Məhkəmə qərarları › İş №2-2(103)-1217/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1217/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1217/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(03)-1217/2021 saylı 31.08.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.283 manat məbləğində əsas borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 illik müddət üçün 942 manat məbləğində faizin və dövlət rüsumu və bank xərci olaraq 31 məbləğində xərcin, ümumilikdə 7.256 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.01.2021-ci il tarixli, e-2-2(113)-1417/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 01.10.2020-ci il tarixli, e-2-2(113)- 1417/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. 19.08.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəmə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31.08.2021-ci il tarixli, e-2-2(113)-1417/2020 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2-2(113)1417/2020 saylı qərardadının ləğv edilərək, buraxılmış müddəti üzürlü hesab edələrək bərpa edilməsini və işin apellyasiya qaydasında baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o hüquqşünas olmamaqla bununla bağlı anlayışın olmaması, dəyişikliyin yeni olması və bir çox hüquqşünasın belə bu qaydadan xəbərinin olmaması, proseduru bilməməsi səbəbindən apellyasiya şikayətini qanunvericiliyə uyğun formada verilməsini gecikdirmişdir. Bundan başqa xəstəlik, pandemiya və digər hallar da müddətin ötürülməsinə gətirib çıxarmışdır. Qətnamə ona rəsmi formada verildikdən sonra o, nəzərdə tutulan müddət çərçivəsində apellyasiya şikayətini vermişdir. Vəkili ilə birlikdə məhkəmənin 25 yanvar 2021- сi il tarixli qərardadını 26 yanvar 2021-сi il tarixdə aldıqdan sonra 28 yanvar 2021-сi il tarixdə Nizami rayonu ərazisində apellyasiya şikayəti və müddətin bərpası ilə əlaqədar ərizəni «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Anсaq uzun müddət ərzində həmin apellyasiya şikayəti və müddətin bərpası barədə ərizədən сavab çıxmadığından, yəni iş apellyasiya məhkəməsinə göndərilmədiyindən onlar maraqlanmış və Bakı Kommersiya Məhkəməsində onlara məsləhət görülmüşdür ki, yenidən apellyasiya şikayəti və müddətin bərpası ilə əlaqədar ərizəni «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə göndərsinlər. O da yenidən apellyasiya şikayəti və müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizəni «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılmış elekron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin ünvanına göndərmişdir. Bu səbəbdən də hesab edir ki, tərəfindən müddət ötürülməmişdir, ona görə də Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2021-сi il tarixli e-2-2(113)- 1417/2020 nömrəli qərardadı ləğv edilməli və buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilməli və iş apellyasiya qaydasında baxılması üçün aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli e-2-2(113)-1417/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə elektron kabinetə bildiriş yerləşdirilməklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(03)-1217/2021 saylı 31.08.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, 01.10.2020-ci il tarixli, e-2- 2(113)1417/2020 saylı qətnamə 22.12.2020-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti 22.01.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti məhkəməyə elektron kabinet vasitəsi ilə verilmədiyindən Bakı Kommersiya Məhkəməsinin 25.01.2021-ci il tarixli, e-2- 2(113)1417/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardad 26.01.2021-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, cavabdeh 19.08.2021-ci il tarixdə apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə göndərmişdir. Cavabdeh apellyasiya şikayətinin qaytarılması barədə qərardad ona rəsmi qaydada verildiyi vaxtdan 7 aya yaxın müddət keçdikdən sonra apellyasiya şikayətini elektron sistem vasitəsilə məhkəmə təqdim etmiş, müddətin buraxılması barədə ərizədə məhkəməyə elektron qaydada sənədlərin göndərilməsi ilə bağlı prosedura bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qeyd edilən hal müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh məhkəməyə elektron sistemdə yaradılmış elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti göndərilməsi üçün müddəti ötürmədən vəkillə müqavilə bağlaya bilərdi. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(03)-1217/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(03)-1217/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar