Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1166/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, "X1" MMC-nin nümayəndəsi Vəkil1 Hüseyn qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2814/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında LaSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmışdır.
2. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur.
3. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir.
4. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir.
5. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesabfakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir.
6. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
7. Müqavilənin 4.13-cü bəndinə görə malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir.
8. "X1" MMC və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, yükün siğorta haqqı daxil olmaqla dəyəri 5770 ABŞ dolları təşkil etmişdir. Yükün kofe məhsulundan ibarət olub, çəkisi 13 ton, konteynerin miqdarı 40, götürülmə ünvanı Dubay, çatdırılma ünvanı Bakı şəhəri, tranzit müddəti - yük yola salınandan sonra 38-42 gün olmuşdur. Əlavədə həmçinin nəzərdə tutulmuşdur ki, yerinə çatdıqdan sonra yük 48 saat ərzində boşaldılmalıdır, 48 saatdan sonra boşaldılması geçikdirilən hər əlavə günə (1 konteyner) görə 150 ABŞ dolları müəyyən edilir. Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhədində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesab-fakturada öz əksini tapacaq.
9. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı tərəfindən təqdim olunan invoys sənədindən görünür ki, yükün sığorta haqqı daxil olmaqla daşınma dəyəri 5770 ABŞ dolları təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 072181 nömrəli elektron qaimənin məzmunundan görünür ki, "X1" MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 9809.00 manat təşkil edir. Həmin məbləğin 935 manatı sığorta haqqını, 8874 manatı isə daşıma haqqını təşkil etmişdir.
12. "X1" MMC tərəfindən tərəfindən təqdim olunan "xxxx" MMC-yə məxsus yüklərin daşınması ilə bağlı invoys sənədindən görünür ki, malın kodu **********, çəkisi 14853 kq, miqdarı 1606 olan yükün (müxtəlif növ qəhvə məmulatları) X3 X7 gömrüyündə yenidən yüklənmənin birinci hissəsinə 738,34 dollar, demuraj İDİNV**********3/D - 5 gün saxlanılmasına günə 45 dollar, 28 gün yükün saxlanılması gününə görə 65 dollar olmaqla, 23.11.23 - 25.12.23 üçün 2,045 dollar, demuraj İDİNV**********4/D 15 gün yükün saxlanılmasının ikinci müddəti 25.12.23 - 09.01.24 - günü 65 doll -975 dollar, demuraj İDİNV**********4/D növbəti üç gün üçün saxlanılma 09.01.24 - 12.01.24 - günə 65 doll195, Nəqliyyat vasitəsinin əlavə dayanması 10.11.23 - 19.11.23 - 1300 dollar, X4 yükləmə/boşaltma- 207,94 dollar, Gürcüstanda gömrük cəriməsi 746 doll və Konteyner daşıyan maşının əvəzinə tent maşınla daşımağa görə endirim -120 dollar olmaqla, cəmi 6087,28 ABŞ dollar, manatla 10348,38 manat təşkil edir.
13. "X1" MMC tərəfindən "xxxx" MMC-yə yuxarıda qeyd olunan 10348,38 manat məbləğin ödənilməsi üçün xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 853322 nömrəli elektron qaimə göndərilmişdir.
14. "X1" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış LaSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsinə əsasən yük xx.xx.2024-cü il tarixdə təhvil verilmiş, cavabdehə EBDQ072181 saylı, 09 oktyabr 2023-cü il tarixli və EBDX853322 saylı, 30 yanvar 2024-cü il tarixli qaimə-fakturalar təqdim edilərək qəbul edilmişdir. Ekspedisiya xidmətinin ödənişi müqaviləyə əsasən 10 iş günü ərzində ödənilməli olduğu halda, tam ödəniş hələ də həyata keçirilməmişdir. Odur ki, müqaviləyə əsasən, 11857,28 ABŞ dollarının (20157,38 AZN) üç iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. "X1" MMC və "X8" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixdə iddiaçıya hüquqi xidmət göstərilməsi üzrə müqavilə bağlanmış, xidmət haqqı 1250 manat müəyən edilmişdir.
16. Ödəniş tapşırığından (№ MVrMfLh2; tarix: xx.xx.2025) görünür ki, 1250 AZN "X1" MMC tərəfindən "X8" MMC-yə ödənilmişdir.
17. Təhvil-təslim aktından görünür ki, fiziki şəxs X6 (VÖEN:**********) tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixdə tərcümə və notariat xidmət göstərilmişdir. Qiymət 184 manat təşkil edir.
18. Elektron qaimədən görünür ki, xidmət haqqı 184 manat Cavabdeh MMC tərəfindən fiziki şəxs X6 (VÖEN:**********) hesabına ödənilməlidir.
19. Dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli mədaxil qəbzindən görünür ki, 179 manat dövlət rüsumu ödənilmişdir. . Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
20. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) məbləğində borc, 1007,86 manat 5% illik hesablanmış faiz məbləği, 8193,99 manat müqavilə üzrə hesablanmış cərimə, hüquqi xidməta görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 178,08 manat dövlət rüsumu olmaqla, cəmi 30787,31 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında LSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə məxsus malların, yükün X5, Dubay, X11 Zonasından Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür, Cavabdeh MMC isə bunun müqabilində İddiaçı MMC-yə ödəniş etməlidir. Müqavilənin 1.3-cü maddəsinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab-fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir. Müqavilənin 4.6-cı maddəsinə əsasən sifarişçi gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsini təmin etmə və idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr iddia irəli sürməkə tənzimlənmədiyi halda həmin iddialara Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, qüvvədə olan qanunvericiliyə uyğun bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Bundan başqa, İddiaçı MMC tərəfindən EBDQ072181 və EBDX853322 nömrəli qiymət təklifi Cavabdeh MMC-yə təqdim edilmişdir. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan malları Azərbaycan Respublikasına daşıyıb gətirmiş, cavabdehə təhvil vermiş, gətirilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) pul ödənilməmiş qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə EBDQ072181 saylı, 09 oktyabr 2023-cü il tarixli və EBDS964640 saylı, 30 yanvar 2024-cü il tarixli qaimələr vurulmuş, cavabdeh tərəfindən təsdiq edilmişdir. EBDQ072181 saylı, 09 oktyabr 2023-cü il tarixli və EBDS964640 saylı, 30 yanvar 2024-cü il tarixli qaimələrə əsasən cavabdeh müqaviləyə əsasən ümumilikdə 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) məbləğində pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən pul bu günədək ödənilməmişdir. İddiaçı MMC ilə Cavabdehrasında bağlanmış LSAZ-C-099 nömrəli, 04 sentyabr 2023- cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi əsasında göstərilmiş daşıma xidmətinin dəyəri 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) olmuşdur. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin Cavabdeh MMC tərəfindən daşıma xidmətinə görə ödəniş hələ də tam edilməmişdir. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək, 3 iş günü müddətində 20157,38 manat məbləğində borcu ödəməyi tələb etmiş, lakin cavabdeh yenə də borcu ödəməmişdir. Müqaviləyə görə 20157,38 manat məbləğində borca görə hər gün üçün 0.1% məbləğində cərimə hesablanır. Həmin cərimə məbləği 9809 manat x 0.1% x 464 gün (xx.xx.2023- xx.xx.2025) = 4551,37; 10348,38 manat x 0.1% x 352 gün (xx.xx.2024-xx.xx.2025) = 3642,62; 4551,37+3642,62=8193,99 manat cərimə də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Borc vaxtında ödənilmədiyinə görə illik 5 %: 20157,38 manat x 5% x 1 il = 1007,86 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
22. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, cavabdehdən ödənilməmiş 20157,38 manat məbləğində borc, 1007,86 manat illik 5%-lə hesablanmış faiz məbləği, 8193,99 manat müqavilə üzrə hesablanmış cərimə, hüquqi xidməta görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 182,92 manat dövlət rüsumu, tərcümə olunan sənədlərə görə ödənilmiş 184 manat olmaqla, cəmi 30976,15 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda məhkəməyə müraciət edərək, iddia tələbini artıraraq iddianın əsaslandırılması zərurəti yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC nümayəndələri arasında elektron yazışmalar olmuşdur. Həmin yazışmalar sübut kimi məhkəməyə təqdim edilmişdir. Lakin sözügedən yazışmalar xarici dildə (ingilis dilində) olduğu üçün həmin yazışmaların Azərbayca dilinə tərcümə olunması zərurəti yaranmışdır. Həmin sənədlər tərcümə mərkəzinə verilərək Azərbaycan dilinə tərcümə edilmiş və bunun qarşılığında MMC tərəfindən 184 manat xidmət haqqı ödənmişdir. Odur ki, hesab olunur ki, həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki malların adının cavabdeh tərəfindən səhv yazılması səbəbindən mallar uzun müddət Poti limanında qalmış, nəticədə əlavə xərclər yaranmışdır.
25. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında qeyd etdi ki, iddia tələbini 9809 manat hissədə qəbul edirlər. Belə ki, müqavilənin 1.6-cı bəndinə görə ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməli olduğu halda EBDQ072181 saylı ilk qaiməni xx.xx.2023-cü il tarixdə göndərmişdir, halbuki malları Azərbaycana xx.xx.2024-cü il tarixdə çatdırmışdır. Həmçinin bildirdi ki, xidmət haqqının ödənilmədiyini qəbul edir, buna səbəb isə gecikmə olmuşdur. Bundan başqa, qeyd etdi ki, malların Poti limanında qalması iddiaçı tərəfin malların kodlarını səhv yazması ucbatından baş vermişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfin müqaviləni düzgün icra etmədiyini bildirmiş, odur ki, iddia tələbini ümumiyyətlə qəbul etmədiyini bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 9809 (doqquz min səkkiz yüz doqquz) manat borc, 500 (beş yüz) manat cərimə, 500 (beş yüz) manat hüquqi xidmət haqqı, tərcümə olunan sənədlərə görə ödənilmiş 184 (yüz səksən dörd) manat, ödənilmiş dövlət rüsumuna görə 65,11 manat (altmış beş manat on bir qəpik) olmaqla, ümumilikdə 11058,11 manat (on bir min əlli səkkiz manat on bir qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında LaSAZ- C099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, yükdaşıma xidmətinin göstərilməsi təmin edilmiş, yük daşınmış, lakin cavabdeh daşınma haqqını ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmişdir. İddia tələbinin bir hissəsini 20157,38 (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borcun tutulması təşkil edir. Həmin məbləğin 9809 manat hissəsini daşıma haqqı təşkil edir. Tərəflər arasında müqavilənin bağlanması, yükün daşınaraq sifarişçiyə təhvil verilməsi, daşıma ilə bağlı icranın gecikdirilməsi, daşıma haqqının 9809 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil etmişdir. Həmçinin daşıma haqqının 9809 manat (5770 ABŞ dolları) təşkil etməsi işdə olan yuxarıda sadalanan sübutlarla da (müqaviləyə əlavə, invoys, elektron qaimə) öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi və vəkili ilk öncə iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini 9809 manat hissədə qəbul etdiyini bildirsə də, daha sonra mövqeyini dəyişmiş və malların Poti limanında qalması iddiaçı tərəfin malların kodlarını səhv yazması ucbatından baş verdiyindən, icra gecikdirildiyindən iddia tələbini ümumiyyətlə qəbul etmədiyini bildirmişdir. Qeyd olunduğu kimi, daşıyıcı yükü olduğu yerdən təyinat yerinə gecikmə ilə olsa da, daşımış və sifarişçi yükü təhvil almışdır. Ona görə də sifarişçi olan cavabdeh daşımanın dəyərini ödəmək vəzifəsi daşımış, iddiaçının isə həmin məbləğin ödənilməsini tələb etmək hüququ olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə (9809 manat) əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 9809 (doqquz min səkkiz yüz doqquz) manat daşıma haqqı iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda 10348,38 manat (20157,38-9809=10348,38) məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ərizəsində həmin məbləği də 04 sentyabr 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi əsasında yaranmış daşıma xidmətinin dəyəri kimi göstərsə də, əslində həmin məbləğin yükün saxlanması, nəticədə demuraj, əlavə xərclərin yarandığı iddia olunaraq cavabdehdən tutulması tələb olunur. Cavabdeh həmin hissədə də iddianı qəbul etməyərək, malların kodunun düzgün qeyd edilməməsinin iddiaçının təqsiri ucbatından olmasını, gecikmənin və s. də həmin səbəbdən baş verdiyini bildirmiş və həmin hissədə də iddiaya etiraz etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında LaSAZ-C-099 nömrəli 04 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur. Beləliklə, tərəflər arasında bağlanan müqaviləyə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi olduğundan, eləcə də, iddiaçı əlavə xərcləri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də (10348,38 manat) təmin edilməməlidir. İddiaçı həmin hissə ilə bağlı məhkəməyə e-mail yazışmalar təqdim etmişdir. Məhkəmənin qənaətinə əsasən hazırkı hissədə iddianın təmin olunması üçün tək yazışmalar yetərli hesab oluna bilməz və həmçinin müqavilənin qeyd olunan şərt də nəzərə alınmalıdır. İddia tələbinin digər hissəsini cavabdеhdən 8193,99 manat cərimə borcunun tutulması təşkil edir. İlk öncə nəzərə alınır ki, həmin məbləğ bütövlükdə 20157,38 manat məbləğə münasibətdə hesablanmışdır. Ona görə də borcla bağlı hissədə iddianın qismən təmin olunduğu nəzərə alınaraq 10348,38 manat məbləğə münasibətdə cərimənin (3642,62 manat məbləğin) tutulmasına dair hissədə iddia təmin olunmamalıdır. 9809 manat borc məbləğinə münasibətdə cərimənin tutulması hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc (9809 manat hissə) iddiaçıya müəyyən edilmiş müddət ərzində (1 ildən artıq) ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin cavabdehin daşıma haqqının ödəmək vəzifəsinin yükü təhvil verdikdən sonra yarandığı da nəzərə alınmalı, həmin hissədə də iddia qismən təmin edilməlidir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə illik 5%-lə hesablanmış 1007,86 manat faiz məbləğinin cavabdehdən tutulmasına dair hissədə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər müqavilədə gecikdirilməyə görə cərimənin ödənilməsi qaydasını müəyyə etmişlər və hazırda da cavabdehdən cərimənin tutulmalı olması qənaətinə gəlinmişdir. Ona görə də həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlinir. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 184 manat dövlət rüsumu və 1250 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 65,11 (altmış beş manat on bir qəpik) manat cavabdehdən tutulmaldır. İddiaçı hüquqi xidmət xərci kimi, 1250 manat tələb etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin xarakteri nəzərə alınmaqla, iddianın qismən təmin edildiyi nəzərə alınaraq 500 (yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 385.1, 386.1, 445.2.1, 445.7, , 448.1, 462.1, 467, 850.1-ci maddələri və AR MPM-nin 14.2, 76.1, 77.1, 107, 119.1, 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissələrdə də iddianın tam həcmdə təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış LSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi aşağıdakı şərtlərlə bağlanmışdır: "X1" MMС "xxxx" MMC-yə məxsus malların, yükün X5, Dubay, X11 Zonasından Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür, "xxxx" MMC bunun müqabilində 20.157,38 manat məbləğində "X1" MMC-yə ödəniş etməlidir (maddə 1.1). Sifarişçi iş və xidmətlərin icrası üçün tələb olunan bütün sənədlərin və daşınma sənədlərinin (keyfiyyət, uyğunluq, mənşə sertifikatı və s) vaxtında təqdim olunmasını təmin etməli və yükün idarə edilməsi və qəbulu ilə bağlı texniki şərtlər, temperatur rejimi və s. ilə əlaqədar məlumat verməlidir ( maddə 4.5). Sifarişçi düzgün vaxtda həyata keçirilməsini təmin etmə və idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir (maddə 4.6). Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, yükün daşınması ilə bağlı bütün sənədləşdirilmənin, o cümlədən gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün və vaxtında aparılması öhdəliyi Sifarişçi olaraq Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Bunlardan başqa, tərəflər həmçinin öz aralarında yazılı formada yük daşıma üçün vacib qaydalar da müəyyən etmişlər ki, həmin qaydalara görə, tərəflər razılığa gəlmişlər ki, Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhəddində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesab-fakturada öz əksini tapacaq. Qeyd olunan bu qaydalar müqavilənin tərkib hissəsi olan 2 №-li Əlavədə öz əksini tapmış, Əlavə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərfindən xx.xx.2023-cü il tarixdə imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasındla bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinin tərkib hissəsi olan həmin “Əlavə”dən həmçinin görünür ki, tərəflərin razılığa gəldikləri xidmət haqqı (tarif) yalnız malın daşımasını nəzərdə tutmuşdur. Belə ki, Əlavədə qeyd olunur ki, tərəflərin razılığa gəldikləri tariflər aşağıdakılar istisna olunmaqla verilmişdir: İdxal gömrük rəsmilləşdirmələri; İstənilən ixrac və idxal ilə əlaqəli əlavə saxlama, demuraj, həbslə bağlı xərclər; Səhv, gecikmiş və ya natamam sənədlər səbəbindən olan xərclər və s. Göründüyü kimi, cavabdehə aid malın daşınması üçün idxal/ixrac yükün gömrük rəsmiləşməsninin iddiaçı tərəfindən təşkil edilməsi tərəflər arasında bağlanmış “Əlavə” ilə istisna edilmişdir. Əks halda iddiaçı və cavabdeh arasında bu xidmətə görə, əlavə ödəniş məbləği müəyyən ediləcəkdir ki, bu hal da mövcud deyil. Mülki Məcəllənin “Yük göndərənin zəruri məlumatları və sənədləri” adlı 853-cü maddəsində yük göndərənin (hazırki halda FBCO” MMC) daşıyıcıya dəqiq göstərməli olan məlumatlar sırasında yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi barədə məlumatlar da vardır. (maddə 853.1; 853.1.3). Həmin Yük göndərən (hazırki halda – "xxxx" MMC) yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir (maddə 853.1-1). Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir (maddə 853.2). Göründüyü kimi, həm tərəflər arasında bağlanmış müqavilə, həm daşıma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericiliyin normaları, yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədlərin və digər məlumatların daşıyıcıya təqdim etməsi vəzifəsini mal göndərənin (hazırki halda – Cavabdeh MMC) üzərinə qoymuşdur ki, bu vəzifənin lazımınca icra edilməməsi məsuliyyətini yalnız mal göndərənin (hazırki halda – Cavabdeh MMC) daşıyır. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 4.13-cü bəndində göstərilir ki, malın yükləmə sənədlərinin Sifarişçinin tələbinə uyğun olaraq tərtib olunmasından və doldurulmasından əmin olmaq Ekspeditorun vəzifəsidir. Qeyd olunan müqavilə şərtinin mənasından göründüyü kimi, Ekspeditor, Sifarişçinin verdiyi məlumatların malın yükləmə sənədlərində düzgün göstərilməsinə əmin olmaq vəzifəsi daşıyır ki, bu halda həmin sənədlərin düzgün tərtib olunması, doğru məlumatların verilməsi öhdəliyi və məsuliyyəti Sifarişçinin üzərindədir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı "X1" MMC-nin nümayəndəsi Nərmin Kərimli, Ceyhun Manaflı, Arif Salahov və Cavabdeh MMC-nin nümayəndəsi Teymur Feyzullayev arasında aşağıdakı məzmunda mail-yazışmalar aparılmışdır: - xx.xx.2023, 12:06. Hörmətli Teymur, bizə kommersiya faktura və qablaşdırma siyahısını göndərin. - xx.xx.2023, 12:28. Kimdən: Hörmətli Teymur, konteynerdə olacaq malların siyahısı və onların bağlamalarının formatı haqqında məlumat verməyinizi xahiş edirik. Yalnız qutularda qəhvə?. - xx.xx.2023, 12:33. Kimdən: Hörmətli Arif. Mən yalnız İNV-nin exsel faylını paylaşa bilərəm və PL Cargo paletlərə yığılacaq. - xx.xx.2023, 10:59. Kimdən: Hörmətli Teymur, zəhmət olmasa əlavə edilmiş BL-ni tapın, yoxlayın və təsdiqləyin. - xx.xx.2023, 11:33. Kimdən: Teymur Feyzullayev. Təsdiqləndi. - xx.xx.2023. 11:59. Kimdən: Nərmin Kərimli. Hörmətli Teymur, zəhmət olmasa mənə imzalanmış faktura və yükün PLni göndərin. - xx.xx.2023, 12:28. Kimdən: Teymur Feyzullayev. Hörmətli Nərmin, göndərəndən alındıqdan sonra göndəriləcək. Göründüyü kimi, iddiaçı tərəf cavabdeh tərəfdən xx.xx.2023-cü il tarixdən başlayaraq kommersiya fakturasını, konteynerdə olacaq malların siyahısını, onların bağlamalarının formatı haqqında məluatın göndərilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçı tərəf cavabdeh tərəfdən daşınacaq yükün yol qaiməsinin (Bill of Lading “BL”) təsdq edilməsini xahiş etmiş, sonuncu elə həmin gün yol qaiməsinin təsdiq edildiyini mail vasitəsilə bəyan etmişdir. Onu da qeyd etmək vacibdir ki, sözügedən yol qaiməsində yükün adı, növü, markası və sair xüsusiyyətləri qeyd olunmalıdır ki, gömrük yoxlamasında hər hansı gecikmə olmadan və cərimə tətbiq olunmadan yükün vaxtında çatdırılması mümkün olsun. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, malın yükləmə sənədlərinin tərtib edilməsi, doldurulması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur ki, bu zaman yol verilən səhvlərə görə də məsuliyyəti cavabdeh daşımalırıdr. Lakin cavabdehə aid yük Gürcüstan gömrük orqanları tərəfindən saxlanılmış və yoxlamaya göndərilmişdir. Yükün saxlanması səbəbi isə yol qaiməsinin (Bill of Lading “BL”) gömrük tələblərinə və standartlarına uyğun şəkildə tərtib olunmamış olması olmuşdur. Sənədin düzgün tərtib olunmamasının səbəbi isə FBCO” MMC-nin əməkdaşı tərəfindən səhv sənədin tərtibinə təsdiq verilməsidir. Cavabdeh MMC-nin həmin yanlış sənədi təsdiq etdiyini göstərən mail yazışmaları məhkəməyə təqdim olunmuşdur. Yol qaiməsində yükün adının yalnız bir qutuda göstərilməsi, digər qutularda yükün adının qeyd olunmaması və gömrük orqanının yükü buraxmaq üçün CMR-də dəyişikliklər tələb etməsi, daha sonra isə yükün yeni gömrük rəsmilləşdirilməsi üçün terminala qaytarılması barədə iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə 2023-cü ilin noyabr ayının 13-ü və 14-ü tarixlərdə mail vasitəsilə məlumat vermişdir. Yuxarıda qeyd olunan səbəblərdən Gürcüstan gömrük orqanları tərəfindən konteynerdə olan bütün qutular boşaldılmış və yoxlamadan keçirilmişdir. Daha sonra yol qaiməsi gəmi xəttinin standart prosedurlarına uyğun olaraq yenidən düzgün formada hazırlanmış və gömrük orqanlarına təqdim edilmişdir. Bütün bu prosedur müəyyən vaxt aparmış və əlavə xərclər (limanda saxlanc, demuraj və sair) yaranmışdır. Həmin əlavə xərclərin ümumi məbləği 10.348,38 manat təşkil edir. Qeyd olunan əlavə xərclərin əsasları və məbləğləri EBDS964640 saylı 30 yanvar 2024-cü il tarixli qaimədə ayrı-ayrılıqda qeyd olunmaqla, iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Cavabdeh həmin qaiməni təsdiq etmiş, lakin iddiaçıya olan borcunu bü günədək ödəməmişdir. Sözügedən əlavə xərclər barədə açıqlama və bu xərclərin ödənilməsi tələbi həmçinin tərəflər arasında aparılmış mail yazışmalarda da öz əksini tapmışdır. Cavabdeh tərəf bu yazışmalarda da, həmin əlavə xərclərə qarşı hər hansı etirazını bildirməmişdir. Lakin bunlara baxmayaraq, həmin borc bu günədək iddiaçıya ödənilməmişdir. Lakin işə baxan Bakı Kommersiya Məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, müqavilə şərtlərini və qanunvericiliyin tələblərini nəzərə almamış, müqavilənin şərtlərini səhv şərh etmiş, nəticədə maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. EBDQ072181 saylı 09 oktyabr 2023cü il tarixli qaimədən görünür ki, cavabdehə aid yükün Dubaydan Bakıya daşınması təmin olunsa da, cavabdeh bununla bağlı razılaşdırılmış xidmət haqqını bü günədək daşıyıcı olan iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya ödənilməmiş xidmət haqqıya görə yaranmış əsas borc mələği 9.809,0 manat (5.770 ABŞ dolları) təşkil edir. Cavabdehin əlavə xərcələrlə bağlı iddiaçıya ödənilməmiş borcu isə 10.348,38 manat məbləğindədir. Həmin vəsaitin bu günədək cavabdeh tərəfindən ödənilməməsi aşkardır. Tərəflər arasında bağlanmış müqavilə şərtinə görə, öhdəliyi lazımınca icra etməyən Cavabdeh MMC-yə cərimə tətbiq edilmişdir ki, həmin cərimənin ümumi məbləği 8.193,99 manat (4.551,37+3.642,62=8.193,99) manat təşkil edir. Belə ki, xidmət haqqı üzrə yaranmış 9.809 manat əsas borca görə 4.551,37 manat (9.809 manat X 0.1% x 464 gün (xx.xx.2023- xx.xx.2025) = 4.551,37) manat cərimə tətbiq edilmiş; əlavə xərclərlə bağlı yaranmış 10.348,38 manat əsas borca görə isə 3.642,62 manat (10.348,38 manat X 0.1% X 352 gün (xx.xx.2024-xx.xx.2025) = 3.642,62 manat) cərimə tətbiq edilmişdir. Bunlardan əlavə, 20.157,38 manat əsas borcun vaxtında ödənilməsini təmin etmədiyinə görə, cavabdehə illik 5% olmaqla 1.007,86 manat (20157,38 manat X 5% X 1 il = 1.007,86 manat) faiz borcu hesablanmışdır. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən, tərəflər arasında bağlanmış LSAZ-C-099 nömrəli 04 sentyabr 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlikləri lazımınca yerinə yetirilməməsi nəticəsində yaranmış əsas, faiz və cərimə borcunun ödənilməsini cavabdehdən tələb edilməsi barədə iddiaçının iddiası əsaslıdır və tam həcmdə təmin olunmalıdır. Bildiririk ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları AzərbaycanRespublikası MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi mötəbər sübutlara düzgün hüquqi qiymət verməmiş, həmin sübutları nəzərə almamış, MPM-in 4-cü, 9-cu, 76-cı, 77- ci, 88-ci, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-in 385-ci maddəsinin tələblərinə görə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
33. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
39. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, apellyator iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmişdir. Belə olan halda hazırki apellyasiya baxışının predmetini həmin hissədə qətnamənin qanuni və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh iddianın təmin olunduğu hissədə qətnaməni mübahisələndirməmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
53. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
55. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
56. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
57. Belə ki, iddiaçı tərəflər arasında bağlandığı qeyd olunan LaSAZ-C099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
58. İddiaçının izahatlarından, apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçi 10348,38 manat məbləğində pul vəsaitini yükün saxlanması, nəticədə demuraj, əlavə xərclərin yarandığını iddia edərək cavabdehdən tutulmasını tələb edir.
59. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehə aid malın daşınması üçün idxal/ixrac yükün gömrük rəsmiləşməsninin iddiaçı tərəfindən təşkil edilməsi tərəflər arasında bağlanmış “Əlavə” ilə istisna edilmiş, həmçinin həm tərəflər arasında bağlanmış müqavilə, həm daşıma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericiliyin normaları, yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədlərin və digər məlumatların daşıyıcıya təqdim etməsi vəzifəsini mal göndərənin (hazırki halda – Cavabdeh MMC) üzərinə qoymuşdur ki, bu vəzifənin lazımınca icra edilməməsi məsuliyyətini yalnız mal göndərənin (hazırki halda – Cavabdeh MMC) daşıyır.
60. Tərəflər arasındakı yazışmalardan müəyyən edilir ki, iddiaçı tərəf cavabdeh tərəfdən xx.xx.2023-cü il tarixdən başlayaraq kommersiya fakturasını, konteynerdə olacaq malların siyahısını, onların bağlamalarının formatı haqqında məlumatların göndərilməsini, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfdən daşınacaq yükün yol qaiməsinin (Bill of Lading “BL”) təsdiq edilməsini xahiş etmiş, cavabdeh həmin gün yol qaiməsinin təsdiq edildiyini mail vasitəsilə bəyan etmişdir.
61. Şərh edilənlər baxımından yükün daşınması ilə əlaqədar yaranmış və tərəflər arasında mübahisə doğuran həmin xərclərin onların hansının təqsiridən yaranmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Bu zaman həm də diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, yükün gömrük rəsmləşdirilməsi zamanı tərəflərin öhdəliklərinin bölgüsü (yükü) necə müəyyən edilmişdir.
62. İşin hallarından görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş kommersiya fakturası, konteynerdə olacaq malların siyahısı, onların bağlamalarının formatı haqqında məlumatlar əsasında hazırlanmış yükün yol qaiməsini iddiaçı cavabdehə təsdiq edilməsi üçün təqdim edir.
63. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə də gömrük rəsmiləşdirilməsi zamanı onların öhdəliklərinin dairəsi dəqiq göstərilmişdir. LaSAZ-C-099 nömrəli 04 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur.
64. Qeyd olunan müqavilə şərtinin mənasından göründüyü kimi, ekspeditor, sifarişçinin verdiyi məlumatların malın yükləmə sənədlərində düzgün göstərilməsinə əmin olmaq vəzifəsi daşıyır ki, bu halda həmin sənədlərin düzgün tərtib olunması üçün doğru məlumatların verilməsi öhdəliyi və məsuliyyəti Sifarişçinin üzərindədir.
65. Belə olan halda sübutetmə yükünün bölüşdürülməsi qaydalarına əsasən iddiaçı təqdim edilən məlumatların yanlış olduğunu sübut etməli idi.
66. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
67. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
68. Lakin iddiaçı məlumatların yanlış təqdim edildiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, e-mail yazışmalarında da bu faktı təsdiq edən hər hansı bir yazışma müəyyən edilməmiş, iddiaçının irəli sürdükləri təsdiqini tapmayan formal mülahizələr olaraq qalmışdır.
69. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini borca mütənasib şəkildə azaltmışdır.
70. Bundan əlavə əsas borcun vaxtında ödənilməsini təmin etmədiyinə görə, cavabdehə illik 5% olmaqla 1.007,86 manat pulun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ illik 5%lə təxminən 490 manat (9809 x 5% x 1 il) hesablanmalı, yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (500 manat) ilə əhatə edildiyindən birinci instansiya məhkəməsi həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlməkdə haqlı olmuşdur
71. Məhkəmə xərclərinə də münasibətdə kollegiya qeyd edir ki, qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq birinci instansiya məhkəməsi 65,11 manat dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.
72. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
73. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2814/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.