Məhkəmə qərarları › İş №2-2(103)-1195/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1195/2025

29.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1195/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi Açar söz: xarici hüquqi şəxsin filial və nümayəndəliyinin rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "Çinar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 2008146191) vergi ödəyicisi qismində Azərbaycan Respublikası Ərizəçi qeydiyyatdadır, icra orqanının rəhbəri Maraqlı şəxs oğludur.

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fiziki və hüquqi şəxsə ünvanlanmış ##.##.2025-ci il tarixli 2550020891176400, ##.##.2025-ci il tarixli 2550020891177100, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 15156,56 manat, Işsizlikdən sığorta fonduna olan 697,07 manat, Icbari Tibbi Sığorta Fonduna olan 3611,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Yağmur Sait barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - ******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi MYI 734930) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan "Çinar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Lımıted" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 2008146191) Icbari Tibbi Sığorta Fonduna 3611,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 15156,56 manat, Işsizlikdən sığorta fonduna 697,07 manat olmaqla, ümumilikdə 19464,87 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550020891176400, ##.##.2025-ci il tarixli 2550020891177100, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin filialının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxsə münasibətdə Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdır.

8. Göründüyü ki, maraqlı şəxs hüquqi şəxsin deyil, onun filialının rəhbəridir, bu səbəbdən hazırkı ərizə təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2, 355-5.1, 355-7.4-cü maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2, 53.3-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaranmış borc məbləğlərinin müvafiq fondlara ödənilməsini təmin etməsi üçün vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli, **************** nömrəli, **************** nömrəli bildirişlər göndərilmişdir. Lakin bildirişdə göstərilən müddətdə borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Bundan sonra vergi ödəyicisinin bank hesablarına ##.##.2025-ci il tarixli *********** nömrəli, ##.##.2025-ci il tarixli *********** nömrəli, *********** nömrəli, *********** nömrəli, *********** nömrəli sərəncamlar göndərilmiş, bank hesablarında vəsait olmadığından borclarının həmin sərəncamlar hesabına ödənilməsi mümkün olmamışdır. Həmçinin vergi ödəyicisinin borclarının əmlaklarının satılması yolu ilə alınması üçün Vergi Məcəlləsinin 23.1.15-1-ci və 89cu maddələrinə əsasən “əmlakın siyahıya alınması haqqında” ##.##.2024-cü il tarixli *********** nömrəli, *********** nömrəli, 24952921256 qərarlar qəbul olunmuşdur. “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında” *-**-*-*/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli məktub göndərilmiş, lakin vergi ödəyicisi aktivləri barədə məlumatı vergi orqanına təqdim etməmişdir. Müəssisənin rəhbəri Maraqlı şəxsin istifadəsində olan +************ nömrəsinə “Kayalar “Çınar-SanX3 Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 2008146191) borclarının ödənilməməsi halında onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə ##.##.2025-ci il tarixdə SMS, həmçinin ##.##.2025-ciil tarixli **************** nömrəli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu göndərilmişdir. Yuxarıda qeyd olunan tədbirlər nəticə vermədiyi üçün vergi orqanı“Kayalar “Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 2008146191) icra orqanının rəhbəri olan Maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə ərizəni təmin etməməklə “Kayalar “Çınar-X2 Inşaat Turizm Sanayi veTicaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 2008146191) vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Belə ki, sözügedən müəssisə qanunveriliklə müəyyən edilmiş müddətdə vergi öhdəliyini yerinə yetirmədiyi üçün onun müvafiq fondlara borcu yaranmışdır. Müəssisənin Əsasnaməsinin 3.3-cü maddəsinə əsasən “Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 2008146191) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən vergiləri, rüsumları və digər tədiyyələri ödəməlidir. Həmin əsasnamənin 4.1-ci bəndinə əsasən filialın idarə edilməsini şirkət tərəfindən təyin olunmuş direktor həyata keçirir. Direktor Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyır. Göründüyü kimi vergiləri ödəmək vəzifəsi məhz hazırkı iş üzrə maraqlı şəxsin rəhbəri olduğu “Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: 2008146191) aid edilmiş, direktor da filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyır. Həmçinin həmin Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə bütün vergilər ödəndikdən sonra filialın əldə etdiyi xalis mənfəət şirkətin göstərişi ilə istifadə olunur. Yəni vergilərin ödənilməsi birbaşa filialın vəzifəsi kimi təsbit edildiyindən vergilər ödənildikdən sonra qalan vəsait şirkətin sərəncamına keçir. Müəssisənin adından da məlum olduğu kimi müəssisənin tabe olduğu hüquqi şəxs Türkiyə Respublikasının vergi ödəyicisidir. Həmin hüquqi şəxs Azərbaycan Respublikasında hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. Hüquqi şəxsin özü xarici hüquqi şəxs olduğundan reyestr sənədlərinin mövcud olduğu və qeydiyyatda olduğu orqan hazırkı iş üzrə ərizəçi vergi orqanı olmadığı üçün Azərbaycan Respublikasının vergi orqanları həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malik deyildir. Həmçinin “Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialının borcunun ödənilməsinə təsirinin olması da real deyil. Belə ki, “ Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin icra orqanının rəhbərinin Azərbaycan Respublikasına gəlməməsi halında bu tədbirin borcun ödənilməsi üçün faydası yoxdur. Bu səbəbdən də məhkəmənin filialın rəhbərinin deyil, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının məhkəməyə müraciət etməsi barədə mövqeyi işin faktiki hallarına uyğun deyil. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinin ikinci hissəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Yuxarıda qeyd olunan maddənin məzmunundan göründüyü kimi Vergi Məcəlləsi xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının qeydiyyatı ilə bağlı qaydanı Azərbaycan Respublikasında yaradılan hüquqi şəxslərin nümayəndəlik və filiallarının yaradılması üsulundan fərqləndirir və onların qeydiyyatını hüquqi şəxslərin qeydiyyatı ilə eyniləşdirir. Bu səbəbdən də məhkəmə sözügedən müəssisəyə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsin filialı kimi deyil, müstəqil hüquqi şəxs kimi yanaşmalı idi. Mülki Prosessual Məcəllənin 355-5.1ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə vergi ödəyicisi və ya sığorta edən “Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialıdır. Bu səbəbdən də vergi orqanının məhz “Çınar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi qanuni və əsaslı olmuşdur.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı; iştirakçılarının izahatları

13. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün Maraqlı şəxs qanuni təmsilçisi olduğu "Çinar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN:2008146191) vergi borcunun olub-olmaması barədə məlumat və sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

14. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən şəxsi hesab vərəqəsi təqdim edilmişdir.

15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

16. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

17. 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;

18. 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:

19. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”

Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun:

20. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

21. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

22. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

23. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

24. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

25. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

26. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

33. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməlidir.

38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxslərin icra orqanının rəhbəri” anlayışının şərh edilməsinə dair” ##.##.2026-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də ehtiva etdiyi qərara alınmışdır.

39. Bu konteksdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışına dar və məhdudlaşdırıcı yanaşma tətbiq olunaraq xarici hüquqi şəxsin filial rəhbərinin həmin kateqoriyaya aid edilməməsi barədə nəticəyə gəlinməsi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

40. Eyni zamanda iş materiallarından görünür ki, "Çinar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN:2008146191) dövlət büdcəsinə vergi borcu vardır. Belə ki, Azərbaycan Respublikası Ərizəçi tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "Çinar-X2 Inşaat Turizm Sanayi ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN:2008146191) dövlət büdcəsinə cəmi 1.826,04 manat vergi borcu var. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

41. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.

42. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 24) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

43. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, ərizə təmin edilməli, ## ###### 1974-cü il tarixdə Türkiyə Respublikasında doğulmuş, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1212-ci məhəllə, ev 15, mənzil 274-də yaşayan (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi – ******) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

44. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən ərizənin və apellyasiya şikayətinin verilməsi üçün 150 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

45. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Ərizəçi Azərbaycan Respublikası Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi təmin edilsin. ## ###### 1974-cü il tarixdə Türkiyə Respublikasında doğulmuş, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1212-ci məhəllə, ev 15, mənzil 274-də yaşayan (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi – ******) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən Maraqlı şəxs tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar