Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1194/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə öhdəliyi üzrə borc» tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3232/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin Gürcüstan Respublikasındakı filialına qarşı «müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər siyahısından Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin Gürcüstan Respublikasındakı filialının çıxarılmasını və cavabdeh "xxxx" ASC-dən 161065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 212211,1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 380819,89 ABŞ dolları və 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-yə məxsus "xxxx" ASC-nin Gənclik filialında olan AZ38AİİB******************** saylı və "xxxx" ASC-də olan AZ04MUGA**********00020AZM00 saylı və digər bank hesablarının müəyyən edilərək üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3232/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-yə məxsus "xxxx" ASC-nin Gənclik filialında olan AZ38AİİB******************** saylı və "xxxx" ASC-də olan AZ04MUGA**********00020AZM00 saylı bank hesablarında olan pul vəsaiti üzərinə iddia tələbi həcmində, yəni 161065,56 (yüz altmış bir min altmış beş dollar əlli altı sent) ABŞ dolları olmaqla işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması qərara alınmışdır. Cavabdeh "xxxx" ASC 13.09.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3232/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3232/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilsə də iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3232/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Hazırkı halda iş üzrə görülmüş iddianı təmin etmə tədbiri iddia tələbinə mütənasib olduğundan və tədbirin görülməsinin hansı zərurətdən irəli gəldiyi əsaslandırıldığından məhkəmə hesab edir ki, mübahisələndirilən qərardadın ləğvi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3232/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3232/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1194/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1194/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver