Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-130/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlunun və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı, Cavabdeh nümayəndəsi İddiaçı iştirakı ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) Cavabdeh apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında artıq hesablanmış 100.000m3 qaz sərfi, yəni 20.000 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus müəssisədən təbii qazdan istifadəyə görə yaranmış 36.319,40 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh İstehsalat Birliyi tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akta əsasən hesablanmış 17.071,8 manat məbləğində borcun silinməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 24.651,2 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsini, ilkin iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən iş üzrə xitam verilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri 3-cü şəxslərin hüquqlarına toxunmadığından Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, tərəflər arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264-cü, 391-ci, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Mübahisənin barışıq sazişi ilə tamamlanması əsası ilə iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Tərəflər arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilsin. Tərəflərin arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: İddiaçı iş üzrə iddia tələbindən imtina edir, təbii qazdan istifadəyə görə yaranmış 36319,40 manat borcu qəbul edir və həmin məbləğin 10.000 manat hissəsini saziş imzalananadək, saziş imzalandıqdan bir həftə sonra 10.000 manat hissəsini ödəyir, borcun qalan 16319,40 manat hissəsini isə 3 ay müddətində xx.xx.2021-ci il tarixdə 5439,80 manat, xx.xx.2021-ci il tarixdə 5439,80 manat, xx.xx.2021-ci il tarixdə 5439,80 manat olmaqla Cavabdeh İB-nin hesabına hissə-hissə ödəməyi öhdəsinə götürür. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-130/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-130/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver