Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-120/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələblərinə dair ilk, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3530/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında lazer aparatının alqı-satqısı ilə bağlı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
2. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 19.000 manat olan “Laser machine A7 diod” adlı cihaz, ilkin ödəniş olaraq 5.000 manat olmaqla, qalan 14.000 manat məbləğin xx.xx.2021-ci il tarixindən etibarən 24 ay müddətində aylıq 583 manat olmaqla ödənilməsi şərti ilə alıcıya verilmişdir.
3. “Laser machine A7 diod” adlı cihaz üzrə İddiaçı tərəfindən 5.000 manat ilkin ödəniş, sonradan isə aylıq ödənişlərin cəmi olaraq 5.830 manat məbləğində pul ödənilmişdir. Qeyd edilən cihaz sonradan qarşılıqlı razılaşma ilə satıcıya Cavabdehnə geri qaytarılmış, Cavabdeh isə 5000 manat pulu İddiaçı geri qaytarmışdır.
4. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə dəyəri 19.800 manat olmaqla “Laser Machine A7” adlı cihaz, ilkin ödəniş olaraq 8.000 manat, qalan 11.800 manat pulun 1.000 manat hissəsini xx.xx.2021-ci il tarixdən gec olmayaraq, qalan 10.800 manat hissəsini isə 24 ay ərzində aylıq 450 manat ödəniş edilməsi şərti ilə İddiaçı verilmişdir.
5. "xxxx" MMC tərəfindən mübahisəli cihazın “handle barının” (dəstək başlığı) dəyişilməsi baradə xx.xx.2022-ci il tarixli qüsur aktını işə əlavə etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5.830 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11.250 manat məbləğində olmaqla, cəmi 17.080 manat pulun, habelə işgüzar nüfuzuna dəymiş ziyan və mənəvi zərərə görə 4.000 manat pul məbləğinin və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli alqı-satqı müqaviləsinə əsasən müəssisədən 19.000 manat dəyərində 1 ədəd “Laser Machine A7 diod” cihazı satın alınmış və ilkin olaraq 5.000 manat ödənilmişdir. İddiaçı müqaviləyə əsasən qalan borcu hər ay 583 manat olmaqla 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Hazırki tarixə qədər həmin müqavilə üzrə ilkin ödəniş daxil olmaqla, ümumilikdə 10.830 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli alqı-satqı müqaviləsinə əsasən cihaz üçün 2 il zəmanət müddəti müəyyən edilmişdir. Cihazda olan problemlərlə bağlı cavabdehə ardıcıl olaraq şikayətlə müraciət etdiyi üçün şirkət iddiaçıya yeni müqavilə bağlamağı təklif etmişdir. xx.xx.2021-ci il tarixində şirkətlə iddiaçı arasında 4567№ alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 19.800 manat dəyərində “A7 Diode Laser” markalı cihaz olmuşdur. Müqaviləyə əsasən şirkət tərəfindən lazımı keyfiyyətə malik olan yeni cihaz verilməli olsa da, məhz əvvəlki nasaz cihaz verilmişdir. Bu səbədən cihazın yenidən təmir edilməsi məqsədilə şirkətə dəfələrlə müraciət etsə də, bu dəfə də, heç bir nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında texniki servis əməkdaşları tərəfindən cihaz üzərində təmir işləri aparılmış, lakin cihazın nasazlığı aradan qaldırıla bilməmişdir. Bundan sonra şirkətin əməkdaşları ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilməmişdir. Hazırda cihaz iddiaçının biznes fəaliyyəti göstərdiyi yerdə olsa da ondan istifadə etmək mümkün deyil. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin 1.4.1-ci bəndinə əsasən yeni və keyfiyyətli malın alıcının mülkiyyətinə verilməsi, eləcə də təqdim olunmuş mallarda hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunduqda Alıcının tələbi ilə onları qısa müddət ərzində aradan qaldırmaq və ya eyni malla əvəz etmək satıcı olaraq cavabdehin vəzifəsidir. Lakin cavabdeh bu vəzifələrinin heç birini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli müqavilə üzrə ilkin ödəniş 5000 manat olmaqla ümumlikdə 10.830 manat, xx.xx.2021-ci il tarixli, 4567 nömrəli müqavilə üzrə isə ilkin ödəniş 8000 manat olmaqla 11.250 manat ödəniş edilmişdir. Şirkət xx.xx.2021-ci il tarixli müqaviləni sözdə müştəri məmnunluğunu təmin etmək məqsədilə bağladığını bildirsə də xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənişlərin düzgün haqqhesabı aparılmamış, aparat şirkətə geri təhvil verilsə də, həmin müqavilə üzrə ödənilmiş 10.830 manatdan təkcə ilkin ödəniş olan 5000 manat qaytarılmışdır. Halbuki müvafiq müqavilədə avadanlığın geri qaytarılması zamanı təkcə ilkin ödənişin alıcıya ödənilməsi haqqında hər hansı bənd nəzərdə tutulmamışdır. Digər tərəfdən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğu zaman alıcının ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ olmasına baxmayaraq cavabdeh iddiaçının bu hüququnu həyata keçirməsinə mane olmuşdur. Bununla yanaşı ikinci alqı-satqı müqaviləsi -xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı cihaz texniki nasazlıqlarından dolayı təyinatı üzrə istifadəyə yararsızdır. İstər xx.xx.2020-ci il tarixli, istərsə də xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçıya satılmış avadanlıqlarda qısa müddət ərzində nasazlıqlar yaranmış, cavabdehin nümayəndələri hər dəfə avadanlığı təmir etdiklərini bildirsələr də bənzər nasazlıqlar yenidən təkrarlanmışdır.
8. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 16 sentyabr 2021-ci il tarixli 4567 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 8.100 manat məbləğində əsas borcun, dəymiş ziyana görə 5.000 manat və ödənilmiş 130 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13.230 manat məbləğində pulun tutularaq Cavabdehnə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli MN 004534 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq alqı-satqı məbləğinin hissə-hissə ödənilməsi şərti ilə 1 ədəd “Laser Machine A7” avadanlığı İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə ilə “Laser Machine A7” avadanlığının ümumi satış qiyməti 19.000 manat təşkil etmişdir. İddiaçı ilk ödəniş olaraq 5000 AZN ödəmiş, qalan alqı-satqı məbləğinin ödənilməsinin 24 ay üzrə hər ay 583 manat olmaqla müqavilədə qeyd edilmiş Cədvəl üzrə həyata keçirilməsinə dair öhdəlik götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq göstərilən avadanlığın cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişləri vaxtı-vaxtında həyata keçirməmiş və nəticədə, həmin müqavilə öhdəlikləri üzrə xeyli miqdarda borcu yaranmışdır. Bunun əksinə iddiaçı müxtəlif bəhanələrlə xx.xx.2020-ci il tarixli MN 004534 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə verilmiş “Laser Machine A7” avadanlığının qaytarılmasını və başqa cihazla əvəz olunmasını istəmişdir. Belə olduqda, İddiaçı ilə yeni bir müqavilə 16 sentyabr 2021-ci il tarixli 4567 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonuncu müqavilə ilə İddiaçı 19.800 manat dəyərində olan “A7 Diode Laser” cihazla təmin edilmişdir. Lakin nə əvvəlki, nə sonuncu müqavilə üzrə ödəniş edilmişdir. Belə ki, bugünki tarixədək alqı-satqı məbləği olan 19.800 manatdan yalnız 11.700 manat ödəniş həyata keçirilmişdir. Digər aylar üzrə isə ümumiyyətlə ödəniş olmamışdır. Hazırda İddiaçı tərəfindən ödənilməli olan ümumi borc məbləği 8.100 manat təşkil edir. Yaranmış borc məbləği ilə bağlı cavabdehə şifahi formada məlumat verilmiş, ödənişlərin vaxtı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunmuş, əks təqdirdə isə qanunvericilklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Öhdəliyin icrası üçün verilmiş müddətin başa çatmasına baxmayaraq, hələ də bu günədək onun tərəfindən heç bir ödəniş həyata keçirilməmiş və ya avadanlıq geri qaytarılmamışdır. Bu günki günədək cavabdeh tərəfindən ödənilməli olan məbləğ 8.100 manat təşkil edir. Eyni zamanda avadanlığın qanunsuz olaraq iddiaçıda qalması və ödənişlərin verilməməsi ilə şirkətə böyük ziyan dəymişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3530/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5.830 (beş min səkkiz yüz otuz) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8.100 (səkkiz min yüz) manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Laser machine A7 diod” adlı cihaz Cavabdehnə geri qaytarılmışdır. Belə olan halda, adıçəkilən müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinə də, xitam verildiyindən qeyd edilmiş müqavilə üzrə ödənişlər də, geri qaytarılmalıdır. Dolayısı ilə, tərəflər ilkin vəziyyətə qayıtmalıdırlar.
12. Digər müqavilə üzrə məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Laser Machine A7” adlı cihaz qeyd edilmiş tarixdə İddiaçı verilmişdir və 2022-ci ilin dekabr ayınadək tam olaraq istifadə olunsa da, dekabr ayında cihazın başlığı təmir məqsədi ilə Cavabdehnə verilmişdir. Belə ki, cihazın başlığının təmiri ilə əlaqədar tərəflər arasında yaranmış münasibət alqı-satqı müqaviləsi ilə deyil, xidmət müqaviləsi üzrə yaranmışdır. Yəni İddiaçı cihazın başlığının tələb edilməsi hüqunu özündə saxlayır. Ona görə də, İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməlidir.
13. Məhkəmə ilk iddianın işgüzar nüfuzuna dəymiş ziyan və mənəvi zərərə görə 4.000 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Tükəzban Ələkbər qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından işgüzar nüfuza dəymiş ziyanın və mənəvi ziyanın nədən olmasını əsaslandıra bilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3530/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddia tələbin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 1.4.1-ci bəndinə əsasən yeni və keyfiyyətli malın alıcının mülkiyyətinə verilməsi, eləcə də təqdim olunmuş mallarda hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunduqda alıcının tələbi ilə onları qısa müddət ərzində aradan qaldırmaq və ya eyni malla əvəz etmək satıcı olaraq cavabdehin vəzifəsidir. Lakin cavabdeh bu vəzifələrinin heç birini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli müqavilə üzrə ilkin ödəniş 5000 manat olmaqla ümumlikdə 10.830 manat, xx.xx.2021-ci il tarixli, 4567 nömrəli müqavilə üzrə isə ilkin ödəniş 8000 manat olmaqla 11.250 manat ödəniş edilmişdir. Şirkət xx.xx.2021-ci il tarixli müqaviləni sözdə müştəri məmnunluğunu təmin etmək məqsədilə bağladığını bildirsə də, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənişlərin düzgün haqqhesabı aparılmamış, aparat şirkətə geri təhvil verilsə də, həmin müqavilə üzrə ödənilmiş 10.830 manatdan təkcə ilkin ödəniş olan 5000 manat qaytarılmışdır. Halbuki müvafiq müqavilədə avadanlığın geri qaytarılması zamanı təkcə ilkin ödənişin alıcıya ödənilməsi haqqında hər hansı bənd nəzərdə tutulmamışdır. Digər tərəfdən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğu zaman alıcının ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ olmasına baxmayaraq cavabdeh iddiaçının bu hüququnu həyata keçirməsinə mane olmuşdur. Bununla yanaşı ikinci alqı-satqı müqaviləsi -xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı cihaz texniki nasazlıqlarından dolayı təyinatı üzrə istifadəyə yarasızdır. İstər xx.xx.2020-ci il tarixli, istərsə də xx.xx.2023-cü il tarixli alqısatqımüqavilələri əsasında iddiaçıya satılmış avadanlıqlarda qısa müddət ərzində nasazlıqlar yaranmış, cavabdehin nümayəndələri hər dəfə avadanlığı təmir etdiklərini bildirsələr də bənzər nasazlıqlar yenidən təkrarlanmışdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, işlə bağlı sübutları və yazışmaları təqdim etmək üçün məhkəmə iclasını təxirə salmağını xahiş etsə də, məhkəmə ərizəni nəzərə almadan işi yekunlaşdırmışdır. Halbuki, həmin yazışmalardan və səs yazılarından müəyyən olunur ki, cavabdeh ikinci müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, birinci müqavilə üzrə ilk iddia üzrə iddiaçıya satdığı lazer aparatının başlığında problem olduğu üçün ikinci müqaviləni bağlayıb yeni və saz vəziyyətdə olan aparat verməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh yenə də verdiyi lazer aparatının başlığında problem olmuşdur. Yazışmalar sübut edir ki, dəfələrlə cavabdehin əməkaşları gəlib həmin başlığı götürmüş, guya təmir edib geri qaytarmışlar. Halbuki, bir həftə sonra yenə də həmin başlıq xarab olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, 4567№ alqı-satqı müqaviləsi müqavilə üzrə öhdəliyini yerinə yetirib saz vəziyyətdə olan mal verməmişsə, ilk iddia üzrə iddiaçıdan həmin xarab lazer aparatına görə pul tutması qanunsuzdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İlk iddia üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh direktoru Qanuni nümayəndə əvvəlki məhkəmə iclaslarında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə-satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 570.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 588.1-ci maddə-əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 589.1-ci maddə-əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.3-cü maddə-əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 595.1-ci maddə-alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddə-bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 21.2-ci maddə- zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddə- fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddə- şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə ilk iddia üzrə iddiaçı tərəfindən qismən – ilk iddia tələbinin təmin edilmədiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3530/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən satcıya ilk ödəniş olaraq 8000 manat ödənilmiş, qalan 10800 manat borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi razılaşdırılmışdır. İşin mübahisəsiz halıdır ki, həmin müqavilə üzrə alıcı tərəfindən 11700 manat ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh öz öhdəliyini icra edərək dəyəri 19.800 manat olmaqla “Laser Machine A7” adlı cihazı alıcıya ləvazimatları ilə birlikdə müqavilə bağlandıqdan sonra alıcıya təhvil verdiyindən və həmin avadanlıq halhazıradək alıcının sahibliyində və istifadəsində olduğundan alıcı müqavilə üzrə 8.100 manat qalıq borcu satıcıya ödəməyə borcludur.
22. İşin mübahisəsiz hallarından biri də budur ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılmış lazer cihazının başlıq hissəsi satıcı tərəfindən təmir üçün götürülmüş, hal-hazıradək qaytarılmamışdır. Alıcı İddiaçı həmin cihazın başlıq hissəsində istehsal qüsuru olduğunu, bunun üçün başlıq hissənin satıcı tərəfindən təmir üçün götürüldüyünü iddia etsə də, Cavabdeh nümayəndəsi izahatlarında bildirmişdir ki, lazer aparatının həmin hissəsi istifadə olunduqca yararsız hala düşmüş, ondan təmir edilməsi xahiş edilmiş, müqavilə üzrə qalıq borc ödənilmədiyi üçün o başlığı geri qaytarmamışdır.
23. xx.xx.2021-ci il tarixli müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir ki, cihaz müqavilə bağlanan tarixdən 2 il müddətində zəmanətlidir. 8.2.2-ci bənddə qeyd edilmişdir ki, satış obyektinin başlıq hissəsinə zəmanət verilmir. Müqavilənin qeyd edilən şərtindən aydın olur ki, zəmanət müddəti ərzində cihazın başlıq hissəsində yaranan qüsurlara görə satıcının məsuliyyət daşımayacağına tərəflər əvvəlcədən razılaşmışlar.
24. MM-nin 588.1-ci maddəsinin tələbinə əsasən əşyanın qüsurları üçün satıcının cavabdehliyi o zaman yaranır ki, əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini alıcı sübut etmiş olsun. Hazırkı halda lazer cihazının başlıq hissəsindən başqa digər hissələrində hər hansı qüsur olduğuna dair sübutlar alıcı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
25. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı aldığı “Laser Machine A7” adlı cihazdakı qüsurların istehsal qüsuru və ya sonradan yaranmış qüsur olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilərək ekspertizanın həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə Mərkəzdə ekspertizanın aparılmasından xüsusi təyinatlı avadanlıqlar və onların istismarına dair suallar üzrə tədqiqat apara biləcək xüsusi bilik və ixtisas dərəcəsinə malik ekspert olmadığı üçün imtina edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, alıcıya satılmış cihazın zəmanət verilməmiş başlıq hissəsinin təmiri ilə bağlı satıcının öhdəliyi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik olmadığından alıcı cihazın həmin hissəsinin ona qaytarılmasını tələb etmək hüququna malik olsa da, bu əsasla alqı-satqı müqaviləsini ləğv edərək ödədiyi məbləği geri tələb edə bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, alıcı qeyd edilən müqavilə üzrə satılmış cihazdan ən azı 2022-ci ilin dekabr ayınadək hər hansı qüsur olmadan (cihazda təmir edilməli hissələrlə bağlı qüsur aktının xx.xx.2022-ci il tarixdə tərtib edildiyi nəzərə alınaraq) istifadə etmiş, cihazda bir aydan sonra qüsurlar yaranmışsa (izahata əsasən) bu barədə MM-nin 595.1-ci maddəsində nəzərdə tutulmuş ağlabatan müddət ərzində satıcıya bildiriş verməmişdir. İşə apellyasiya qaydasında baxılarkən ilk iddia üzrə iddiaçının nümayəndəsi cihazdakı qüsurlar barədə “watsapp” proqramış ilə yazışmalar olduğu göstərsə də bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Maddi sübut qismində təqdim edilmiş videogörüntüdə isə alıcı müsahibə verərək aldığı məhsul barədə öz şikayətlərini bildirdiyindən bu sübut iddia tələbinin əsaslı olduğunu təsdiq etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamə xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənişin geri qaytarılmasına dair ilk iddianın rədd edildiyi, həmin müqavilə üzrə qalıq borcun tutulmasına barədə qarşılıqlı iddianın təmin edildiyi hissədə qanuni və əsaslı hesab edilir.
27. Eyni zamanda məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin hərəkətləri nəticəsində ilk iddia üzrə İddiaçı işgüzar nüfuzuna və fiziki şəxs kimi mənəvi ziyan dəydiyi işin halları ilə təsdiq olunmadığından 4000 manat mənəvi ziyanla bağlı hissədə də iddianın rədd edilməsi qanuni və əsaslı hesab edilir.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)-3530/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3530/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun ilk iddia üzrə iddiaçıya rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.