Məhkəmə qərarları › İş №2-2(103)-1196/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1196/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1196/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Rəfayil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-767/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 19 avqust 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Tərəflər 19 avqust tarixli müqaviləyə 1 saylı Əlavə ilə əsas müqavilənin icra qaydasını müəyyən etmişlər.

3. Qeyd edilmiş alqı-satqı müqaviləsinin predmetini satış dəyəri 25.000 manat olan Spectura Dual aparatı təşkil edir.

4. xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən İddiaçı MMC-yə 3.000 manat məbləğində ödəniş edilmişdir.

5. 20 avqust 2024-cü il tarixdə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilədən imtina edilməsi və ödənilmiş 3.000 manat pulun qaytarılması ilə bağlı İddiaçınə bildiriş verilmişdir.

6. Alibaba.com saytı üzərindən İddiaçı ilə X1 Technology Co LTD şirkəti arasında 2 ədəd (1 ədədinin dəyəri 3.800 ABŞ dolları) Spectura Dual aparatı ilə bağlı elektron formada müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilə üzrə Rəhimov Ağarəhimin hesabından (İddiaçı adından) xx.xx.2024-cü il tarixdə 4.202 ABŞ dolları olmaqla alibaba.com saytı üzərindən ilk pul köçürməsi olmuşdur.

7. Gömrük bəyannaməsindən görünür ki, mübahisə predmeti olan Spectura Dual aparatı Azərbaycana xx.xx.2024-cü il tarixdə idxal olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4183 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə “Spectra Dual” cihazının təhvil götürülməsi və ümumi borc məbləği olan 22000 (iyirmi iki min ) manat borcun, 156 (yüz əlli altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 22156 (iyirmi iki min yüz əlli altı) manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4183 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Spectra Dual» cihazının Cavabdeh tərəfindən alınması təsdiqlənmişdir. Lakin sonradan cihazın təhvil alınmasından Cavabdeh tərəfindən əsassız qaydada imtina edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3000 (üç min) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. «Müqavilə»nin 3.6-cı bəndinə əsasən, «Sifarişçi» tərəf müqavilə predmeti olan satış obyektini təhvil almaq vəzifəsini qəbul edir. Belə ki, Cavabdeh tərəfindən cihazın təhvil alınmasından və ödəniş öhdəliyinin icra edilməsindən əsassız olaraq imtina edilmişdir. Təhvil zamanı 2000 (iki min) manat ödəniş icra edilməli idi. Bir neçə dəfə Cavabdeh ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6212/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-6212/2024 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

11. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 19 avqust 2024-cü il tarixli, 4183 nömrəli nisyə alqı-satqı müqaviləsinin Cavabdeh tərəfindən imtina edilməsi əsası ilə müqaviləyə xitam verilmiş hesab edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3000 (üç min) AZN məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) AZN məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 50 AZN məbləğində pulun cavabdehdən İddiaçındən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19 avqust 2024-cü il tarixdə 4183 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin tarixdə iddiaçı tərəfindən 3000 manat ödəniş edilmişdir və bu hal müqavilə əlavəsində öz təsdiqini tapır. Lakin müqavilədə qeyd olunan cihazın işləkliyi yoxlanan zaman iddiaçı tərəfindən cihazın lazımi qaydada işlək olmaması halı aşkarlanmışdır. İddiaçı əmlakı təhvil almamışdır.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iş məhkəmənin icraatında olan İddiaçı Cavabdeh “borcun tutulması” tələbinə dair işlə (iş № e-2-2(113)- 8044/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, birləşdirilmiş iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh nümayəndəsi məhkəməyə ərizə göndərərək, səhhətində yaranan ciddi problemlə (ayağındakı sınıqla) əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, İddiaçı MMC tərəfindən verilən iddianın təmin edilməməsini, Cavabdeh tərəfindən təqdim olunan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin 2-2(113)-767/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh iddiasının təmin edilməsi, xx.xx.2024-cü il tarixli 4183 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməsi, 3.000 (üç min) manat məbləğində pulun İddiaçındən tutularaq Cavabdeh verilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pulun İddiaçındən tutularaq Cavabdeh verilməsi, dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pulun İddiaçındən tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:  Alıcı olan Cavabdeh tərəfindən müqavilənin predmeti olan Spectura Dual cihazının alınmasından 20 avqust tarixində yəni, tərəflər arasında müqavilə bağlandıqdan 1 gün sonra, imtina etsə də, İddiaçı buna məhəl qoymamış və qeyd edilmiş cihazı sifariş etmişdir.  Bundan başqa da, əgər fərz edilsə ki, Cavabdeh malın alınmasından imtina etməmişdən saat fərqi ilə öncə İddiaçı tərəfindən mal sifariş verilmiş olsa da, İddiaçı də, malın alınmasından (sifariş verilməsi) imtina etmək imkanı mövcud idi.  Məhkəmə iclasında İddiaçı nümayəndəsi tərəfindən səsləndirilmiş olan “malın alınmasından imtina etsə idik, Çin şirkəti bizə mal satmayacaqdı” fikrinə münasibətdə isə Məhkəmə qeyd edir ki, səsləndirilmiş fikir ancaq sözdə olmaqla, hər hansı bir sübuta əsaslanmır və bu barədə də, İddiaçı tərəfindən hər hansı bir sübut Məhkəməyə təqdim edilməmişdir.  Həmçinin də qeyd edilməlidir ki, qeyd edilmiş malın alınması ilə bağlı ilk ödəniş İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə edilmişdir. Yəni hətta bundan sonra da, İddiaçı Çin şirkətindən malın alınmasından imtina edə və ona ödəmiş olduğu pulu, Cavabdeh zərər formasında tələb edə bilərdi.  Bundan başqa da, İddiaçı Çin şirkəti ilə bağlamış olduğu müqavilə təkcə Cavabdeh sifariş etmiş olduğu cihazla deyil, həmçinin 2-ci Spectura Dual cihazı ilə də bağlı olmuşdur.  Yəni göründüyü kimi, İddiaçı Çin şirkəti ilə bağlamış olduğu Cavabdeh satacağı Spectura Dual cihazının alınmasından imtina etmək üçün imkanı olsa da, bunu etməmiş, əksinə mal üzrə Çin şirkətinə ilk ödəniş etmiş olduğu (xx.xx.2024) tarixdən də, əvvəl yəni, xx.xx.2024-cü il tarixdə qeyd edilən tələblə Məhkəməyə müraciət etmişdir.  Bu halların hər biri Məhkəməyə o nəticəyə gəlmək üçün əsas verir ki, İddiaçı öz hüquqlarını tam olaraq bilməklə müqavilənin icrasından imtina etməmiş, əksinə alıcının imtina etmiş olduğu malı ona məcbur satmaqla zənginləşməyə çalışmışdır.  Ona görə də, Məhkəmə qeyd edir ki, müqavilə bağlanmış olduqdan bir gün sonra Cavabdeh müqavilədən imtinası əsaslı və qanunidir və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir.  Cavabdeh tərəfindən ödənilmiş olan 3.000 manat məbləğində pul da, İddiaçındən alınaraq Cavabdeh qaytarılmalıdır.  İddiaçı iddiası isə əsassız olduğundan rədd edilməlidir.  Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən vəkilə öənilmiş pulun əvəzi olaraq, 320 manat pul İddiaçındən alınaraq Cavabdeh ödənilməlidir.  Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul da, İddiaçındən tutularaq Cavabdeh verilməlidir.

18. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 421.2, 421.3, 567, 568.1, 596.1, 596.3, 598.4-cü maddələri və AR MPM-nin 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək İddiaçı MMC-nin iddiasının rədd edilməsinə dair hissəsinin ləğv edilməsini və iddianın təmin edilməsini, həmin qətnamənin Cavabdeh birləşdirilmiş iddiasının təmin olunmasına dair hissəsinin ləğv edilməsi və cavabdehin tələblərinin rədd edilməsini, həmçinin dövlət rüsumu və məhkəmə xərclərinin qarşı tərəfdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4183 nömrəli «Nisyə alqısatqı haqqında» Müqavilə Əlavəsinin 3.2-ci bəndində qeyd olunur ki, Satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə «Sifarişçi» tərəfindən ödənilməməsi halında, «İcraçı» natamam ödənilmiş məbləği kompensasiya olaraq qəbul edir və «Sifarişçi» qarşısında natamam ödənişlər üzrə heç bir məsuliyyət daşımır. İş üzrə halların araşdırılmasında məhkəmə tərəfindən bu kimi əhəmiyyətli bəndə istinad edilməmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

22. 15.12.2025-ci il tarixdə İddiaçı MMC-nin elektron kabineti vasitəsilə məhkəməyə apellyasiya şikayətinin dəqiqləşməsinə dair ərizə təqdim edilmiş, 3.000 (üç min) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi hissəsində qətnamənin ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 103 manat pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

24. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

29. Maddə 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir.

30. Maddə 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

31. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

37. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, 3.000 (üç min) manat məbləğində pul İddiaçı MMCdən tutularaq Cavabdeh ödənilməsi hissəsində qətnaməni mübahisələndirmişdir. Belə olan halda hazırki apellyasiya baxışının predmetini həmin hissədə qətnamənin qanuni və əsaslılığının yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

46. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilədən 20 avqust 2024-cü il tarixdə imtina edilmiş və ödənilmiş 3.000 manat pulun qaytarılmasını xahiş etmişdir.

47. Belə ki, 20 avqust 2024-cü il tarixdə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilədən imtina edilməsi məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi də, təsdiq etmişdir.

48. Həmçinin iş materialları ilə müəyyən edilir ki, İddiaçı qeyd edilmiş malın alınması ilə bağlı ilk ödənişi Cavabdeh tərəfindən müqavilədən imtina etdikdən sonra, xx.xx.2024-cü il tarixdə etmişdir.

49. Birinci instansiya məhkəməsi bu mövqeyə uyğun düzgün olaraq hesab etmişdir ki, müqavilə bağlanmış olduqdan bir gün sonra Cavabdeh müqavilədən imtinası əsaslı və qanunidir və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir.

50. Apellyasiya şikayətinin dəqiqləşməsinə dair ərizənin məzmunundan müəyyən olunur ki, apellyator müqaviləin ləğv edilməsi barədə iddia tələbinin təmin edildiyi hissədə qətnaməni mübahisələndirmir.

51. Kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edildiyindən birinci instansiya məhkəməsi müqavilə üzrə alınanların geri qaytarılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

52. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, müqavilə şərtlərinə əsasən «Sifarişçi» tərəfindən ödənilməməsi halında, «İcraçı» natamam ödənilmiş məbləği kompensasiya olaraq qəbul edir, ancaq işin hallarından müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətlərinə xitam verilib və malın sifarişindən imtina edilib.

53. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

54. Oxşar mövqe X4 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

57. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-767/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar