ayına qədər olan 9 aylıq müddət ərzində, cəmi, 1880 manat ödəniş edilmişdir ki, bunun da orta aylıq sərfiyyat 205 (1880:9) manat təşkil edir. Belə olan halda, deməli, iddiaçı əslində, faktiki olaraq itkilərə görə orta hesabla ayda 70 manat (205-135) məbləğində pul ödənilir. Bu hesabla da 9 ay ərzində onun tərəfindən itkilərə görə iddiaçı tərəfindən 600-700 manat faktiki olaraq ödənilmiş olur. Bütün bunlara baxmayraq, həmin dövr üçün iddiaçıdan bir daha ona təqdim etdiyi ********* nömrəli, xx xxxxxxx 2019-cu il tarixli hesab ödəniş vərəqi ilə həmin dövrə görə 3932,80 manat məğbləğində ona qalıq borc hesablamış və ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.13-cü bəndinə əsasənhesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır; Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kvts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. İddiaçının nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, cavabdeh tərəfindən balans sayğacı tranformatordan əvvəl quraşdırılmış və bundan sonrakı - həm iddiaçının qeydə alınmayan sayğaclarına, həm də sakinlərin (məişət tobonentlərinin) sayğaclarına qədər elektrik enerjisinin nəqli zamanı itkilər də daxil olmaqla, bütün sərfiyyat balansın sayğacının göstəricisində təsbit olunur. Həmin balans sayğacının ümumi göstəricisindən, binalarda yaşayan əhalinin (məişət abonentlərinin) sayğac göstəriciləri çıxıldığı təqdirdə, yerdə qalan bütün sərfiyyatın iddiaçıya aid edilməsi onu deməyə əsas verir ki, cavabdeh həmin məsafədə baş verən texnoliji itkiləri də bütövlükdə iddiaçıya borc kimi hesablamıdır. Halbuki, Qaydaların qeyd olunan 8.10 və 8.12-ci bəndlərinin müəyyən etdiyi qaydada hesablama aparmamış,itkilərə görə iddiaçının payına düşən dəqiq sərfiyyatın hesablanmağa borclu olduğu haldu bunu həyata keçirməmişdir. Hər bir halda iş materiallarında belə hesablamanın mövcudluğu müəyyən edilmir. Əksinə, təqdim etdiyi hesab-fakturaları ilə əsasız olaraq iddiaçıdan 3932,80 manat məğbləğində qalıq borcu hesablayaraq dənilməsini tələb etdiyi məbləğin iddiaçının istehlak etcdiyi elektrik energi sərfiyyatı olduğunu bildirir. Ən azından, onun məhkəmədə şahid qismində dindirilmiş əməkdaşının ifadəsindən göründüyü kimi, iddiaçının liftlərə görə orta aylıq sərfiyyatı 160-180 manat arasında dəyişdyini və bütün bu itkilərin MMC-dən ödənilməsi tələb olunduğunu təsdiqləmişdir. Həmin itkinin isə təxminən 70 manat məbləğində hissəsi faktiki olaraq iddiaçı tərəfindən ödənilir. Onu da qeyd etmək lazımdır ki, cavabdehin iddiaçıya məxsus qeyd alınmayan elektrik sayğaclarının göstəricilərinin nəzərə alınmaması Qaydaların tələblərinə uyğunsuzluq təşkil edir. Çünki, Qaydaların: 7.17-ci bəndinin 2-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir); 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.25-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır; Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını faktlar nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirərək hesab edir ki, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, cavabdehin formal mülahizilərənə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin mübahisəyə EEİQ-nin normalarının düzgün tətbiq edilməməsini, gəldiyi nəticənin əsassız olmasıın və işin halarına uyğun gəlmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-834/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət e t d i: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətininin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-834/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar