Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1162/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, İddiaçı-nin cavabdeh "xxxx" ASC-yə qarşı alqı-satqı müqaviləsinə əsasən pul tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(113)-87/2016 nömrəli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2-2(82) 87/2016 saylı qərardadına əsasən İddiaçı-nin cavabdeh "xxxx" ASC-yə qarşı alqı-satqı müqaviləsinə əsasən pul tələbinə dair iqtisadi mübahisə üzrə tərəflər arasında bağlanış barışıq sazişinin təqsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır və qərardad məcburi icra edilməsi üçün xx.xx.2017-ci il tarixində Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.
2. xx.xx.2024-cü il tarixində cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək 22 yanvar 2016-cı il tarixli, 2-2(82)-87/2016 saylı qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının bərpa edilməsi, əks halda sənədlərin Bakı Apellyasiya Məhkəməsinə görnədilməsini xahiş edilmişdir.
3. Cavabdehin nümayəndəsi şikayət ilə yanaşı həmçinin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərardaddan şikayət verilmə müddətinin buraxılmasının üzürlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-2(113)-87/2016 saylı qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2-2(82)-87/2016 saylı qərardadından şikayətinin verilmə müddətin bərpa edilməsi barədə cavabdeh "xxxx" ASC-nin ərizəsi rədd edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2-2(82)-87/2016 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
5. "xxxx" ASC tərəfindən məhkəmənin həmin 02 oktyabr 2024-cü il tarixli, 2-2(113)- 87/2016 saylı qərardadından şikayət verilmiş, qərardadın ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi və (həmçinin əks halda) sənədlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barəd qərardad qəbul edilməsini xahiş edilmişdir.
6. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, qərardad rəsmi qaydada cavabdehə çatıdırılmadığımı, xx.xx.2024-cü il tarixdə Nizami icra şöbəsinə dəvət edildikdən sonra həmin günü də bank hesablarına həbs qoyulduqdan sonra qərardadın möcvudluğundan xəbər tutuduqlarını və rəsmi qaydada xx.xx.2024-cü il tarixdə rəsmi qaydada aldıqlarını bildirmişlər.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-87/2016 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
Məhkəmənin mövqeyi
9. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
10. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 87/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iş materiallarının 52-ci səhifəsində əlavə edilmiş qəbzdən göründüyü kimi məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı xx.xx.2016-cı il tarixdə rəsmi qaydada cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə3 Nəsib oğlu tərəfindən qəbz imza edilməklə təqdim edilmişdir.
12. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şikayətə və iddia müddətinin bərpa edilməsi barədə ərizəyə əlavə edilmiş etibarnamədən görünür ki, cavabdehin adından hazırki iş üzrə bütün səlahiyyətlər 2016-cı ildə qərardadı imza edərək qəbul edən elə həmin nümayəndəyə (Nümayəndə3 Nəsib oğluna) verilmişdir.
13. Beləliklə, müddətin bərpa edilməsi üçün göstərilmiş (qərardadın alınmaması) səbəbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir.
14. Cavabdeh tərəfindən adıkeçən qərardaddan şikayət isə xx.xx.2024-cü il tarixdə (9 il sonra) dəftərxana vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
15. Göründüyü kimi şikayətin verilməsi üçün nəzərdə tutulan 10 gün xx.xx.2016-cı il tarixdə bitdiyi halda, cavabdehin şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2024-cü il tarixdə verilmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hüquqi şəxsin ərizəsində göstərilənlər müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz.
17. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
18. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
19. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-87/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.