Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-127/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Ziya Allahverdi oğlu Şirinov (sədrlik edən və məruzəçi), Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-555/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 14.03.2023-cü il tarixli AS-H-164/23 saylı nəqliyyat vasitələrinin siğorta şəhadətnaməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkıti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr, heyvanların hərəkəti kimi siğorta riskləri müəyyən edilmişdir.
2. 14.03.2023-cü il tarixli AS-H164/23 saylı nəqliyyat vasitələrinin siğorta şəhadətnaməsinə əsasən buraxılış ili 2011 olan ağ rəngdə “X10 Prado” markalı 99CO808 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi "xxxx" ASC tərəfindən sığortalanmışdır.
3. AD N592525 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X3r.
4. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh Mülki Məcəllənin 935.1.4-cü maddəsinə əsaslanaraq imtina etmişdir.
5. 25.09.2023-cü il tarixli hesab fakturadan görünür ki, xx.xx.2021-ci il tarixli, 04/21 nömrəli müqavilənin 2 saylı xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən nəqliyyat vasitəsinin icarə haqqı xx.xx.2023-xx.xx.2023-cü illər dövrü üçün 2982 manat ödənilməlidir.
6. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixdə X11: JTEBX9FJ3BK062052 İli: 2.7 motor, DNN **-CO-*** olar avtomobil A-Group Sığorta tərəfindən servisə qiymətləndirmə üçün göndərildi. Qeyd olunan avtomobilin təmirinə imtina olduğundan xx.xx.2023-cü il tarixdə müştəriyə təhvil verildi.
7. İş materiallarına əlavə edilmiş AR Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin xx.xx.2023cü il tarixli 3-18-4/2-2103/23 nömrəli məktubunda hadisə haqqında məlumatın xx.xx.2023-cü il tarixdə, saat 11:14-də daxil olması, 1990-cı il təvəllüdlü X6 tərəfindən idarə olunan “Toyota Prado” markalı, 90- CO-808 dövlət qeydiyyat nişanlı minik avtomobilinin çayda batması müəyyən olunduğu, çayda sel axıntısının gur olması və avtomobildə insan faktoru olmadığından yanğınsöndürən – xilasedicilər tərəfindən heç bir əməliyyat aparılmadığı qeyd olunmuşdur.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1108/2024 nömrəli ekspert rəyində (nəticə hissəsində) qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC VÖEN ********** Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı ağ rəngli, JTEBX9FJ3BK062052 ban nömrəli, “Toyota Land-Cruiser-Prado minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16540,00 manat müəyyən edilir, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 10320,00 manat; -təmir- bərpa işlərinin qiyməti - 6220,00 manat. Qüsur aktında göstərilən ehtiyyat hissəsi olan 2 adda mühərrikin ümumi ehtiyat hissələri (dəst) və elektrik sistemi şunurları (dəst) haqqında ayrı-ayrılıqda kifayət qədər ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Nəzəri hesablama yolu ilə təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC VÖEN ********** Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, ağ rəngli, JTEBX9FJ3BK062052 ban nömrəli, “Toyota Land-Cruiser-Prado minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4430,00 manat müəyyən edilir, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 2500,00 manat; -təmir- bərpa işlərinin qiyməti - 1930,00 manat. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaları aparılır.
9. Apellyasiya icraatı zamanı göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən daxil olmuş xx.xx.2025-ci il, 3-14-20/2-083/2025 nömrəli məkubtda qeyd edilmişdir: Faktiki hava: xx.xx.2023-cü il tarixində hava aydın (0/0), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 27,8°C, minimal temperaturu 17,1 °C, maksimal temperaturu 38,4°C, cənub-cənubşərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixində hava tutqun (10/10), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 21,6°C, minimal temperaturu 17,5°C, maksimal temperaturu 33,6°C, cənub istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. 5 bal - Bofort şkalasına əsasən təzə küləkdir. Axşam saatlarında yağış yağmış 12-nə keçən gecə leysan xarakterli yağışla əvəz olmuş, yağıntının ümumi miqdarı 3,3 mm olmuşdur. xx.xx.2023-cü il tarixində hava dəyişkən buludlu (7/4), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 20,7°C, minimal temperaturu 14,7°C, maksimal temperaturu 26,9°C, cənub-cənub-qərb istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. 5 bal - Bofort şkalasına əsasən təzə küləkdir. Yağıntı qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixində hava dağınıq buludlu (5/3), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 24,0°C, minimal temperaturu 15,7°C, maksimal temperaturu 31,9°C, cənub istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. 4 bal - Bofort şkalasına əsasən mülayim küləkdir. Yağıntı qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixində hava dağınıq buludlu (3/3), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 23,5°C, minimal temperaturu 17,1 °C, maksimal temperaturu 30,3°C, cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixində hava az buludlu (1/1), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 24,7°C, minimal temperaturu 17,7°C, maksimal temperaturu 31,5°C, cənub istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixində hava dəyişkən buludlu (9/7), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 22,8°C, minimal temperaturu 18,3°C, maksimal temperaturu 30,6°C, qərb -şimalqərb istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. 4 bal - Bofort şkalasına əsasən mülayim küləkdir. 17-nə keçən gecə ildırımla müşayət edilən leysan xarakterli yağış yağmış, yağıntının ümumi miqdarı 9,0 mm olmuşdur. xx.xx.2023-cü il tarixində hava buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 18,1 °C, minimal temperaturu 16,8°C, maksimal temperaturu 22,0°C, cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağış yağmış, yağıntının miqdarı 3,7 mm olmuşdur. xx.xx.2023-cü il tarixində hava dəyişkən buludlu (9/9), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 19,8°C, minimal temperaturu 15,4°C, maksimal temperaturu 26,4°C, cənub-cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. Qeyd: Hava şəraiti haqqında arayış İsmayıllı hidrometeoroloji stansiyasının məlumatları əsasında tərtib olunmuşdur. Zərnava kəndi ərazisində hidroloji müşahidə məntəqəsi olmadığı üçün daşqın və sel barədə məlumat təqdim olunmamışdır.
10. Hadisəni əks etdirən foto şəkillər və video fayllar olan disklər işə əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin siğorta müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyə əsasən 24.970 manat sığorta ödənişinin, 4.473 manat məbləğində əldən çıxmış faydanın, hər gecikdirilmiş gün üçün (xx.xx.2023-cü il tarixli imtina məktubunun tarixindən hesablanaraq (109 gün) 2.721 manat dəbbə pulunun və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manatın A-QROUP SİĞORTA ŞİRKƏTİ" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İcarə əsasında "xxxx" MMC-nin sahibliyində və istifadəsində olan **-CO-*** qeydiyyat nişanlı “Toyota LandCruiser Prado” marklı avtomobil, "xxxx" MMC-nin müştərisi olan, xarici vətanaş Djavadov Rustam tərəfindən idarə edilərkən xx.xx.2023- cü il tarixdə, səhər saatlarında İsmayıllı rayonu, Zərnava kəndi ərazisində kəndə gediş yolu olan çaydan keçid zamanı baş vermiş güclü sel nəticəsində (bundan sonra - təbii fəlakət) çayda batmışdır. Hadisə nəticəsində **-CO-*** qeydiyyat nişanlı“Toyota Land-Cruiser- Prado” marklı avtomobilə maddi ziyan dəymişdir. AS-H 164/23 saylı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən hadisə baş verdiyi tarixdə icarə əsasında "xxxx" MMC-nin sahibliyində və istifadəsində olan “Toyota Land-Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 32,000.00 min manat sığorta məbləği müəyyən edilməklə sığorta müqaviləsi əsasında sığorta edilmişdir. Şığorta şəhadətnaməsinə əsasən: "xxxx" MMC sığortalı qismində tanınmış; Nəqliyyat vasitəsinin istifadə təyinatı “Nəqliyyat vasitəsinin icarəyə verilməsi (rent -a-car)” kimi qəbul edilərək nəqliyyat vasitəsi mövcud şərtlər əsasında sığorta edilmiş; Avtonəqliyyət hadisələri və digər hallarla yanaşı təbii fəlakət, o, cümlədən sel sığorta riski kimi nəzərə alınmış; Nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs sığorta olunan kimi tanınmışdır; Baş vermiş təbii fəlakət nəticəsində “Toyota Land-Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2023-cü il tarixli “Great Motors MMC” (GM BAKU CENTER) tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, 24,970.00 (iyirmi dörd min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən verilmiş xx.xx.2023 tarixli, 3-18-4/2- 2103/23 saylı arayışa əsasən hadisə anında çayda güclü sel axının olması və X5 idarə etdiyi “Toyota Land-CruiserPrado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin çayda batması faktı təsdiq edilmişdir. Göründüyü kimi, icarə əsasənda iddiaçı "xxxx" MMC-in sahibliyində və istifadəsində olan “Toyota Land-Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə təbii fəlakət nəticəsində maddi ziyan dəymişdir. “Toyota LandCruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından iddiaçının cavabdehə qarşı sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
13. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus “X10 Prado” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyətdə AS-H 164/23 nömrəli nəqliyyat vasitələrinin sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə qeyd edilən avtomobilin sürücüsü tərəfindən İsmayıllı rayonunda çayı keçməyə cəhd edilmiş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Hadisənin araşdırılması zamanı sənədlərdən, o cümlədən sürücünün qeydə alınmış video izahatından məlum olur ki, sürücüyə çayda suyun əvvəlki vaxtlara nəzərən çoxalması və avtomobilin çayı keçə bilməyəcəyi ehtimalı aydın olmuş, o yenə də risk etməklə etinasızlıq göstərmiş və avtomobili güclü sel axını olan çaya salmışdır. Nəticədə avtomobil suyun gücünə tab gətirməyərək sürüklənmiş və çayda batmışdır. Beləliklə hadisənin baş verməsinin və maşına zərər dəyməsinin qarşısının alınması üçün bütün imkanlar mövcud olmasına baxmayaraq, sürücü tərəfindən hadisənin qarşısının alınması üçün hər hansı bir tədbir görülməmiş, nəticədə sözügedən avtomobilə zərər dəymişdir. Bu səbəbdən qeyd edilən hadisə Cəmiyyət tərəfindən sığorta hadisəsi kimi qiymətləndirilməmişdir. Belə ki, iddiaçı ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən nəqliyyat vasitəsi digər risklərlə yanaşı təbii fəlakət riskindən də sığortalanmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş, eyni zamanda iddiaçı ilə Cəmiyyət arasında bağlanmış sözügedən müqavilənin tərkib hissəsi sayılan Cəmiyyətin “Nəqliyyat vasitələrinin sığortası Qaydalarının” (bundan sonra - Qaydalar) 27.1.6-cı yarımbəndinə əsasən təbii fəlakət dedikdə sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr nəzərdə tutulur. Təbii fəlakətin Azərbaycan dilində izahı — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Eyni zamanda, təbii fəlakət qəfildən və gözlənilməz olan hallardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.3-cü maddəsinə əsasən “Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” Hazırda bəhsigedən hadisə üzrə sürücünün avtonəqliyyat vasitəsi ilə gur axarlı olduğunu bilə-bilə çayı keçməyə cəhd etməsi baş vermə ehtimalı əvvəldən məlum olan və heç bir təsadüfılik əlamətlərinə uyğun gəlməyən haldır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 18-4/2-2103/23 nömrəli məktubu ilə də çayda suyun gur olması və avtomobilin çayda batması faktı öz əksini tapmışdır. İddiaçının iddia etdiyi kimi hadisə o zaman təbii fəlakət hesab oluna bilərdi ki, avtomobil, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda və ya hər hansı bir yerdə dayanıqlı vəziyyətdə seldə batmış olsun. İddiaçı sözügedən avtomobilin “yolsuzluq” avtomobili olduğunu və buna görə də hadisənin baş verdiyi ərazidən keçəbilmək qabiliyyətinin olduğunu iddia edir. Təşəkkül tapmış praktikaya əsasən “yolsuzluq (və ya “off-road”) avtomobilləri tamamilə fərqli sinif avtomobillər olmaqla sadəcə asfalt deyil digər örtüklü (misal üçün, torpaq, qayalıq, qumluq, buzlu və s) yollarda hərəkət üçün nəzərdə tutulmuş avtomobillərdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydalarf’nda avtomobil yollarının hər hansı bir örtüyə malik olması qeyd olunur. Mövcud iş üzrə hadisənin baş verdiyi yer isə “yol” adlandırılmayacaq ərazidir. Buna görə də avtomobilin həmin ərazidə idarə edilməsi yollarda idarə edilməsi ilə eyni anlam daşımamalıdır. İddiaçı Cəmiyyətin sığorta ödənişin veriləcəyinə dair vəd verildiyini qeyd edir. Həm İddiaçının nümayəndələri ilə görüşdə, həm də yazışmalarda Cəmiyyətin birmənalı mövqeyi qanunvericiliyə uyğun olaraq sığorta ödənişindən imtina edilməsi olmuşdur. İddiaçının nümayəndələri Cəmiyyətin ofisində görüş zamanı avtomobilə dəymiş zərərin vizual olaraq qiymətləndirilməsini Cəmiyyətdən xahiş etmiş, bundan sonra Cəmiyyətin əməkdaşları tərəfindən avtomobilin müvafiq təmir müəssisəsində qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmədən bir gün sonra İddiaçının nümayəndələrinə dəfələrlə avtomobilin təmir müəssisəsindən geri götürülməsi xahiş və tələb olunsa da, İddiaçı tərəfindən avtomobil uzun müddət təmir müəssisəsinin ərazisindən götürülməmişdir. İddiaçı bu vəziyyəti öz lehinə sui-istifadə edərək əldən çıxmış faydanın da Cəmiyyət tərəfindən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, əldən çıxmış fayda zərərvurandan tələb edilir. İddiaçı ilə bağlanmış sığorta müqaviləsinə əsasən İddiaçının sahibkarlıq riskləri və gəliri sığorta təminatına alınmamışdır. Buna görə də əldən çıxmış faydanın Cəmiyyətdən tələb edilməsi, ümumilikdə nəqliyyat vasitələrinin sığortası növünə aid tələb hesab olunmur. Qaydaların 16.1.1.10-cu abzasına əsasən “sığortalının və ya sığorta olunanın və ya faydalanan şəxsin sığorta hadisəsinin baş verməsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi”, 16.1.1.19-cu abzasına əsasən “Sığortalının Sığortaçı ilə razılaşdırdığı müddət ərzində sığorta riskinin baş verməsi ehtimalını artıran amillərin aradan qaldırmaması nəticəsində baş vermiş hadisələr”, eyni zamanda 16.1.3-cü yarımbəndinə əsasən “əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri” sığorta təminatına daxil edilməmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-555/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş AR Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-18-4/2-2103/23 nömrəli məktubunda 1990-cı il təvəllüdlü X6 tərəfindən idarə olunan “Toyota Prado” markalı, 90- CO-808 dövlət qeydiyyat nişanlı minik avtomobilinin çayda batması müəyyən olunduğu, çayda sel axıntısının gur olması və avtomobildə insan faktoru olmadığından yanğınsöndürən –xilasedicilər tərəfindən heç bir əməliyyat aparılmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sürücü tərəfindən baş vermiş intensiv yağıntılar səbəbi ilə çayda kifayət qədər bol sulu olduğu və daşqın baş verdiyi zaman, çaydan keçmək cəhdi göstərilmişdir. Bundan başqa, youtube üzərindən “İsmayıllı Prado” başlıqlı axtarış edildikdə möcvud olan videolardan görünür ki, uzunmüddətli yağıntılar səbəbi ilə çayda bolsululuq olmaqla, daşqın baş verən zaman qeyd edilən nəqliyyat vasitəsi ilə, çaydan keçməyə cəhd edilərkən nəqliyyat vasitəsi çayda batmışdır. Hətta FHN-i tərəfindən verilən məktubdan da, görünür ki, çayda bolsululuq və sel olduğu üçün öz xüsusi iri texnikaları vasitəsi ilə belə, çaya daxil olmamışlar. Yəni, hətta Zərnava kəndinə gedən yolun ancaq həmin çaydan keçməsi ilə mümkün olması halını qəbul etsək də, sürücü tərəfindən çayda daşqının bitməsini gözləmək və bundan sonra keçmək imkanı mövcud idi. Bu xüsusda, Məhkəmə iddiaçının nəqliyyat vasitəsinin yolsuzluq avtomobili olması və kəndə gedən yolun ancaq həmin çaydan keçməsi ilə bağlı sığorta hadisəsinin baş verməsi ilə bağlı dəlilini əsasız edir. Belə ki, həmçinin də, qeyd edilməlidir ki, örnək olaraq “əgər kəndə gedən yolun yanar meşədən keçməsi ilə bağlı, yanar meşədən keçərkən nəqliyyat vasitəsinin yanaraq məhv olması” ilə, daşqın gələn çaydan keçməsi eyni cür qəbul edilməlidir. Yəni hazırda, baş vermiş hadisədə, hər hansı bir təsadüfilik əlaməti mövcud deyildir. Sürücü çayda baş verən daşqını görmüş, ora daxil olmamaq və gözləmək imkanı olmuş, ancaq yenə də, daşqın baş vermiş çaya daxil olmuş və bunun nəticəsində nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yuxarıda da, qeyd edildiyi kimi, həmin zaman FHN-nin əməkdaşları belə daşqın səbəbindən çaya daxil olmamışlar. Həmçinin də, çayda daşqının baş verməsi təsadüfi hadisə deyildir. Belə ki, yağıntıların intensiv baş verdiyi zaman bu kimi hallar gözləniləndir. Həmçinin də, ümumi məlum olan hal ondan ibarətdir ki, intensiv yağışlar olduğu zaman bütün kütləvi informasiya vasitələri çayda daşqınların baş verməsi ilə bağlı xəbərdarlıqlar edirlər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2023cü il tarixdə “X10 Prado” markalı 99CO808 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü çayda daşqın olduğunu gördüyünə və bildiyinə görə, eyni zamanda həmin şəxsin hadisənin baş verməsinin qarşısını almaq imkanı olduğuna görə baş vermiş hadisə, siğorta hadisəsi kimi qiymətləndirilməməlidir.
17. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, siğorta hadisəsi baş vermədiyindən iddiaçının sığorta ödənişinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır.
18. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
20. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
28. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
29. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
30. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
31. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
32. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
33. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
34. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
35. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
36. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
37. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
38. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
39. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
40. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
41. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
42. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
43. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
50. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
51. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
52. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Kollegiya göstərilənləri və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
59. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun gəlməmişdir.
60. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X4 məxsus və icarə əsasında "xxxx" MMCnin sahibliyində və istifadəsində olan, həmçinin cavabdeh tərəfindən 32 000 məbləğində sığortalanmış **-CO-*** qeydiyyat nişanlı “Toyota Land-Cruiser-Prado” marklı avtomobil "xxxx" MMC-nin müştərisi olan, xarici vətəndaş (sığorta müqaviləsi üzrə sığorta olunan) X6 tərəfindən idarə edilərkən xx.xx.2023-cü il tarixdə, səhər saatlarında İsmayıllı rayonu, Zərnava kəndi ərazisində kəndə yeganə gediş yolu olan çaydan keçid zamanı baş vermiş güclü sel nəticəsində çayda batmışdır. Hadisəsi nəticəsində **-CO-*** qeydiyyat nişanlı “Toyota Land-Cruiser-Prado” markalı avtomobilə maddi ziyan dəymişdir. Hadisə nəticəsində saat 11:15-də FHN-ə məlumat verilmiş, həmçinin cavabdeh sığortaçıya məlumat verilmişdir. FHN xilas etmə işləri aparmış, xx.xx.2023-cü il tarixdə cavabdeh sığorta ödənişinin verilməsindən MM-in 935.1.4-cü maddəsinə əsasən imtina etmiş, lakin avtomobil xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən təmir servisinə təhvil verilmiş, cavabdeh təmirdən imtina etdiyindən xx.xx.2023-cü il tarixdə avtomobil iddiaçıya qaytarılmışdır. Qeyd edilən hallar qətnamənin işin halları hissəsində təsvir edilən sənədlərlə təsdiq olunmuşdur.
61. Cavabdehin nümayəndəsi izahatında hadisənin sığorta hadisəsi hesab etmədiyini, həmçinin sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri etinasızlıq üzündən görməməsini, sürücünün əvvəlcədən güclü sel barədə məlumatlı olduğunu, lakin buna baxmayaraq yola çıxdığını, sel barədə mətbuatda məlumatın verildiyini bildirmişdir.
62. İddiaçının nümayəndəsi izahatında sürücünün yerli şəxs olmadığı, xarici vətəndaş olduğu, arvadının valideynlərini görmək üçün kəndə bir neçə günlük qonaq gəldiyini, ərazinin hava şəraitindən məlumatlı olmadığını, mətbuatda sel barədə məlumatın verilmədiyini, hadisə olan günü yağış yağmadığını, ümumiyyətlə selin gələcəyi barədə məlumatlı olmadığını, yola düşərkən və çaydan keçərsən qəfildən, anidən selin gəlməsinin, sürətlə artmasının şahidi olduğunu, buna görə də maşını çıxarmağın qeyri-mümkün olmasını, son nəticədə özündən asılı olmayan təbii fəlakət nəticəsində maşına zərər dəydiyini bildirmişdir.
63. Tərəflər arasında yaranmış sığorta ödənişi ilə bağlı mübahisənin ədalətli və düzgün həll edilməsi üçün baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisə nəticəsində sığorta ödənişinin verilməsindən imtina üçün əsasın olub-olmaması müəyyən edilməlidir. Bunun üçün isə işin faktiki hallarına nəzər salmaq zəruridir.
64. AS-H 164/23 saylı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən hadisə baş verdiyi tarixdə icarə əsasında "xxxx" MMC-nin sahibliyində və istifadəsində olan “Toyota Land- Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 32,000.00 min manat sığorta məbləği müəyyən edilməklə sığorta müqaviləsi əsasında sığorta edilmişdir.
65. Şığorta şəhadətnaməsinə əsasən "xxxx" MMC sığortalı qismində tanınmış; Nəqliyyat vasitəsinin istifadə təyinatı “Nəqliyyat vasitəsinin icarəyə verilməsi (rent a car)” kimi qəbul edilərək nəqliyyat vasitəsi təyinatına uyğun şərtlər əsasında sığorta edilmiş; Avtonəqliyyət hadisələri və digər hallarla yanaşı təbii fəlakət, o,cümlədən sel sığorta riski kimi nəzərə alınmış; nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs sığorta olunan kimi tanınmışdır.
66. İşdən görünür ki, xx.xx.2023 tarixində cavadeh "xxxx" ASC sığorta ödənişini etməyə razılıq verərək dəymiş zərərin qiymətləndirilməsi üçün avtomobilə öz əməkdaşlıq etdikləri servisə ("xxxx" MMC) yönləndirir və servis vasitəsi ilə avtomobili təhvil alır. Avtomobil 2 ay servisdə saxlanıldıqdan sonra sığortaçı yenidən sığorta ödənişinin ödənilməyəcəyini bildirilir və avtomobil xx.xx.2023 tarixində həmin servisdən avtomobilin mülkiyyətçisi tərəfindən akt əsasında təvil alınır. Aydındır ki, sığortaçı avtomobili servisə qüsur aktının verilməsi və təmir edilməsi məqsədilə göndərir. Sığortaçının bu işi görməkdə məqsədi dəymiş zərərin məbləğinin hesablanmasıdır. Cavabdeh bu halı təsdiq etmişdir.
67. Cavabdehin nümayəndəsi bu xüsusatla bağlı izahatında qeyd etmişdir ki, iddiaçının rəhbərliyinin xahişi ilə qiymətləndirmə məqsədilə avtomobili servisə göndərmişlər. Cavabdeh sığorta şirkətinin nümayəndəsi sığorta hadisəsini qəbul etmədiyini bildirərək avtomobili dəymiş ziyanla bağlı qiymətləndirmə aparmadıqlarını bildirsə də, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərkən məlum oldu ki, sığorta şirkətinin vizual qiymətləndirmə aktı mövcuddur və onlar həmin aktı e-məhkəmə vasitəsi ilə iş materiallarına sonradan əlavə etmişlər. Göründüyü kimi sığorta şirkəti sığorta hadisəsini faktiki olaraq qəbul etmişdir, sadəcə sürücünün etinasızlıq göstərməsi səbəbindən sığorta hadisəsinin qarşısının alınması imkanı olduğu halda bunu etmədiyindən sığorta ödənişinin ödənilməsindən imtina etmişdir.
68. İş kommersiya məhkəməsinin icraatında olarkən (hakim Leyla Əliyeva), iddiaçı tərəfindən sığorta hadisəsi baş vermiş çay ərazisinə səfər edilmiş, kəndə gediş gəliş yolunun yalnız həmin çayın içindən keçdiyini (faktı yol nişanları, kənd camaatı və cavabdeh də təsdiqləyir), gündəlik olaraq kənd camaatının həmin “çay yolundan” istidadə etdiyini video kamera vasitəsi ilə çəkiliş edərək məhkəməyə təqdim etmişdir.
69. Təqdim edilmiş video görüntülərdə iddiaçı yenidən digər avtomobillə (prado) həmin çayı çay yolu ilə rahat şəkildə keçmiş, kənd camaatından çay daşqınları ilə bağlı könüllü müsahibələr almış və bütün bu qeyd edilənləri məhkəməyə təqdim etmişdir. Görüntülərdə kənd camaatının, həmçinin baş vermiş sığorta hadisəsinin canlı şahidi olmuş şəxslərin dediklərindən də məlum olur ki, çaya selin gəlməsi öncədən vizual baxış zamanı hiss edilmir. Belə ki, sel ani anda gəlir və sel axınının çox güclü olduğu yerli şəxslər tərəfindən də təsdiq edilir. Hətta video çəkiliş günündə çayda olan su səviyyəsinin sel hadisəsi baş verən tarixdə sel gələn ana kimi çayda olan su səviyyəsindən daha az olduğu hadisə şahidləri tərəfindən bildirilmişdir. Sel gəldikdən sonra isə su səviyyəsinin artması normal haldır və bu halda özlüyündə təbii fəlakətin yaranmasına səbəb olur.
70. Kollegiya tərəfindən sığorta hadisəsi baş verən gün və əvvəlki günlər haqqında hava məlumatı sorğu edilmişdir. Sorğuya cavabda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində hava dəyişkən buludlu (9/7), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 22,8°C, minimal temperaturu 18,3°C, maksimal temperaturu 30,6°C, qərb -şimalqərb istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. 4 bal - Bofort şkalasına əsasən mülayim küləkdir. 17-nə keçən gecə ildırımla müşayət edilən leysan xarakterli yağış yağmış, yağıntının ümumi miqdarı 9,0 mm olmuşdur. xx.xx.2023-cü il tarixində hava buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 18,1 °C, minimal temperaturu 16,8°C, maksimal temperaturu 22,0°C, cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağış yağmış, yağıntının miqdarı 3,7 mm olmuşdur. xx.xx.2023-cü il tarixində hava dəyişkən buludlu (9/9), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 19,8°C, minimal temperaturu 15,4°C, maksimal temperaturu 26,4°C, cənub-cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. Qeyd: Hava şəraiti haqqında arayış İsmayıllı hidrometeoroloji stansiyasının məlumatları əsasında tərtib olunmuşdur. Zərnava kəndi ərazisində hidroloji müşahidə məntəqəsi olmadığı üçün daşqın və sel barədə məlumat təqdim olunmamışdır.
71. Göründüyü kimi hadisə günü güclü yağıntı olmamışdır.
72. Videogörüntülərdən görünür ki, hadisə günü xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində hadisə olan ərazidə olan sürücü X6 bildirmişdir ki, həmin gün yağış olmamış, çay adi axınla hərəkət etmiş, heç bir sel əlaməti olmadığı halda kənddən rayon mərkəzinə doğru hərəkət edərkən qəfil çayın həcmi artmış və sel gəlmiş, nəticədə maşın sağa dönərək torpaqda batmış, heç cür maşını hərəkət etdirə və ya çıxarda bilməmişdir. Dərhal şirkətə və FHN-nə məlumat vermişdir. FHN xilas etmə işlərini həyata keçirmişdir. Sel anidən gəlmişdir. Xarici vətəndaşdır. 25 iyul 2023-cü ilə qədər maşını kirayə etmişdir. Yol Polisi də əraziyə gəlmişdi. Maşında özü və arvadı olmuşdur.
73. Sürücünün hərəkətlərində Mülki Məcəllənin 935.1.4-cü maddəsində qeyd olunan sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi kimi hərəkətlər olmamış, qeyd edilən maddənin dispozisiya şərtləri ödənməmişdir. Maşını müvəqqəti, qısa müddətə kirayə edən sürücünün ailə üzvünün, yəni arvadının maşında ola-ola sel gəldiyini gördüyü halda qəsdən yola çıxması ağlabatan mühakiməyə və həyatın təbii axarına cavab vermir.
74. Güclü selin olması və avtomobilin batması işin mübahisəsiz halıdır. Lakin qeyd edilənlərdən görünür ki, cavabdehin arqumenti, yəni sürücünün güc sel barədə məlumatlı olması işdə olan sübutlarla öz təsdiqini tapmamış, əksinə məlumatlı olmaması, hadisənin anidən baş verməsi, təsadüfilik əlaməti təsdiqini tapmış, sığorta ödənişinin verilməsindən imtina əsasları iş üzrə müəyyən edilməmişdir. Baş vermiş sığorta hadisəsi Mülki Məcəllənin 922.3-cü maddəsində qeyd olunan şərtlərə uyğun olmuşdur (§ 30).
75. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur. Ona görə iddia tələbi sığorta ödənişinin verilməsi hissəsində əsaslıdır.
76. Nəzərə alınmalıdır ki, sığorta ödənişi zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğundan, məruz qaldığı zərərin məbləğini sübutetmə yükü sığortalının üzərinə düşür.
77. Ekspertiza tədqiqatının hər iki tərəfin təqdim etdiyi qüsur aktları əsasında həyata keçirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və sığortalanmış avtomobilə dəymiş ziyanın məbləği olaraq məhz ekspert rəyi ilə müəyyənləşdirilən məbləğ (16540 (on altı beş yüz qırx) manat) əsas götürülməlidir. Rəy (§ 8).
78. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış fayda hissəsini əsassız hesab edərək aşağıdakıları qeyd edir.
79. Əldən çıxmış fayda ilə bağlı tələbin maddi hüquqi əsası Mülki Məcəllənin 21 və 443-cü maddələridir. Mülki Məcəllənin zərərlə bağlı qeyd edilən (tətbiq edilən hüquq hissəsində) normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
80. Əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
81. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hesab faktura əldən çıxmış faydanın sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, iddiaçı hesab faktura deyil, ödənişi təsdiq edən sənəd təqdim etməli idi.
82. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu tələbi ona görə əsassızdır ki, cavabdeh sığorta ödənişini gecikdirməmiş, sadəcə mövqeyi belə olmuşdur ki, sığorta ödənişinin verilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən sığorta ödənişini iddiaçıya etməmişdir. Odur ki, Mülki Məcəllənin 934.2-ci maddəsinin tətbiq edilməsi əsasları müəyyən edilmir (maddənin mətni § 41).
83. Məhkəmə prosessual pozuntulara yol vermişdir. Belə ki, məhkəmə ekspertiza keçirsə də daxil olmuş ekspert rəyinə ümumiyyətlə qiymət verməmiş, ekspert xərcini tərəfdən tutmamış, əldən çıxmış fayda və dəbbə pulu barədə tələblərə münasibət bildirməmiş, cavabdehin yazılı etirazını qətnamədə göstərməmiş, təqdim edilmiş sübutların bir qismini (videogörüntülər, akt) tədqiq etməmişdir.
84. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddiaçının ödədiyi mediasiya xərci cavabdedən tutularaq ona ödənilməli, keçirilmiş ekspertiza xərci isə cavabdehdən alınaraq müvafiq hesaba köçürülməli, apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumu isə özünə aid edilməlidir.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-555/2024 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. "xxxx" ASC-dən 16540 (on altı beş yüz qırx) manat sığorta ödənişi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbləri qalan hissədə (əldən çıxmış fayda və dəbbə pulu) təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Hesab № ******* X2, Kod 210005, VÖEN **********, Müxbir hesab- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. 200 manat mediasiya xərcinin 52 faizi olan 104 manat məbləğ "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi 95 manat dövlət rüsumunun məbləği özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.