Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-126/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8377/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1445356,91 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxx 1981- ci il, Doğulduğu yer - Gürcüstan, Bolnisi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - OUJBXGW, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8377/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: vaxtilə rəhbəri olduğum "xxxx" MMC-nin "xxxx" MMC-ə qoşulması nəticəsində "xxxx" MMC-nin fəaliyyətinə xitam verilmişdir, bu barədə qərarın qəbul edildiyi tarixdən, hazırda da "xxxx" MMC-nin hüquqi varisi olaraq "xxxx" MMC çıxış etməkdədir (çıxarış əlavə edilir).Bu qoşulma və yenidən təşkil prosesinə baxmayaraq Ərizəçiyə məxsus elektron informasiya məlumatlarında mən formal olaraq "xxxx" MMC-ə qoşulmuş "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq qeyd edilmişəm. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, ərizəçi tərəfindən"xxxx" MMC barəsində xx.xx.2019-xx.xx.2022-ci il dövrlərini əhatə etməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmişdir. Sözügedən yoxlama nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən "xxxx" MMC-ə müəyyən məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Ərizəçi tərəfindən qəbul edilmiş qərar "xxxx" MMC tərəfindənqanunsuz və əsassız hesab edildiyindən qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cüil tarixli, e-2-2(112)-9282/2024 saylı qərarına əsasən "xxxx" MMC-niniddiası təmin edilməsi və ərizəçinin maliyyə sanksiyasının tətbiqi ilə əlaqədar qəbul etmiş olduğu qərarlarının ləğv edilməsi qərara alınmışdır (qərar əlavə edilir) . Bu qərarlar hazırki iş üzrə vergi borcunun əsasını təşkil edir. Ərizəçi tərəfindən Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cü iltarixli, e-2-2(112)- 9282/2024 saylı qərarından verilmiş apellyasiya şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmaqdadır. Xüsusi olaraq qeyd edilməlidir ki, Bakı Komemersiya Məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olmasını sübut edən əsas amil isə Ərizəçi tərəfindən qəbul edilmiş yuxarıda qeyd edilən qərarın icrasının dayandırılmasına dair müvəqqəti təminat tədbiri (MTT) üzrə qəbul edilmiş məhkəmə qərardadları ilə əlaqədardır. Belə ki, "xxxx" MMC Bakı İnzibati Məhkəməsinə müraciət edərəktərəflər arasında mövcud olan inzibati mübahisəyə baxılıb yekunlaşana qədər “qərarın icrasının dayandırılması” tələbi əsasında müvəqqəti təminat tədbiri barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-239/2024 saylı qərardadı ilə "xxxx" MMC-nin ərizəsi təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri LokalGəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183118 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrasının iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması qərara alınmışdır. Ərizəçinin Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunanqərardadından vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(103)-121/2024 saylı qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-239/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmıdır. Ərizəçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,15(103)- 121/2024 saylı qərardadından vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cüil tarixli, 15(102)- 132/2024 saylı qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Göründüyü kimi, maliyyə sanksiyasının tətbiqinə dair Ərizəçinin qərarı üzrə tərəflər arasında mövcud olan məhkəmə mübahisəsinin yekunlaşmamasına və Bakı İnzibati Məhkəməsinin “qərarın icrasının dayandırılması”na dair müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadının qüvvəyə minməsinə baxmayaraq, Bakı Kommersiya Məhkəməsi mənim ölkədən getmək hüququmun məhdudlaşdırılması tələbinə dair ərizəçinin ərizəsini təmin etməkdə haqlı olmamış, Bakı İnzibati Məhkəməsinin qüvvəyə minmiş qərardadının tələbinə əməl etməyərək qanunsuz olaraq qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
10. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
11. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
12. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
13. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvəqqəti təminat tədbirinin tətbiqinə dair qüvvədə olan məhkəmə qərarının mövcudluğu – Bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, vergi borcunu müəyyən edən qərarla bağlı hazırda tərəflər arasında məhkəmə mübahisəsi mövcuddur. Eyni zamanda, qeyd olunan məhkəmə mübahisəsi yekunlaşana qədər qərarın icrasının dayandırılmasına dair müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardad mövcuddur və hazırda da qüvvədədədir.Əgər qeyd olunan faktiki hallar araşdırılsa idi məhkəmə Vergi orqanının ərizəsinin baxılamamış saxlanması barədə qərardad qəbul etmiş olacaqdı. Vergi borcunun həqiqiliyi və mənim bu borca aidiyyətim – Bu halın araşdırılmasının mühüm əhəmiyyəti ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyim kimi, bu borcu müəyyən edən qərarın ləğvi ilə əlaqədar hazırda məhkəmə mübahisəsi mövcuddur və yekun məhkəmə qərarı qəbul edilməmişdir. Eyni zamanda "xxxx" MMC "xxxx" MMC-ə qoşulmuşdur və "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisidir. Yəni, "xxxx" MMC müstəqil hüquqi şəxs olaraq hazırda fəaliyyət göstərmir və dolayısı ilə mən mövcud olmayan bir hüquqi şəxsin qanuni təmsilçisi ola bilmərəm.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi haqları üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunanlara "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
17. Şəxsi hesab vərəqindən görünür ki, maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxsin vergi borcu 1.445.468,96 manat təşkil edir.
18. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən ərizə əsaslı olaraq təmin edilmişdir.
19. Vergi orqanının digər tədbirlər görməməsinə dair şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zamanı qanunvericilik belə şərt müəyyən etməmişdir.
20. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.
24. Qeyd edilən halları nəzərdən keçirərək kollegiya hesab edir ki, məhkəmə ərizəni təmin edərkən mütənasiblik prinsipinə riayət etmiş və düzgün nəticəyə gəlmişdir.
25. Maraqlı şəxsin apellyasiya şikayətində və nümayəndəsinin apellyasiya icraatında verdiyi izahatından görünür ki, borcu müəyyən edən qərarın ləğvi ilə əlaqədar hazırda məhkəmə mübahisəsi mövcuddur və yekun məhkəmə qərarı qəbul edilməmişdir. Nümayəndə müvafiq məhkəmə qərarları təqdim etmişdir. Kollegiya hesab edir ki, mübahisə üzrə qanuni qüvvəyə minən məhkəmə aktı olmadığına görə hazırki iş üzrə ərizəçinin ərizəsi əsaslıdır və məhkəmə qətnaməsi ləğv edilə bilməz. Hazırkı icraat çərçivəsində borcun mahiyyəti araşdırıla bilməz. Ərizəçi və maraqlı şəxsin inzibati məhkəmədə müvəqqəti müdafiə tədbiri yalnız həmin mübahisəyə aiddir və hazırki işə aidiyyəti yoxdur.
26. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8377/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.