Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1248/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X5 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22608,14 manat əsas, 18237,3 manat faiz və 11758,06 manat dəbbə pulu olmaqla, cəmi 52603,5 manat borc, avtomobilin istifadəsi zamanı dəymiş ziyanın əvəzi olaraq 25000 manat və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(113)- 2985/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 22608,14 manat əsas borc, 18237,30 manat faiz borcu, 1130 manat dəbbə pulu, lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 18496 manat, 400 manat mediasiyaya dair xərc, ümumilikdə 60871,44 (altmış min səkkiz yüz yetmiş bir manat qırx dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.
3. Qeyd edilən qətnamədən Cavabdeh2 tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2985/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verərək səhhətilə bağlı Kürdəmir rayonunda ev şəraitində müalicə olunduğundan üzürlü səbəbdən apellyasiya şikayətini vaxtında verə bilmədiyini bildirmiş, buna görə də qətnamədən şikayət vemə müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 2985/2025 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmiş, verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2985/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən şikayət verilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC cavabdehlərə qarşı “pulun tutlması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22608,14 manat əsas, 18237,5 manat faiz və 11758 manat dbbə pulu olmaqla, cəmi 52603,5 manat borc, avtomobilin istifadəsi zamanı dəymiş ziyanın əvəzi olaraq 25.000 manat və ödənilmiş 400 manat mediasiya xərcinin tutulmasını xahiş etmişdir. İddiaçının mənə və digər Cavabdeh1 qarşı " pul tələbinə dair " iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsi (hakim Ülkər Həsənova) tərəfindən baxılaraq, heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq mənim əleyhimə əsassız və birtərəfli məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, iddiaçı iddia tələbində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə mənimlə İddiaçı ASC arasında bağlanmış 258-2/22 saylı öhdəliklərin icrası ilə bağlı sazişə əsasən, mən 5000 manat ilkin ödəniş etdikdən sonra 258-2/22 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektini, yəni 2015-ci il buraxılışlı, “Mersedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PP *** qeydiyyat nişanlı avtomobili illik 15% hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 4,912,13 manat, ümumilikdə 235782,05 manat olmaqla mənə satmışdır. Həmin avtomobil tərəfimdən İddiaçı ASC-yə qaytarılmışdır, lakin nə vaxt qaytarılması göstərilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə olan 22608,14 manat əsas borc, 18237,3 manat faiz borcu, 1130 manat dəbbə pulu, avtomobilin istifadəsi zamanı dəymiş zərərin əvəzi olaraq 18496 manat pulun məndən və digr cavabdehdən tutulmasını xahiş etmişdir. Mən cavabdeh kimi məhkəmə iclaslarında iştirak edərək bildirmişəm ki, daxili lizinq müqaviləsinə mən imza etsəm də, avtomobillər mənə təhvil verilməyib, mən ümumiyyətlə həmin avtomobili görməmişəm. Həmin avtomobili İddiaçı ASC mənə deyil, məni aldadaraq etibarımdan sui istifadə edən X4 təhvil veriblər. Sonradan, yəni xx.xx.2022-ci il tarixdən həmin avtomobili istifadə edən də X6 olmuşdur. (X4 məxsus sürücülük vəsiqəsi də iddiaçının təqdim etdiyi sənədlərə əlavə edilmişdir) Bundan başqa xx.xx.2022-ci il tarixdə, yəni daxili lizinq müqaviləsi bağlandıqdan bir ay sonra, yəni 2022-ci ilin iyul ayının 23-də 2015- ci il buraxılışlı, “Mersedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PP *** qeydiyyat nişanlı avtomobilin mühərrikində texniki nasazlıq olduğundan, avtomobilin istismarı mümkün olmadığından İddiaçı ASC-nə şifahi məlumat verdim. Buna baxmayaraq, yəni mənim dəfələrlə iddiaçıya məlumat verməyimə baxmayaraq iddiaçı 2022-ci ilin dekabr ayında avtomobili məndən təhvil götürdü. Buna baxmayaraq mən tələb etmədiyim təqdirdə İddiaçı ASC mənə həm 2022-ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək avtomobilin müvəqqəti istifadəsi ilə bağlı mənim adıma etibarnamə verməyə davam etdi. (bu barədə sənədlər iş materiallarında mövcuddur) Mənim bu barədə heç bir məlumatım olmayıb və iddiaçı tərəfindən mənə heç nə bildirilməyib. Bundan başqa iddiaçı məhkəməyə ilkin olaraq müqavilə üzrə mənim İddiaçı ASC-nə ümumilikdə 235782,05 manat ödəməli olduğuma dair iddia ərizəsi ilə müraciət etsədə, sonradan iddia tələbinin azaldılması barədə ərizə verərək, iddiaçıya ödəməli olduğum məbləğin ümumilikdə 60.472.04 manat tşkil etdiyini bildirmişdir. Onu da qeyd edim ki, 2015-ci il buraxılışlı, “Mersedes Benz Gle63 Amg Minik” markalı avtomobilin bazar satış qiyməti təxminən 35.000-40.000 manat təşkil edir. Buna baxmayaraq iddiaçı saxta, həqiqətə uyğun olmayan maliyyə arayışı təqdim edərək, həmin avtomobilə görə mənim ümumilikdə 60.472.04 manat ödməli olduğumu qeyd etmiş, məhkəmə isə heç bir ekspertiza təyin etmədən, avtomobilin ümumi dəyərini müəyyən etmədən, iddiaçının təqdim etdiyi yuxarıda göstərilən məbləğlərin hansı hesablama nəticəsində əldə edilməsi barədə heç bir araşdırma aparmadan, sadəcə avtomobilə vururmuş zərəri müəyyən edən ekspertiza təyin edərərk, iddiaçının tələbi üzrə qətnamə qəbul etmişdir. Mənim məhkəmə proseslərində təqdim etdiyim sübutlara isə heç bir hüquqi qiymət verilməmişdir. Mən iddiaçının iddia tələbini qaismən qəbul edirəm, belə ki, iddia tələbini yalnız avtomobilin təmiri üçün çəkilmiş xərclər hissəsində qəbul edirəm, digər hissədə isə qəbul etmirəm, çünki, iddiaçıdan aldığım avtomobilin ödəniş cədvəli üzrə ikinci ayından etibarən iddiaçıya təhvil vermişəm. Məhkəmə qərəzli və birtərəfli məhkəmə qətnaməsi çıxarmaqla məni yersiz yerə yükləməklə iddiaçını qanunsuz varlandırmaqla mənim birbaşa hüquqlarımı pozmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
8. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
9. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
10. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
12. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
13. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
14. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
Məhkəmənin mövqeyi
17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 2985/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.
20. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 “AZEMİS” Elektron Məhkəmə sistemində elektron kabineti xx.xx.2025-ci il tarixdə yaradılmışdır.
22. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(113)-2985/2025 saylı qətnaməsi 18 aprel 2025-ci il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir.
23. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2- 2(113)-2985/2025 saylı qətnaməsi cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir.
24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2985/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
25. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2985/2025 saylı qətnaməsi təkrarən Cavabdeh2 xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
26. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.
27. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2985/2025 saylı qətnaməsindən cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə (məhkəmə qətnaməsi təkrar verildiyi tarixdən hesablandıqda isə xx.xx.2025-ci il tarixdə) başa çatmışdır. Lakin cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir.
28. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı apellyasiya şikayəti Cavabdeh2 tərəfindən həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verilmişdir.
29. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
31. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2985/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.