Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1268/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, elektron qaimələr) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4966/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" MMC-nin Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 200 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə satıcı bu müqavilənin müddəaları əsasında onun tərkib hissəsi sayılan və hər dəfə alıcının satınalma sifarişi əsasında tərtib edilən əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsullarını cavabdehə satmağı, sonuncu isə öz növbəsində malı qəbul edib, onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə görə tələb olunana malların xüsusiyyətləri (ölçüsü, çeşidi, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır və müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə öz əksini tapır. 2.2-ci bəndinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı və elektron vergi qaimə-faktura əsasında təhvil verilir. Tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir; 2.3-cü bəndinə görə tərəflər razılığa gəlirlər ki, əgər təhvil-təslim aktı hər hansı səbəbdən tərtib edilməsə satıcının malları təhvil verdikdən sonra alıcıya təqdim etdiyi elektron vergi qaimə-faktura təhvil-təslim aktını əvəz edəcəkdir; 2.4-cü bəndinə görə satıcı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi 2 iş günü ərzində alıcı həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən isə təhvil alınmış hesab edir; 2.6-cı bəndinə görə satıcı malları təhvil verdiyi zaman alıcının nümayəndəsi mallara baxış keçirir, sayı və çeşidləri satınalma sifarişinə əsasən yoxlayır, mallarda çatışmamazlıq və yaxud qüsurlar, say və çeşiddə uyğunsuzluqlar aşkar etmədikdə həmin malları qəbul edir və təhvil təslim aktına imza atır; 4.1-ci bəndinə görə müqavilə üzrə hesablaşmalar bank heabına köçürmə yolu ilə həyata keçirilir; 4.2-ci bəndinə görə satıcı tərəfindən vergi elektron qaimə-faktura təqdim edildiyi andan 3 iş günü ərzində alıcı qaimə-fakturada qeyd edilən ödənişi həyata keçirir.
2. xx.xx.2024-cü il tarixli qaimə fakturada 1596,7 manat, xx.xx.2024-cü il tarixli qaimə fakturada 2414,2 manat, xx.xx.2025-cü il tarixli qaimə fakturada 3617,7 manat, xx.xx.2025-cü il tarixli qaimə fakturada 4785,7 manat, xx.xx.2025-cü il tarixli qaimə fakturada 5476,2 manat, xx.xx.2025-cü il tarixli qaimə fakturada 5433,7 manat, xx.xx.2025-cü il tarixli qaimə fakturada 6341,3 manat, xx.xx.2025-cü il tarixli qaimə fakturada 6555,8 manat və xx.xx.2025-cü il tarixli qaimə fakturada 7767,3 manat Cavabdeh MMC-nin qalıq borcunun olması əks olunmuşdur.
3. xx.xx.2025-ci il tarixli (yekun 579 manat), xx.xx.2025-ci il tarixli (yekun 1596 manat), xx.xx.2025-ci il tarixli (yekun 577,99 manat), xx.xx.2025-ci il tarixli -2 ədəd (yekun, cəmi 997,99 manat), xx.xx.2025-ci il tarixli (yekun 907,60 manat), xx.xx.2025-ci il tarixli (yekun 214,50 manat), xx.xx.2025-ci il tarixli (yekun 998,99 manat), xx.xx.2025-ci il tarixli(yekun 212,49 manat) və xx.xx.2025-ci il tarixli (yekun 708 manat) elektron qaiməfakturalar "xxxx" MMC tərəfindən təqdim edilmişdir. Elektron qaimə-fakturalar üzrə ümumi məbləğ 6752,56 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı xx.xx.2024-cü il tarix, 200 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 6085,20 manat əsas borcun, 3000 manat cərimə borcu olmaqla, cəmi 9085,20 manat pulun, hüquqi yardıa görə ödənilmiş 600 manat və 116,86 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli 200 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı bu müqavilənin müddəaları əsasında hazırki müqavilənin tərkib hissəsi sayılan və hər dəfə alıcının satınalma sifarişi əsasında tərtib edilən əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsulları alıcıya satmağı, alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öz öhdəsinə götürür. Nəticədə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Əlavə olaraq, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir və iddiaçı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 iş günü ərzində cavabdeh həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar iddiaçı tərəfindən təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmış hesab edilir. Beləliklə yuxarıda qeyd olunan elektron vergi qaiməfakturalardan görünür ki, həmin elektron qaimə-fakturalar cavabdeh tərəfindən təhvil alınmış, 2 iş günü ərzində geri qaytarılmamış və cavabdeh təhvil verilən mallara dair iddiaçıya yazılı şəkildə etirazını bildirməmişdir. Nəticədə elektron vergi qaimə-fakturallarda qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan borc məbləği ödənilməmiş olaraq qalmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4966/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli 200 nömrəli alqı-satqı müqaviləsi üzrə 6085,20 manat əsas, 300 manat cərimə olmaqla, ümumilikdə 6385,2 manat məbləğində borcun və 85,8 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Dövlət rüsumunun 35,06 manat hissəsi iddiaçıya aid edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmişdir. Malların cavabdehə təhvil verilməsi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-cü il tarixli, xx.xx.2025-cü il tarixli, xx.xx.2025-cü il tarixli, xx.xx.2025-cü il tarixli, xx.xx.2025-cü il tarixli, xx.xx.2025-cü il tarixli və xx.xx.2025-cü il tarixli qaimə-fakturalarla öz təsdqini tapır. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmiş, aldığı mallarla bağlı ödəniş etməmişdir. Məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən tikinti materiallarınıalmaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edib ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edib ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Lakin məhkəmə hesab edib ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 300 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edib. Məhkəmə hesab edib ki, 30 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin təqribən 70%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
8. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 385.1, 442, 462.1. 467, 576, 601.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki: 10.1. iddiaçı tərəfindən vurulmuş elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən avtomatik olaraq təsdiq edilmişdir, buna görə də rəhbərliyin bu barədə heç bir məlumatı olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmənin əsaslandığı müqavilə və ona əlavə, həmçinin təhvil-təslim aktı və elektron qaimə ilə borc məbləğini dəqiq müəyyən etmək mümkün olmadığı üçün iş üzrə borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı idi. Lakin məhkəmə tərəfindən ekspertiza təyin olunmadan, alqı-satqı müqaviləsinə və ona əlavəyə, qaimələrə istinad edilərək qətnamə qəbul edilmişdir. Sadalanan sənədlər qətnamə qəbul edilməsinin yeganə sübutu kimi qiymətləndirilib, bu pozuntular isə apelyasiya qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. İş materiallarında təhvil-təslim aktı, forma №2 yoxdur. Buna əsasən bildirir ki, iddiaçıya ödənilməmiş borc yoxdur. Bundan əlavə bildirir ki, əsas və cərimə borcunun düzgün hesablanmaması və məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmədən məbləğin texniki hesablanması düzgün deyildir. Mühasibatlıq sənədləri və hesablama xüsusi bilik tələb edilən sahə olduğu üçün məhkəmə-mühasibatlıq eskpertizasının keçirilməsi mütləqdir. Məhkəmə tam, obyektiv və hərtərəfli araşdırma aparmayıb, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyib. 10.2. cavabdeh tərəfin Cavabdeh MMC-nin məhkəmə iclaslarında iştirak etməməsi, onun məhkəmədə müdafiə və məhkəməyə çatımlılıq hüququndan məhrum edir. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. MPM-in 4- cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiyasi məhkəməsinin qətnaməsinin MPM-in 385-cimaddəsinin tələblərinə görə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdı
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, “Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə razı deyil və hesab edir ki, şikayətdə göstərilən iddialar əsassızdır. Apellyasiya şikayətində irəli sürülmüş arqumentlər iş materialları, mövcud sübutlar və qanunvericilik tələbləri ilə təsdiq olunmur. Bakı Kommersiya Məhkəməsi iş üzrə faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət vermiş və qanunvericiliyin tələblərinə uyğun qətnamə qəbul etmişdir. Qarşı tərəfin şikayətində göstərilən iradlar məhkəmənin qərarını şübhə altına almağa əsas yaratmır. Bu səbəblə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi isə qanuni və əsaslı olduğu üçün qüvvədə saxlanılmalıdır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixli BP00-016466 nömrəli, xx.xx.2024-cü il tarixli BP00-016843 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000183 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000487 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000562 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000767 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000846 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-001063 nömrəli və xx.xx.2025-ci il tarixli BP00-001165 nömrəli Qaimə fakturalardan görünür ki, satıcı İddiaçı MMC qeyd olunan qaimə-fakturalarda göstərilən malları alıcı Cavabdeh MMC-yə təhvil verir. Alıcı Cavabdeh MMC isə qaimə-fakturalarda göstərilən malları satıcı İddiaçı MMC-dən təhvil alır. Hər iki tərəf malların təhvil-təslimi ilə bağlı yuxarıda qeyd olunan Qaimə-fakturaları öz imzaları ilə təsdiq edirlər. Qeyd olunan Qaimə fakturalar üzrə Alıcı Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 6.085,20 manat məbləğində borcu yaranmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən görünür ki, təhvil-təslim sənədlərinin mövcud olmadığı barədə cavadehin iddiası əsassızdır. Ona görə ki, yuxarıda qeyd olunan qaimə-fakturalar görünür ki, xx.xx.2024-cü il tarixli BP00-016466 nömrəli, xx.xx.2024-cü il tarixli BP00-016843 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000183 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000487 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000562 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000767 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-000846 nömrəli, xx.xx.2025-ci il tarixli BP00-001063 nömrəli və xx.xx.2025- ci il tarixli BP00-001165 nömrəli qaiməfakturalar təhvil-təslim aktıdır və həmin Qaimə-fakturalara əsasən satıcı İddiaçı MMC malları təhvil verir, alıcı Cavabdeh MMC isə malları təhvil alır və malların təhvil-təslimi ilə bağlı tərəflər Qaimə-fakturanı öz imzaları ilə təsdiq edirlər, malların təhvil-təslimindən sonra malların dəyərinin ödənilməsi məqsədilə aşağıda qeyd olunan elektron-qaimələr göndərilmişdir. Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq Cavabdeh MMC-yə xx.xx.2025-ci ildə 10094305 nömrəli, xx.xx.2025-ci ildə 10126949 nömrəli, xx.xx.2025-ci ildə 10328048 nömrəli, xx.xx.2025-ci ildə 10740988 nömrəli, xx.xx.2025-ci ildə 10735661 nömrəli, xx.xx.2025-ci ildə 11225567 nömrəli, xx.xx.2025-ci ildə 11318991 nömrəli, xx.xx.2025-ci ildə 11633360 nömrəli və xx.xx.2025-ci ildə 11988175 nömrəli elektron-qaimələr göndərilmiş və həmin elektron qaimələr üzrə ƏDV daxil ödənilməli məbləğ ümumilikdə 6085,20 manat müəyyən edilmişdir. Eyni zamanda qeyd edir ki, cavabdehin “Elektron qaimələrin avtomatik təsdiq olunması” ilə bağlı iddiası da əsassızdır. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən Satıcı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 iş günü ərzində Alıcı həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Beləliklə yuxarıda qeyd olunan elektron vergi qaimə-fakturalardan görünür ki, həmin elektron qaiməfakturalar cavabdeh tərəfindən təhvil alınmış, 2 iş günü ərzində geri qaytarılmamış və cavabdeh təhvil verilən mallara dair iddiaçıya yazılı şəkildə etirazını bildirməmişdir. Nəticədə elektron vergi qaimə-fakturallarda qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan borc məbləği ödənilməmiş olaraq qalmışdır. Əlavə olaraq onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir və iddiaçı tərəfindən elektron vergi qaiməfaktura təqdim edildiyi gündən 2 iş günü ərzində cavabdeh həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar iddiaçı tərəfindən təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmış hesab edilir. Həmçinin cavabdeh apelyasiya şikayətində iddia edir ki, hazırki iş üzrə Məhkəmə Mühasibatlıq Ekspertizası təyin olunmalı idi. Bununla bağlı bildirir ki, MPM-in 88-ci maddəsinə əsasən ekspertiza yalnız sübutlar kifayət etmədikdə təyin edilir. Hazırki kommersiya mübahisəsindən isə görünür ki, iş üzrə təqdim edilmiş sübutlar kifayət qədərdir, borcun mövcudluğu və məbləği sənədlərlə dəqiq müəyyən edilib. Tərəflər arasında mübahisəli və xüsusi bilik tələb edən məsələ mövcud olmayıbdır. Nəticədə birinci instansiya məhkəməsi ekspertiza təyin etməyə ehtiyac duymamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmişdirlər. Tərəflər iclasda iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişlər.
13. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": -1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; -3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. -3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. -3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. -3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 200 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdeh tərəfindən təqdim edilmiş mallara görə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun 6085,20 manat olmasını iddia edir və həmin borcun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin tutulmasını tələb edir. Cavabdeh isə elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyini, malların təhvil-verilməsinə dair aktların təqdim edilmədiyini, borc məbləğinin müəyyənləşdirilməsinin mühasibatlıq sahəsində xüsusi bilik tələb etdiyini göstərərək iddia tələbinin rədd eilməsini xahiş etmişdir.
23. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567-ci və 598.1-ci maddələri təşkil edir.
24. Alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi məsələsinə münasibətdə qeyd edilir ki, iddiaçı malların təqdim edilməsi faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələrlə yanaşı, mübahisəli alqı-satqı müqaviləsi üzrə malların təhvil-qəbul edilməsinə dair qaimələri də məhkəməyə təqdim etmişdir.
25. Kollegiya qeyd edir ki, mübahisəli müqavilənin 2.2-ci bəndində müqavilə üzrə malların təhvil verilməsinin təhvil-təslim aktları və elektron qaimələr əsasında həyata keçirilməli olması müəyyən edilməklə yanaşı, həmin müqavilənin 2.3-cü bəndində tərəflər malların təqdim edilməsinin təhvil-təslim aktları olmadan elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinin mümkünlüyünü razılaşdırıblar. Belə ki, həmin bənddə göstərilib ki, tərəflər təhvil-təslim aktı imzalamasalar belə, elektron qaimələr vasitəsilə təhvil-təslim prosesi rəsmiləşdirilə bilər və bu əsasla da ödəniş həyata keçirilməlidir.
26. Beləliklə, tərəflərin elektron qaimələrin təqdim edilməsi yolu ilə rəsmiləşdirilməsi mümkünlüyü barədə razılığa gəldiklərini, eləcə də hazırkı halda elektron qaimə ilə yanaşı hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə fakturaların da mövcudluğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı elektron qaimələr üzrə borc məbləği olan 6 085,20 manatın ödənilməsini tələb etmək hüququna malikdir.
27. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə (mallar verildikdən sonra 3 iş günü ərzində) icra etməməsi, yəni həmin öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 300 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
28. Cavabdehin elektron qaimələrin sistem tərəfindən təsdiq edilməsi ilə bağlı irəli sürdüyü arqumentə gəldikdə isə bildirilməlidir ki, müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflər elektron qaimələrin qaytarılmaması və ya onlara etiraz edilməməsi halında həmin qaimələrdə göstərilən malların təhvil verilmiş hesab edilməsi barədə razılığa gəlmişlər. Bu baxımdan, cavabdehin sözügedən arqumenti də əsassız hesab edilir.
29. Borcun məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməli olması barədə cavabdehin dəlillərinə gəlincə, kollegiya hesab edir ki, hazırkı halda mübahisəli alqı-satqı müqaviləsi üzrə cavabdehin icra edilməmiş öhdəliyinin həcminin müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir, sadə riyazi hesablama aparmaqla həmin halı müəyyən etmək mümkündür. Bu səbəbdən ekspertiza təyin edilməsinə zərurət yoxdur.
30. Cavabdehin məhkəmə prosesində iştirak etmək hüququnun pozulması ilə bağlı irəli sürdüyü arqumentə münasibətdə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi bildirişləri cavabdehin və onun qanuni təmsilçisinin elektron kabinetinə yerləşdirməklə, eləcə mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərməklə məhkəmənin vaxtı və yeri barədə tərəfi məlumatlandırmaq vəzifəsini lazımi qaydada icra etmişdir.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4966/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov