Məhkəmə qərarları › İş №2-2(103)-120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-120/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-120/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı2 MMC-nin cavabdeh X4 qarşı “pul tələbinə dair ilkin, X3 isə İddiaçı2 MMC-yə qarşı “aktın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı – iddia ərizilərinə üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “xxxx” MMC ilkin olaraq cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17130.46 manat əsas borc, əsas borca görə gecikdirilmiş 90 gün üçün hesablanmış 7650 manat dəbbə pulunun və iddia ərizəsinin məhkəmədə mübahisələndirilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24810,46 manat pul məbləğinin tutularaq iddiaçı “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılarkən ilkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı1 MMC əsl tərəf İddiaçı2 MMC ilə əvəz edilmişdir. İlkin iddianın əsaslarına görə tərəflər arasında işgüzar tərəfdaşlıq münasibətləri formalaşmış və həmin münasibətlər onlar arasında imzalanmış və rəsmi hüquqi qüvvəyə malik xx.xx.2017-ci il tarixli 43426 saylı alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin məzmununa əsasən, iddiaçı cavabdehin əvvəlcədən razılaşdırılmış sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, cavabdeh isə malı qəbul edib, malın dəyərini ödəməyi, əks halda, həm hesablanmış borcu tam şəkildə, həm də, hər gecikən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini də ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəalarına uyğun olaraq, iddiaçı müqvailədən irəli gələn öhdəliklərini tamamilə yerinə yetirmiş, əvvəlcədən razılaşdırılmış mqidarda mallar cavabdehə təhvil verilmiş və həmin fakt tərəflər arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli üzləşmə aktı ilə təsdiq edilmişdir. Həmin Akta əsasən cavabdehin iddiaçıya,ümumilikdə,17130,46 manat məbləğində borcu yaranmışdır. Tərəflərin səlahiyyətli nümayəndələri borc məbləğini etiraf etmiş və imzaları ilə təsdiq etmiş, lakin bu günə qədər cavabdeh öz öhdəliklərinin tam icrasında qərəzli olaraq yayınmış, cəmiyyətin hüquq və mənafeələrinə mübahisələndirilən borc həcmində ziyan vurulmuşdur. Cavabdehin qeydiyyatda olduğu ünvana müvafiq xəbərdarlıq məktubu göndərilsə də, heç bir nəticə hasil olmamışdır. Cavabdeh X5 da, həmçinin, İddiaçı2 MMC-yə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Qarşılıqlı iddianın əsaslarına görə xx xxxx 2019-cu il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya 17130,46 manat borcunun olması qeyd olunmuşdur. Cavabdehdən 17130,46 manat dəyərində mal almamış, qeyd olunan məbləğ tamamilə şişirdilmiş və Q.Bağırov mühasibatlıq sənədlərində həmin malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Eyni zamanda, həmin akt məhkəmə iclasında təqdim edilən müddətə qədər Q.Bağırovun belə bir aktın varlığından xəbəri olmamışdır. Xəbəri olmamasının səbəbi isə tərəflər həmin aktı qiymət razılaşma protokolu kimi təsdiqləmişlər və təhvil veriləcək malların ümumi dəyəri kimi qeyd olunan məbləğ göstərilmişdir. Halbuki ona 17130,46 manat dəyərində mal təhvil verilməmişdir. Həmin malların təhvil verilməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə bir halda, yəni heç bir mal vermədən ödənişin tələb edilməsi əsassız varlanmaya gətirib çıxarır ki, bu da öz növbəsində mülki qanunvericiliyin tələblərinə ziddir. Mal təhvil verilmədiyindən xx xxxx 2019-cu il tarixli üzləşmə aktının əhəmiyyəti qalmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 17130,46 manat əsas borc, 76,50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 17 236,96 manat pul tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsi qət olunmuş, ilkin iddia tələbi qalan hissəsində, habelə, qarşılıqlı iddia rədd olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh X5 apellyasiya şikayəti verərək, həmin qətnaməni ilkin iddianın qismən təmin edilməsi hissəsində və qarşılıqlı iddianın rədd olunması hissələində ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Q.Bağırov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, 17130,46 manat dəyərində mal almamış, onun mühasibatlıq sənədlərində, həmin malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyil, məbləğ şişirdilmişdir. Üzləşmə aktından Q.bağırovun xəbəri olmamışdır. Bunun səbəbi isə həmin aktı qiymət razılaşma protokolu kimi təsdiqləmişlər və təhvil veriləcək malların ümumi məbləği kimi göstərilmişdir. Halbuki, ona 17130,46 manat dəyərində mal təhvil verilməmiş, bununla bağlı heç bir sənəd təhvil-təslim aktı və ya e-qaimə) məhkəməyə təqdim edilməmişdir.Mal vermədən ödənişin tələb olunması əsassız valanmadır. Məhkəmə qarşılıqlı iddianını rədd edərkən, yalnız, Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad etmiş və Bağırov tərəfindən aktın imzalanmadığını təsdiq edən sübutlar təqdim edilmədiyini qeyd etmişdir. Bağırov isə iddia tələbində aktı imzlamaması kimi bir mövqey qeyd etməmiş, imzası olsa da onun niyətini əks etdirmədiyini bildirmişdir. Əsil niyyət təhvil verilməli malların dəyərini müəyyən etmək idi. İddiaçı cavabdehlə aralarındakı işgüzar münasibətlərdən irəli gələn etibardan sui-istifadə edərək, sənədi bu formada təsdiq etmişlər. Lakin məhkəmə guya satılmış malların təhvil təslimi ilə bağlı sənədlərin ilkin iddiaçı tərəfindən təqdim edilməməsi ilə bağlı sübutetmə yükünü Q.Bağırovun üzərinə qoymuşdur. İddiaçı tərəfindən ciddi hesabat blankı olmayan bir qaimə-faktura təqdim edilməmişdir. Həmin fakturada da tələb olunan pul məbləğini əhatə edən bir məbləğ yoxdur, təhvil verən müəsisənin adı göstərilmiş, malın təhvil verilməsi müəyən olunmur. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) N.Hüseynov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh Q.Bağırovun borcuna dair uçot məlumatları məhkəməyə təqdim edərək göstərmişdir ki, tərəflər arasındakı işgüzar adətlərə görə mallar verildikdən sonra yaranmış borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib olunmuş və cavabdeh həmin aktla 2019-cu ilin iyul ayına qədər iddiaçıya 17130,46 manat borcu olduğunu təsdiqləmişdir. Cəmiyətin uçot məlumatlarında da qeyd olunan borc məbləği təsbit olunmuşdur. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında 43426 saylı alqı-satqı müqaviləsini bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz. Ödəniş 14 gün ərzində aparılmadığı halda malən dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcək. Müqavilənin 4.5-ci bəndinin şərtinə görə isə alıcı satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıta sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. İşə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, alıcı Q.Bağırovun xx xxxx 2019-cu il tarixinə satıcıya olan qalıq borcunun 17130,46 manat təşkil etdiyini öz imzası ilə təsdiq etmişdir. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi alıcı Q.Bağırov borcuna dair uçot məlumatlarından da görünür ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra xx.xx.2017-ci il tarixdən etibarən satıcı tərəfindən alıcı cavabdehə süd məhsulları verilmişdir. O cümlədən, xx.xx.2019-cu il tarixində 00010633 №-li əməliyyat üzrə aldığı süd məhsullarına görə satıcıya 17130,46 manat məbləğində borcu qeydə alınmışdır. Məhz, tədqiq olunan üzləşmə aktından da göründüyü kimi, Q.Bağırov həmin məbləğdə olan borcu olduğunu təsdiqləmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Qeyd olunanlar onu deməyə əsas verir ki, alıcı Q.Bağırovun qeyd olunan üzləşmə aktı ilə satıcı qarşısında 17130,46 manat məbləğində etirafının mövcudluğunu təəsdiq edən faktiki hallar sübuta yetirilir. Q.Bağırov həmin üzləşmə aktın apellyasiya şikayətində qiymət razılaşma protokolu kimi qiymət verməyə çalışsa da, onun bu dəlilinin kifayət qədər formal olduğu aydın görünür. Belə ki, onun imzaladığı həmin aktda həm rəqələrlə, həm də sözlərlə azərbaycan dilində aydın şəkildə yazılmışdır ki, xx.xx.2019-cu il tarixinə olan borc qalığı 17130,46 manpatdır. Baxmayraq ki, üzləşmə aktı sübut növlərindən biridir və tərəflər arasında əqd məvhumuna uyğun gələn alqı-satqı müqaviləsi mövcuddur, Q.Bağırov iddia tələbində üzləşmə aktının etibarsızlığını tələb edir. Belə çıxır ki, o, imzaladığı həmin aktı da həmçinin onlar arasında imzalanmış olan bir əqd kimi qiymətləndirir. Hər bir halda, məhkəmə kollegiyası bununla əlaqədar birincisi qeyd edir ki, Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüquqna malik şəxs təsdiq edirsə, o, mübahisə etmək hüququnu itirir. Beləliklə qeyd olunanlar baxımından, həmin aktın etibarsız sayılması üçün əsaslar yoxdur. Digər tərəfdən, Q.Bağırov əqd kimi qəbul etdiyi həmin üzləşmə aktıını və onun nəticələrini mübahisələndirmək üçün mülki qanunvericiliklə müəyyən olunan kəsici müddəti də buraxmışdır. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Mcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, Q.Bağırovun iddia tələbində və apellyasiya şikayətinin dəillərində haqlı olduğu sübuta yetirilmir. Əksinə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə ilkin iddianın qismən təmin edərək, ondan iddiaçının xeyrinə 17130,46 manat əsas borc və Mülki Məcəllənin 467-ci madəsini tətbiq edilməklə, 76,50 manat məbləğində cərimə (dəbbə) borcunun tutulması barədə nəticəyə gəlinməsi, üzləşmə aktının etibarsız hesab olunması barədə qarşılıqlı iddia tələbinin isə rədd edilməsi - işin hallarına, maddi və prosessual hüquq hüquq normalarına uyğundur. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh qarşılıqı iddia üzrə iddiaçı Q.Bağırovun apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilən, qarşılıqılı iddianın isə rədd olunan hissələrinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə cavabdeh qarşılıqı iddia üzrə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissələrində) saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar