Məhkəmə qərarları › İş №2-2(103)-1236/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1236/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1236/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məmiş qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-4280/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Mopedin sahibi – İddiaçı2 ilə Mopedi götürən sürücü – Cavabdeh arasında bağlanılmış 07 dekabr 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsi imzalanmışdır.

2. xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixində ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi - İddiaçı2 identifikasiya nömrəsi: 0526, buraxılış ili: 2024, mühərrik No1P39FMB RAB15027, rəngi: göy, tip: motosikilet, ban: H7XPCBL88RAB15027 mopedi sürücüsü Cavabdeh istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi təhvil aldığını qeyd etmişdir.

3. Satıcı-"xxxx" MMC ilə X4 oğlu arasında bağlanılmış 10114429 nömrəli xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı Alıcıya TUFAN M-50 Göy CN:H7XPCBL88RAB15027, 2024 Mühərrik № 1P39FMB RAB15027 Həcmi:49 cm3 istehsal ili: 2024 Rəngi:Göy; (“Əmlak”) satır, Alıcı isə alır.

4. xx.xx.2024-ci ildə bağlanmış 10114429 saylı alğı satqı müqaviləsinə Əlavə №1-ə əsasən TUFAN M-50 Göу CN:H7XPCBL88RAB15027, 2024 Mühərrik N 1P39FMB RAB15027 Həcmi:49 cm3, istehsal ili:2024, Rəngi:Göy- 1950 manat dəyərində motosikl "xxxx" MMC tərəfindən X3 təhvil verilmişdir

5. 4 Noyabr 2024-ci il tarixli alğı-satqı müqaviləsə əsasən, X5 tərəfindən Tufan m50 ban H7XPCBL88RAB15027 Mühərrik nömrəsi 1P39FMB RAB15027 İ İndefiksiya nömrəsi 0526 rəngi Göy olan Mopedi 1200 azn dəyərində Moped İddiaçı2 satmışdır.

6. "xxxx" MMC və İddiaçı2 tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 72 manat əsas borcun, gecikdirilmiş günlər üçün cərimə (6 gün x 5 manat = 30 manat), cəmi 102 manat ödənişin 3 (üç) gün ərzində könüllü şəkildə ödənilməsini tələb etmiş, əgər bu məbləğ qeyd edilən müddətdə ödənilməzsə, müvafiq məhkəmələrə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72 manat əsas borc, 30 manat dəbbə pulu, 30 manat dövlət rüsum olmaqla, cəmi 132 manat məbləğin Cavabdeh tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçı2 ilə (bundan sonra “mopedin sahibi”) ilə Cavabdeh (bundan sonra “mopedi götürən sürücü”) arasında xx.xx.2024-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsində mopedin sahibi qismində Cəmiyyətin qanuni təmsilçisi İddiaçı2 çıxış etmiş, sözügedən müqavilə onun imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, mopedin sahibi mülkiyyətində olan Tufan M50 markalı identifikasiya nömrəsi 0526 nişanlı mopedi təhvil-təslim aktı əsasında sürücüdən 100 manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində gündəlik 12 manat məbləğində olmaqla, cəmi 4320 manat ödənişi ödəmək şərtilə mopedin sürücüsünün istifadəsinə verir. Həmin müqavilənin 5.10-cu maddəsinə əsasən, sürücü müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün 5 (beş) manat məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 07 dekabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2024-cü il tarixində ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi identifikasiya nömrəsi: 0526, buraxılış ili: 2024, mühərrik No1P39FMB RAB15027, rəngi: göy, tip: motosikilet, ban: H7XPCBL88RAB15027 mopedi sürücünün istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi tam saz vəziyyətdə təhvil aldığını qeyd etmişdir. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2025-ci il tarixinədək ödəmiş, növbəti günlərdə müxtəlif bəhanələr gətirməklə, mopedin ödənişini ödəməkdən yayınmışdır. Daha sonra xx.xx.2025-ci il tarixində moped sürücü tərəfindən geri qaytarılmış, müqavilə ləğv edilmişdir. Birgə iddiaçılar müqavilə üzrə öhdəliyini yerinə yetirərək mopedi cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və bununla da birgə iddiaçıların hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2025-ci il tarixinədək ödəmiş (son ödəniş tarixi xx.xx.2025-ci il), həmin tarixdən xx.xx.2025-ci il tarixinədək heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən sürücü öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən“icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır”. Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Odur ki, İddiaçı, cavabdeh tərəfindən 6 gün ödəniş edilmədiyindən 1 günü 12 manatdan hesablanmaqla 72 manat əsas borcu, hər gecikdirilmiş gün üçün 5 manat olmaqla 30 manat dəbbə pulunu cavabdehdən tələb etmək hüququna malikdir. Sözügedən müqavilənin 11-ci bəndinə əsasən, tərəflər aralarında mübahisə yaranarsa, mopedi götürən şəxsin VÖEN-i olduğu halda mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına dair razılığa gəlmişlər. Məhkəmə xərci olaraq iddia ərizəsi iddianın dəyərinə uyğun olaraq ödənilməli olan 30 (otuz) manat dəyərində dövlət rüsumu məbləği ödənilməklə məhkəməyə təqdim edilir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-4280/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbnin tam təmin ediməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mopedin satıcıda qaldığı müddət üçün cavabdehə hər hansı ödəniş hesablanmamışdır. Məlum olduğu kimi moped 08 fevral 2025-ci ildə satıcıya (iddiaçıya) təhvil verilmiş və həmin gündən sonraya heç bir pul tələbi hesablanmamışdır. Əksinə tələb edilən pul məbləği 08 fevral 2025-ə qədər, yəni moped satıcıya təhvil verilənə qədər hesablanan məbləğdir. Satıcı mopedi geri almasıyla birlikdə mopedin geri alındığı gündən sonraya aid pul tələbi hüququnu itirməsi işin mübahisəsiz halıdır, çünki o həm mopedi, həm də pulu tələb edə bilməz. Ancaq moped satıcıya təhvil verilənədək olan müddətdə pul məbləğini tələb edə bilməməsinə dair məhkəmənin qənaəti tamamilə absurddur. Belə ki, müqaviləyə əsasən alıcı (cavabdeh) mopedin onda qaldığı müddət üçün gündəlik 12 manat ödəməyi öhdəsinə götürmüşdür. Deməli, 03 fevraldan 08 fevral (3-ü və 8-i daxil) tarixinə qədər olan müddətdə alıcının hər gün 12 manat ödəmək öhdəliyi yaranmışdır. Buna müvafiq olaraq da satıcının mopedin alıcıda qaldığı hər gün üçün 12 manat tələb etmək hüququ yaranmışdır. Məlum olduğu kimi alqı-satqı müqaviləsi sinallaqmatik olduğundan bir tərəfin öhdəliyi digər tərəfin hüququ müqabilindədir. Belə olan halda satıcının moped ona təhvil verildikdən sonra təhvil verilənə qədər əmələ gəlmiş tələb hüququnu alıcıdan tələb etməsindən daha təbii və daha qanuni nə ola bilər? İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün k r e d i t o r qarşısında məsuliyyət daşıyır. İş materiallarından və məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni mopedin dəyərinin tam ödənilməsini vaxtında yerinə yetirməmiş, yalnız müəyyən hissəsini ö d ə d i k d ə n sonra ödənişləri əsassız olaraq dayandırmışdır. Qanunvericiliyə görə, borclu yalnız öhdəliyi ümumiyyətlə yerinə yetirmədikdə deyil, həm də vaxtında icra etmədikdə məsuliyyət daşıyır. Bu məsuliyyət həm əsas borcun ödənilməsi, həm də gecikdirmə nəticəsində vurulan zərərin və dəbbə pulunun tutulmasını əhatə edir. Beləliklə, cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi faktı mövcuddur və bu gecikmə nəticəsində kreditorun hüquqları pozulmuşdur. Nəticə etibarilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının həm əsas borcun, həm də gecikdirməyə görə hesablanmış dəbbə pulunun ödənilməsi tələbi tam hüquqi əsaslara malikdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı2la cavabdeh arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 07 dekabr 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan “Tufan M 50” markalı, identifikasiya nömrəsi 0526 olan mopedi 100 manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində 12 manat gündəlik ödəmək şərtiylə ümümi qiyməti, cəmi 4320 manata satmışdır. Sonradan cavabdeh 6 günlük ödənişi ödəməmiş və mopedi xx.xx.2025-ci il tarixdə iddiaçıya geri qaytarmış, müqavilə ləğv edilmişdir.

22. Mopedin sahibi – İddiaçı2 ilə Mopedi götürən sürücü – Cavabdeh arasında bağlanılmış 07 dekabr 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinin 1-ci bəndindən görünür ki, mopedin sahibi mülkiyyətində olan Moped Tufan M 50 markalı identifikasiya nömrəsi 0526 nişanli mopedi təhvil-təslim aktı əsasında sürücüdən 100 (yüz) manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində sürücü 12 (on iki) manat gündəlik ödəmək şərtiylə ümümi qiyməti (borcu) cəmi 4320 (dört min üz yüz iyirmi) manat olan mopedin sürücünün istifadəsinə verir. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş cədvəli bu müqavilənin ayrılmaz tərkib hissəsidir və hər dəfə sürücü tərəfindən ödəniş olduqda ödəniş cədvəlinə şəxsən nəzarət edir. Müqavilənin 6-cı bəndinə əsasən, əgər sürücü mopedi hər hansı bir səbəbdən geri qaytararsa və ya sürücü müqavilədəki bəndlərdən hər hansını pozarsa moped sahibi tərəfindən dayandırılır, həmin vaxta qədər sürücünün ödədiyi ilkin ödəniş və ödədiyi pulları geri qaytarılmır. Müqavilənin 5.10-cu bəndinə əsasən sürücü öhdəsinə götürür ki, müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə hər bir gecikdirilmiş gün üçün 5 manat cərimə ödəyəcəkdir. Müqavilənin 7.1-ci bəndinə əsasən sürücü günlük ödəniş məbləğini 7 gündən artıq gecikdirərsə, Mopedin sahibi mopedi sürücüdən geri alacaqdır.

23. xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixində ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi - İddiaçı2 identifikasiya nömrəsi: 0526, buraxılış ili: 2024, mühərrik No1P39FMB RAB15027, rəngi: göy, tip: motosikilet, ban: H7XPCBL88RAB15027 mopedi sürücüsü Cavabdeh istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi təhvil aldığını qeyd etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, nə tərəflər arasında imzalanmış müqavilədə, nə də mülki qanunvericilikdə mülkiyyətin verilməsi təxirəsalıcı şərtlə həyata keçirildiyi halda satılan daşınar əmlakın satıcıda olduğu müddətdə cavabdehdən pulun tələb edilməsi üçün qanuni əsas nəzərdə tutulmamışdır.

25. Belə ki, müqavilədə cavabdehin günlük ödəniş məbləğini 7 gündən artıq gecikdirdiyi halda, İddiaçı2 mopedi ondan geri alması, həmçinin moped hər hansı səbəbdən geri qaytarıldıqda ilkin ödənişin və ödənilmiş pulların geri qaytarılmaması nəzərdə tutulsa da, mopedin geri qaytarıldığı günə kimi ödənilməyən günlərin satıcıdan tələb edilməsi və ya satıcının ödəməli olması nəzərdə tutulmamışdır.

26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-4280/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar