Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-127/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun, zərərin tutulmasına dair ilk iddiası və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli e-2-2(113)-2895/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2020-ci il tarixli, KTA KTT-20/1145 nömrəli “Aqrar Kredit və X9 ilə verilən subsidiya tətbiq edilən X11 Müqaviləsi”nə əsasən 9908,59 manat əsas borc, 1327,74 manat gecikdirilmiş günlərə görə cərimə, həmçinin 26262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.05.2020-ci il tarixli КТA КTТ-20/1145 nömrəli Aqrar kredit və X9 ilə verilən subsidiya tətbiq edilən X11 müqaviləsinin etibarsız hesab edilməsi və ilkin olaraq ödədiyi 45039,8 manat pul və ona dəymiş 13000 manat ziyan olmaqla, cəmi 58039,8 manat pulun İddiaçı ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2895/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli e-2-2(113)-2895/2021 nömrəli qətnaməsinin dəyişdirilərək Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə İddiaçı ASC-nin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2895/2021 saylı 13.09.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilib, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmçinin müqavilənin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək lizinq alanın vəzifəsi kimi təsbit edilmişdir. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin hakimi isə qeyd olunan xüsusatları nəzərə almadan iddia tələbini əsassız şəkildə rədd etmişdir. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 nömrəli Aqrar Kredit və X9 ilə verilən subsidiya tətbiq edilən X11 müqaviləsinin 12.5-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, lizinq obyekti və ya onun hissələri zədələndikdə (korlandıqda), tam məhv edildikdə, itirildikdə,talandıqda, oğurlandıqda lizinq alan aşağıdakı tədbirləri görməlidir: 12.5.1-ci maddəsinə əsasən hadisənin baş verməsi barədə bildiyi andan dərhal lizinq verənə və sığortaçıya, həmçinin müvafiq orqanlara məlumat verməli, lizinq obyektinə sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilənədək hadisə yerini tərk etməməli, onu qeyd edilən hadisədən sonra düşdüyü vəziyyətdə qorumalıdır. 12.5.2-ci maddəyə əsasən baş vermiş hadisə ilə bağlı bütün sənədləri və sübutları lizinq verənə verməli, həmçinin lizinq verən tərəfindən müstəqil olaraq sığorta ödənişinin alınması məsələni həll etmək üçün zəruri məlumatları bildirməlidir. 12.5.3-cü maddəyə əsasən lizinq obyekti və ya onun hissələri zədələndikdə (korlandıqda) lizinq verən sığorta ödənişi hesabına öz mülahizəsinə əsasən ilk öncə lizinq alanın həmin tarixədək ödəməli olduğu məbləği əvəzləşdirə və ya lizinq obyekti ilkin vəziyyətinə bərpa edə bilər. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyi halda, ödənişin verilməsindən imtina edildikdə və ya ödəniş kifayət etmədiyi halda lizinq alan lizinq obyektini öz hesabına bərpa etməlidir və lizinq ödənişlərini qrafikə uyğun şəkildə həyata keçirməlidir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat 12.5.4-cü maddəsinə əsasən lizinq obyekti məhv edildikdə, talandıqda və ya itirildikdə, habelə lizinq obyekti zədələndiyi və bərpa oluna bilmədiyi halda və bu hadisə sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilmədikdə, lizinq alan bu hadisənin baş verdiyi andan 15 (on beş) təqvim günü ərzində lizinq obyektinin cari dəyərinin tam məbləğini, ödənilməmiş cari lizinq ödənişlərinin məbləğini, müqaviləyə əsasən lizinq alan tərəfindən ödənilməli olan cərimə və /və ya penyanı, habelə belə hadisənin baş verməsi nəticəsində lizinq verənə vurulmuş zərər və itkilərin ödənilməsi üçün tələb olunan məbləği lizinq verənə ödəməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə şərtləndirilmişdir ki, lizinq alan tərəfindən sığorta hadisəsinin (yanğın) baş verdiyi andan dərhal "xxxx"ASC-yə, həmçinin Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinə məlumat verməli idi. Sığorta hadisəsi qeydə alınmadığından lizinq obyekti olan texnikanın təmiri üçün xərclənən vəsait Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Hakim isə öz qərarında qeyd edib ki, “lizinq obyektinin alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır.” Halbuki yanğın hadisəsinin kimin təqsiri üzündən baş verməsi məhkəmə mübahisəsi olmamışdır. Bu faktın araşdırılması, təqsirin olub-olmamasının müəyyənləşdirilməsi halı müvafiq təhqiqat orqanının işidir (təhqiqatçı təqsirin olubolmamasını müvafiq ekspertizaların keçirilməsi, şahid ifadələrinin alınması, hadisə yerinə baxış keçirilməsi, yanğın təhlükəsizliyi qaydalarına əməl-olunub olunmaması, təbii və ya texniki amillərin yanğına və onun həcminə təsiri barədə mütəxəssis rəyinin alınması və.s üsullarla təsbit edir). Kommersiya mübahisəsinə baxan hakim isə heç bir zərurət olmadan lizinq obyektinin yanğını zamanı lizinq alanın təqsirli olub-olmamasına qənaət gətirir və bununla da qərarını öz qənaətinə görə əsaslandıraraq ədalətsiz qərar qəbul edir. Hakim qərarını əsaslandırarkən nəzərə almalı idi ki, lizinq müqaviləsi bağlandıqdan sonra lizinq obyekti lizinq alanın istifadəsində olmuşdur və istismar olunarkən alışıb yanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1 maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İlk iddia üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MM-nin 748-1.4-cü maddəsində də göstərilir ki,lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.Qalan bütün nöqsanlara görə isə məsuliyyət daşıyır. Bu göstərilənlər qarşılıqlı iddia üzrə iddiada göstərilmiş və məhkəmə araşdırmasında da öz təsdiqinin tapmışdır. Qətnamədə də göstərilən, Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Elə isə bu göstərilənlər məhkəmədə təsdiqini tapmasına baxmayaraq məhkəmə tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbini irəli sürsə də, həmin tələbini əsaslandırmaması səbəsindən iddianın bu hissəsini təmin etməmişdir. Qarşılıqlı iddianın ziyanın Cavabdeh 13000 manat məbləğində ziyanın vurulması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qətnamədə də göstərmişdir ki,12.05.2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığından görünür ki,Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin AZ40AİİB******************** nömrəli hesabına 35800 manat məbləğində vəsait ödənilmişdir.Eləcə də 12.05.2021-ci il tarixli 02 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin AZ40AİİB******************** nömrəli hesabına 6739,80 manat məbləğində və 12.05.2021-ci il tarixli 03 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin AZ40AİİB******************** nömrəli hesabına 2500 manat məbləğində vəsaitin ödənilməsi müəyyən olunmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh 45039,8 manat pulun ödəyib,kombayn almağının məqsədi gəlir əldə etmək olmuşdur.Məhkəmə araşdırılmasından da görünür ki,qarşılıqlı iddia üzrə cavabdehin təqsiri ucbatından qarşılıqlı iddiaçı gəlir əldə etmək əvəzinə, az müddətdə kombaynı iki dəfə təmir etdirmiş və kombaynın onun istifadəsində olmamasına görə ödədiyi pullara görə heç bir gəlir əldə edə bilməmişdir.Qarşılıqlı iddiaçının heyvanları satıb ödədəiyi pullar özündə olsaydı,həmin pullarla gəlir əldə edə bilməsinin sübut olmasına ehtiyac yoxdur. İlk iddia üzə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli e-2-2(113)-2895/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26262,52 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, “lizinq verən” İddiaçı ASC ilə “lizinq alan” Cavabdeh arasında 08.05.2020-ci il tarixli KTA-KTT- 20/1145 saylı Aqrar Kredit və X9 ilə verilən subsidiya tətbiq edilən X11 müqaviləsi bağlanmış, 35800 manat ilkin ödəniş edilmiş, ümumi qiyməti 179.000 manat təşkil edən 1 ədəd “Claas Dominator 130” markalı kombayn 60 ay müddətinə (aylıq lizinq ödənişi 1235,09 manat olmaqla) Cavabdeh lizinqə verilmiş, kombayn 21.05.2020-ci il tarixli aktla lizinq alana təhvil verilmiş, kombayn sahədə işləyərkən yanğın baş vermiş, yanğın hadisəsi barədə lizinq obyektini sığortalamış sığorta şirkətinə gec məlumat verildiyi üçün sığorta ödənişi ödənilməmiş, kombayn İddiaçı ASC-nin öz vəsaiti hesabına təmir edilmiş, 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 saylı X11 müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə 008 nömrəli 02 avqust 2021-ci il tarixli əmr əsasında müqavilə ləğv edilmiş və kombayn İddiaçı ASC-yə geri qaytarılmışdır. İddiaçı ASC-nin irəli sürdüyü pul tələbi iki hissədən ibarətdir:
1. Lizinq müqaviləsi üzrə 29.04.2021-ci il tarixə hesablanmış 9908,59 manat əsas borcun, 1327,74 manat gecikdirilmiş borca görə cərimənin tutulması
2. 26262,52 manat yanmış kombaynın təmirinə çəkilmiş xərcin tutulması. Məhkəmə kollegiyası 29.04.2021-ci il tarixə müqavilə üzrə hesablanmış 9908,59 manat əsas borcun, 1327,74 manat cərimənin Cavabdeh tutulmasına dair ilk iddia tələbinin rədd edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir. İş materiallarının 103-cü vərəqinə əlavə edilmiş 11.07.2020-ci il tarixli təmir aktından görünür ki, yanğından sonra kombayn təmir olunması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Həmin tarixdən sonra kombaynın lizinqalana qaytarıldığı barədə işdə sübut yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, kombayn qısa müddət ərzində (21.05.2020-11.07.2020) lizinqalanın istifadəsində olduğundan lizinq predmetindən istifadə etmədiyi 8 ay üçün lizinqalandan lizinq ödənişi tələb edilməsinə dair tələb əsassızdır. İlk iddia tələbinin 26262,52 manat təmir xərci ilə bağlı hissədə rədd edildiyinə dair hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır. Birinci instansiya məhkəməsi ilk iddianı bu hissədə rədd edərkən tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.5.1-ci bəndinin tələbini nəzərə almamış, kombaynın yanmasında lizinq alanın təqsiri olmadığına istinad edərək ilk iddianı tam rədd etmişdir. Halbuki hazırkı halda sığorta hadisəsinin baş verməsində lizinq alanın təqsirli olubolmadığı qeyd edilə tələbə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli deyildi. Məhkəmənin araşdırmalı və hüquqi qiymət verməli olduğu hal sığorta ödənişinin həyata keçirilməməsində lizinq alanın təqsirli olub-olmaması, lizinq alan tərəfindən lizinq müqaviləsinin şərtinin pozulub-pozulmadığı, müqavilə şərtinin pozulması nəticəsində ilk iddia üzrə iddiaçıya ziyan dəyib-dəyməməsi idi. İşdəki 11.07.2021-ci il tarixli Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X3, Qobustan rayon Xilmilli kənd sakini X6, Qobustan rayon Xilmilli kənd sakini X2 və Claas Dominator 130 kombayn sürücüsü X4 tərəfindən tərtib edilmiş aktda X1 məxsus torpaq sahəsində əkilmiş 4.00 ha buğdanı biçən zaman Claas Dominator 130 kombaynın 11.07.2020-ci il tarixində qəflətən alışdığı, yanğınsöndürən balonla söndürüldüyü qeyd olunmuşdur. CPMİ seriyalı, 00328-20 nömrəli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “CLAAS DOMİNATOR 130” markalı kombayn 12.05.2020-ci il tarixdən 12.05.2021-ci il tarixədək dövr üzrə sığortalanmış, 1181,40 manat məbləğində sığorta haqqı ödənişi və 2685 manat hər bir itki və zərər üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunmuşdur ki, “CPMİ 00328-20 saylı Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus “Claas Dominator 130” markalı kombaynda bildirilən yanğın hadisəsi üzrə "xxxx" ASC-yə ilkin şifahi məlumat İddiaçı ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən yalnız 21.08.2020-ci il tarixində verilmişdir. Hadisə barəsində "xxxx" ASC-yə 21.08.2020-ci il tarixində İddiaçıASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən məlumat verilən zaman yanğın hadisənin bundan 2 ay əvvəl baş verdiyini və texnikanın artıq servis işçiləri tərəfindən servisə aparıldığını bildirmişdir. Həmçinin hadisə haqqında daha dəqiq məlumatı əldə etmək üçün zərər dəymiş texnikanın istifadəçisi Cavabdeh mobil nömrəsini "xxxx" ASC-nin əməkdaşına verərək əlaqə saxlanılmasını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən Cavabdeh ilə telefon danşığından məlum olmuşdur ki, istifadəsində olan “Claas Dominator 130” markalı kombaynı may ayında almış və aldıqdan təxmini 1 ay sonra, yəni iyun ayında sahədə işləyərkən yanğın hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən bildirirlər ki, məktubda qeyd edilən hadisənin 11.07.2020-ci il tarixində deyil, iyun ayında baş verdiyi, həmçinin hadisə barədə məlumatın "xxxx" ASC-yə dərhal və vətəndaş tərəfindən deyil yalnız 2 ay sonra İddiaçıASC-nin əməkdaşı tərəfindən bildirildiyi aydın olmuşdur. Danışıqlar zamanı o da müəyyən olunmuşdur ki, hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməmişdir. Hadisənin baş verməsi barədə "xxxx" ASC-yə və ya səlahiyyətli dövlət orqanlarına vaxtında məlumat verilmədiyindən sığorta araşdırmasını həyata keçirmək və hadisənin sığorta hadisəsi olub olmadığını müəyyənləşdirmək təəssüf ki mümkün olmamışdır.” "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış hesab fakturadan görünür ki, 000981 nömrəli təmir aktı əsasında servis xidməti 26262,52 manat (22256,37 manat əsas + 4006,15 manat ƏDV) məbləğində müəyyən edilmişdir. Qeyd edilən sübutlarla təsdiq olunur ki, sığorta hadisəsi nəticəsində vaxtında məlumat verilmədiyindən lizinq şirkəti sığorta ödənişini ala bilməmiş, nəticədə yanğın hadisəsi nəticəsində zərər dəymiş kombaynı öz vəsaiti hesabına təmir etdirmiş, buna 26262,52 manat vəsait xərcləmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.5 və 12.5.1-ci bəndində qeyd edilmişdir ki, sığorta hadisəsi baş verdikdə hadisənin baş verməsi barədə bildiyi andan dərhal lizinq verənə və sığortaçıya, həmçinin digər orqanlara məlumat vermək lizinq obyektinə sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilənədək hadisə yerini tərk etməmək, onu qeyd edilən hadisədən sonra düşdüyü vəziyyətdə qorumaq lizinq alanın vəzifəsinə aid edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh və nümayəndəsi təsdiq etmişlər ki, sığorta hadisəsi baş verdikdən sonra Cavabdeh sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına məlumat verməmiş, yalnız mobil telefonla lizinq şirkətinə məlumat verilmiş, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd edilən normalara əsasən, hazırkı halda lizinq alan öz öhdəliyini icra etməyərək sığorta hadisəsi nəticəsində sığorta şirkətinə vaxtında məlumat vermədiyindən ilk iddia üzrə iddiaçının sığorta hadisəsi nəticəsində dəymiş ziyanı öz vəsaiti hesabına aradan qaldırılmasına çəkilmiş xərc ona dəymiş real ziyan kimi qiymətləndirilməli, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, ilk iddia Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26262,52 manat pulun tutulması hissəsində təmin edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 14.5-ci bəndinə əsasən əgər lizinq obyektinin dəyəri satıcıya ödənilməmişdən əvvəl və lizinq verənə avans verildikdən sonra lizinq verən və ya lizinq alan birtərəfli qaydada lizinq müqaviləsini ləğv edərlərsə, lizinq verə avansı lizinq alana qaytarmalıdır. Müqavilənin qeyd edilən bəndinə əsasən tərəflər arasında müqavilə ləğv edildikdən sonra lizinq alanın 35800 manat avans ödənişinin geri qaytarılmasına dair tələbi əsaslıdır. Qarşılıqlı iddia ərizəsində lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürülsə də, əqdin etibarsız hesab edilməsi üçün, o cümlədən müqavilə rəsmiləşdirilərkən ödənilmiş komissiya xərcləri, qeydiyyat xərcləri, sığorta xərcləri, GPS xərcləri, ümumilikdə 6739,8 manat xərcin lizinq alana geri qaytarılması barədə tələbin qanuni əsası göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 13.000 manat əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu tələb o halda təmin oluna bilərdi ki, lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsində və lizinq obyektindən lizinq alanın istifadə edə bilməməsində lizinq verənin təqsirli olduğu sübuta yetirilmiş olsun. Hazırkı halda lizinq obyektində yanğın hadisəsi baş verməsində lizinqverənin təqsirli olduğu barədə işdə hər hansı sübut yoxdur. Eyni zamanda işin hallarından görünür ki, lizinq müqaviləsinin ləğv edilməsi hər iki tərəfin iradə ifadəsinə uyğun olmuşdur. Lizinq obyekti olan kombayn müqavilə ləğv edilənədək lizinq verənə qaytarılmış, müqavilənin ləğv edilməsi barədə lizinq verənin əmri lizinq alan tərəfindən mübahisələndirilməmişdir. Lizinq obyekti olan kombaynın 2020-ci ilin iyun ayında təmir üçün təqdim edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçının sübut qismində təqdim etdiyi "xxxx" MMC-nin 27.06.2020-ci il tarixli təmir aktında hansı texnikanın təmir üçün qəbul edildiyi qeyd edilməmiş, 29.06.2020-ci il tarixli aktda isə texnikada yaranmış qüsurun istehsal qüsuru olduğu göstərilməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, lizinq predmeti olan kombaynda yaranmış qüsurlara görə lizinq alanın təqsirli olması sübut edilmədiyindən qarşılıqlı iddianın əldən çıxmış fayda ilə bağlı hissədə də rədd edilməsi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli e-2- 2(113)-2895/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26262,52 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli e-2-2(113)-2895/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26262,52 manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.