Məhkəmə qərarları › İş №2-2(103)-1194/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1194/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1194/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı əsassız hesablanmış cərimə məbləğinin silinməsi və s. tələbi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3510/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2025-ci il tarixli, 03/2025 nömrəli ekspedisiya müqaviləsinə əsasən əsassız hesablanmış 11675,85 (on bir min altı yüz yetmiş beş avro səksən beş sent) avro məbləğində cərimənin silinməsi və həmin cərimə əsasında qanunsuz saxlanmış yükün bəhs edilən müqavilənin tələbləri baxımından iddiaçıya təhvil verilməsi; yükün saxlandığı vaxtdan, yəni 26 mart 2025-ci il tarixdən məhkəmənin yekun qərarı elan edilənədək olan dövr üçün adi mülki dövriyyədə aylıq 5000 (beş min) manat əsas götürülməklə iddiaçı şəxsin məhrum olduğu gəlir və müəyyən ediləcək həmin məbləğə münasibətdə əldən çıxmış fayda qismində hesablanacaq məbləğin, habelə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 2000 (iki min) manat məbləğində ödənilmiş pul vəsaiti və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra ilk iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia həcminin artırılması barədə” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 05 fevral 2025-ci il tarixli 03/2025 nömrəli ekspedisiya müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən əsassız hesablanmış 11675,85 (on bir min altı yüz yetmiş beş avro səksən bes sent) avro məbləğində cərimənin silinməsi və həmin cərimə əsasında qanunsuz saxlanmış yükün bəhs edilən müqavilə üzrə iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 7086 (yeddi min səksən altı) manat razılaşdırılmış cərimə əvəzi, daşıma haqqı olaraq ödənilmiş 14479,60 (on dörd min dörd yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində kompensasiya əvəzi, ödənilməli olan məbləğ üzrə hesablanmış 179,71 (bir yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat illik 5% faiz olmaqla, cəmi 21745,31 (iyirmi bir min yeddi yüz qırx beş manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin, habelə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 2000 (iki min) manat məbləğində ödənilmiş pul vəsaiti və 408 (dörd yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "indigo” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia həcminin artırılması barədə” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 05 fevral 2025-ci il tarixli 03/2025 nömrəli ekspedisiya müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən əsassız hesablanmış 11675,85 (on bir min altı yüz yetmiş beş avro səksən beş sent) avro məbləğində cərimənin silinməsi və həmin cərimə əsasında qanunsuz saxlanmış yükün bəhs edilən müqavilə üzrə iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 7086 (yeddi min səksən altı) manat razılaşdırılmış cərimə əvəzi, daşıma haqqı olaraq ödənilmiş 14479,60 (on dörd min dörd yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində kompensasiya əvəzi, ödənilməli olan məbləğ üzrə hesablanmış 179,71 (bir yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat illik 5% faiz, habelə 3 (üç) aylıq əldən çıxmış fayda olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 36745,31 (otuz altı min yeddi yüz qırx beş manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin, habelə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 2000 (iki min) manat məbləğində ödənilmiş pul vəsaitinin və 408 (dörd yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “Mobil Logistics" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “İndigo" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia həcminin artırılması barədə” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 05 fevral 2025-ci il tarixli 03/2025 nömrəli ekspedisiya müqaviləsi ləğv edilməli, iddiaçı tərəfindən ödənilmiş 7086 (yeddi min səksən altı) manat razılaşdırılmış cərimə əvəzi, daşıma haqqı olaraq ödənilmiş 14479,60 (on dörd min dörd yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində kompensasiya əvəzi, ödənilməli olan məbləğ üzrə hesablanmış 269,57 (iki yüz altmış doqquz manat əlli yeddi qəpik) manat illik 5% faiz, habelə 3 (üç) aylıq əldən çıxmış fayda olaraq 15000 (on beş min) manat, əlavə təzminat 5000 (beş min) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 41835,17 (qırx bir min səkkiz yüz otuz beş manat on yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 2000 (iki min) manat məbləğində ödənilmiş pul vəsaiti və 408 (dörd yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “Mobil Logistics" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “indigo" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2025-ci il tarixli 03/25 nömrəli ekspedisiya müqaviləsinə əlavə olaraq tərtib olunmuş 13 may 2025-ci il tarixli 1/25ML nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ödənilmiş 7000 manat məbləğin və 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçındən tutularaq Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, “05 fevral 2025-ci il tarixli 03/25 nömrəli ekspedisiya müqaviləsinə əlavə olaraq tərtib olunmuş 13 may 2025-ci il tarixli 1/25ML nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ödənilmiş 7000 manat məbləğ, 400 manat hüquqi yardım xərci və 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçındən tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 05 fevral 2025-ci il tarixli, 03/2025 nömrəli ekspedisiya müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 7086 (yeddi min səksən altı) manat razılaşdırılmış cərimə əvəzi, daşıma haqqı olaraq ödənilmiş 14479,60 (on dörd min dörd yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində kompensasiya əvəzi, ödənilməli olan məbləğ üzrə hesablanmış 269,57 (iki yüz altmış doqquz manat əlli yeddi qəpik) manat illik 5% faiz, habelə 3 (üç) aylıq əldən çıxmış fayda olaraq 15000 (on beş min) manat, əlavə təzminat 5000 (beş min) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 41835,17 (qırx bir min səkkiz yüz otuz beş manat on yeddi qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin 157140,82 (bir yüz əlli yeddi min bir yüz qırx manat səksən iki qəpik) manat məbləğində zərər əvəzinin, habelə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 2000 (iki min) manat məbləğində ödənilmiş pul vəsaitinin və 408 (dörd yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 3510/2025 saylı qərardadı ilə ilkin iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

7. Qeyd edilən qərardaddan iddiaçının nümayəndəsi və vəkili tərəfindən şikayət verilmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən əlavə, iddianın faktiki və hüquqi əsaslarını genişləndirmək, habelə yaranmış əlavə məsrəflərin və əldən çıxmış faydanın kompensasiyasını tələb etmək məqsədilə təqdim olunmuşdur. 1. Faktiki əsaslar. 1.1.Yükün vaxtında təhvil verilməməsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı tərəfin (cavabdehin) müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbilə öz kommersiya fəaliyyətini dayandırmaq və ya alternativ mətbəə, ofset çap və nəşriyyat xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdır. 1.2.Bu məqsədlə iddiaçı üçüncü şəxslərlə əlavə mətbəə, ofset çap və nəşriyyat xidmətlərinə dair müqavilələr bağlamış, həmin müqavilələr üzrə faktiki ödənişlər etmişdir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 iyul 2025-ci il tarixli ofset çap xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 14 iyul 2025-ci il tarixdən 10 sentyabr 2025-ci il tarixədək cəmi 8323,69 (səkkiz min üç yüz iyirmi üç manat altmış doqquz qəpik) manat məbləğində sifariş vermişdir. Habelə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 noyabr 2024-cü il tarixli çap işləri xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 06 may 2025-ci il tarixdən 23 iyul 2025- ci il tarixədək cəmi 8717,13 (səkkiz min yüddi yüz on yeddi manat on üç qəpik) manat məbləğində sifariş vermişdir. Eyni zamanda, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli çap işləri xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 06 oktyabr 2025-ci il tarixdə 126000 (bir yüz iyirmi altı min) manat məbləğində sifariş vermişdir. Həmçinin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli çap və nəşriyyat işləri xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 08 may 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixədək cəmi 14.100 (on dörd min bir yüz) manat məbləğində sifariş vermişdir. Göründüyü kimi, qeyd edilən müqavilələr üzrə yekun olaraq 157140,82 (bir yüz əlli yeddi min bir yüz qırx manat səksən iki qəpik) manat məbləğində iddiaçı təşkilat tərəfindən ödəniş həyata keçirilmişdir. Əgər cavabdeh müqavilə üzrə yükü vaxtında təhvil versəydi, bu xidmətlərə ehtiyac yaranmazdı. 1.3. Beləliklə, bu ödənişlər məcburi zərər (force-loss) xarakteri daşıyır və birbaşa cavabdehin müqavilə pozuntusunun nəticəsidir. Lakin bütün qeyd edilən hüquqi əsaslara baxmayaraq, Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli e-2-2(113)- 3510/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinin həcminin artırılması barədə ərizəsi geri qaytarılmışdır. Qərardadda göstərilir ki, Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2025ci il tarixli e-2-2(113)-3510/2025 nömrəli qərardadı ilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdırılmış və iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Bundan sonra iddiaçı tərəf 03 oktyabr 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə təqdim edilmişdir. Həmçinin, iddiaçı iddia tələbinin dəyişdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Sübut qismində təqdim olunmuş sənədlər isə hazırkı ərizənin icraata qəbul olunması üçün əsas ola bilməz. Hesab edilir ki, bu qərardad prosessual və maddi hüquq normalarına zidd çıxarılmışdır və aşağıdakı səbəblərlə əsassız hesab olunmalıdır. Belə ki, iddia tələbinin həcminin artırılması barədə ərizənin işin baxılmağa hazırlanması mərhələsindən sonra verilməsi qanuna uyğun və məhkəmə tərəfindən təmin edilməli hüquq hesab olunur. Bu hüququn məhdudlaşdırılması prosessual və maddi hüquqların pozulması deməkdir. Habelə, iddia tələbinin həcminin artırılması yeni iddia demək deyildir, mövcud iddianın miqdarının artırılmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə iddiaçı işə baxılarkən iddia tələbinin həcmini artıra bilər. Bu norma iddianın mahiyyətini dəyişmədən onun miqdarını və ya həcmini artırmaq hüququnu tanıyır. İddia həcminin artırılması yeni iddia hesab edilmir və məhkəməyə eyni predmet üzrə baxılan işdə iddiaçının tələbini tam əhatə etməyə imkan verir. Qeyd edilən maddənin şərhinə görə iddiaçının iddia həcmini artırmaq hüququ iddianın mahiyyətini dəyişmədən ona əlavə sənəd, ödəniş qəbzləri, müqavilə əlavələri və ya dəqiqləşdirilmiş məbləğlər təqdim etməyə imkan verir. İddia tələbinin artırılması üçün obyektiv əsaslar mövcud olmuşdur. İş üzrə təqdim edilmiş iddia ekspedisiya müqaviləsi əsasında yaranmış zərərin və əldən çıxmış faydanın ödənilməsinə aiddir. Zərərin miqdarı və ya əldən çıxmış faydanın dəyəri müqavilənin icra vəziyyəti, əlavə xərclər və ödəniş sənədləri ilə müəyyən olunur. Bu halların bir qismi məhkəmə baxışı dövründə ortaya çıxdığına görə iddia tələbinin artırılması məhz həmin mərhələdə mümkün və zəruri olmuşdur. İddianın həcminin artırılması mövcud müqavilədən doğan öhdəliklərin əhatə dairəsinin genişləndirilməsidir və yeni predmet yaratmır. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53.1-ci bəndinin tələbinə tam olaraq uyğundur. Habelə, iddiaçının iddia tələbinin həcmini artırmaq hüququ onun iddianın mahiyyətini dəyişmədən mövcuddur və bu, yeni iddia hesab edilməməlidir. Buna əsasən əgər bu artım müqavilədən doğan zərərin dəqiq miqdarının müəyyən edilməsi üçün zərurətdirsə, iddia tələbinin həcminin artırılması üçün ərizənin işin baxılmağa hazırlanması mərhələsindən sonrakı dövrdə verilməsi qanuni hesab olunmalıdır. İddiaçının iddia tələbinin artırılması prosessual hüququ, məhkəmənin işin obyektiv araşdırılmasını təmin etməsi üçün qorunmalıdır və formal səbəblərlə rədd edilə bilməz. Bu istinad məhkəməyə göstərir ki, təkcə ərizənin işin hazırlanma mərhələsindən sonra verilməsi prosedur baxımından əsassız rədd üçün əsas ola bilməz. İddia tələbinin həcminin artırılması məhkəmə baxışı zamanı ortaya çıxmış yeni dəlillərə, yəni ödənilən əlavə xidmət haqları və əldən çıxmış fayda hesablamalarına əsaslanır. Bu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 264-cü və 269-cu maddələrinin tələblərinə uyğun olaraq işin tam və hərtərəfli araşdırılmasını təmin edir. Məhkəmə prosessual hüququn həyata keçirilməsinə süni maneə yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü və 10-cu maddələrinə görə məhkəmə tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə şərait yaratmalı və tərəflərin hüquqlarını bərabər təmin etməlidir. İddiaçının qanuni hüququ olan iddia tələbinin artırılması barədə ərizəni formal əsaslarla geri qaytarmaq bu prinsiplərə ziddir və prosessual bərabərlik prinsipini pozur. Qərardad işin tam və obyektiv araşdırılması prinsipinə ziddir. İddia həcminin artırılması barədə ərizəni rədd etməklə məhkəmə iş üzrə maddi hüquq münasibətlərinin tam araşdırılmasını əngəlləmiş və nəticədə ədalətli məhkəmə araşdırması hüququnu (Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi) pozmuşdur. Tərəflərin prosessual hüquqlarının təmin edilməsi və iddia tələblərinin araşdırılması zamanı məhkəmənin formalizmə əsaslanaraq qərar qəbul etməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə ziddiyyət təşkil edir. Bu baxımdan, iddia tələbinin həcminin artırılması barədə ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra verilməsinin formal səbəblə rədd edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının prinsiplərinə uyğun deyildir. Məhkəmə tərəflərin prosessual bərabərliyini təmin etməli və tərəflərə əlavə dəlil təqdim etmək hüququ verilməlidir. İddiaçının yeni sənədlərə əsasən iddia həcmini artırmaq hüququ mövcuddur və məhkəmənin bu ərizəni rədd etməsi bərabərlik prinsipinin pozulması deməkdir. Məhkəmə işin maddi tərəfini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. İddiaçının ödənilməli zərərin dəqiq miqdarı və əlavə fayda itkisinin hesablanması yalnız məhkəmə baxışı zamanı dəqiqləşdirildiyi üçün iddia tələbinin artırılması bununla bağlıdır və rədd olunması işin obyektiv araşdırılmasını əngəlləyir. Qeyd edilməlidir ki, zərərin dəqiq miqdarı və əldən çıxmış fayda məhkəmə baxışı zamanı təqdim edilmiş əlavə sənəd və ödəniş qəbzləri ilə dəqiqləşdirilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3510/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

10. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

11. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək

Məhkəmənin mövqeyi

12. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

13. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 3510/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

15. İşin hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdırılmış və iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Bundan sonra iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəyişdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.

16. Şikayətdə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırması məqsədilə tərəflərə öz prosessual hüquqlarını həyata keçirmək üçün şərait yaradılmış, iddiaçı tərəfindən bir neçə dəfə iddia tələbinin həcmi dəyişdirilmiş, həmin ərizələr icraata qəbul olunmuşdur. Nəhayət iddiaçı xx.xx.2025-ci il tarixdə (saat 14:08-də) yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişdir. Həmin tarixə saat 16:30-a üçüncü məhkəmə baxış iclası təyin olunmuş və keçirilmişdir. O cümlədən iddiaçının nümayəndəsi qeyd edir ki, 14 iyul 2025-ci il tarixdən 10 sentyabr 2025-ci il tarixədək cəmi 8323,69 manat, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 noyabr 2024-cü il tarixli çap işləri xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 06 may 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək cəmi 8717,13 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli çap işləri xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 06 oktyabr 2025-ci il tarixdə 126000 (bir yüz iyirmi altı min) manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli çap və nəşriyyat işləri xidmətlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən iddiaçı təşkilat sifarişçi olaraq, 08 may 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixədək cəmi 14100 manat məbləğində sifariş vermişdir. Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı təşkilat tərəfindən yekun olaraq 157140,82 manat məbləğində ödəniş həyata keçirilmişdir.

17. Hazırlıq iclası xx.xx.2025-ci il tarixdə yekunlaşdığını nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan tarixlərə baxdıqda görmək mümkündür ki (bəziləri istisna olmaqla), həmin tarixədək də müvafiq ərizə ilə məhkəməyə müraciət etmək imkanı olmuşdu.

18. Belə olan halda birinci instansiya məhkəməsi iddianın həcminin artırılması barədə ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə təqdim edildiyindən ərizə və və ona əlavə edilmiş sənədlər geri qaytarmaqda haqlı olmuşdur.

19. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

21. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı “İndigo" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3510/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar