Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1220/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məmiş qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı3 Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-4805/2025 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. İddiaçı3 (Mopedin sahibi) ilə Cavabdeh2 (Mopedi götürən sürücü) arasında 08 mart 2025-ci il tarixli ilkin alğı-satqı müqaviləsi imzalanmışdır.
2. xx.xx.2025-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi - İddiaçı3 Minsk D4 50 markalı minik Nəqliyyat vasitəsini (identifikasiya nomrəsi: 0800; Buraxılış ili: 2024; Mühərrik N1P39FMA 2R127291; Rəngi: Yaşıl; Tip: Motosikilet; Ban: Y4P211000R0005729) mopedi sürücüsü - Cavabdeh2 istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi tam saz vəziyyətdə təhvil aldığını qeyd etmişdir.
3. 24.12.2024-cü il tarixli Satıcı-"xxxx" MMC Alıcı-İddiaçı3 arasında bağlanılmış alğısatqı sənədinə əsasən, “Satıcı” “Alıcı”ya MİNSK D4 50 satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
4. "xxxx" MMC və İddiaçı3 tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 140 manat əsas borcun, gecikdirilmiş günlər üçün cərimə (14 gün x 5 manat = 70 manat) сəmi 210 manat ödənişin 3 (üç) gün ərzində könüllü şəkildə ödənilməsi tələb etmiş, əgər bu məbləğ qeyd edilən müddətdə ödənilməzsə, müvafiq məhkəmələrə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar "xxxx" MMC və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 140 manat əsas borc, 70 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 240 manat məbləğin Cavabdeh2 tutularaq birgə iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçı3 ilə (bundan sonra “mopedin sahibi”) ilə Cavabdeh2 (bundan sonra “mopedi götürən sürücü”) arasında xx.xx.2025-cİ il tarixində ilkin alqısatqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsində mopedin sahibi qismində Cəmiyyətin qanuni təmsilçisi İddiaçı3 çıxış etmiş, sözügedən müqavilə onun imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, mopedin sahibi mülkiyyətində olan Moped Minsk D4 50 markalı identifikasiya nömrəsi 0800 nişanlı mopedi təhvil-təslim aktı əsasında sürücüdən 100 manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində gündəlik 10 manat məbləğində olmaqla, cəmi 3600 manat ödənişi ödəmək şərtilə mopedin sürücüsünün istifadəsinə verir. Həmin müqavilənin 5.10-cu maddəsinə əsasən, sürücü müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün 5 (beş) manat məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 08 mart 2025ci il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2025-ci il tarixində ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi identifikasiya nömrəsi: 0800, buraxılış ili: 2024, mühərrik No1P39FMA 2R127291, rəngi: yaşıl, tip: motosikilet, ban: Y4P211000R0005729 mopedi sürücünün istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi tam saz vəziyyətdə təhvil aldığını qeyd etmişdir. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2025-ci il tarixinədək ödəmiş, növbəti günlərdə müxtəlif bəhanələr gətirməklə, mopedin ödənişini ödəməkdən yayınmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 7.1-ci maddəsinə əsasən, sürücü günlük ödəniş məbləğini 7 (yeddi) gündən artıq gecikdirərsə, mopedin sahibi mopedi sürücüdən geri almaq hüququna malikdir. Odur ki, iddiaçı bu hüququndan istifadə edərək, xx.xx.2025-ci il tarixində mopedi sürücünün istifadəsindən geri almaqla, müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Birgə iddiaçılar müqavilə üzrə öhdəliyini yerinə yetirərək mopedi cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və bununla da birgə iddiaçıların hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2025-ci il tarixinədək ödəmiş (son ödəniş tarixi xx.xx.2025-ci il), həmin tarixdən xx.xx.2025-ci il tarixinədək heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən sürücü öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Odur ki, İddiaçı, cavabdeh tərəfindən 14 gün ödəniş edilmədiyindən 1 günü 10 manatdan hesablanmaqla 140 manat əsas borcu, hər gecikdirilmiş gün üçün 5 manat olmaqla 70 manat dəbbə pulunu cavabdehdən tələb etmək hüququna malikdir. Sözügedən müqavilənin 11-ci bəndinə əsasən, tərəflər aralarında mübahisə yaranarsa, mopedi götürən şəxsin VÖEN-i olduğu halda mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına dair razılığa gəlmişlər. Məhkəmə xərci olaraq iddia ərizəsi iddianın dəyərinə uyğun olaraq ödənilməli olan 30 (otuz) manat dəyərində dövlət rüsumu məbləği ödənilməklə məhkəməyə təqdim edilir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-4805/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. İddiaçı3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbnin tam təmin ediməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəfimdən 15 sentyabr 2025ci il tarixində məhkəməyə vəsatət təqdim edilmiş, həmin vəsatətdə elektron məhkəmə sisteminə əlavə etdiyim sənədlərin sübut qismində iş materiallarına əlavə olunması xahiş edilmişdir. Məlumat üçün qeyd edilməlidir ki, elektron məhkəmə sisteminin “İclaslarım” bölməsində 16 sentyabr 2025-ci il tarixdə, saat 10:00-a məhkəmə hazırlıq iclasının təyin edildiyi göstərilmişdir. Daha sonra isə həmin iclas təxirə salınmış və eyni tarixdə, saat 10:05-ə iş üzrə məhkəmə baxış iclası təyin edilmişdir. Eyni zamanda, tərəfimdən istifadə olunan mobil telefonda müştərilərlə yazışmalarda aktiv istifadə edilən “WhatsApp” tətbiqi silindiyindən, yazışmaların geri yüklənməsi və sinxronizasiyası mümkün olmamış, bunun nəticəsində təqdim ediləcək əlavə məlumatların və sənədlərin vaxtında tam bərpa edilməsi və məhkəməyə təqdim olunması işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi yekunlaşanadək təmin edilə bilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan moped qəbul etmiş, lakin müqavilədə nəzərdə tutulan ödənişləri razılaşdıqlarımüddətlərdə həyata keçirməmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh hər bir gün üçün 10 (on) manat məbləğində ödəniş etməli, ödənişin 7 gündən artıq gecikdiyi halda isə satıcı mopedi geri almaq hüququna malik olmalı idi. Cavabdeh müqavilə üzrə ödənişləri 14 (on dörd) gün müddətinə gecikdirdiyinə görə, iddiaçı mopedi geri almış, lakin həmin dövr ərzində (14 gün müddətində) moped cavabdehin faktiki istifadəsində qaldığından, bu dövr üçün 14 gün × 10 manat = 140 manat məbləğində əsas borc və əlavə olaraq gecikdirməyə görə hesablanmış dəbbə pulu tələb etmək hüququna malikdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin gecikdirilməsi halında dəbbə pulu tətbiqi də ayrıca razılaşdırıldığından, cavabdeh müqavilə öhdəliyini vaxtında icra etmədiyinə görə müqavilə və Mülki Məcəllənin tələblərinə əsasən həm əsas borcun (140 manatın), həm də gecikməyə görə hesablanmış dəbbə pulunun ödənilməsinə görə məsuliyyət daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında cavabdehin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
20. İddiaçı3la cavabdeh arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 08 mart 2025-ci il tarixli ilkin alğısatqı müqaviləsinə əsasən İddiaçı3 mülkiyyətində olan “Minsk D4 50” markalı, identifikasiya nömrəsi 0800 olan mopedi 100 manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində sürücü 10 manat gündəlik ödəmək şərtiylə ümümi qiyməti, cəmi 3600 manata satmışdır. Sonradan cavabdeh 14 günlük ödənişi ödəməmiş və mopedi xx.xx.2025-ci il tarixdə iddiaçıya geri qaytarmış, müqavilə ləğv edilmişdir.
21. Müqaviləsinin 1-ci bəndindən görünür ki, mopedin sahibi mülkiyyətində olan Moped Minsk D4 50 markalı identifikasiya nömrəsi 0800 nişanlı mopedi təhvil aktı əsasında sürücüdən 100 AZN (yüz azn) ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində sürücü 10 (on) AZN gündəlik ödəmək şərtiylə ümümi qiyməti (borcu) cəmi 3600 (üç min alti yüz) AZN (manat) olan mopedin sürücünün istifadəsinə verir. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş cədvəli bu müqavilənin ayrılmaz tərkib hissəsidir və hər dəfə sürücü tərəfindən ödəniş olduqda ödəniş cədvəlinə şəxsən nəzarət edir. Müqavilənin 6-cı bəndinə əsasən, əgər sürücü mopedi hər hansı bir səbəbdən geri qaytararsa və ya sürücü müqavilədəki bəndlərdən hər hansını pozarsa moped sahibi tərəfindən dayandırılır, həmin vaxta qədər sürücünün ödədiyi ilkin ödəniş və ödədiyi pulları geri qaytarılmır. Müqavilənin 5.10-cu bəndinə əsasən sürücü öhdəsinə götürür ki, müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə hər bir gecikdirilmiş gün üçün 5 manat cərimə ödəyəcəkdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, Sürücü günlük ödəniş məbləğini 7 gündən artıq gecikdirərsə, Mopedin sahibi mopedi sürücüdən geri alacaqdır
22. xx.xx.2025-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi - İddiaçı3 Minsk D4 50 markalı minik Nəqliyyat vasitəsini (identifikasiya nomrəsi: 0800; Buraxılış ili: 2024; Mühərrik N1P39FMA 2R127291; Rəngi: Yaşıl; Tip: Motosikilet; Ban: Y4P211000R0005729) mopedi sürücüsü - Cavabdeh2 istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi tam saz vəziyyətdə təhvil aldığını qeyd etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, nə tərəflər arasında imzalanmış müqavilədə, nə də mülki qanunvericilikdə mülkiyyətin verilməsi təxirəsalıcı şərtlə həyata keçirildiyi halda satılan daşınar əmlakın satıcıda olduğu müddətdə cavabdehdən pulun tələb edilməsi üçün qanuni əsas nəzərdə tutulmamışdır.
24. Belə ki, müqavilədə cavabdehin günlük ödəniş məbləğini 7 gündən artıq gecikdirdiyi halda, İddiaçı3 mopedi ondan geri alması, həmçinin moped hər hansı səbəbdən geri qaytarıldıqda ilkin ödənişin və ödənilmiş pulların geri qaytarılmaması nəzərdə tutulsa da, mopedin geri qaytarıldığı günə kimi ödənilməyən günlərin satıcıdan tələb edilməsi və ya satıcının ödəməli olması nəzərdə tutulmamışdır.
25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-4805/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.