Məhkəmə qərarları › İş №2-2(103)-121/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-121/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-121/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X4 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə; İddiaçı X6 Anonim şirketinin cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-1032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 Anonim şirkəti cavabdeh “xxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«x xxxxxxxxxxxxxxxxx” MMC-dən 851.000 ABŞ dolları məbləğində real zərərin, 212.750 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 1.063.750 ABŞ dolları məbləğinin ödəniş günü manata olan məzənnə ilə tutularaq İddiaçı X6 A.Ş. verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 A.Ş. ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış 22 saylı, xx xxxxxxxx 2012-ci il tarixli tapşırıq müqaviləsinin 1.1-ci bəndinə əsasən tapşırıq alan “xxxxxxxxxxxxxxxxxx” MMC, tapşırıq verən İddiaçı X6 A.Ş. şirkəti ilə borclu X5 arasında xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış 851.000 ABŞ dolları ohdəliyinin etirafı və hissəhissə ödənilməsinə dair, həmçinin eyni tarixli zaminlik müqaviləsinin Azərbaycan Respublikasının qanunları əsasında prosessual hərəkətlərin aparılmasını, müqavilənin 1.2-ci bəndinə əsasən tapşırıq verən İddiaçı X6 A.Ş. isə tapşırıq alan “xxxxxxxxxxxxxxxxxx” MMC-yə hazırkı iş üzrə bütün zəruri prosessual hərəkətlərin aparılmasına, tapşırıq verənin mənafelərini müdafiə etməyə hüquq verməklə hissə-hissə alınacaq pulun 10% müqabilində tapşırıq alanın bank hesabına xidmət haqqı olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin müqavilənin bağlandığı tarixdən 7 ilə yaxın müddət keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər “xxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxx” MMC-nin öhdəliklərini icra etməməsinin nəticəsi olaraq borclu X2 hər hansı məbləğdə borcun alınmasımümkün olmamış, həmin müddətdə isə X5 malik olduğu və borcla bağlı tələbin yönəldilə biləcək bütün əmlakını tələbin yönəldilməsi təhlükəsindən uzaqlaşdıra bilmişdir. X1 heç bir əmlakı yoxdur. Lakin müqavilənin bağlandığı tarixdə mövcud olmuş 851.000 ABŞ dolları məbləğində borc bu gün də dəyişmədən eyni məbləğdə qalır. İddia ərizəsinə qoşmada məhkəməyə təqdim edilmiş başqa mülki iş üzrə qanuni qüvvədə olan qətnamələrin surətlərindən görünür ki, həmin mülki iş üzrə aşağıdakılar müəyyən edilmişdir: xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış 22 saylı tapşırıq müqaviləsinə əsasən vəkalət alan (iddiaçı) borclu A.Səfərlidən vəkalət verənə (cavabdehə) 851.000 ABŞ dolları məbləğində borcunun ödənilməsini təmin etməyi, sonuncu isə alınacaq həmin pul vəsaitinin 10%miqdarında xidmət haqqını birinciyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iddiaçı tərəfindən tapşırıq müqaviləsindən irəli gələn şərtlərin yerinə yetirildiyi müəyyən edilmir. Belə ki, birincisi, iddiaçının istinad etdiyi bank ödəniş qəbzləri ilə həyata keçirilən ödənişlər iddiaçının cavabdeh qarşısındakı öhdəliyinin heç 1,5 faizini belə təşkil etmir, digər tərəfdən həmin qəbzlərdə ödənişin məqsədi, o cümlədən xx xxxxxxxx 2012-ci il tarixli tapşırıq müqaviləsi ilə bağlılığından irəli gəldiyi və məhz, həmin müqaviləyə əsasən köçürülmənin həyata keçirildiyi təsbit olunmamış və qeyri-müəyyəndir. Borclu (üçüncü şəxs kimi işə cəlb olunmuş) A.Səfərlinin cavabdehə borclu olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizəsinə gəldikdə isə, birinci instansiya məhkəməsinə verdiyi izahatında o, şirkətə 851.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və onun borcunun mövcudluğu işdə olan və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş hesabfakturalarda da öz təsdiqini tapmışdır”. Hesab edir ki, cavabdehin tapşırıq müqaviləsi üzrə tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi səbəbindən borclunun iddiaçıya ödəməli olduğu 851000 ABŞ dolları məbləğində borc ödənilmədiyindən vəkalət verənə 851.000 ABŞ dolları məbləğində real zərər vurulmuşdur. Digər tərəfdən əgər cavabdeh tapşırıq müqaviləsi üzrə tapşırığı kifayət qədər vicdanla icra etsəydi, bunun nəticəsində də həmin borc borcludan alınıb vaxtında, məsələn 2012-ci ilin sonunadək, yaxud sonrakı digər illərdə iddiaçıya ödənilsəydi, iddiaçı həmin məbləğin adi mülki dövriyyə şəraitində istifadəsindən kifayət qədər gəlir əldə edə bilərdi. Məsələn, iddiaçı həmin məbləği Azərbaycan Respublikasında hər hansı bankda illik 5 % hesabı ilə depozitə qoymuş olsaydı, hər il 42.550 ABŞ dolları gəlir götürə bilərdi. xx.xx.2019-cu il tarixli pretenziya ilə cavabdehə müraciət edərək 851.000 ABŞ dolları məbləğində real zərərin, 212.750 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 1.063.750 ABŞ dolları məbləğinin ödəniş günü manata olan məzənnə ilə İddiaçı X6 A.Ş.-nin bank hesabına 10 gün müddətində ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Lakin cavabdeh müxtəlif bəhanələrlə pretenziyada göstərilən tələbin təmin edilməsindən yayınmışdır. Hesab edirlər ki, cavabdehin tapşırıq müqaviləsi üzrə tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi səbəbindən iddiaçıya vurulmuş 851.000 ABŞ dolları məbləğində real zərər və 212.750 ABŞ dolları (5 il x 42.550 = 212.750) məbləğində əldən çıxmış fayda məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh2 müştərək qaydada 851.000 ABŞ dolları məbləğində real zərərin, 212.750 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 1.063.750 ABŞ dolları məbləğinin ödəniş günü manata olan məzənnə ilə tutularaq iddiaçı “İddiaçı№ X6 A.Ş.-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı X6 A.Ş. ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanılmış 22 saylı,xx xxxxxxxx 2012-ci il tarixli tapşırıq müqaviləsi üzrə tapşırıq (vəkalət) verən İddiaçı X6 A.Ş. tərəfindən tapşırıq alan “xxxxxxxxxxxxxxxxxx” MMC-yə borclu X5 arasında xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış 851.000 ABŞ dolları ohdəliyinin etirafı və hissə-hissə ödənilməsinə dair prosessual hərəkətlərin aparılması həvalə edilmiş, eyni zamanda tapşırıq (vəkalət) alanın qanuni təmsilçisi Cavabdeh2 verilmiş tapşırığın icrası ilə bağlı xx.xx.2013-cü il tarixli etibarnamə verilmişdir. Lakin tapşırıq müqaviləsi üzrə tapşırıq icra edilməmişdir. Hesab edirlər ki, iddiaçı tələbi 22 saylı, xx xxxxxxxx 2012-ci il tarixli tapşırıq müqaviləsini bağlamış “xxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxx” MMC-nin üzərinə götürdüyü öhdəliklərin icra edilməsi məqsədilə İddiaçı X6 A.Ş. tərəfindən adına etibarnamə verilmiş Cavabdeh2 da yönəldilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslanmış və həmçinin qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən tapşırıq müqaviləsindən irəli gələn şərtlərin yerinə yetirilməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir ki, tapşırıq müqaviləsi üzrə tapşırıq alan tərəfindən uzun müddət ərzində tapşırığın icrası ilə bağlı hər hansı prosessual hərəkət edilməmiş, bununla bağlı borclulara qarşı hər hansı məhkəmə mübahisəsi başlanılmamış, həttə borclulara borcun ödənilməsi ilə bağlı pretenziya belə verilməmişdir. Bu isə onu təsdiq edir ki, tapşırıq alan tapşırğı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməmişdir. Bu səbəbdən vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşımalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və iddiaçının vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxx” MMC (tapşırıq alan) ilə İddiaçı. (tapşırıq verən) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 22 saylı tapşırıq müqaviləsinə əsasən tapşırıq alan “xxxxxxxxxxxxxxxxxx” MMC X3 tapşırıq verənə olan 851.000 ABŞ dolları məbləğində öhdəliyinin etirafı və hissə-hissə ödənilməsi məqsədilə prosessual hərəkətlərin aparılmasını, tapşırıq verən İddiaçı isə tapşırıq alana bütün zəruri prosessual hərəkətlərin aparılmasına, tapşırıq verənin mənafelərini müdafiə etməyə hüquq verməklə bunun müqabilində hissə-hissə alınacaq pulun 10%-ni tapşırıq alanın bank hesabına xidmət haqqı olaraq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında qeyd olunan tapşırıq müqaviləsinin icra edilməsi ilə bağlı əvvəllər bir neçə məhkəmə mübahisəsi olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli, 2-2(480)/2018-ci saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh İddiaçı.-yə qarşı tapşırıq müqaviləsi üzrə xidmət haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli tapşırıq müqaviləsinə əsasən İddiaçı. tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMCyə verilmiş tapşırıq icra edilməmiş, belə ki, Abbas Səfərlinin İddiaçı-yə olan borcu ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçının hazırkı iddianı əsaslandırmaq üçün istinad etdiyi 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli, 2-2(480)/2018-ci saylı qətnaməsindən isə görünür ki, həmin qətnamə ilə mübahisəli tapşırıq müqaviləsinin predmetini təşkil edən A.Səfərlinin İddiaçı X8 A.Ş.-ə olan borcunun ödənilməmiş qalması, yəni tapşırıq müqaviləsində nəzərdə tutulmuş tapşırığın yerinə yetirilməsi istiqamətində cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən görülmüş işlərin konkret nəticə verməməsi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, göstərilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar maddi ziyanın ödənilməsi tələbinə dair hazırkı iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilə bilməz. “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı olan hissədə hazırkı iddianın əsaslı hesab edilməsi üçün qeyd olunan qətnamədə göstərilən hallarla yanaşı mübahisəli tapşırıq müqaviləsi üzrə verilmiş tapşırığın cavabdehin qəsdi və ya ehtiyatsızlığı üzündən kifayət qədər vicdanla icra edilməməsi müəyyən edilməlidir ki, göstərilən hal isə nə tərəflər arasında əvvəlki məhkəmə mübahisələrinə dair çıxarılmış məhkəmə aktlarında müəyyən edilmiş, nə də hazırkı iş üzrə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İlk öncə kollegiyaı iddiaçının vurulmuş real ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi ilə bağlı onu vurğulamağı zəruri hesab edir ki, iddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Göründüyü kimi, İddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı İddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən İddiaçı X6 Anonim şirketi onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı işin hallarının MM-in delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi Cavabdehlərinİddiaçı X6 Anonim şirketi qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir. A.R Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Kollegiya birinci instansiya məhkəməsinin “İddiaçının Cavabdeh2 qarşı tələbinə” münasibətdə də birinci instansiya məkhəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 mübahisəli tapşırıq müqaviləsi üzrə tərəf qismində çıxış etmədiyinindən, həmin müqavilə Cavabdeh2 üçün vəzifələr yaratmadığından “xxxxxxxxxxxxxxxxxx” A.R Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X6 Anonim şirketi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar