Məhkəmə qərarları › İş №2-2(103)-1295/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1295/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1295/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: şifahi alqı-satqı müqaviləsi, elektron qaimə, müqavilə əvəzləşdirilməsi, compensatio) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-6539/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli, MT2506 10155167 nömrəli, 52299,96 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

2. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş 05 may 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 52299,96 manat məbləğində mallar (23 ədəd noutbuk və 20 ədəd printer) təhvil verilmişdir.

3. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli, MT2506 10154427 nömrəli, 12404,01 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

4. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş 05 may 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 12404,01 manat məbləğində mallar (6 ədəd noutbuk və laptop) təhvil verilmişdir.

5. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sifariş sənədinə əsasən 10511,87 manat dəyərində, xx.xx.2025-ci il tarixli sifariş sənədinə əsasən 44322 manat dəyərində mal "xxxx" QSC-yə sifariş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 64 703,97 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 269,60 manat, hüquqi xidmətin göstərilməsi üçün 2500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 293 manat məbləğin, cəmi 67766,57 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2025-ci il tarixində, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İcraçı) Cavabdeh Məhdud əsuliyyətli Cəmiyyətindən (bundan sonra Sifarişçi) PW50/SK-0118C nömrəli və 90019/TOVH/MT-1098İ nömrəli 2 ədəd satınalma sifarişi mışdır. Sifarişlərə uyğun olaraq "xxxx" QSC tərəfindən Cavabdeh MMC-nə ümumilikdə 64 03,97 manatlıq mal təhvil verilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etmədiyindən iddiaçı qarşısında 64.703,97 manatlıq borc öhdəliyi aranmışdır. İddiaçının cavabdehdən aldığı sifariş üzrə malların qarşı tərəfə faktiki olaraq təhvil verilməsi 2 (iki) ədəd təhvil-təslim aktı ə 2 ədəd elektron qaimə ilə sübut olunur. Belə ki, təqdim olunmuş xx.xx.2025-ci il tarixli, İSÖ №**********0 saylı və xx.xx.2025-ci il tarixli İSÖ №**********1 saylı malların təhvil qəbul aktları iddiaçı tərəfindən cavabdehə sifariş predmetinə uyğun olaraq malların təhvil verildiyini, cavabdeh tərəfindən isə həmin malların qüsursuz əziyyətdə və sifariş şərtlərinə uyğun olaraq qəbul edildiyini təsdiq edir. Həmin aktlar hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla, alların təhvil verilməsi faktının qarşılıqlı razılıqla həyata keçirildiyini göstərir. Bununla yanaşı, "xxxx" QSC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli, MT2506 seriyalı, 10155167 nömrəli və xx.xx.2025-ci tarixli, MT2506 seriyalı, 10154427 nömrəli elektron qaimələr malların növü, miqdarı və ümumi dəyəri barədə məlumatları ehtiva edir. Qaimələrin təqdim unması malların satılması və təhvil verilməsi üzrə iddiaçı tərəfindən öhdəliyin icrasını təsdiq edən əlavə sənədlərdir. Bu səbəbdən cavabdeh aranmış öhdəliyi icra etməli, yəni təqdim olunmuş malların dəyərini iddiaçıya ödəməlidir. Həmçinin xx.xx.2025-ci il tarixli №24/25 saylı maliyyə rayışınında məzmunundan aydın olur ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar əmiyyətinə olan borcu 64 703,97 manat təşkil etmişdir. İddiaçı "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-ə pretenziya məktubu göndərilmişdir. akin heç bir nəticəsi olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin dənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz dəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən iddianın gecikdirilməsi üzrə borc məbləği 1 ay əsasında ((64 703.97 *5%)/12)*1= 269.60 manat təşkil edir.

8. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi tamamilə əsassızdır. Öncəliklə qeyd edirlər ki, iddiaçı “Azimuth Solutions MMC-nir qanuni təmsilçisi qismində çıxış edən X2 eyni zamanda "xxxx" QSC-nin (VÖEN **********) qanuni təmsilçisidir və hər iki şirkətlə Cəmiyyət arasında əməkdaşlıq mövcud olmuşdur. Belə ki, 05 yanvar 2022-ci il tarixində Cavabdeh MMC ilə "xxxx" QSC arasında İNT001/01022022 nömrəli qeyri-qida mallarının təchizatı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə İnteqral tərəfindən Cəmiyyətə 39.679, 65 manat dəyərində məhsul təchiz olunmuş, lakin məhsullarda olan qüsur səbəbindən məhsullar qaytarma aktı əsasında İnteqrala geri qaytarılmışdır. Məhsulların akt əsasında tam formada geri qaytarılmasına baxmayaraq, Cəmiyyət tərəfindən həmin məhsullara görə İnteqrala ödənilmiş məbləğ Cəmiyyətə geri ödənilməmişdir. Nəticədə, "xxxx" QSC-nin Müqavilə üzrə Cəmiyyətə 39.679,65 manat məbləğində borc öhdəliyi yaranmışdır. Cəmiyyət bu borcun ödənilməsi üçün İnteqrala dəfələrlə müraciət etsə də, İnteqral öhdəliyini icra etməyərək Cəmiyyətə olan borcunu ödəməkdən imtina etmişdir. Daha sonra Cəmiyyət borc məbləğinin əvəzləşdirilməsi məqsədilə İnteqrala yeni məhsul sifarişi vermişdir. Bu sifarişlər isə İnteqrala aidiyyəti olan şirkət - Azimuth tərəfindən təchiz olunub. Qeyd etdikləri kimi, sifariş İnteqralın Cəmiyyətə olan borcunun əvəzləşdirilməsi məqsədilə verildiyindən həmin sifariş üçün Cəmiyyət tərəfindən hər hansı ödəniş edilməsi nəzərdə tutulmayıb. Azimuth İnteqralın Cəmiyyətə borclu olduğundan xəbərdar olduğu halda əvəzləşməni qəbul etməyərək sifarişin dəyərinin ödənilməsi üçün Cəmiyyətə pretenziya ünvanlamışdır. Pretenziyaya cavab olaraq, əvəzləşmə edilmədiyi halda Cəmiyyətin ləngitmə hüququndan istifadə edəcəyi və Azimutha müvafiq sifarişin dəyərinin yalnız İnteqralın Cəmiyyətə olan borcunun ödənilməsindən sonra icra olunacağı bildirilmişdir. Azimuth bununla da razılaşmayıb əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bildirirlər ki, Cavabdeh hazırda 500-dən çox təchizatçı və podratçı ilə müqavilə əsasında əməkdaşlıq etməkdədir. Cavabdeh bağladığı bütün müqavilələr, habelə verdiyi bütün sifariş tapşırıqları üzrə ödəniş və digər öhdəliklərim bu günədək heç bir gecikmə olmadan icra etmişdir və indiyədək heç bir təchizatçı tərəfindən “Bravo ödənişimi etmir” əsası ilə iddia irəli sürülməyib. Nəticədə, Cəmiyyət öz tələblərinin təmini məqsədilə İnteqralın ona olan borcuna münasibətdə əvəzləşdırmə huququndan, bu mümkün olmadıqda isə öhdəliyin icrasının ləngidilməsi hüququndan istifadə etmişdir. Qeyd etdikləri kimi, əvəzləşdirilmə məqsədilə verilən sifariş Cəmiyyət tərəfindən İnteqrala göndərilmiş, lakin sifariş aidiyyəti olan şəxs Azimulh tərəfindən icra edilmişdir. Beləliklə, Azimuth Cəmiyyətin Azimuthla aidiyyəti olan şəxslə bağladığı Müqavilə üzrə hüquqlarının təmini üçün etdiyi müraciətə məhəl qoymadan əsassız şəkildə məhkəməyə müraciət etmişdir. Bir daha diqqətlərinə çatdırırlar ki, Cəmiyyətin məqsədi öz öhdəliklərinin icrasından yayınmaq deyil, yalnız İddiaçıya aidiyyəti olan şəxslə bağlanmış Müqavilə üzrə pozulmuş hüquqlarının bərpası olmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6539/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC-dən 64703,97 manat əsas borc, 269,60 manat faiz borcu, 2500 manat hüquqi yardıma görə xərc, 286 manat dövlət rüsumu, ümumilikdə 67759,57 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, tərəflər arasında 2025-ci ilin may ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin xx.xx.2025-ci il tarixli sifarişləri əsasında iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixdə ümumilikdə 52299,96 manat, xx.xx.2025-ci il tarixdə 12404,01 manat məbləğində mallar təhvil verilmiş, cavabdeh tərəfindən mallar qəbul edilmiş, lakin dəyəri ödənilməmişdir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Məhkəmə cavabdehin göstərilən malların "xxxx" QSCnin ona olan borcunun əvəzi qismində borcun əvəzləşdirilməsi məqsədilə verilmiş olması, bu səbəbdən dəyərini ödəməli olmaması barədə dəlilini əsassız hesab edib. Belə ki, Kommersiya Qurumlarının dövlət reyestr məlumatlarından görünüb ki, "xxxx" QSC və iddiaçı QSC ayrı-ayrı hüquqi şəxslər olmaqla müstəqil balansa, habelə əmlaka malikdir, biri digərinin öhdəliklərinə görə məsuliyyət daşımır. Hazırkı halda, iddiaçının özünün bildirdiyi kimi iddiaçı hüquqi şəxsin deyil, digər hüquqi şəxsin cavabdeh qarşısında icra edilməli 39679,65 manat pul öhdəliyi mövcuddur, bu səbəbdən iddiaçının hazırkı tələbi ilə cavabdehin digər borcluya qarşı olan həmin tələbinin əvəzləşdirilməli olması barədə cavabdehin dəlili əsassızdır. Bundan əlavə, cavabdehin “39679,65 manat borcun əvəzinə ona 64703,97 manat dəyərində malların verilmiş olması barədə” arqumenti ağlabatan deyildir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazında göstərilənlər nəzərə alındıqda hansı səbəbdən ona 25024,32 manat artıq məbləğdə malın verilməsinin səbəbini izah edə bilməmişdir. Cavabdeh ona iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onlara düzəlişə göndərməmiş, ləğv edilməsini iddiaçıdan tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddiaçı 64703,97 manat borcun ödənilməsini tələb etməklə haqlıdır, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianı ikinci hissədə də əsaslı hesab edib. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (64703,97 manat) üzrə ona vurulmuş zərər qismində bir aylıq dövr üzrə 269,60 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlib ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edib ki, iddia təmin edilməli, cavabdehdən 64703,97 manat əsas borc, 269,60 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində hüquqi xidmətin göstərilməsi ilə bağlı 2500 manat xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 206OPXO252180669 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən “Sirius” Vəkil Bürosunun hesabına 2500 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 286 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4, 540.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2-ci maddələrinə , Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etmişdir.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki: - iddiaçı və cavabdeh arasında hər hansı müqavilə olmamış, cavabdeh iddiaçıya aidiyyəti olan hüquqi şəxs – "xxxx" QSC ilə müqavilə münasibətlərində olmuşdur. İddiaçı cavabdehlə heç bir əlaqəsi olmadığını bildirsə də, müvafiq reyestr məlumatlarından hər iki hüquqi şəxsin qanuni təmsilçinin X2 olduğu və nəticədə sözügedən hüquqi şəxslərin birbiri ilə aidiyyəti olduğu məlum olur. Beləliklə, məhkəmə iddiaçı və cavabdeh arasındakı, habelə İddiaçı ilə"xxxx" QSC arasındakı münasibətləri ümumiyyətlə qiymətləndirməmiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarına əlavə edilən sənədləri kifayət qədər tədqiq etməmiş və nəticədə cavabdehin hansı səbəbdən iddiaçıdan mal sifariş etdiyini müəyyənləşdirə bilməmişdir. Belə ki, iddiaçıya verilmiş sifariş iddiaçıya aidiyyəti olan şirkət "xxxx" QSC-nin Cəmiyyətə olan borcunun əvəzləşdirilməsi məqsədilə verilmişdir və bu səbəbdən tərəflər arasında həmin sifarişlər üçün Cəmiyyət tərəfindən hər hansı ödəniş edilməsi razılaşdırılmayıb. Lakin daha sonra iddiaçı "xxxx" QSC ilə aidiyyətini inkar edərək cəmiyyətə borclu olduğundan xəbərdar olduğu halda əvəzləşmədən imtina edərək sifarişin dəyərinin ödənilməsi üçün cəmiyyətə pretenziya ünvanlamışdır. Pretenziyaya cavab olaraq, əvəzləşmə edilmədiyi halda Cəmiyyətin ləngitmə hüququndan istifadə edəcəyi və Azimutha müvafiq sifarişin dəyərinin yalnız İnteqralın Cəmiyyətə olan borcunun ödənilməsindən sonra icra olunacağı bildirilmişdir. Göründüyü kimi, iddiaçı faktiki halın ona məlum olmasına baxmayaraq, vicdanlılıq mövqeyindən çıxış etməyib. İnteqral QSC ilə aidiyyətini inkar edərək əvəzləşmədən imtina etmişdir. Məhkəmə isə faktiki vəziyyəti kifayət qədər araşdırmadığından iddiaçı ilə İnteqralın birbirinə olan aidiyyətinə münasibətdə yanlış nəticəyə gəlmişdir. Qeyd etdiyi kimi, sifariş İnteqralın Cəmiyyətə olan borcunun əvəzləşdirilməsi məqsədilə verildiyindən həmin sifariş üçün Cəmiyyət tərəfindən hər hansı ödəniş edilməsi nəzərdə tutulmayıb. Azimuth İnteqralın Cəmiyyətə borclu olduğundan xəbərdar olduğu halda əvəzləşməni qəbul etməyərək sifarişin dəyərinin ödənilməsi üçün Cəmiyyətə pretenziya ünvanlamışdır. Pretenziyaya cavab olaraq, əvəzləşmə edilmədiyi halda Cəmiyyətin ləngitmə hüququndan istifadə edəcəyi və Azimutha müvafiq sifarişin dəyərinin yalnız İnteqralın Cəmiyyətə olan borcunun ödənilməsindən sonra icra olunacağı bildirilmişdir. Məhkəmə Cavabdehin ləngitmə hüququnu nəzərə almamış və icranı əsassız olaraq gecikdirdiyi qənaətinə gəlmişdir. Lakin iş materiallarını nəzərdən keçirdikdə cavabdeh tərəfindən iddiaçıya aidiyyəti şirkət olan inteqralın cavabdehə olan borcunun ödənilməsinə dək ləngitmə hüququndan istifadə ediləcəyi barədə məlumat verildiyi aşkardır. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutları düzgün qiymətləndirməmiş, iddiaçının faktiki vəziyyəti təkzib etmək üçün təqdim etdiyi sübutlarla kifayətlənmiş və qeyri-obyektiv nəticəyə gəlmişdir. Cavabdeh öz etirazında və nümayəndələrinin izahatında irəli sürülən faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Lakin işə baxan məhkəmə həmin sübutları kifayət qədər araşdırmamış və məsələyə düzgün hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.

18. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələbləri və apellyasiya şikayəti üzrə təqdim edilmiş dəlilləri nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam təmin olunduğundan və cavabdehin apellyasiya şikayətində dəlilləri qətnamənin əsas borcun tutulması hissəsində mübahisələndirilməsinə yönəldilsə də, faiz borcun tutulmasına dair iddia tələbi əsas borcun tutulması tələbinin əsaslılığından asılı olan əlavə tələb olduğundan, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC Cavabdeh MMC ilə aralarında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yarandığını, həmin müqavilə üzrə cəmi ƏDV daxil 64703,97 manat məbləğində malları “cavabdehə təqdim etdiyini, lakin həmin malların dəyərinin ödənilmədiyini əsas göstərərək borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə tərəflər arasında yazılı formada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin olmamasını, sifarişin iddiaçıya aidiyyəti olan "xxxx" QSC-nin cavabdeh qarşısında mövcud borcunun əvəzləşdirilməsi məqsədilə verilməsini, bu səbəbdən ödəniş öhdəliyinin yaranmamasını əsas gətirərək, iddiaya etiraz edir.

26. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

27. Kollegiya əvvəlcə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ƏDV daxil olmaqla 64.703,97 manat məbləğində malların təqdim edilməsi faktını sübuta yetirmək məqsədilə cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün geri qaytarılmamış elektron qaimələrlə yanaşı, malların təhvil verilməsinə dair təhvil-qəbul aktlarını da məhkəməyə təqdim etmişdir, bundan əlavə iddiaçı tərəfindən malların təqdim edilməsi faktı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmin mallara görə ödəniş edilməsi isə cavabdeh tərəfindən sübuta yetirilmir.

28. Cavabdeh apellyasiya şikayətində mübahisəli borcun "xxxx" QSC-nin cavabdeh qarşısında mövcud öhdəlikləri ilə əvəzləşdirilməsi, eləcə də ümumiyyətlə mübahisəli malların məhz həmin borcun əvəzləşdirmək məqsədilə bağlanması barədə arqument irəli sürmüş və bu arqumenti əsaslılığını sübuta yetirmək üçün Cavabdeh MMC ilə "xxxx" QSC arasında bağlanmış qeyri-qida mallarının təchizatına dair müqaviləni, habelə həmin kommersiya münasibətlərini təsdiq edən əlavə sənədləri məhkəməyə təqdim etmişdir.

29. Məhkəmə tərkibi qeyd edir ki, birincisi, istinad olunan tələblərin qarşılıqlı tələblər olduğu da iş materialları ilə təsdiqlənmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əvəzləşdirmənin əsas şərtlərindən biri tərəflərin bir-birinə münasibətdə eyni zamanda həm borclu, həm də kreditor olmalarıdır. Cavabdehin əvəzləşdirilməsini iddia etdiyi öhdəliklər isə eyni şəxslər arasında yaranmamışdır. Bundan əlavə iş materiallarında tərəflər və "xxxx" QSC arasında tələbin güzəşti və borcların tam və ya qismən əvəzləşdirilməsinə dair yazılı razılaşmaların (razılaşmanın) mövcud olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir.

30. Yuxarıda göstərilənlər əvəzləşdirmə yolu ilə öhdəliklərin xitam edilməsinə dair dəlilləri əsassız olmasına dəlalət edir.

31. Odur ki, məhkəmə tərkibi hesab edir ki, iddiaçı təqdim edilmiş malların dəyəri olan ƏDV daxil 64.703,97 manat məbləğində pul vəsaitinin tutulmasını cavabdehdən tələb etmək hüququna malikdir.

32. Bununla yanaşı kollegiya cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% ilə hesablamaqla cavabdehdən 269,60 manat məbləğində faizlərin tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6539/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar