Məhkəmə qərarları › İş №2-2(103)-1306/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1306/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1306/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3332/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh "X3" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X3" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 16072,49 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli e-2-2(113)-3332/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "X3" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi hallar ondan ibarətdir ki, cavabdeh ilə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdehə müxtəlif adlarda mallar satılmış, lakin bu günə qədər qalmış ƏDV daxil 16072,49 manat ödənilməmişdir. İddiaçı tərəfindən elektron qaimələr cavabdehə göndərilmiş və tam olaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən 04.05.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlığa baxmayaraq, hazıra qədər həmin məbləğdə pul ödənilməmişdir. Ödənilməli olan məbləğlə əlaqədar elektron qaimələr əlavələri ilə birlikdə cavabdehə göndərilmiş və qarşı tərəfdən tam olaraq təsdiq edilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı cavabdehlə arasında hər-hansı müqavilə üzrə öhdəlikləri əks etdirən heç bir sübutu iddia ərizəsində qeyd etməmiş və yaxud təqdim etməmişdir. İddiaçı və cavabdeh arasında müqavilə və digər sənədlər mövcud deyil. Həmçinin, iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsinə dair təsdiqedici sənədlər (protokol razılaşma, AKT və s.) təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki iddiaçı istinad etdiyi müqavilənin surətini təqdim etməyib, cavabdeh isə ümumiyyətlə müqavilənin bağlanılmadığına istinad edir. Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Eyni zamanda iş materiallarında olan hesabdan çıxarışlar və memorial orderlərin surətlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 02.05.2018-ci il tarixli 006/05/2018 saylı alqı-satqı müqaviləsinə əsasən xırdavat, santexnika və elektrik materiallarının alışı üzrə 23.08.2019-cu il tarixdə 10.000 manat, 29.10.2019-cu il tarixdə 8.000 manat, 06.11.2019-cu il tarixdə 4.000 manat, 03.12.2019-cu il tarixdə 5.000 manat, 10.12.2019-cu il tarixdə 10.000 manat, 14.04.2020-ci il tarixdə 18.000 manat, 06.05.2020ci il tarixdə 5.000 manat, 22.05.2020-ci il tarixdə 6.000 manat, 13.10.2020-ci il tarixdə 4.000 manat, 11.11.2020-ci il tarixdə 1.000 manat məbləğlərində ödənişlər edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 14.12.2018-ci il tarixli seriya EAAO 400403 saylı (15375,40 manat), 23.08.2019-cu il tarixli seriya EAAY 879274 saylı (2381,83 manat), 23.08.2019-cu il tarixli seriya EAAY 878742 saylı (9418,17 manat), 29.10.2019-cu il tarixli seriya EBAB 800281 saylı (6242.20 manat), 29.10.2019-cu il tarixli seriya EBAB 799365 saylı (3197.80 manat), 06.11.2019-cu il tarixli seriya EBAC 149990 saylı (708 manat), 06.11.2019-cu il tarixli seriya EBAC 148921 saylı (4012 manat), 03.12.2019-cu il tarixli seriya EBAD 347517 saylı (1124,78 manat), 03.12.2019-cu il tarixli seriya EBAD 347497 saylı (2325,78 manat), 03.12.2019-cu il tarixli seriya EBAD 347393 saylı (2449,44 manat), 11.12.2019-cu il tarixli seriya EBAD 707309 saylı (11151 manat), 11.12.2019-cu il tarixli seriya EBAD 700576 saylı (389,4 manat), 11.12.2019-cu il tarixli seriya EBAD 700704 saylı (141,6 manat), 11.12.2019-cu il tarixli seriya EBAD 701106 saylı (118 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 701695 (389,4 manat), 03.02.2020ci il tarixli seriya EBAD 701900 (236 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 701963 (236 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 701480 (389,4 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 701227 (141,6 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 701248 (118 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 700928 (94,4 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 700951 (141,6 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 701194 (70,8 manat), 03.02.2020-ci il tarixli seriya EBAD 700778 (59 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 802569 (59 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 802776 (82,6 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 802932 (295 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 803094 (94,4 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 803420 (94,4 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 805706 (4918,24 manat), 03.02.2020-ci il tarixli seriya EBAF 810459 (295 manat), 04.02.2020-ci il tarixli seriya EBAF 871630 (15072,36 manat), 04.02.2020-ci il tarixli seriya EBAF 857035 (821,52 manat), 04.02.2020-ci il tarixli seriya EBAF 871353 (2259,82 manat), 05.02.2020-ci il tarixli seriya EBAF 949153 (94,4 manat), 10.02.2020-ci il tarixli seriya EBAG 174826 (47,2 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 804659 (1275,58 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 804739 (389,4 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 770357 (1149,32 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 806305 (1153,75 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 806445 (59 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 805500 (94,4 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 806596 (188,8 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 808106 (295 manat), 25.02.2020-ci il tarixli seriya EBAG 807829 (1722,8 manat), 03.03.2020-ci il tarixli seriya EBAH 136222 (94,4 manat), 03.03.2020-ci il tarixli seriya EBAH 136542 (35,4 manat), 15.03.2020-ci il tarixli seriya EBAH 707852 (47,2 manat), 15.03.2020-ci il tarixli seriya EBAH 707842 (94,4 manat), 15.03.2020-ci il tarixli seriya EBAH 707970 (494,42 manat), 15.03.2020-ci il tarixli seriya EBAH 707968 (1087,37 manat), 07.05.2020-ci il tarixli seriya EBAJ 633827 (3711,10 manat), 03.08.2020-ci il tarixli seriya EBAN 155813 (779,86 manat), 26.08.2020-ci il tarixli seriya EBAP 127357 (2206,6 manat), 26.08.2020-ci il tarixli seriya EBAP 127343 (4755,4 manat), 03.09.2020-ci il tarixli seriya EBAP 509742 (1784,75 manat), 11.09.2020-ci il tarixli seriya EBAP 848326 (127,44 manat), 25.09.2020-ci il tarixli seriya EBAQ 382368 (2515,17 manat), 01.10.2020-ci il tarixli seriya EBAQ 510479 (424,8 manat), 01.10.2020-ci il tarixli seriya EBAQ 510473 (1616,6 manat), 06.10.2020-ci il tarixli seriya EBAQ 880271 (106,2 manat), 28.10.2020-ci il tarixli seriya EBAR 860549 (1253,4 manat), 28.10.2020-ci il tarixli seriya EBAR 860991 (1762,33 manat), 28.10.2020-ci il tarixli seriya EBAR 861433 (1708,64 manat), 12.11.2020-ci il tarixli seriya EBAS 476007 (1147,55 manat), 12.11.2020-ci il tarixli seriya EBAS 476155 saylı (801,22 manat), 06.11.2019-ci il tarixli seriya EBAC 148921 saylı (4012 manat) elektron qaimələr göndərilmişdir. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərilən sübutlarla təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 72.000 manat məbləğində ödənişlər edilmişdir. Bundan başqa, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasaydı və mallar cavabdehə təhvil verilməsəydi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da cavabdeh tərəfindən bununla bağlı etiraz göndərilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "X3" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3332/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar