Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1238/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər X2 məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “avadanlığın geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3200/2024 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus 2.689.457,12 avro dəyərində RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşının təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh ASC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3200/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçınə verilmişdir. Həmin qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli e-2-2(113)-3200/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.1.5-ci maddəsinə görə iddia qiyməti 1.000.000 manatdan çox olduqda iddia ərizəsinin verilməsinə görə 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu ödənilməlidir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, hazırkı halda iddia tələbinin predmetini “RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınının qaytarılması təşkil etdiyindən iddia tələbi qiymətləndirilən iddialara aid edilməklə iddianın qiyməti qaytarılması tələb olunan əmlakın dəyəri ilə müəyyən edilməlidir. Digər tərəfdən işdən görünür ki, apellyator apellyasiya şikayətini verərkən iddianın qiymətinə uyğun olaraq qiymətləndirilən iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 50% məbləğində dövlət rüsumunu ödəməli olduğu halda 50 manat, yəni qiymətləndirilməyən iddianın verilməsinə görə qanunda nəzərdə tutulmuş dövlət rüsumunun 50 %-i məbləğində dövlət rüsumu ödəmişdir, başqa sözlə desək, dövlət rüsumunu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödəməmişdir. Mülki Prosessual Məcəllənin: 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 25 oktyabr 2024-cü il tarixli e-2- 2(113)-3200/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli e-2-2(113)-3200/2024 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1238/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1238/2024
11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver