Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-126/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tuulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3856/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materiallarından görünür ki, tərəflər arasında 2019-cu və xx.xx.2020-ci il tarixdə alqısatqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən cavabdehə tikinti layihələrində istifadə emək üçün MDF qapıları, seyf qapılar və digər mallar satılmışdır. 2020-ci ildə 4 qiymət razılaşma protokolu imzalanmışdır.
2. İddia ərizəsində iddiaçı dəyəri tələb edilən malların 2019-2020-ci il tarixdə göndərilmiş elektron qaimələr üzrə yarandığını göstərsə də, işə apellyasiya qaydasında baxılarkən araşdırma nəticəsində müəyyən edilmişdir ki, tələb edilən borcun ƏDV daxil 226536,40 manat hissəsi xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr üzrə, 41783,80 manat hissəsi isə xx.xx.2020-ci il tarixli EBAP 301678 saylı qaimə üzrə təqdim edilmiş mallara görə qalıq borcdur.
3. Cavabdehin apellyasiya şikayətinə əlavədə qeyd edilənlərə əsasən, cavabdeh iddiaçıya 41783,80 manat borcu olduğunu qəbul edir və bildirir ki, 25606 manat borc məbləği 2019-cu il tarixdə satılmış mallara görə, 16177,80 manat hissəsi isə 2020-ci ildə satılmış mallara görə yarandığından, iddiaçı isə yalnız 2020-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi üzrə borcu tələb etdiyindən iddia yalnız 16177,80 manat borcun tutulması hissəsində təmin edilə bilər. xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr üzrə iddiaçı tərəfindən tələb edilən ƏDV daxil 226536,40 manat borc məbləği cavabdeh tərəfindən qəbul edilmir və həmin qaimələr üzrə malların təhvil verildiyi mübahisələndirilir. Cavabdeh göstərir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvəsi 1 il müəyyən edildiyindən 2021-ci ilin mart ayında elektron qaimənin hansı müqavilə üzrə və qiymət razılaşma protokolu üzrə tərtib edildiyi məlum deyil.
4. Təqdim edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrdə hər hansı müqaviləyə, təhvil-təslim aktına istinad edilməmiş, qeyd edilən qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmişdir.
5. xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrə iddiaçı nə iddia ərizəsində, nə də pretenziya məktubunda istinad etməmiş, həmin qaimələr işə birinci instansiya məhkəməsində baxılarkən elektron informasiya məhkəmə sisteminə yüklənməmişdir.
6. İddiaçının yazılı izahatından görünür ki, xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr üzrə mallar cavabdehin Sumqayıtda və Xocasəndə tikinti layihələri üzrə 2021-ci ilin fevral ayınadək təqdim edilmişdir. İzahatda istinad edilmiş təhvil=təslim aktlarından xx.xx.2020-ci il tarixli 4 ədəd blok qapılarının Xocasəndə təhvil verilməsi aktı və xx.xx.2021-ci il tarixli 200 ədəd MDF qapılarının Xocasəndə təhvil verilməsi aktı birinci instansiya məhkəməsinə təqdim edilməmiş, digər aktlar isə iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının xeyrinə 268320 manat məbləğində borcun və 401 manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında malların alqı-satqısına dair 21 fevral 2020-ci il tarixli, 14/2020 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli 1 №-li Qiymət razılaşdırma protokoluna əsasən satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd Metal seyf qapı (ƏDV 5735 manat) cəmi 37595 manat, hər birinin dəyəri 170 manat olan 342 ədəd MDF qapı (ƏDV 10465) cəmi 68605 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli 2 №-li Qiymət razılaşdırma protokoluna əsasən, satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 90 ədəd metalseyf qapı (ƏDV 4779 manat) cəmi 31329 manat, hər birinin dəyəri 170 manat olan 378 ədəd MDF qapı (ƏDV 11567 manat) cəmi 75827 manat məbləğində olan mallar alıcıCavabdehMMC-yə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli 3 №-li Qiymət razılaşdırma protokoluna əsasən, satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd metalseyf qapı (ƏDV5735 manat) cəmi 37595 manat, hər birinin dəyəri 170 manat olan 342 ədəd MDF qapı (ƏDV 10465 manat) cəmi 68605 manat, hər birinin dəyəri 450 manat olan 2 ədəd metal blok giriş qapısı (ƏDV 162 manat) cəmi 1062 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal zirzəmi lift otağı (ƏDV180 manat) cəmi 1180 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli 4 №-li Qiymət razılaşdırma protokoluna əsasən, satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd metalseyf qapı(ƏDV5735 manat) cəmi 37595 manat, hər birinin dəyəri 170 manat olan 378 ədəd MDF qapı (ƏDV 11567 manat) cəmi 75827 manat, hər birinin dəyəri 450 manat olan 2 ədəd metal blok giriş qapısı (ƏDV 162 manat) cəmi 1062 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal blok zirzəmi (ƏDV 180 manat) cəmi 1180 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metalzirzəmi lift.otağı (ƏDV 180 manat) cəmi 1180 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EAAX 627261 №-li 25 iyul 2019-cu il tarixli e-qaiməyə əsasən, atıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 18797.40 manat məbləğində olan Dəmir qapı alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EAAZ 096761 №-li, xx.xx.2019-cu il tarixli eqaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 23670.80 manat məbləğində olan qapı dəsti alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EAAZ 521751 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 16048 manat məbləğində olan Qapı dəsti “alıcı” X1” MMC-yə təqdim edilmişdir. Seriya EBAC 200740 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 16048 manat məbləğində olan qapı dəsti alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAC 656021 №-li xx.xx.2019-cu il tarixli eqaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 8345.40 manat məbləğində dəmir qapı alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAD 457069 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 10584.60 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAE 102101 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 19057 manat məbləğində olan qapı dəsti alıcı Cavabdeh MMCyə təqdim edilmişdir. Seriya EBAE 641376 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 26485.10 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAH 220362 №-li xx.xx.2020-ci il tarixli eqaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 10967.40 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAN 062615 №-li xx.xx.2020-ci il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 33571 manat məbləğində olan mallar alıcı CavabdehMMC-yə təqdim edilmişdir. Seriya EBAP 301678 №-li xx.xx.2020-ci il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 75826.80 manat məbləğində olan MDF qapılar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Müqavilə üzrə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə ƏDV xaric 227390 (iki yüz iyirmi yeddi min üç yüz doxsan) manat məbləğində borcu vardır. Həmin məbləğin ƏDV-si 40930 manat təşkil edir. Beləliklə, toplam borc 268320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat təşkil edir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3856/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi imzalanmış, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məhsulların dəyərini ödəməmişdir.
11. Məhkəmə, iş materialları ilə iddiaçının cavabdehə olan borcunun yuxarıda sadalanan iş materialları ilə eləcə də təhvil-təslim aktları ilə təsdiq olunduğuna dair nəticəyə gələrək hesab etmişdir ki, 268320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat məbləğində borc Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə ödənilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3856/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və iddiaçının iddia ərizəsindən göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli, 14/2020-ci saylı müqavilə əsasında cavabdehə iddiaçının iddia etdiyi kimi 268320 manat məbləğində yox, 120365,2 manat məbləğində mallar satmış və satılmış mallar üzrə 3 ədəd: ƏDV daxil10967.4 manat, məbləğində xx.xx.2020-ci il tarixli, 220362 saylı, ƏDV daxil 33571 manat məbləğində xx.xx.2020- ci il tarixli, 062615 saylı, ƏDV daxil 75826.8 manat məbləğində xx.xx.2020-ci il tarixli, 220362 saylı, e-qaimə təqdim etmişdir. 3 e-qaimə üzrə tələb ƏDV daxil 120365.2 manat təşkil etmişdir. Cavabdeh isə İddiaçıdan aldığı mallar və təqdim edilmiş 3 e-qaimə üzrə iddiaçıya tam ödəniş etmişdir. Belə ki, cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdə-35000 manat, xx.xx.2020-ci il tarixdə-6300 manat ƏDV xx.xx.2020ci il tarixdə-18000 manat xx.xx.2020-ci il tarixdə-3240 manat ƏDV xx.xx.2020-ci il tarixdə- 25000 manat xx.xx.2020-ci il tarixdə-4500 manat ƏDV xx.xx.2020-ci il tarixdə-15000 manat xx.xx.2020-ci il tarixdə-2700 manat ƏDV xx.xx.2020-ci il tarixdə-9000 manat xx.xx.2020-ci il tarixdə-1620 manat ƏDV xx.xx.2020-ci il tarixdə-30000 manat xx.xx.2020ci il tarixdə-5400 manat ƏDV ümumi ƏDV daxil 155760 manat məbləğində ödəniş etmiş və heç bir borcu yoxdur. Bu səbəbdən iddiaçının artıq ödənilən e-qaimə üzrə tələbi tam əsassızdır. Lakin iddiaçı məhkəmədən cavabdeh tərəfindən edilmiş ödənişləri gizlədərək məhkəməni yanıltmışdır. Məhkəmədə səhv qərar çıxartmışdır. Bununla yanaşı iddiaçı əsassız qaydada xx.xx.2020-ci il tarixli, 14/2020 saylı müqaviləyə heç bir aidiyyəti olmayan, başqa müqaviləyə, 2019-cu il tarixə aid 8 ədəd: ƏDV daxil 18797.4 manat məbləğində xx.xx.2019-cu il tarixli, 627261 saylı, ƏDV daxil 23670.8 manat məbləğində xx.xx.2019-cu il tarixli, 096761 saylı, ƏDV daxil 16048 manat məbləğində xx.xx.2019- cu il tarixli, 521751 saylı, ƏDV daxil 16048 manat məbləğində xx.xx.2019- cu il tarixli, 200740 saylı, ƏDV daxil 8345.4 manat məbləğində xx.xx.2019-cu il tarixli, 656021 saylı, ƏDV daxil 10584.6 manat məbləğində xx.xx.2019-cu il tarixli, 457069 saylı, ƏDV daxil 19057 manat məbləğində xx.xx.2019- cu il tarixli, 102101 saylı, ƏDV daxil 26485.1 manat məbləğində xx.xx.2019-cu il tarixli, 641376 saylı e–qaimə üzrə cavabdehdən ƏDV daxil 139045.3 manat məbləğində pul tələb etmişdir. Hörmətli məhkəmə, iş materiallarında və iddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı ümumi dəyəri 139045.3 manat məbləğində Eqaimələr üzrə malları xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək cavabdehə təqdim etmişdir. Lakin iddiaçının iddia tələbi xx.xx.2020-ci il tarixli, 14/2020 saylı müqavilə üzrədir, 2019-cu il tarixli e-qaimələrin bu işə heç bir aidiyyəti olmadığından iddiaçının 2019-cu il tarixinə aid 139045.3 manat dəyərində qaimə üzrə tələbi tam əsassızdır. Həmçinin cavabdeh 2019-cu il tarixə aid 139045.3 manat dəyərində e-qaimələr üzrə də iddiaçıya ödənişləri tam etmiş və heç bir borcu qalmamışdır. Lakin məhkəmə iş materiallarına, sübutlara obyektiv və hərtərəfli baxmamış, iddiaçının iddiası üzrə əsassız tələbini əsas götürərək iddiaçının iddiasını tam təmin etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmyaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir.
16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 432.3-cü maddə-əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə-alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.5.3-cü bəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 78.1-1-ci maddə- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 193.2-ci maddə- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər. 217.5-ci maddə- bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3856/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia cavabdehdən 226536,2 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Cavabdeh iddiaçı ilə bağlanmış alqı-satqı müqavilələri üzrə ümumilikdə 41783,80 manat qalıq borcu olduğunu qəbul etsə də, hesab edir ki, həmin borcun 25606 manat borc məbləği 2019-cu il tarixdə satılmış mallara görə yarandığından və iddiaçı 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə borcu tələb etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşmır və hesab edir ki, qətnamə 41783,80 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, həmin qaimələrdə hansı müqavilə üzrə tərtib edildiyi qeyd edilməmişdir. İddia ərizəsində iddiaçı iddianın əsası kimi, həm 2019-cu ildə, həm də 2020-ci ildə göndərilmiş elektron qaimələrə istiand etmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat, yəni ödənişin konkret hansı elektron qaimə üzrə həyata keçirildiyi göstərilmədiyindən iddiaçının ödənişləri borcların yaranma ardıcıllığı üzrə silməsi və qalıq borcu 2020-ci il tarixdə təhvil verilmiş mallar üzrə borca aid etməsi MM-nin 423.3cü maddəsinin tələbinə uyğundur. Buna görə də, iddiaçının tələbi 41783,80 manat borcun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilir.
21. Lakin məhkəmə hesab edir ki, 226536,2 manat borcla bağlı hissədə iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq olunmur. Həmin borcla bağlı iddiaçının əsaslandığı xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrə iddiaçı nə iddia ərizəsində, nə də pretenziya məktubunda iddianın əsası kimi istinad etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə uyğun tərib edilməmiş (qaimələrdə əsas göstərilməmişdir), həmin elektron qaimələr digərlərindən fərqli olaraq cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmiş, bu qaimələr işə birinci instansiya məhkəməsində baxılarkən elektron informasiya sisteminə yüklənməmiş, kağız daşıyıcıda təqdim olunsa da məhkəmə iclasında tədqiq olunmamışdır. MPM-nin 78.1-1-ci, 193.2-ci 217.5-ci maddələrinə əsasən iddiaçının elektron məhkəmə icraatı materiallarına əlavə etmədiyi xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz.
22. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bildirmişdir ki, 2021-ci ilin mart ayında fəaliyyət göstərməmiş, həmin dövrdə iddiaçıdan mal alınmamış, müəssisənin işçiləri olmadığı üçün göndərilmiş elektron qaimələr ləğv edilməmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, elektron qaimələr 2021-ci ilin mart ayında göndərilsə də, mallar 2021-ci ilin fevral ayınadək müxtəlif vaxtlarda hissə-hissə təhvil verilmişdir.
23. Mübahisəli xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrlə bağlı iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarının üzərində cavabdehin möhürü olmadığından həmin malların həqiqətən cavabdehin səlahiyyətli şəxsinə təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Sumqayıt və Xocasən layihələri üzrə təqdim edilmiş malların təhvil-təslim aktlarında cavabdehin adından malları “Faiq”, “Müşviq Süleymanov”, “Yusif Talıbov” , “Sahil” adlı şəxlər təhvil almış, həmin şəxslərin cavabdehlə hər hansı əlaqəsi olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən şəxslərə digər layihələrdə mal təhvil verilməmişdir.
24. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş təhvil-təslim aktları isə MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən ümumiyyətlə sübut kimi qəbul edilmir.
25. İşə baxmış birinci instansiya məhkəməsi bocun hansı elektron qaimələr və sübutlar üzrə yarandığını araşdırmamış, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət vermədən iddia tələbini tam təmin etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın 226536,2 manat hissədə əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən qətnamə bu hissədə ləğv edilərək iddia həmin hissədə rədd edilməlidir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3856/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdehdən 226536,2 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3856/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia cavabdehdən 226536,2 manat borcun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.