Məhkəmə qərarları › İş №2-2(103)-130/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-130/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-130/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X7 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-1092/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5.183,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi təndirxana kimi fəaliyyət göstərir. Həmin təndirxanada hal-hazırda üç təndir var, lakin həmin təndirlərdən yalnız biri istifadə olunur. Həmin təndirxananı icarə müqaviləsi əsasında vətəndaş X3 icarəyə verilmişdir. Hal-hazıradək həmin qeyri-yaşayış sahəsi təndirxana kimi fəaliyyət göstərir. Həmin obyektdə təbii qazdan istifadə edilir, abonent kodu **********00035-dir. Təndirxanada quraşdırılmış PQ-4 tipli qaz sayğacından 2018-ci il aprel ayına kimi istifadə edilmişdir. Həmin vaxt Cavabdeh mütəxəssisləri gəlib qaz sayğacına texniki baxış keçirmişlər. Cavabdeh İB-dən ona bildirilmişdir ki, layihə ilə bağlı olaraq PQ-4 tipli qaz sayğacı dəyişdirilməli və əvəzinə müvəqqəti olaraq başqa qaz sayğacı qoyulmalıdır. Birliyin əməkdaşları müvafiq olaraq akt tərtib etmişlər. Təndirxanaya quraşdırılmış qaz sayğacını müvəqqəti qaz sayğacı ilə əvəzləmişlər. Qaz sayğacı dəyişdirilərkən akta əsasən qaz sayğacı plomblanmışdır. Həmin təndirxanada bir müddət müvəqqəti quraşdırılmış sayğac işlədilmişdir. Sonradan müraciətinə əsasən təndirxanaya xx xxx 2018-ci il tarixdə yeni İtron tipli G-6 markalı sayğac quraşdırılmışdır. Bununla bağlı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Müvəqqəti qaz sayğacı dəyişdirilib təhvil verilərkən sayğacın üzərində olan plomb tam yararlı vəziyyətdə olmuşdur. Təndirxanadan sökülən birinci sayğacda tam saz vəziyyətdə olub və bununla bağlı laboratoriyada yoxlama aparılaraq rəy verilmişdir. xx.xx.2018-ci il tarixdə cavabdehlə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. G-6 markalı sayğacdan bir müddət istifadə etdikdən sonra smart karta pul yükləmək istədikdə smart kartın bloka düşməsinin şahidi olmuşdur. Bununla bağlı Cavabdeh İB-yə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, guya ki, təndirxanaya quraşdırılan müvəqqəti qaz sayğacına müdaxilə olunmuş və buna görə də 5183,40 manat cərimə yazılmışdır. İddiaçı qaz sayğacına ödənişlərini vaxtı-vaxtında edib və heç bir müdaxilə etməyib. Hər ay İB-nin əməkdaşları tərəfindən qazdan istifadəyə nəzarət olunub, iddiaçıya heç bir xəbərdarlıq olunmayıb və cərimə yazılmayıb. Bundan əlavə mübahisəli sayğac müvəqqəti sayğac olmuş, yəni yeni sayğac olmamışdır. Sözügedən qüsurlar sayğac quraşdırılan vaxt da mövcud olub. İstifadəsində olmuş qaz sayğacının yararsız olması ehtimal olunduğu halda da həmin hal mübahisəli borcun əsaslı hesab edilməsi üçün əsas vermir. Ona hesablanmış 5183,40 manat məbləğində borcun silinməsi üçün Cavabdeh İB-yə rəsmi qaydada ərizə ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-1092/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X4 Cavabdeh tərəfindən hesablanmış 5183,40 manat (beş min yüz səksən səksən üç manat qırx qəpik) məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-1092/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus təndirxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Laboratoryada çıxarılmış sayğac yoxlanılan zaman G-4 markalı, mexanika tipli, zavod nömrəsi ******* olan qaz sayğacı istifadəyə yararsız hesab edilmiş, bununla bağlı xx.xx.2018-ci il tarixli 29/1340-01286-104 saylı rəy verilmişdir. Rəyə əsasən sayğacın plastmas qapağın plomblar olan hissədən gövdədən aralı olması, xətaların normaya uyğun olmadığı qeyd edilmişdir. Bu səbəbdən 25920 m3 qaz itkisi nəzərə alınaraq abonentin kos hesabına qeyd edilmişdir. Sahibkar tərəfindən quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır. Bundan əlavə qətnamədə müdaxilə haqqında akt ləğv edilməmişdən öncə hər-hansı ekspertiza keçirilməmiş və iş üzrə hakim mütəxəssis rəyi olmadan davranmışdır. Hakimin şəxsi rəyi və qənaəti ekspert rəyi olmadığına görə mübahisə olunandır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2019-cu il tarixə təxirə salınmışdır. Cavabdehin nümayəndəsi əvvəlki iclasda iştirak etsə də, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-1092/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış xx xxx 2018-ci il tarixli, AKX1/1596 saylı “Qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən X2 istifadəsində olan qeyri-yaşayış sahəsinə 2 ədəd təndir quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Hökməli qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış G4 markalı Elter tipli müvəqqəti sayğac çıxarılmış, yerinə G-6 markalı, İtron tipli qaz sayğacı quraşdırılmışdır. Həmin akt istehlakçının nümayəndəsi qismində Hüseynov Rövşən adlı şəxs tərəfindən imzalanmışdır. Cavabdeh İB-nin İnformasiya Texologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyasının xx.xx.2018-ci il tarixli, 29/1340-01286-104 saylı rəyi ilə müəyyən edilir ki, G4 markalı, mexanika tipli, zavod nömrəsi ******* olan qaz sayğacı istifadəyə yararsız hesab edilmişdir. Rəydə plastmas qapağın plomblar olan hissədən gövdədən aralı olması, plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında cızıq izlərinin olması, xətaların normaya uyğun olmaması qeyd edilmişdir. Abonentin saldosundan görünür ki, 2018-ci avqust ayının sonuna X4 akta əsasən 25920 kub.m qaz sərfiyyatına görə 5183,40 manat məbləğində borc hesablanmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx xxx 2018-ci il tarixdə iddiaçı X4 məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilərək müvəqqəti sayğac yeni G6 markalı qaz sayğacı ilə əvəzlənmişdir. Laboratoriyanın xx.xx.2018-ci il tarixli rəyi ilə müvəqqəti qaz sayğacının plastmas qapağın plomblar olan hissədən gövdədən aralı olması, plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında cızıq izlərinin olması səbəbindən istifadəyə yararsız olması müəyyən edilmişdir. Bundan sonra 2018-ci ilin avqust ayının sonuna X4 naməlum akta əsasən 25.920 kub.m. qaz sərfiyyatına görə 5.183,40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.7-2.8-ci bəndlərinə görə FHN-in və ENin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. İşin araşdırılan hallarına əsasən birinci instansiya məhkəməsi d əymiş maddi zərərin əvəzi olaraq cavabdeh tərəfindən hesablanmış mübahisəli borcun əsaslı olmasını, o cümlədən iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər dəyməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini, eləcə də həmin borcun hesablanmasına əsas olması iddia edilən aktın mövcudluğunun ümumiyyətlə şübhə altında olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektində quraşdırılmış sayğacla bağlı aparılmış yoxlamalar hüquqi nəticə doğurmadığı üçün həmin yoxlama nəticəsində hesablanmış borcların silinməsi barədə iddia əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-1092/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-1092/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar