Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1194/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Zamin Vəliyəddin oğlu İbrahimov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 598/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli müqavilə üzrə yaranmış 62680 manat gecikdirilmiş borcu və hesablanmış 120.403,90 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 183.983,9 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı müqavilə üzrə 62.680 manat məbləğində gecikdirilmiş əsas borc, 3000 manat məbləğində dəbbə pulu; cəmi 65.680 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 165 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Çıxarışlmış qətnamə ilə razı deyilik və iddia tələbi üzrə iccraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə Masallırayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli 2(050)- 134/17 №-li qətnaməsi vardır və hazırda Masallırayon İcra Şöbəsində icra işi vardır. Masallı rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli 2(050)-134/17 №-li qətnaməsi ilə iddia qismən təmin edilmiş Cavabdeh 62140 manat əsas borcun cərimə borcu üzrə 3217 manatın, 30 manat dövlət rüsumunun, məndən tutulması və həmçinin lizinq obyektləri olan 12 ədəd kənd təsərrüfatı avadanlıqlarının (nəqliyyat vasitəsi) saz vəziyyətdə lizinq verənə qaytarılması qət edilmişdir. İş üzrə qətnamədən apellyasiya şikayəti verilmiş Şirvan Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(106)-54/19 saylıqətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda qeyd edilən qətnamə üzrə icra hərəkətləri davam etdirilir, hətta bu məhkəmə işi gedərkən də İcra Məmurucavabdehi icra şöbəsinə dəvət etmişdir. Bu səbəbdən də bu qətnamə çıxarıla bilməzdi. Digər məqam isə ondan ibarətdir ki, hazırkı iddia üzrə texnikalaa cavabdehə təhvil verilməmişdir. Lakin iddiaçı indi yeni müqavilə təqdim edərək guya onun yeni müqavilə bağladığını və həmin texnikalarını ona verdiyini bildirmişdir. Lakin cavabdeh müqaviləni qəbul etmir və onun tərəfindən belə müqaviləyə imza edilmədiyi bildirilmişdir. Lakin ekspertizada məlum olmuşdur ki, müqavilədəki imza cavabdehə məxsusdur. Dəfələrlə təhvil təslim aktlarının da yoxlanılması tələb edilsə də məhkəmə bunu qəbul etməmişdir. Müqavilədəki imza cavabdehə məxsus olsada texnikaların ona verilməsi aktlarla öz əksini tapmır. Onu aldadıb bu müqaviləyə imza etdirə bilərlər. Lakin təhvil təslim aktlarında imzalar ona məxsus deyil və həmçinin ele aktlarda varki ümumiyyətlə cavabdehin adı yoxdur. Belə ki, müqavilə və aktlara diqqət yetirilsə görünər ki, hamısı bir birindən fərqlidir. Yəni aktlara diqqət yetirilsə görünər ki, bu aktlarda və müqaviləd imzalar tamamilə fərqlidir. Bundan əvvəlki məhkəmədədə texnikaların cavabdehə təqdim edilməməsi səbəbəindən iş yarımçıq qalmışdır. Çünki hansı texnikanı təhvil verilib verilməməsi təsdiqlənməmişdir. Cavabdehə iddiaçını qeyd etdiyinə görə cəmi 1 texnika verilmişdir ki, onun da ödənişi tam özləri digər texnikaları almaqla əvəzləşdirmişdilər. Cavabdehin heç bir savadı və oxumaq qabiliyyəti olmadığından ona bu müqaviləyə imza etdiriblər. Lakin təhvil təslim aparılmadığından bu müqavilənin başa çatdırılması olmamışdır. Ödəniş cədvəlindədə əvvəlki müqavilənin davamı açıq aydın görünür. Hazırda bu texnika və tələb üzrə icrada iş var və hazırdada eyni iş üzrə qətnamə qəbul edilir. Məhkəmə özü qeyd edir ki, eyni iş üzrə Masallı rayon Məhkəməsində iş var və xx.xx.2024-cüil tarixli İcra şöbəsinin məktubu vardır. Həmin işdə də texnikaların qaytarılması və hazırda tələb olunan 62140 manat əsas borcun cərimə borcu üzrə 3217 manatın, 30 manat dövlət rüsumunun qaytarılmasıdır. İşin mübahisəsiz halı odur ki, hər iki müqavilədəki texnikalar eyni texnikalardır. Fərqli məqam odur ki, birinci müqavilə üzrə texnikalar təhvil verilmiş, lakin 2-ci müqavilə üzrə texnikalardan cəmi biri verilmişdir. Həmçinin qanuni qüvvəsini almış qətnamə üzrə tələb olunan 62140 manat əsas borcun cərimə borcu üzrə 3217 manatın, 30 manat dövlət rüsumu hazırda yenidən tələb olunur. Bu da borcunun 2 dəfə borclanmasına gətirib çıxardır. Hazırkı qətnamə qanuni qüvvəsini alsa bir tələb üzrə 2 borc yaranır. Digər məsələ isə texnikaların cavabdehə təhvil verilməməsidir. Təhvil təslim aktlarındakı nə adlar uyğun gəlir nə də imzalar. Məhkəmə bunları araşdırmadan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
10. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
12. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
13. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (mübahisəli hüquq münasibətində "xxxx" ASC-nin hüquqi varisi) həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 62.680 manat məbləğində gecikdirilmiş əsas borcu yarandığını əsas göstərərək həmin borcun və dəbbə pulunun tutulmasını, eləcə də lizinq obyekti olmuş kənd təsərrüfatı texnikalarının geri qaytarılmasını tələb etmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1039 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli lizinq müqaviləsinin 1-4-cü vərəqlərinin aşağısındakı imzalar və 5-ci vərəqində “lizinq alan” bölməsində “Cavabdeh” ad, soyadının aşağısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
21. Cavabdeh əvvəl müqaviləni imzalamadığını, ekspertiza nəticəsində imzanın ona aid olması müəyyən ediləndən sonra isə hüquqi savadı olmadığından mübahisəli lizinq müqaviləsinin imzaladığını, lakin həmin müqavilə üzrə lizinq obyekti olan texnikaların ona təqdim edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb etmişdir.
22. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli hal mübahisəli lizin müqaviləsi üzrə lizinq obyektləri olan 9 ədəd texnikanın cavabdehə təqdim edilib-edilməməsi ilə bağlıdır.
23. Göstərilən halla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ("xxxx" ASC-nin əvvəlki adı) ilə Cavabdeh arasında əvvəllər xx.xx.2012-ci il tarixli 986-L/12 saylı; xx.xx.2023-cü il tarixli 286- L/13 saylı və 04 sentyabr 2014-cü il tarixli, 1386-L/14 saylı lizinq müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən 2 ədəd MTZ- 89.2 markalı və 1 ədəd MTZ-1221 markalı traktor, 1 ədəd KR 14 markalı, 1 ədəd AG 14-4 markalı və 1 ədəd AG 14-5 markalı kotan, 2 ədəd TS-24 markalı taxılsəpən, 2 ədəd 6 tonluq traktor qoşqusu və 2 ədəd SK-5ME-1 markalı kombayn Cavabdeh təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə lizinq obyekti olan texnikaların lizinq alana təhvil verilməsi faktı Masallı rayon Məhkəməsinin qanuni qüvvədə minmiş 31 yanvar 2017-ci il tarixli qətnaməsində öz təsdiqini tapdığından onun yenidən sübut edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilən qətnamə ilə xx.xx.2012-ci il tarixli 986-L/12 saylı; xx.xx.2023-cü il tarixli 286-L/13 saylı və 04 sentyabr 2014-cü il tarixli, 1386-L/14 saylı lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyekti olmuş yuxarıda qeyd olunan 12 ədəd kənd təsərrüfatı texnikasının lizinq alana geri qaytarılması qət edilsə də, həmin qətnamə icra edilməmişdir. 2020-ci ildə "xxxx" ASC ilə Cavabdeh yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə "xxxx" ASC-yə qaytarılması qət edilmiş, lakin cavabdeh tərəfindən qaytarılmamış 9 ədəd kənd təsərrüfatı texnikasının cavabdehə yenidən lizinqə verilməsi barədə razılaşmış və bununla bağlı xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli mübahisəli lizinq müqaviləsini bağlamışlar.
24. Cavabdeh hazırkı iddiaya qarşı etirazını xx.xx.2020-ci il tarixli mübahisəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş kənd təsərrüfatı texnikaların ona təhvil verilməməsi ilə əsaslandırsa da, Masallı rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə qaytarılması qət edilmiş texnikaları "xxxx" ASC-yə qaytarmasını sübuta yetirə bilməmişdir. Əksinə Masallı rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsinin texnikaların qaytarılması hissəsində hal-hazıradək icra edilməməsi iş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapır.
25. Beləliklə, işin yuxarıda göstərilən halları ilə mübahisəli lizinq müqaviləsi üzrə lizinq obyekti olan 9 ədəd texnikanın xx.xx.2012-ci il tarixli 986-L/12 saylı; xx.xx.2023-cü il tarixli 286-L/13 saylı və 04 sentyabr 2014-cü il tarixli, 1386-L/14 saylı lizinq müqavilələri bağlanarkən Cavabdeh təhvil verilməsi müəyyən edildiyindən, eləcə də həmin texnikaların sonradan Cavabdeh tərəfindən "xxxx" ASC-yə qaytarılması iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mübahisəli lizinq müqaviləsi bağlandığı vaxtdan mübahisəli texnikalar Cavabdeh sahiblik və istifadəsində olmuşdur. Odur ki, texnikaların ona təhvil verilməməsi barədə cavabdehin dəlilləri əsassızdır.
26. Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq ödənişləri üzrə xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 62.680 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsindəki öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2020-ci il tarixli, 459- GL/15 saylı lizinq müqaviləsi üzrə dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
27. Apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
28. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazlarında irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən prosessual qənaət prinsipinə əsasən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.