Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1190/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4352/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı (icraçı qismində) ilə Cavabdeh (sifarişçi qismində) arasında xx.xx.2023-ci il tarixdə bağlanmış FUG-050/23 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin şərtlərindən görünür ki, «Sifarişçi» bu müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən malların (işlərin və xidmətlərin) satın alınması üçün «İcraçı»nın təklifini qəbul edir (1.1). «İcraçı» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında «Sifarişçi»yə satın alınan malların (işlərin və xidmətlərin) təhvil verilməsini öhdəsinə götürür (1.2). «Sifarişçi» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və xidmətlərin) «İcraçı »dan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürür (1.3). Qiymətlərin razılaşma protokolu bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur (1.4). «Sifarişçi» malların (işlərin və xidmətlərin) dəyərini 50% olmaqla qabaqcadan «İcraçı»nın təqdim etdiyi hesabfaktura və ya elektron qaiməyə əsasən ödəməlidir (2.1). Malların (işlərin və xidmətlərin) daşınması «Sifarişçi» tərəfindən həyata keçirilir (2.2). «Sifarişçi» müqavilə bağlandıqdan sonra ödəmələrin vaxtında aparılması, müqavilə üzrə alınan malların (işlər və xidmətlərin) təxirə salınmadan qəbul edilməsini öhdəsinə götürür (2.3). «İcraçı» malların (işlərin və xidmətlərin) müvafiq standartlara uyğun,istifadəyə yararlı,düzgün qablaşdırılmış formada olmasına zəmanət verir (2.4). «İcraçı» «Sifarişçi»ni malların (işlərin və xidmətlərin) qanunvericilikdə nəzərdə tutulmuş lazım olan sənədlərlə təmin edir (2.5). «Sifarişçi» təhvil almış malların (işlərin və xidmətlərinin) dəyərini «İcraçı» tərəfindən təqdim olunan hesabfaktura və ya elektron qaimə əsasında Azərbaycan manatı ilə «İcraçı»nın hesabına köçürülməsini təmin edir (3.1). Müqavilə «İcraçı» və ya «Sifarişçi» tərəfindən ləğv olunursa, tərəflər müqavilə üzrə ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. (3.2)
2. Müqavilənin 18 aprel 2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən malın qiyməti ƏDV daxil olmaqla 44527,3 manat dəyərində, 12 iyun 2023-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən malın qiyməti ƏDV daxil olmaqla 45015,82 manat dəyərində razılaşdırılmışdır.
3. Hər iki hüquqi şəxs tərəfindən möhürlə təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaq 5389,06 manat, 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 23072,54 manat, 14 iyun 2023-cü il tarixli 070/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 9953,3 manat və 21 iyun 2023-cü il tarixli 075/23, 06 iyul 2023-cü il tarixli 092-2/23 nömrəli akt (qeyd edilən 2 akt eyni məbləğdə mal üçün tərtib edilmişdir) əsasında ƏDV daxil olmaqla 41145,42 manat olmaqla ümumilikdə 79560,32 manat dəyərində mal cavabdehə təhvil verilmişdir.
4. Elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDE 013895 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 44527,3 manat, xx.xx.2023-cü il tarixli EBDİ 365637 seriya və nömrəli elektron qiamə ƏDV daxil olmaqla 45015,82 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 89543,12 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmiş, hər iki elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDE 013895 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 6792,3 manat ƏDV məbləği cavabdeh tərəfindən sub-hesaba köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 aprel 2023-cü il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 82750,82 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 4137,54 manat məbləğində pulun və ödənilmiş 352 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 18 aprel 2023-cü il tarixli FUG-050/23 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1 və 1.3-cü yarımbəndinə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən malların (işlərin və xidmətlərin) satın alınması üçün cavabdehin təklifini qəbul etməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında həmin malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh təhvil alınmış malların dəyərini iddiaçı tərəfindən təqdim olunan hesab-faktura və ya elektron qaimə əsasında Azərbaycan manatı ilə sonuncunun hesabına köçürülməsini təmin etməlidir. 2.2. Tərəflər arasında imzalanmış qiymət razılaşdırılması protokolu və təhvil-təslim aktlarına, göndərilmiş elektron qaimə-fakturalara əsasən aşağıda dəyəri qeyd olunmuş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır: 18 aprel 2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılma protokoluna və xx.xx.2023- cü il tarixli 013895 nömrəli elektron qaimə-fakturaya əsasən 37735 manat; 12 iyun 2023- cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılma protokoluna və xx.xx.2023-cü il tarixli 365637 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil 45 015,82 manat. Odur ki yuxarıda qeyd olunanlara əsasən 82 750,82 manat dəyərində borc məbləği cavabdeh tərəfindən iddiaçıya bu günədək ödənilməmiş və cavabdeh tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 443, 445.7-ci və s. maddələri göstərilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-4352/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 18 aprel 2023-cü il tarixdə bağlanmış mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 72768 manat 02 qəpik əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 348 manat 89 qəpik olmaqla ümumilikdə 73116 manat 91 qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış FUG-050/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə satın alınan malların təhvil verilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürmüş, 18 aprel 2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ƏDV daxil olmaqla 44527,3 manat, 12 iyun 2023-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ƏDV daxil olmaq 45015,82 manat olmaqla ümumilikdə 89543,12 manat dəyərində malın qiyməti razılaşdırılmış, iddiaçı həmin müqavilə əsasında 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaq 5389,06 manat, 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 23072,54 manat, 14 iyun 2023-cü il tarixli 070/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 9953,3 manat və 21 iyun 2023-cü il tarixli 075/23, 06 iyul 2023-cü il tarixli 092-2/23 nömrəli akt (qeyd edilən 2 akt eyni məbləğdə mal üçün tərtib edilmişdir) əsasında ƏDV daxil olmaqla 41145,42 manat olmaqla ümumilikdə 79560,32 manat dəyərində malı cavabdehə təqdim etmiş, ƏDV daxil olmaqla 89543,12 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə tərtib edərək cavabdehə göndərmişdir. Razılaşdırılan mallardan 9982,8 manat (qiymət razılaşdırma protokolunda razılaşdırılan: 89543,12 manat-təhvil verilmiş malların dəyərini təşkil edən: 79560,32 manat) dəyərində mal təhvil verilməmişdir. Cavabdeh tərəfindən ümumilikdə 6792,3 manat ƏDV məbləği ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) təhvil alınmış malların dəyərini iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə (təhvil verilməmiş mallarla bağlı) münasibətdə isə göstərmişdir ki, iddiaçı həmçinin qiymətlərin razılaşdırılması protokoluna əsasən razılaşdırılmış, lakin təhvil verilməmiş 9982,8 manat dəyərində malın da ödənilməsini tələb edir. Belə ki, iddiaçı qiymət razılaşdırma protokolunda razılaşdırılan 89543,12 manat malın dəyərindən cavabdeh tərəfindən ödənilən 6792,3 manat ƏDV məbləğini çıxmaqla qalan 82750,82 manat pulun tutulmasını tələb edir və bildirir ki, cavabdeh həmin malları qəbul etməkdən imtina etmiş, lakin iddiaçı cavabdehə təqdim etmək üçün həmin malları üçüncü şəxsdən almışdır. Məhkəmə həmin hissədə iddianı əsassız hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mülki qanunvericilikdə satıcının alıcıdan əşyanı qəbul etməyi tələb etmək və ya müqavilənin icrasından imtina etmək hüquqları təsbit edilmişdir. Digər tərəfdən hazırkı halda iddiaçının müvafiq əşyanın alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, əşyaların təhvil alınması ilə bağlı cavabdehə bildiriş göndərilməsi və ya cavabdehin həmin əşyaları almaqdan imtina etməsi barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (iddiaçının nümayəndəsi/vəkili ancaq şifahi müraciət olunduğunu bildirmişdir). Digər tərəfdən, iddiaçı özü malların bir hissəsinin təhvil verilmədiyini bildirdiyindən təqdim edilən xx.xx.2023-cü il tarixli EBDE 013895 və xx.xx.2023-cü il tarixli EBDİ 365637 seriya və nömrəli elektron qaimələr 9982,8 manat malın da təqdim edildiyinin sübutu kimi çıxış edə bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, təhvil verilməyən malların dəyərini təşkil edən 9982,8 manat məbləğində pulun tutulması hissəsində iddia əsassız olduğundan rədd olunmalıdır.
5. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4352/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları nəzərə almamış, ümumiyyətlə qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən göstərilənlərlə sübutları tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 11.2-ci maddəsinə əsasən işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. X3 Respublikasının vətəndaşıdır. Azərbaycan dilində o qədər də yaxşı bilmədiyi üçün məhkəmədə iştirak edə bilməsinin bildirişi Türk dilinə tərcümə olunmamışdır. Məhkəmə onu tərcüməçi ilə təmin etməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səhhəti ilə bağlı iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
10. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. -596-cı maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. -445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
11. Mülki Prosessual Məcəllənin:
-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı da yalnız həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış FUG-050/23 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 79.560,32 manat məbləğində mallar təqdim edilmiş, bunun müqabilində isə cavabdeh tərəfindən yalnız 6792,3 manat ƏDV məbləği ödənilmişdir.
17. Odur ki, İddiaçı MMC Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş 72.768,02 (79.560,32-6792,3) manat məbləğində borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
18. Eyni zamanda cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından məhkəmə pretenziya göndərildiyi tarixdən iddia ərizəsinin verilməsinə qədər olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq gecikdirilmiş əsas borca illik 5% hesabı ilə 348,89 manat məbləğində faizləri tutmaqda haqlı olmuşdur.
19. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4352/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov