Məhkəmə qərarları › İş №2-2(103)-1210/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1210/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1210/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMCnin xeyrinə ümumilikdə 60332,51 ABŞ dollarının ekvivalenti olan 102.565,27 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 11 iyun 2021-ci il tarixli, e-2-2(113)- 1848/2021 saylı qətnamədən şikayət verilməsi üçün AR MPM ilə müəyyən olunmuş müddətin onun tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdehin Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e-2-2(113)- 1848/2021 nömrəli qərardadından yenidən şikayəti daxil olmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 15 iyul 2022-ci il tarixli, e-2-2(113)- 1848/2021 saylı qərardaddan şikayət verilməsi üçün Azərbaycan Respublikası MPM ilə müəyyən olunmuş müddətin onun tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 15 iyul 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 saylı qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan “Az-Koldvest MMC ("xxxx" MMC) tərəfindən şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2-2(113)- 1848/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadından “Az-Koldvest MMC ("xxxx" MMC) tərəfindən yenidən şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2-2(113)- 1848/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1079/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərardadı “Az-Koldvest MMC-nin şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 1848/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadından verilmiş şikayətdə göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək qətnamənin surətini aldıqdan sonra özünün, digər ailə üzvlərinin COVİD-19 xəstəliyindən müalicə almağı, xəstəliklə əlaqədar ev şəraitində müalicə olunmağı, müalicələrin uzun müddət davam etməsi, daha sonra oğlunun "idiopatik dermatomiozit. Disfaqiya” diaqnozu olan xəstəliklə müalicəsinin davam etdirilməsi ilə əlaqədar apellyasiya şikayət vermə müddətinin bərpa edilməsini xahiş etsə də, məhkəmənin 15 iyul 2022-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, mənimsənildiyi iddia olunan mallar alınan vaxt o həmin ərazidə olmamış, həmin malları almamışdır, bunu təsdiq edən sənəd məhkəmədə tədqiq olunmamışdır, heç bir sənədi cavabdeh imzalamamışdır. Lakin məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, malların onun tərəfindən qəbul edilməsini yoxlamamış, bunu təsdiq edən sənəd varsa, həmin sənəddəki imzanın kim tərəfindən icra edilməsi aydınlaşdırmamış, apellyasiya şikayətində göstərilən digər hallar da araşdırılmadan ondan külli miqdarda pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti icraata qəbul edilib baxılarsa, onun şikayəti iddia edilən malların onun tərəfindən qəbul edilməməsi təsdiqlənir və mübahisə ilə əlaqədar qərar qəbul edilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarının 116-cı vərəqinə əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-1848/2021 saylı qətnaməsi Cavabdeh 29 iyun 2021-ci il tarixdə kağız daşıyıcıda rəsmi qaydada verilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət xx.xx.2021-ci il tarixdə başlamış xx.xx.2022-ci il tarixi qeyri-iş günü olduğu üçün xx.xx.2022-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti 06 iyul 2022-ci il tarixdə, yəni qətnamə rəsmi təqdim edildikdən bir il sonra verilmişdir. Cavabdeh ərizəsində göstərmişdir ki, qətnaməni əldə etdikdən sonra özü və ailə üzvləri “Covid-19” virusuna yoluxduğu üçün apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası “Covid 19” virusunun müalicə və karantin müddətinin cəmi 14 gün olduğunu, cavabdeh tərəfindən isə müddətin bir il ötürüldüyünü nəzərə alaraq hesab edir ki, qeyd edilən hal buraxılmış müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Bundan əlavə cavabdeh ərizəyə həmin faktı təsdiq edən hər hansı sənəd sənəd (laboratoriya analizlərinin nəticələri, həkim arayışı) əlavə etməmiş, ərizəyə cavabdeh Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən X1 “idiopatik dermatomiozit...Disfagiya” diaqnozunun təyin edilməsi barədə epikriz əlavə edilmişdir. Epikrizdə qeyd edilənlərə əsasən cavabdehin müalicə aldığı xəstəlik onu bir il ərizndə apellyasiya şikayəti vermək imkanından məhrum edən ağır xəstəlik olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1848/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar