Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-128/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X19 və X8 ibarət tərkibdə, X14 cavabdehin nümayəndəsi X11 iştirakı ilə. X4 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı) «borcun ödənilməsi tələbinə dair» iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-1029/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İ.X10 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə («ASC») qarşı iddia ərizəsi və sonradan iddianın həcminin dəyişdirilməsi barədə ərizə (İİ cild; iş vərəqi 15) ilə məhkəməyə müraciət edərək cavabdehdən hadisə nəticəsində əmlakına dəymiş zərərin əvəzi kimi 36.765,00 manat məbləğində sığorta ödənişi, ödənişin verilməsini gecikdirdiyinə görə hər gecikdirilmiş gün üçün 36,76 manat hesablamaqla (xx.xx.2017-ci il tarixindən etibarən) ümumlikdə, 34.554,40 manat dəbbə pulu, əldən çıxmış fayda kimi hər ay üçün 3.000,00 (2017-ci ilin mart ayından 30 ay ərzində hesablanmalı) ABŞ dolları, cəmi, 90000 ABŞ dolları (həmin pulun icra olunması gününə manatın rəsmi məzənnəsinə uyğun olaraq), eləcə də, ödədiyi dövlət rüsumu 45 manat (iddianın və apellyasiya şikayətinin verilməsi üçün) cəmi, 71364,40 manat və 90000 ABŞ dolları məbləğində pulun tutularaq, ödənilməsi X18 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsasları aşağıdakılardan ibarətdir: - iddiaçı C.Nuriyev yük avtomobili vasitəsilə yük daşıma xidmətlərinin göstərilməsi ilə məşğuldur. O, 2016-cı ildə X1 “DAF YÜK” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda “KRONE YARİMQOŞQU” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı tentli-furqonu “xxxx”ASC-də girovla yüklülüyü saxlanılmaqla, Mirsamir Hüseynzadə, eləcə də, bankla ümumi razılıq əsasında əldə etmişdir. - X5 «xxxx» ASC-də “avtokasko” sığorta növü ilə xx.xx.2015-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, iddiaçı C.Nuriyev həmin sığorta müqaviləsindən irəli gələn münasibətlərinin davam etdirilməsinə razılıq verərək üçtərəfli xx.xx.2015-ci il tarixli MB ********** saylı sığorta şəhadətnaməsinə dair xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə imzalanmışdır. -həmin “Əlavə”yə əsasən xx.xx.2016-cı il tarixindən etibarən “DAF YÜK” markalı, 9O- 0X-95O və “KRONE YARİMQOŞQU” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri üzrə sığortalı tərəf kimi iddiaçı hesab edilmiş və bu zaman iddiaçı həmin “Əlavə” imzalanarkən avtomobil ilə müxtəlif yüklərin daşınacağını, eyni zamanda bu avtomobilin idarə olunması, vərdişlərinin, təcrübənin və qanuna müvafiq qaydada sürücülük kateqoriyasının olmadığını onlara bldirmişdir. -əvəzində isə cavabdeh tərəfindən ona aralarında olan sığorta müqaviləsinə əsasən əldə etdikləri avtomobilin tam sığorta təminatına alınmasına, eləcə də hər bir halda demək olar ki, bütün risklər üzrə (yolnəqliyyat hadisəsi, avtoqəza, qaçırma, oğurluq və.s) sığort təminatına daxil edildiyi bildirilmişdir. -eyni zamanda, iddiaçı avtomobilin xarici dövlətlərin ərzisinə yollanacağını cavabdehə bildirdikdə, onlar əlavə olaraq sığorta ərazisinin genişləndirilməsini təklif emiş, nəticədə, aralarında xx.xx.2016-cı il tarixli 4 saylı “Əlavə” imzalanmış və həmin əlavəyə əsasən Azərbaycan ərazisindən əlavə olaraq Türkiyə, Gürcüstan, Rusiya Federasiyası və Avropa ölkələrinin ərazisi sığorta ərazisi kimi göstərilmiş və bunun üçün əlavə olaraq, iddiaçıdan 1.000 manat sığorta haqqı cavabdeh tərəfindən götürülmüşdür. -beləliklə, aralarında sığorta münasibətlərinin yaranmasına baxmayaraq, cavabdeh iddiaçının sığorta sahəsində biliklərinin olmamasından sui-istifadə edərək, ona qarşı vicdansızlıq edərək əsas sığorta şəhadətnaməsinin şərtləri, eləcə də şəhadətnamənin əsaslandığı qaydaları ilə tanış etməyərək, iddiaçının hüquqlarını kobud surətdə pozmuşlar. - bütün bunlar iddiaçıya yalnız sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin tələbi ilə cavabdehə müraciət etdikdən sonra bəlli olmuşdur. Sığorta hadisəsi baş verməzdən öncə sığortalanmış avtomobil demək olar ki, hər ay azı 2 dəfə cavabdehlə iddiaçı arasında imzalanmış “Əlavə”yə əsasən müxtəlif xarici ölkələrdə iddiaçının adından verilmiş etibarnaməyə əsasən müxətlif sürücülər tərəfindən istismar olunmuşdur. -sonuncu dəfə xaricə yola düşərkən sığortalanmış avtomobil ƏN-İİİ seriyalı 934595 nömrəli etibarnamə əsasında sürücü X9 tərəfindən idarə edilərkən X7 vilayətinin ərazisində yol buzlu olması səbəbindən aşaraq yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilə ciddi maddi zərər dəymişdir, eləcə də tentlifurqonda olan yük demək olar ki, tamamilə məhv olmuşdur. Avtomobilə dəymiş zərər hesablanmış və təxminən 50.000 manat məbləğində müəyyənləşdirilmişdir. -həmin yol-nəqliyyat hadisəsi X13 vilayətinin DYPX-nin əməkdaşları tərəfindən araşdırılmış və xx.xx.2016-cı il tarixli qərara əsasən sürücü G.Şıxaliyevin əməllərində inzibati hüquq pozuntusunun tərkibi olmadığına görə barəsində aparılan inzibati xəta icraatına xitam verilmişdir. Hadisə haqqında cavabdehə mümkün qədər qısa müddət ərzində məlumat verilmiş və Rusiyada toplanılmış bütün sənədlər cavabdehə təqdim olunmuşdur. -iddiaçı sığorta hadisəsinin baş verməsi ilə əlaqədar cavabdehə sığorta ödənişinin verilməsi tələbi ilə yazılı qaydada müraciət etsə də, bir müddət keçdikdən sonra uydurma, əsassız və qanunsuz bildirişi poçt ünvanına göndərməklə sığorta ödənişinin verilməsindən cavabdeh imtina etmişdir. Həmin bildirişdə əvvəlki sığortalı Mirsamir Hüseynzadə ilə xx.xx.2015-ci il tarixli MB150000007 saylı sığorta şəhadətnaməsinin şərtlərini, eləcə də, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının 2.0.7; 5.3; 17.1.1.2 və 23.1.1-ci maddələrini əsas gətirilərək sığorta ödənişinin verilməsindən imtina olunduğu iddiaçıya bildirilmişdir. -həmin bildirişdə hadisə baş verənə qədər iddiaçıya məlum olmayan əsaslar gətirilmiş və iddiaçının sığortaladığı avtomobilin adı çəkilən sığorta şəhadətnaməsində avtomobili idarə etmək hüququ olan şəxslərin əvvəlcədən cavabdehlə müəyyənləşdirilməsi xüsusən vurğulanmışdır. -bu vəziyyətin yaranmasının əsl səbəbkarı məhz cavabdeh «xxxx» ASC-dir. Çünki iddiaçının adına sığorta müqaviləsi keçdikdə cavabdeh tərəfindən sığortanın mahiyyəti, onun incəlikləri və bu kimi digər xüsusiyyətlər iddiaçıya qərəzli şəkildə bildirilməmişdir. -beləliklə, iddiaçının sığorta qanunvericiliyindən, eləcə də sığorta adətlərindən məlumatlı olmamasından sui-istifadə edərək iddiaçını əvvəlcədən düşünülmüş tərzdə baş verə biləcək təhlükə qarşısında sığorta təminatından məhrum etmişdir. -əgər iddiaçının, ümumiyyətlə, bu avtomobil üzrə idarə etmə hüququ yoxdursa, onda bu halda yalnız iddiaçı tərəfindən idarə olunmaq şərti ilə bu avtomobil baş verə biləcək hadisə zamanı zədələndikdə sığorta təminatı necə verilməli idi. -Onu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 913-cü maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməli idi. -bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks tdirən, hamı ərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir. -qanunun bu məcburi müddəalarına baxmayaraq, qəsdən, qərəzli şəkildə tərəflərin aralarında olan sığorta münasibətləriin əsasları, mahiyyəti, avtomobili idarə edə biləcək şəxslərin siyahısının əvvəlcədən müəyyənləşdirilməsi iddiaçıya izah olunmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddinı qəbul etməmiş rədd edilməsini məhkəmədən xahiş etmiş və bunun onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsində avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında X3 adı yoxdur. Sığorta şəhadətnaməsinə əlavə edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları»nın 17.1.1.2ci bəndinə əsasən sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-330/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 35.765,00 manat məbləğində sığorta ödənişi və sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 13.767,60 manat məbləğində dəbbə pulunun “xxxx” ASC-dən alınaraq X6 verilməsi, ödənilmiş dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manatın isə “xxxx” ASC-dən alınaraq X6 verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 73,04 manatın 36,52 manatı X10ndan, 36,52 manatı isə “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətənamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10468/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 2(102)-2314/2019 saylı xx xxxxx 2019-cu il tarixli Qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7218/2019 saylı xx xxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən işə yenidən mahiyyəti üzrə baxılmış və 2(81)-1029/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət olunmuşdur ki, iddia qismən təmin edilsin, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 35.265,00 manat məbləğində sığorta ödənişi və sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 3526,50 manat məbləğində dəbbə pulu cavabdeh “xxxx” ASC-dən alınaraq X6 verilsin; ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin, 20 manatı isə cavabdeh “xxxx” ASC-dən alınaraq X6 verilsin; aparılmış ekspertiza ilə bağlı 73,04 manat ekspertiza xərci müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə (Az.Mem, VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab Az41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22) ödənilsin, iddia tələbi qalan hissədə təmin edilməsin.» Cavabdeh «xxxx» ASC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırırılmışdır: -iddiaçı C.Nuriyev ilə cavabdeh «xxxx» ASC arasında xx.xx.2016-cı il tarixdə MB********** saylı sığorta müqaviləsinə 2 saylı əlavə imzalanmış, həmin tarixdən MB ********** saylı sığorta müqaviləsi üzrə sığortalı hesab olunmuş və həmin müqavilə ilə “DAF YÜK” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. -C.Nuriyev şirkətə ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2016-cı il tarixdə qəzaya uğradığını bildirməklə hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. - bundan sonra hadisə əməkdaşları tərəfindən tam təfsilatı ilə araşdırılmış, xx.xx.2017-ci il tarixli, AS-17/488 saylı məktubla iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında məlumat verilmişdir. İddia ərizəsində göstərilən xüsusatlarla bağlı aşağıdakılar bildirilir: -hadisə ilə bağlı Stavropol diyarı Rusiya Federasiyası DİN-in Baş İdarəsi tərəfindən «xxxx» ASC-yə təqdim edilmiş arayışda və digər sənədlərdə yol-nəqliyyat hadisəsinin xx.xx.2016-cı il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobilin X3 idarə etdiyi qeyd edilmişdir. -xx.xx.2015-ci il tarixli, MB ********** saylı sığorta şəhadətnaməsində avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında X3 adı yoxdur. -həmin sığorta şəhadətnaməsinə əlavə edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”nın 2.0.7-ci maddəsində qeyd edilir ki. sürücü - sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, həmin Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxsdir. -həmin Qaydaların 5.3-cü maddəsində qeyd edilir ki, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatı verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş (“Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz”) hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. -həmin Qaydaların 17.1.1.2-ci maddəsində qeyd edilir ki, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. -həmin Qaydaların 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. -həmçinin, xx.xx.2015-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsində “Avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilməyəcək” qeyd olunmuşdur. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. - qətnamə ilə iddiaçının xeyrinə dəbbə pulunun tutulması ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. -Məcəllənin 933.1-ci maddəsində nəzərədə tutulan sənədlərdən sonuncusu xx.xx.2017-ci il tarixdə cəmiyyətə təqdim olunmuş, bundan sonra qanunvericilikdə tutulan müddət ərzində hadisə araşdırılmış və xx.xx.2017-ci il tarixində iddiaçıya sığorta ödənişindən imtina barədə məktub ünvanlanmış, bununla da cəmiyyət tərəfindən hadisənin tənzimlənməsində hər hansı gecikdirmə olmadığı üçün dəbbə pulu tələb etməsi və məhkəmənin dəbbə pulunun ödənilməsini qət etməsi qanunsuz və əsassızdır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 933.1, 934-cü maddələrinin tələblərini nəzərə almamış, bu da maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Mirzəzadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddələrinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu iləbağlana bilər. Həmin Məcəllənin 901.1-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, «xxxx» ASC tərəfindən X2 “avtokasko” sığorta növü ilə xx.xx.2015-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsi ilə sığortaladığı, sonradan X10 həmin sığorta müqaviləsindən irəli gələn münasibətlərinin davam etdirməsinə razılıq verdiyi və üçtərəfli qaydada xx.xx.2016-cı il tarixdə MB ********** saylı sığorta şəhadətnaməsinə 2 saylı Əlavə imzalanaraq 6.02.2016-cı il tarixdən onun “sığortalı” hesab olunduğu işin mübahisələndirilməyən hallarını təşkil edir. Eyni zamanda, sürücü X9 xx.xx.2016-cı il tarixdə etibarnamə əsasında X18 məxsus olan “DAF YÜK” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və “KRONE YARİMQOŞQU” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı tentli-furqon nəqliyyat vasitələrini idarə edərkən X7 vilayətində onların aşdığı və Stavropol vilayətinin DYPX-nin xx.xx.2016-cı il tarixli qərara əsasən sürücünün əməllərində inzibati hüquq pozuntusunun tərkibi olmadığı, beləliklə də sığorta hadisəsinin baş verdiyi işin mübahisələndirilməyən halıdır (Tərəflər arasındakı sığorta müqaviləsinə 4 saylı əlavəyə əsasən Rusiya ərazisinin sığorta ərazisi hesab olunur). İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, sığorta hadisəsinin baş verməsi ilə iddiaçı sığorta ödənişinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin həmin ödənişi icra etməkdən sonuncu imtina etmişdir. İmtinanın əsası olaraq, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2017-ci tarixli məktubunda bildirmişdir ki, xx.xx.2015-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsində avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında sürücü X3 adı yoxdur. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları»nın 17.1.1.2-ci bəndinə əsasən sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən avtomobilin idarə olunmasına sığorta təminatı verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla ödənişi verməkdən imtina etməsi tamamilə əsassızdır. Birincisi, iş materiallarında olan 631482 və 631483 №-li nəqliyyat vasitəsinin şəhadətnamələinə əsasən iddiaçı mübahisəli nəqliyyat vasitələrinin mülkiyyətçisidir və o, cavabdehlə öz aralarında sığorta müqaviləsi (və əlavələrə) bapğlamaqla «kasko sığorta» növündə sığortalanmışdır. Belə olan halda, xx.xx.2016-cı il tarixdə mülkiyyətində olan nəqliyyat vasitələrinin X7 vilayətində aşması və maddi ziyana məruz qalması ilə artıq onun cavabdehdən sığorta ödənişini tələb etmək hüququnu yaratmış olur. Belə ki, Mülki Məcəllənin qeyd olunan 883.1 və 888.1-888.2-ci maddələrinin qeyd olunan normalarının mənasından göründüyü kimi, əmlak sığortası müqaviləsinin mahiyyəti onu etiva edir ki, sığortalıya məxsus əmlakın məruz qala biləcəyi risklər zamanı, o cümlədən, sığorta hadisəsi baş verdikdə, sığorta haqqı ödənilməsi müqabilində, sığortaçının sığortalıya dəyən zərərin əvəzinin ödənilməsi vəzifəsini üzərinə götürən bir öhdəliyidir. Başqa sözlə, sığorta müqaviləsi sığortalının mənafeyi üçün bağlanılır. Sığorta müqaviləsinin mənası və əhəmiyyəti də bundan ibarətdir. Məhz qanunun qeyd olunan mahiyyətindən irəli gəlir ki, həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Cavabdeh sığortaçı olaraq sığorta şəhadənaməsini qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq sığortalıya təqdim etdiyi andan sığorta riskləri ilə bağlı sonuncunun məruz qaldığı itkini ödəmək öhdəliyini daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarından gründüyü kimi, iddiaçı (sığortalı) C.Nuriyev sığorta müqaviləsi üzrə qarşılıqlı öhdəliyini, yəni sığorta haqqını ödədiyi halda, digər tərəf cavabdeh «xxxx» ASC (sığortaçı) sığorta hadisəsinin baş verməsinə baxmayaraq, sığorta ödənişini ona ödənilməsi ilə bağlı üzərinə düşən müqavilə öhdəliyini yerinə yetirməmişdir. Halbuki, Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin həyata keçirmədiyinə baxmayraq, öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öhdəliyini tam icra etməlidir. İkin bir tərəfdən iş materialları ilə müəyyən olunan hallardan göründüyü kimi, sığorta müqaviləsi xx.xx.2015-ci il tarixdə ilkin olaraq «xxxx» ASC ilə başqa şəxs (sığortalı X5) arasında bağlanmış, daha sonra isə tərəflər arasında imzalanmış sığorta müqaviləsinə 1-4 saylı Əlavələr edilmiş və xx.xx.2016-cı il tarixdən iddiaçı “sığortalı” (2 saylı əlavə) hesab olunmuşdur. İddiaçı, AC seriyalı 517048 nömrəli sürücülük vəsiqəsinə əsasən avtomobili idarə etmək üçün yalnız «B» kateqoriyasına malik olduğundan yük avtomobilini və yarımqoşquları idarə etmək hüququ mövcud olmamış, bu səbəbdən də onun nəqliyyat vasitələri qanuni əsaslarla, yəni, etibarnamə əsasında X3 idarəçiliyinə verilmişdir. Lakin iş materiallarından görünür ki, sığorta müqaviləsinin 2 saylı əlavə imzalanarkən cavabdeh «xxxx» ASC tərəfindən iddiaçı sığorta müqaviləsinin şərtləri və sığorta qaydaları ilə tanış edilməmiş, ona sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməli olması, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsasları izah edilməmiş, bu barədə ona yaddaş vərəqi də verməmişdir. Hər bir halda, cavabdeh sığortaçının sığortalının (iddiaçının) sığorta qaydaları ilə tanış etməsini təsdiq edən sübutetmə vasitələri nə iş materiallarında mövcud deyil, nə də ki, işin hazırkı mərhələsində onun tərəfindən cavabdeh tərəfindən məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Halbuki, Mülki Məcəllənin 913-cü maddəsinin imperativ tələbinə görə sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, cavabdeh tərəfindən riayət edilməmiş, belə olan halda da iddiaçının qanunla müəyyən edilən həmin hüquqları məhdudlaşdırmışdır. Məhz, Azərbaycan Respublikası Maliyyə Nazirliyin xx xxxxxxxx 2014-cü il tarixli Q-20 №-li əmri ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları»n 9.4.3-cü bəndində də qanunla nəzərdə tutulan vəzifələri yerinə yetirmək sığortaçının borcu kimi nəzərdə tutulmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən sığorta qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini bildiyi və ya bilməli olduğu haldabu öhdəliyini yerinə yetirməmiş, qanunun tələblərini pozmuşdur. Belə olan halda isə sığorta ödənişi həddində sığortalıya vurulan ziyanın əvəzini ödəməyə borcludur. Çünki, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş üzrə təyin edilmiş ekspertiza üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 4037, saylı xx xxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya ona məxsus avtonəqliyyat vasitələrinin aşması nəticəsində cəmi 36.765,00 manat məbləğində ziyan vurlduğu müəyyən olunmuşdur. Belə olan halda, həmin ziyan məbləği, sığorta müqaviləsi ilə nəzərədə tutulan dəymiş rərədən 1000 manat, bundan əlavə ölkə ərazisindən kənarda z belə zərər halında 500 manat, cəmi, 1500 manat məbləğində şərtsiz azadolmalar çıxılmaqla, cavabdeh tərəfindən iddiaçının xeyrinə 35.265,00 manat məbləğində pul vəsaitin tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi tərəfindən 35.265,00 manat məbləğində sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulmasnın qət edilməsini düzgün nəticə kimi qiymətləndirir və bununla bağlı cavabdehin apellyasiya şikayətinin məhkəmənin həmin hissədə maddi hüquq normalarının pozulması ilə qərar qəbul olunduğu mübahisəndirən dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası məhkəmənin iddianın pensiya hissəsində gəldiyi nəticə ilə də razılaşır. Belə ki, Mülki Məcəllənin 934.1-ci və 934.2-ci maddələrinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Birinci instansiya məhkəməsnin qətnaməsindən görünür ki, işə baxan məhkəmə tərəfindən iddiaçının ödənişin verilməsini gecikdirdiyinə görə hər gecikdirilmiş gün üçün 36,76 manat hesablamaqla (xx.xx.2017-ci il tarixindən etibarən) ümumlikdə, 34.554,40 manat dəbbə pulu tələbi Mülki Məcəllənin 467-ci maddəsi tətbiq olunmaqla, qismən təmin olunmuş. cəmi, 3526,50 manat manat pensiya məbləğinin cavabdehdən onun xeyrinə tutulması qət olunmuşdur. Ona görə də faktiki olaraq bu günədək sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəliyinin yerinə yetirməyən cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassız hesab edilməlidir. Beləliklə də, müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunması və dəymiş ziyana görə 35.265,00 manat məbləğində sığorta ödənişinin və ödənişin gecikdirilməsinə görə 3526,50 manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulmasının qət olunması mahiyyəti üzrə düzgün nəticədir. MPM-in 385.2-ci maddəsinin tələbində də nəzərdə tutulur ki, məhkəmənin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-1029/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-1029/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-128/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-128/2020
13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver