Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-119/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil Ali qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının “Azneft” İstesalat Birliyinin cavabdeh “xxxx” MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-885/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ.İddiaçı Azərbaycan Respublikasının “Azneft” İB cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45300 manat əsas borcun, 2265 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 023/04- XM/2009 saylı müqavilənin 2.1.1-ci bəndinə əsasən iddiaçı neftin xüsusi çəkisini, tərkibində suyu, xlor turşularının və mexaniki qar işıqlarının faizini təyin etməyi, cavabdeh isə müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin sonuncu xx.xx.2019-cu il tarixdə etdiyi son ödənişindən sonra ödənişi dayandırmış və onun iddiaçıya 45300 manat məbləğində borcu yaranmışdır. Ona göndərilən pretenziya isə nəticəsiz qalmışdır. Tərəflər arasındakı müqavilənin 6.2-ci bəndi isə nəzərdə tutur ki, ödəməni gecikdirliyi halda hər gecikdirilmiş gün üçün, ödənilməyən məbləğin 0,01 faizi məbləğində peniya ödənilməlidir. 6.4-cü bəndinə əsasən isə sanksiya tətbiq edildiyi halda cərimənin ümumi məbləği ödənilməmiş və görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olan məbləğin 5,0 faizindən çox ola bilməz. Ödənilməyən 45300 manat məbləği, 5 faizini isə 2265 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-885/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 45300 manat əsas borc, 500 cərimə olmaqla, ümumilikdə 45800 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 manat cavabdehdən pul tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, qalan hissədə iddia rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qərar maddi və prosessual hüquq normalarının kobud pozuntuları ilə çıxarılmış və sübutların tədqiqi düzgün aparılmamışdır. Məhkəmə İddiaçı təqdim etdiyi sənədlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən xx.xx.2009-cu il tarixli, 023/04-XM/2009 saylı neftin analizinin aparılması xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən “Azneft” İB “xxxx” MMC-nin tapşırığı ilə 2.1.1-ci bənddə göstərilən analizlərin aparılması xidmətini göstərməyi və “xxxx” göstərilmiş xidmətin haqqını ödəməyi öhdəsinə götürür. xx.xx.2009-cu il tarixli 023/04-XM/2009 saylı müqaviləyə 1 saylı əlavədə olan qiymətlərin razılaşdırılmış protokoluna əsasən “xxxx” MMC ilə bağlanmış müqaviləyə həyata keçiriləcək analizlərin növləri üzrə qiymətləri 800 manat təşkil edir. 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsiaktına əsasən üzləşdirilmə aparılan tarixə xx.xx.2019-cu ilə borc qalığı xidmət neft məhsulları ilə bağlı 45300 manat təşkiledir. Məhkəmə işin hallarını yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsasən araşdırmış və qanunsuz qətnamə qəbul etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 14.1-ci maddəsinipozmuşdur. Digər bir halı nəzərinizə çatdırmaq istərdik ki,qarşılıqlı borcların üzləşdirilməsi aktı tərəfimizə məlum deyildir. Eyni zamanda aktda qeyd edilən əsas borc məbləği əsassızdır və düzgün hesablanmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, işi uzatmaq məqsədi daşıdığını bildirərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş mateiallarından görünür ki, birinc instansiya məhkəməsinin qətnaməsi işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğundur. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcgəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İşə əlavə olunmuş sənədlərə əsasən işin aşağıdakı halları ları müəyyən edilir. xx.xx.2009-cu il tarixli, 023/04-XM/2009 saylı neftin analizinin aparılması xidmətinin göstərililməsinə dair müqavilədən görünür ki, iddiaçı “Azneft” İB cavabdeh “X1 Oil Limited” MMC-nin tapşırığı ilə müqavilənin 2.1.1-ci bəndində göstərilən analizlərin aparılması xidmətini göstəməyi üzərinə götürmüş, sonuncu isə göstərilmiş xidmətin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, xx.xx.2009-cu il tarixli 023/04-XM/2009 saylı saylı müqaviləyə 1 saylı Əlavəyə üzrə qimətlərin razılaşdırılmış protokolundan görünür ki, iddiaçı tərəfindən həyata keçiriləcək analizlərin növləri üzrə qiymətləri 800 manat təşkil edir. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı tərəfindən, analizlərin aparılması xidməti ilə bağlı üzərinə götürülmüş öhdəliklər yerinə yetirilsə də, cavabdeh razılaşdırılmış qiymətlərlə hesablanmış xidmət haqqını tam olaraq ona ödəməmiş, 45300 manat məbləğində borcu qalmışdır. İşdən görünür ki, cavabdeh iddiaçıya olan həmin borcunu xx.xx.2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə təsdiqləmişdir. Belə olan halda, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərədə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda, qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət olunması məcburi deyildir. Məcəllənin qeyd olunan tələbi baxımından, cavabdehin xx.xx.2019-cu il tarixində imzalayb MMC-nin möhürü ilə təsdiq etdiyi üzləşmə aktı onun iddiaçı qarşısında borcunun etirafıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının xidmət haqqına görə cavabdehdən 45300 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır. Bu baxımdan, məhkəmə kollegiysı iddiaçının üzləşmə aktını tanımadığını və borcun düzgün olmadığını mübahisələndirən dəlilərini əsassız sayır və həmin hissədə qətnamə ilə iddianın təmin olunmasını düzgün nəticə kimi qiymətləndirir. Lakin cavabdeh etiraf etdiyi həmin borcunu bu günədək ödəməmiş, gecikdirmişdir. Tərəflər arasındakı müqavilənin 6.2 və 6.4-cü bəndiləindən isə görünür ki, ödəmə gecikdirliyi halda hər gecikdirilmiş gün üçün, ödənilməyən məbləğin 0,01 faizi məbləğində cərimə ödənilməli və tətbiq edilən cərimənin ümumi məbləği ödənilməmiş və görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olan məbləğinin 5,0 faizindən çox ola bilməz. İddiaçının tələbindən görünür ki, müqavilənin həmin şərtlərinə müvafiq olaraq ödənilməyən məbləği 45300 manat əsas borcun 5 faizi miqdarında hesablanan 2265 manat cərimənin də cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə Məcəllənin qeyd olunan normasına istinadən hesab etmişdir ki, cavabdeh hesablanmış dəbbə pulunun miqdarı 500 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki, hazırkı böhran şəraitində borclunun bütün əsaslı mənefeləri baxımından, ondan 2265 manat məbləğində cərimə tutulması onun maliyyə vəziyyətinə və ödəmə qabiliyyətinə münasibətdə aşkar tənasübsüzdür. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-885/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-885/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-119/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-119/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver