Məhkəmə qərarları › İş №2-2(103)-1222/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1222/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1222/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3914/2025 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. X3 ilə Cavabdeh MMC arasında imzalanmış 10 may 2024-cü il tarixində RMxx/xx/2024/013 saylı «Reklam xarakterli məlumatların verilməsinə dair müqaviləyə» əsasən "İcraçı" "Sifarişçi"nin taşırığına əsasən “İcraçı”nın hər satdığı malın kassa qəbzlərində “Sifarişçi”yə məxsus logosu və ya digər reklam xarakterli məlumatları yerləşdirməyi (bundan sonra Xidmət) "Sifarişçi" isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini "İcraçı" ya ödəməyi öhdəsinə götürür. Xidmətin həcmi, dəyəri, icra müddəti və Xidmətin göstərilməsinə dair digər şərtlər Tərəflər arasında müvafiq Əlavə ilə razılşadırılır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən əlavə ilə başqa qayda nəzərdə tutulmadığı halda bu Müqaviləyə əsasən İcraçı tərəfindən göstərilən Xidmətlərin dəyəri Tərəflər arasında imzalanmış xidmətlərin göstəriməsinə dair akt imzalandığı və invoys və elektron qaimə faktura təqdim edildiyi tarixdən 20 iş günü ərzində ödənilir. 2.2-ci bəndinə əsasən icraçı bu Müqaviləyə uyğun olaraq göstərdiyi Xidmətlərdən əldə edəcəyi gəlirdən qanunvericiliklə nəzərdə tutulmuş özünə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərin edilməsi öhdəliyinin icrasına görə özü məsuliyyət daşıyacaq. 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Zərərin əvəzinin ödənilməsi onun Müqavilə üzrə öhdəliyinin icrasından azad olunması üçün əsas dcyildir.Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. 4.2-ci bəndinə əsasən "İcraçı" Xidmətlərin yerinə yetirilməsi müddətlərinə riayət olunmasına, keyfiyyətinə, o cümlədən, aşkar olunan qüsurlara görə cavabdehlik daşıyır. 4.3-cü bəndinə əsasən "Sifarişçi"dən bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə hallan istisna olmaqla, “İcraçı” tərəfindən Xidmətlərin yerinə yetirilməsinin müqavilə ilə müəyyən olunmuş müddətdə başa çatdırılması gecikdirildikdə, "İcraçı" hər gecikmə günü üçün bu müqavilənin ümumi dəyərinin 1 (bir) %-i həcmində "Sifarişçi" yə dəbbə pulu ödəməlidir. Sifarişi cərimə məbləğini xidmət haqqından birtərəfli qaydada tutmaq səlahiyyətinə malikdir. 5.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Xidmətlərin nəticələrinin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan xidmətlərin göstərilməsinə dair akt əsasında rəsmiləşdirilir. 5.2-ci bəndinə əsasən “İcraçı” Xidmətlərin nəticələrini əks etdirən xidmətlərin göstərilməsinə dair aktı 2 (iki) nüsxədə “Sifarişçi”yə təqdim edir. 7.1-ci bəndinə əsasən bu Müqavilə har iki tərəfin onu imzaladığı gündən etibarən qüvvəyə minir və xx.xx.2024 il tarixinədək öz qüvvəsini saxlayır. 7.2-ci bəndinə əsasən bu Müqaviləyə vaxtından əvvəl Tərəflərin qarşılıqlı razılığı əsasında və aşağıdakı hallarda birtərəfli qaydada xitam verilə bilər: - hər hansı bir tərəfin 15 (on beş) gün əvvəlcədən edilən yazılı müraciəti əsasında; - hər hansı bir tərəfin iki və daha çox təqsirli əməlləri nəticəsində müqavilə pozuntuları baş verdikdə, qarşı tərəfin yazılı məlumatına əsasən dərhal. 7.3-cü bəndinə əsasən tərəflər bu Müqavilənin müddətinin uzadılmaması ilə əlaqədar, Müqavilənin bitməsinə 10 (on) iş günii qalmış yazılı müraciətlər etmədikləri halda bu Müqavilə hər dəfə eyni hüquqlarla və eyni müddətə uzadılmış hesab olunur.

2. X3 ilə Cavabdeh MMC arasında bağlanmış 10 may 2024-cü il tarixli müqaviləyə 1 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən xidmətin müddəti - xx.xx.2024xx.xx.2024-cü il tarix aralığı, aylıq qiyməti isə - 1770 manat müəyyən edilmişdir.

3. X3 ilə Cavabdeh MMC arasında bağlanmış 01 avqust 2024-cü il tarixli müqaviləyə 4 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən reklam xidməti (qəbzlərin üzərində loqonun çapı) üçün 1-30 avqust 2024-cü il tarix aralığında qiymət 1770 manat müəyyən edilmişdir.

4. X3 ilə Cavabdeh MMC arasında bağlanmış 02 sentyabr 2024-cü il tarixli müqaviləyə 5 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən reklam xidməti (qəbzlərin üzərində loqonun çapı) üçün 02-30 sentyabr 2024-cü il tarix aralığında qiymət 1770 manat müəyyən edilmişdir.

5. X3 ilə Cavabdeh MMC arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli müqaviləyə 6 saylı Əlavə-Qiymət razılaşma protokoluna əsasən reklam xidməti (qəbzlərin üzərində loqonun çapı) üçün qiymət 01-30 oktyabr 2024-cü il tarix aralığında qiymət 1770 manat müəyyən edilmişdir.

6. Xidmətlərin təhvil verilməsi barədə 3 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iyul 2024 qəbzlərin üzərində loqonun çapı reklam xidməti 1770 manat məbləğində, 4 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən qəbzlərin üzərində loqonun çapı reklam xidməti avqust 2024 - 1770 manat məbləğində, 5 №-li xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən qəbzlərin üzərində loqonun çapı reklam xidməti sentyabr 2024 - 1770 manat məbləğində, 6 №-li xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən qəbzlərin üzərində loqonun çapı reklam xidməti oktyabr 2024 - 1770 manat məbləğində xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

7. Malların, xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli MT**********11 saylı e-qaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********15 saylı e-qaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********90 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********53 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********12 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********57 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********59 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********99 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********39 saylı eqaiməyə əsasən 1770 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********21 saylı eqaiməyə əsasən 1770 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmişdir. Bütün e-qaimələr sistem tərəfindən təsdiq edlmişdir.

8. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən X1 hesabına 6000 manat məbləğində ödəniş edilmişdir.

9. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X1 hesabına 1080 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10.620 manat məbləğində pul vəsaitinin və 126,20 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 may 2024-cü il tarixində cavabdeh – Cavabdeh ilə onun arasında № RMxx/xx/2024/013 olan “Reklam xarakterli məlumatların verilməsinə dair müqavilə” bağlanmışdır. Müqavilənin 1 və 7-ci bəndlərində (müqavilənin predmeti və müddəti) əsasən, müqavilə üzrə sifarişçi olan Cavabdeh MMC-nin tapşırığına əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi, icraçı olaraq mənim tərəfimdən Qusar şəhəri ərazisində yerləşən, ona məxsus olan ərzaq malları satışı ticarət obyektlərimdə satılan malların kassa qəbzlərində Cavabdeh MMC-yə məxsus logo və ya digər reklam xarakterli məlumatlar yerləşdirilməli, Cavabdeh MMC isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini ona (icraçıya) ödəməlidir. Qeyd edilən bənddə həmçinin xidmətlərin həcmi, dəyəri, icra müddəti və xidmətin göstərilməsinə dair digər şərtlər tərəflər arasında müqaviləyə müvafiq Əlavə ilə razılaşdırılması nəzərdə tutulub. Müqavilənin 2.1-ci yarımbəndinə əsasən Əlavə ilə başqa qayda nəzərdə tutulmadığı halda həmin müqaviləyə əsasən icraçı tərəfindən göstərilən xidmətlərin dəyəri tərəflər arasında imzalanmış xidmətlərin göstərilməsinə dair akt imzalandığı, invoys və ya elektron qaimə-faktora təqdim edildiyi tarixdən 20 iş günü ərzində ödənilir. Razılaşmalarına əsasən cavabdeh tərəfindən ona xidmət haqqı kimi ayda 1/770 manat ödənilməli idi. Müqavilə ilə müəyyən edilmiş həmin qaydaya uyğun olaraq Müqavilənin qüvvədə olduğu 8 ay (may-dekabr aylarında) müddətində hər ay göstərilmiş xidmətlərə dair tərtib edilmiş aktlar tərəflərindən təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən həmin aktlar təsdiq edilərək onlara qaytarılmamış və həmçinin tərəflərindən hər ay üzrə (may — dekabr ayları üzrə) göstərilmiş xidmətlərin ödənilməsi üçün cavabdehə elektron qaimə-fakturalar göndərilmiş, lakin cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Bundan əlavə, Müqavilə ilə müəyyən edilmiş qaydalara əsasən cavabdehlə mənim aralarında göstərilən xidmətlərə və müqavilənin ümumi məbləğinə dair X4 və hər ay da göstərilən xidmətlərə və müqavilənin ümumi məbləğinə dair Əlavə Razılaşma prokolları imzalanmalı idi. Onun tərəfindən həmin razılaşdırma protokolları təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən yalnız may-oktyabr aylarını əhatə edən 6 razılaşma protokolu təsdiq edilərək qaytarılmış, X4, həmçinin noyabr və dekabr aylarına dair protokollar təsdiq edilərək qaytarılmamışdır. xx.xx.2024- cü il tarixində mənim tərəfimdən cavabdehə, yaranmış mübahisənin həll edilməsi üçün, pretenziya ilə müraciət edilmiş, ancaq cavabdeh tərəfindən pretenziyaya cavab verilməmiş, ancaq xx.xx.2025-ci il tarixində 1 080 manat və xx.xx.2025- ci il tarixində 6 000 manat olmaqla onun hesabına cəmi 7 080 manat ödəniş edilmişdir. Müqavilənin 7.3cü bəndinə uyğun olaraq, onun cavabdehə və cavabdehin onlara müqavilənin müddətinin uzadılıb-uzadılmaması ilə əlaqədar müraciətləri olmadığına görə müqavilənin müddəti eyni müddətə uzadılmış, tərəflərindən cavabdehə 2025- ci ilin yanvar və fevral aylarında müqavilədə nəzərdə tutulmuş xidməilərn göstərilməsi davam etdirilmiş, 2025-ci ilin yanvar və fevral aylarına dair ödəmənin edilməsi üçün cavabdehə elektron-qaimə göndərilmiş, lakin cavabdeh tərəfindən ödəniş edilməmişdir. Nəticədə Cavabdeh MMC ona 2024-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar və fevral aylarında göstərilmiş xidmətlərə görə 17.700 manat ödəməli olduğu halda cəmi 7 080,00 manat ödənilmiş və MMC-nin ona 10.620 manat məbləğində borcu qalmışdır. xx.xx.2025- ci il tarixində mənim tərəfimdən cvabdehə təkrarən Pretenziya ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən Pretenziyaya cavab verilməmişdir. Ona Müqavilə üzrə öhdəliklərimin icrası ilə əlaqədar, Cavabdeh MMC tərəfindən hər hansı bir etiraz edilməmişdir. Bundan əlavə, müqavilələrinin 3.2.3-cü bəndinə əsasən tərəflərindən sifarişin icrasına vaxtında başlanılmadıqda və ya həddindən artıq yavaş işləməsi nəticəsində xidmət nəticələrinin vaxtında təhvil verilməyəcəyi aydın göründükdə cavabdeh — sifarişçi müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş qaydada və miqdarda ona dəymiş zərərin əvəzini, dəbbə pulunu ondan tələb edə və Müqaviləyə xitam verə bilərdi. Qeyd etdiyi kimi bu vaxta qədər cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərimin icra edilməsi ilə əlaqədar ona hər hansı bir etiraz edilməmişdir. Tərəflərindən cavabdehlə bağlanmış müqaviləmizlə müəyyən edilmiş öhdəliklər icra edilmiş, cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər icra edilməmişdir. 3. xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10.620.00 manat məbləğində pul vəsaitinin, 1000 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzini, 124,86 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 11.744,86 manat vəsaitin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 448.1, 441.4, 404.1-ci maddələrinə istinad edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3914/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеh Cavabdeh MMC-dən 5310 manat borc məbləğin, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 73 manat, cəmi 6383 manat pulun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Məhkəmə qeyd edib ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə reklam xidmətlərinin göstərilibgöstərilməsidir. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilib ki, tərəflər arasında reklam xidmətinin (iddiaçının fəaliyyət göstərdiyi mağazada çap olunan ödəniş qəbzlərində “Umico.az onlayn mağaza” loqonun çap olunması) göstərilməsinə dair müqavilə bağlanmışdır. Aylıq xidmət haqqı 1770 manat müəyyən edilmişdir. İddiaçı iddia edib ki, may 2024-cü il tarixindən fevral 2025-ci il tarixinə kimi xidmətlər göstərilmişdir, xidmət haqqı qismən (dörd ayın xidmət haqqısı - 7080 manat) ödənilsə də, 2024-cü ilin may, iyun, noyabr, dekabr 2024 və yanvarfevral 2025 xidmət haqqı ödənilməmiş qalmışdır. Həmin aylara görə cəmi 10620 manat pulun tutularaq iddiaçıya ödnilməsini xahiş edib. Cavabdeh isə bildirib ki, 2024-cü ilin may və iyun aylarında xidmətlər göstərilsə də, lakin iddiaçı sənədləşməni düzgün aparmadığı üçün cavabdeh tərəf ödənişi etməyib, noyabr 2024-cü ildə göstərilən xidmətlər qüsurlu olduğu üçün ödəniş edilməyib, tələb olunan dekabr 2024 və 2025-ci ilin yanvar və fevral ayı üzrə xidmət haqqı ödənişlərini isə ümumiyyətlə qəbul etmirlər, çünki xidmət müddəti may-noyabr 2024-cü il müəyyən edilmişdir. Məhkəmə hər iki tərəfin arqumentləri ilə qismən razılaşıb. Belə ki, tərəflər arasında müqqavilənin bağlanması və aylıq xidmət haqqının 1770 manat olması, may – noyabr 2024- cü il aralığında xidmətlərin göstərilməsi işin mübahisəsiz halıdır. Məhkəmə cavabdehin “may və iyun ayında xidmətlər göstərilsə də, sənədləşmə düzgün aparılmamışdır və buna görə də ödənişlər edilməmişdir” arqumenti ilə razılaşmayaraq qeyd edir ki, xidmətlər göstərildiyi üçün və tərəflər arasında münasibətlər sonrakı aylarda da davam etdiyi üçün, həmin may və iyun ayına görə də xidmət haqqı (1770 manat+1770 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin “2024-cü ilin noyabr ayında da xidmətlər göstərilsə də, lakin xidmətlər qüsurlu idi” arqumentinə dair məhkəmə qeyd edib ki, məhkəmə araşdırılması zamanı cavabdeh qüsurun nədən ibarət olmasını izah edə və sübuta yetirə bilmədiyi, noyabr ayının qəbzlərin üzərində olan loqo əvvəlki aylara (artıq ödənişi həyata keçirilmiş) aid qəbzlərin üzərində olan loqo ilə eynilik təşkil etdiyi üçün, məhkəmə hesab edir ki, noyabr ayının da xidmət haqqısı (1770 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə (2024-cü ilin dekabr, 2025-ci ilin yanvar və fevral ayları üzrə xidmət haqqı) dair qeyd edib ki, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə xidmət müddəti və xidmət haqqı ümumi olaraq müqavilə ilə deyil, Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilmişdir. Və xidmət müddəti may-noyabr 2024-cü il, xidmət haqqı 1770 manat müəyyən edilmişdir. İş materiallarında xidmətlərin 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar/fevral aylarında da göstərilməsi və həmin aylara görə xidmət haqqını müəyyən edən tərəflər arasında hərhansı başqa Əlavənin mövcüdluğu müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilərək cavabdеh Cavabdeh MMC-dən 5310 manat (2024-cü ilin may, iyun və noyabr ayları üzrə xidmət haqqı) borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən 127 manat dövlət rüsumu və 1000 manat hüquqi yardım xərci ödənilmişdir. Məhkəmə qeyd edib ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu xərcinin əvəzi olaraq 73 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən MM-in 390.1, 390.4, 777.1, 783.2-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

18. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, müqavilə üzrə məhkəmə tam araşdırma aparmamış, təqdim edilmiş materialların əsaslılığını yoxlamamış, cavabdeh tərəfin arqumentləri ümümiyyətlə nəzərə alınmamışdır. Mübariz Verdixanovun iddiasına əsasən Cavabdeh MMC ona 2024-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar və fevral aylarında göstərilmiş xidmətlərə görə 17.700.00 manat ödəməli olduğu halda cəmi 7.080 manat ödəmiş və Cavabdeh MMC-nin ona 10 620.00 manat məbləğində borcu qalmışdır. Hesab edir ki, iddiaçı tərəfindən bu borcun yaranması ilə bağlı heç bir əsaslı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi bir çox məqam məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. Belə ki, müqaviləyə əlavəyə əsasən xidmətin müddəti may-noyabr 2024-cü il müəyyən edilmişdir. Qarşı tərəfin qeyd etdiyi ödənişlərlə bağlı məsələyə gəldikdə isə, ödənişlərin olmamasına səbəb keyfiyyətsiz olaraq xidmətin göstərilməsi və Vergi Məcəlləsinin müvafiq tələblərinin pozularaq çeklərin verilməsi idi. Həmin qəbzlər qanunvericiliyin tələblərinə uyğun deyildir. May, iyun və noyabr aylarında xidmətlər göstərilsə də, cavabdehin əməkdaşı tərəfindən aparılmış monitorinq zamanı müxtəlif vaxtlarda xidmətlərin keyfiyyətsiz olmasının aşkar edilməsi və eyni zamanda müəyyən ödənişlərin həyata keçirilməməsinin səbəbi qarşı tərəfin sənədləşməni düzgün aparmamasıdır. Məlumatlar müqavilə ilə üst-üstə düşmürdü. Tərəfə dəfələrlə xəbərdarlıq edilmişdir ki, məlumatları düzəltsinlər, cavabdeh tərəfindən də ödəniş edilsin. Buna görə də, tərəflər arasında həmin aylar üzrə təhvil-təslim aktları imzalanmamışdır. Müqavilənin müddəti bitdikdən sonra da ödənişlər edilmədi. Müqavilənin müddəti dekabra kimi ola bilər, lakin cavabdeh xidmətlərdən noyabra kimi yararlanıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab etdi ki, iddia tələbi qismən təmin edilməlidir. Müqavilə üzrə ödənişlərin edilməməsinin əsas səbəbi xidmətlərin keyfiyyətsiz göstərilməsi və Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə uyğun olmayan kassa çeklərinin təqdim edilməsidir. Məhkəmə iş üzrə may və iyun aylarında xidmətlərin göstərilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasını, noyabr və dekabr aylarında xidmətlərin keyfiyyətsiz olmasını, müqavilə müddətindən kənar dövrlərdə göstərilən xidmətlərin hüquqi əsasını və yalnız vergi-hesab fakturalarına əsaslanmaqla digər sübutların nəzərə alınmamasını tam araşdırmamışdır. Qeyd olunan halların araşdırılmaması, borcun hüquqi əsaslarının və tərəflər arasında yaranmış öhdəliklərin düzgün dəyərləndirilməsinə imkan verməmişdir Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan may və iyun aylarında göstərilmiş xidmətlərin keyfiyyəti və müqavilə müddətinin sonrakı dövrlərdə(noyabr, dekabr, yanvar, fevral) xidmətlərin göstərilməsi hallarısübutedilməmişdir. Bu halların sübutları qanunvericiliyin tələblərinə uyğun olmayan, ziddiyyətli sənədlərlə təsdiq edilmişdir. Xüsusilə, vergi-hesab fakturaları xidmətlərin göstərilməsini tam təsdiqləmədiyindən, müvafiq monitorinq hesabatları olmadan bu halların təsdiqi mümkün olmamışdır.

19. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iddianı qismən təmin etmişdir. Hesab edir ki, məhkəmə 1 saylı Əlavəyə Tərəflərarasındakı münasibətləri tənzimləyən digər aktlardan daha üstün hüquqi qüvvə verməklə və Tərəflər arasındakı münasibətin davamlılıq müddətini müəyyən edərkən həmin əlavədəki müddətlə bağlı qeydi əsas götürməklə tərəflər arasındaı münasibətlərə düzgün hüquqi qiymət verməmiş və məhdudlaşdırıcı yanaşma ilə münasibətin xarakterini, müqavilə imzalanarkən tərəflərin əldə etmək istədiyi nəticələri nəzərə almamışdır. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı (Tərəflər arasındakı Müqavilə üzrə İcraçı) öhdəliklərini tam şəkildə yerinə yetirmiş, bu zaman hər hansı xətaya yol verməmiş (məhkəməhaqlı olaraq xidmətlərdə hər hansı qüsur olmadığını işin mübahisəsi szhalı kimi qəbul edir), addımlarını isə müqaviləyə uyğun olaraq atmışdır. Qətnamədən tərəflər arasındakı münasibətlərin davam etdiyi müddəti müəyyən edərkən məhkəmənin hansı əsasla müqavilənin 7.1-ci bəndini deyil, müqaviləyə 1 nömrəli əlavəni əsas götürməsi aydın olmur, həmçinin hansı əsasla müqaviləyə bir nömrəli əlavənin müqaviləyə edilmiş digər əlavələrdən üstün hüquqi qüvvəyə malik olması nəticəsinə gəlindiyi izah edilmir. İşə əlavə edilmiş müqavilə sənədlərindən görünür ki, ödənişlər aylıq qaydada edilir və hər ay üzrə də konkret məbləğ müəyyənləşdirilir. Əlavələrin hər biri konkret müddət üçün münasibətləri tənzimlədiyi halda, Müqavilə münasibətlərə ümumi çərçivə qismində çıxış edir. Bu baxımdan, iddiaçı tərəfindən iddia üzrə xidmətlərin göstərildiyi və buna uyğun olaraq pulun tələb edildiyi hər ay üzrə fəaliyyətin əsaslandığı əsas sənəd müqavilədir və iddiaçı müqavilənin heç bir müddəasından kənar addım atmamışdır. Məhkəmə qərar verərkən, həmçinin münasibətlərin xarakterini də doğru qiymətləndirməli və bununla bağlı təqdim edilmiş sübutlara, eyni zamanda tərəflərin məhkəmədə ifadə etdikləri mövqeyə əsaslanmalı idi. Məhkəmə gedişatında cavabdehin davamlı olaraq ziddiyyətli ifadələr verməsi, ilk vaxtlarda iddianı tamamilə rədd etmək mövqeyindən çıxış etməsini, sonradan xidmətlərin bir hissəsinin göstərildiyini işin mübahisəsiz halı kimi qəbul etməsini,xidmətlərdə qüsur olması ilə bağlı yalnız mülahizələrə əsaslanmasını, müqavilənin müddətlə bağlı normalarına məhəl qoymadan sadəcə bir nömrəli əlavəyə əsaslanmasını, eyni zamanda işdə olan sübutlardan aydın olduğu kimi, iddiaçıya müqavilə ilə bağlı hər hansı bildiriş verməməsini kompleks şəkildə qiymətləndirməklə iddianı tam təmin etməli idi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianı qismən təmin etmək barədə qərar verərkən sübutları kompleks şəkildə araşdırmamış, mülahizəxarakterli bəyanla müqaviləyə bir nömrəli əlavəyə müqavilədən və digər əlavələrdən üstün hüquqi qüvvə vermək qərarına gəlmişdir. Halbuki, Tərəflər arasında münasibətləri tənzimləyən əsassənəd Müqavilədir ki, onun mətnindən aydın olur ki, iddiaçı xidmətləri 2024-cü ilin fevralına qədər davam etdirməkdə haqlı idi. Məhkəmə nəzərə almalı idi ki, əlavələr müqavilə üzrə münasibətlərin tənzimlənməsində köməkçi xarakter daşımaqla, prosesin idarə edilməsi məqsədi daşıyır. Qeyd edilən mövqe Əlavələrin məzmununun təhlilindən də qətişəkildə aydın olur. Məhkəmə isə sübutun qiymətləndirilməsində yanlışlığa yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. İddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun olaraq izahat verdi, şikayətlərinin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini, iddianın tam təmin edilməsini xahiş etdi.

22. Cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun olaraq izahat verdi, həmin şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini, iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

23. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və qətnamə iddiaçı tərəfindən iddianın rədd edilmiş, cavabdeh tərəfindən isə iddianın təmin edilmiş hissələrində mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında reklam xidmətinin (iddiaçının fəaliyyət göstərdiyi mağazada çap olunan ödəniş qəbzlərində “Umico.az onlayn mağaza” loqonun çap olunması) göstərilməsinə dair müqavilə bağlanmışdır. Aylıq xidmət haqqı 1770 manat müəyyən edilmişdir. İddiaçı iddia edir ki, may 2024-cü il tarixindən fevral 2025-ci il tarixinə kimi xidmətlər göstərilmişdir, xidmət haqqı qismən (dörd ayın xidmət haqqısı - 7080 manat) ödənilsə də, 2024-cü ilin may, iyun, noyabr, dekabr 2024 və yanvar-fevral 2025-ci il üçün xidmət haqqı ödənilməmiş qalmışdır. Həmin aylara görə cəmi 10.620 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh isə 2024-cü ilin may və iyun aylarında xidmətlər göstərilsə də, lakin iddiaçı sənədləşməni düzgün aparmadığı üçün ödənişi etmədiklərini, noyabr 2024-cü ildə göstərilən xidmətlər qüsurlu olduğu üçün ödəniş etmədiklərini, xidmət müddəti may-noyabr 2024-cü il müəyyən edildiyindən tələb olunan 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar və fevral ayları üzrə xidmət haqqı ödənişlərini isə ümumiyyətlə qəbul etmədiklərini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

29. Kollegiya qeyd edir ki, tərəflər arasında müqqavilənin bağlanması və aylıq xidmət haqqının 1770 manat olması, may – noyabr 2024- cü il aralığında xidmətlərin göstərilməsi işin mübahisəsiz halıdır. Cavabdehin 2024-cü ilin may-iyun və noyabr aylarında göstərilmiş xidmətlərin qüsurlu olmasına və sənədləşdirmənin düzgün aparılmamasına dair arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh qüsurların, eləcə də düzgün sənədləşdirməmənin nədən ibarət olmasını izah edə bilməmiş, eləcə də qüsurların mövcudluğunu sübuta yetirə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi sözügedən aylarda göstərilmiş xidmətlərə görə xidmət haqqının tutmaqda haqlı olmuşdur.

30. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə (2024-cü ilin dekabr, 2025ci ilin yanvar və fevral ayları üzrə xidmət haqqı) münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə xidmət müddəti və xidmət haqqı ümumi olaraq müqavilə ilə deyil, Müqaviləyə 1 saylı Əlavəyə əsasən xidmət müddəti may-noyabr 2024-cü il arası dövr, xidmət haqqı isə 1770 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əsasən isə xidmətlərin 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar/fevral aylarında da göstərilməsi və həmin aylara görə xidmət haqqını müəyyən edən tərəflər arasında hər-hansı başqa Əlavənin mövcudluğu müəyyən edilməmişdir. Bununla bağlı o da vurğulanmalıdır ki, iddiaçının istinad etdiyi müqavilədə nəzərdə tutulan müddət xidmətin göstərilmə müddəti deyil, müqavilənin qüvvədə olma müddəti olduğundan xidmətin sifariş edildiyi vaxt aralığının həmin müddət əsasında müəyyən edilməsi istisna edilir.

31. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar/fevral aylarında iddiaçı tərəfindən faktiki olaraq xidmətlərin göstərilməsi barədə iddiaçının arqumentlərinə münasibətdə kollegiya onu da qeyd edir ki, iddiaçının əlavə etdiyi qəbzlər mübahisəli dövrdə mübahisəli xidmətlərin cavabdeh tərəfindən sifariş edilməsi və iddiaçı tərəfindən göstərilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir.

32. Beləliklə, birinci instansiya məhkəməsi iddianı qismən – 2024-cü ilin may-iyun və noyabr ayları üçün 5310 manat məbləğində xidmət haqqının tutulması hissəsində təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayətlər təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu müvafiq olaraq apellyatorlara aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i :

İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3914/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumları apellyatorların özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar