Məhkəmə qərarları › İş №2-2(103)-1166/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1166/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1166/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-515/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, e-2-2(113)-515/2022 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış müddətinin ötürülməsini üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-515/2022 nömrəli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, e-2-2(113)-515/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-515/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-515/2022 saylı qərardadı Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə, saat 14:07-də Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məxsus elektron kabinetdə yerləşdirilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş şikayət xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələblərinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi şikayətin verilməsi müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi halda, cavabdehin şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2022ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-515/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar