Məhkəmə qərarları › İş №2-2(103)-1211/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1211/2025

09.12.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1211/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə X5 Qocayevin sədrliyi ilə, hakimlər və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 7987/2025 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Hüquqi şəxs haqqında məlumatdan və Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri xx.xx.2024-cü il tarixdən Maraqlı şəxsdur.

2. 27.05.2025-ci il tarixdə Maraqlı şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə olan cəmi 630350,12 manat borcunun 15 gün müddətində ödənilmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

3. 21.07.2025-ci il tarixli bildirişlə 775.767,79 manat vergi borcunun; xx.xx.2025-ci il tarixli bildirişlə işsizlikdən sığorta haqqı üzrə 294,55 manat borcun; xx.xx.2025-ci il tarixli bildirişlə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 7010,11 manat borcun; xx.xx.2025-ci il tarixli bildirişlə icbari tibbi sığorta haqları üzrə 1162,98 manat borcun ödənilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb olunmuşdur.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 görünür ki, xx.xx.2025-ci il tarixə cəmi 823105,86 manat ödənilməli borcu vardır. Birinci instansiya məhkəməsindəki icraat

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 577302,46 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3563,37 manat, İşsizlikdən Sığorta Fonduna olan 154,37 manat, İcbari Tibbi Sığorta Fonduna olan 626,77 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 3563,37 manat, İcbari Tibbi Sığorta Fonduna 626,77 manat, İşsizlikdən sığorta fonduna 154,37 manat, dövlət büdcəsinə 577.302,46 manat məbləğində (o cümlədən, vergilər üzrə 541.869,7 manat, faizlər üzrə 35432,76 manat) olmaqla, ümumilikdə 581.646,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7987/2025 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatların verilməsi barədə çıxarışa əsasən maraqlı şəxs artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri deyil. Bu baxımdan maraqlı şəxs MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.

9. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 28 oktyabr 2024-cü il tarixli qərarına əsasən X1 tutduğu vəzifədən azad edilmiş, Maraqlı şəxs qanuni təmsilçi təyin edilmişdir və qeyd edilən tarixdən vəzifəsini icra edir. “Deluxe Constraction" MMC-nin 28 oktyabr 2024-cü il tarixli qərarı Maraqlı şəxs tərəfindən vergi orqanına təqdim edilmiş və 29 oktyabr tarixdə yeni rəhbər təyin olunması ilə bağlı dəyişiklik faktı dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən tarixdən sonra "xxxx" MMC tərəfindən rəhbər dəyişikliyi ilə əlaqədar vergi orqanına müraciət edilməmişdir. Vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş Hüquqi şəxs haqqında məlumatda və X4 çıxarışda də "xxxx" MMC-nin rəhbərinin Maraqlı şəxs olması göstərilmişdir. Bundan əlavə, MMC-də baş vermiş rəhbər dəyişikliyindən sonra təqdim edilmiş 29 oktyabr 2024-cü il tarixli Dövlət reyestrindən çıxarışda qanuni təmsilçi (əvvəlki) X2, qanuni təmsilçi (hazırki) Maraqlı şəxs göstərilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etdi.

13. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

15. Məhkəmə kollegiyası işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı və ərizə təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qətnaməni maraqlı şəxsin "xxxx" MMC icra orqanının rəhbəri olmaması ilə əsaslandırmışdır. Lakin apellyasiya şikayətinə baxılarkən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair elektron xidmət vasitəsilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisi Maraqlı şəxsdur. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli reyestr məlumatlarından çıxarışdan X1 hüquqi şəxsin əvvəlki qanuni təmsilçisi olduğu, hazırkı qanuni təmsilçisinin isə Maraqlı şəxs olduğu müəyyən olunur.

20. Birinci instansiya məhkəməsi ona təqdim edilmiş hüquqi şəxs barədə məlumatda "xxxx" MMC-nin rəhbərinin Maraqlı şəxs olması göstərilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin elektron xidmətlər portalından əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinad etmiş, vergi orqanının təqdim etdiyi məlumatla internet informasiya resursundakı məlumat arasındakı uyğunsuzluğun səbəbini araşdırmamışdır.

21. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

22. Bundan əlavə kollegiya işin diqqətəlayiq hallarını, o cümlədən vergi borcunun miqdarını, həmin borcun uzun müddətdir ki, ödənilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda həmin borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılması mütənasiblik meyarlarına cavab verir.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 355-7, 372, 384, 385, 392, 393, 402, 404, 405 və 406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 7987/2025 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. xx xxxxxx 1966-cı il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar