Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-125/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı ”pul tələbinə” dair ilkin iddiası, “xxxx” MMC-nin İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı” pul tələbinə” dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)-426/2020 saylı qətnaməsindən (hakim Aytən Əliyev) “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MTK-nın xeyrinə 15000 (on beş min) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Daha sonra cavabdeh “xxxx” MMC qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı MTK-dan transfarmatorun dəyəri olan 15000 manat məbləğində pul vəsaitinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 750 manat məbləğində pul vəsaitinin, 31 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” MMC –yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)- 426/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən “xxxx” MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)-426/2020 saylı qətnaməsinin qismən qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında transformatorun satışı ilə bağlı razılıq əldə edilmiş və transformatorun dəyəri 15 000 manat məbləğində dəyərləndirilmişdir. Tərəflərdən öhdəliyin şərtləri yerinə yetirilmiş və transformator xx xxxxxx 2019-cu il tarixli akt əsasında cavabdehə təhvil verilmişdir. Lakin təhvil verildikdən sonra uzun müddət keçməsinə baxmayaraq malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. İddia ərizəsinə əlavə olunan cədvəldə qeyd olunan məbləğlər müəssisənin kassasına mədaxil edilməmiş, Cavabdeh2 müəssisəyə çatacaq pulu almaq səlahiyyətində olan şəxs olmamışdır. Bundan əlavə, transformatorun dəyəri ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsi ilə ödənilməli idi. Lakin həmin pullar ümumiyyətlə ödənilməmişdir. MTK iddia edir ki, həmin vəsait Adil Mehdiyevə ödənilmişdir. “xxxx” MMCnin qanuni təmsilçisi T.Nəbiyevdir. A.Mehdiyevə hüquqi şəxs tərəfindən pul vəsaiti qəbul etmək səlahiyyəti verilməmişdir və həmin şəxs MMC-nin işçisi deyildir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iclasda səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)-426/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə “xxxx” MMC tərəfindən qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. İşin hallarından görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında 2018-ci ildə şifahi qaydada bağlanmış müqaviləyə əsasən “xxxx” MMC tərəfindən İddiaçınə MTK-nın Masazır qəsəbəsi, A.Abdullayev küçəsi 3 ünvanında inşa etdiyi yaşayış binasının elektrik təchizatı üçün 10/04 kV-luq, YT 400 kVA-lıq transformator satılmış, transformator 2019-cu ilin fevral ayında “xxxx” MMC tərəfindən quraşdırılmışdır. “xxxx” MMC qarşılıqlı iddia ərizəsində satılmış transformator dəyərinin alıcı tərəfindən ödənilmədiyini göstərərək həmin məbləğin qarşı tərəfdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən İddiaçı MTK-ya satılmış malın dəyərinin ödənilməsi üçün hesab –faktura təqdim edilməmiş, satılmış malın dəyərinin ödənilməsi üçün qarşılıqlı iddia üzrə pretenziya göndərilənədək yazılı müraciət edilməmişdir. İddiaçı qarşılıqlı iddiaya etiraz edərək transformator dəyərinin 2 dəfəyə xx.xx.2018ci il tarixdə 8860 manat, 11.12.018-ci il tarixdə 4944 manat olmaqla ödənildiyini, “xxxx” MMC-nin adından həmin vəsaiti mədaxil qəbzini imzalamaqla “xxxx” MMC-nin təsisçisi olan və hüquqi şəxsə faktiki rəhbərlik edərək İddiaçı ilə danışıqlarda bilavasitə iştirak etmiş Cavabdeh2 şəxsin qəbul etdiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə üzərində “Cavabdeh2” adlı şəxsin 8860 manatı aldığına dair imzası ilə təsdiq edilmiş “Nəğd pulun məxarici” adlı əlyazma formasında doldurulmuş sənəd təqdim edilmişdir. “xxxx” MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsindən görünür ki, Cavabdeh2 MMC-nin təsisçisidir. Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışdan görünür ki, Cavabdeh2 həmin tarixədək hüquqi şəxsin qanuni təmsilçisi olmuşdur. Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında “xxxx” MMCyə Cavabdeh2 məhkəmə iclasında iştirakını təmin etməyi təklif etsə də, “xxxx” MMC tərəfindən həmin şəxsin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yazılı müqavilə bağlanmadığı və İddiaçınə satılmış transformatorla bağlı qaiməfaktura və ya hesab- faktura tərtib edilməsi barədə işdə sübutlar olmadığından İddiaçı tərəfindən satılmış malın dəyərinin köçürmə yolu ilə deyil, nağd olaraq MMC-nin təsisçisinə ödənilməsi mümkündür. “xxxx” MMC-nin iki il ərzində ödənişlə bağlı qarşı tərəfə yazılı müraciət etməməsi, Cavabdeh2 məhkəmə iclaslarında iştirakını təmin etməməsi, o cümlədən qarşı tərəfin təqdim etdiyi “Nəğd pulun məxarici” adlı sənəddə həmin şəxsə aid imzanı mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, transformatorun dəyərinin ödənilmədiyinə dair qarşılıqlı iddia ərizəsində qeyd edilənlər əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, İddiaçı ilkin iddia ərizəsində transformatora görə ödədiyi 15.000 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia qaldırılmazdan əvvəl “xxxx” MMCyə ödənişin qaytarılması üçün 2019-cu ilin iyul ayında göndərilmiş pretenziya məktubuna MMC tərəfindən hər hansı cavab verilməmiş, tələb olunan məbləğin ödənilmədiyi ilə bağlı etiraz məktubu göndərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)- 426/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)- 426/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-125/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver