Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1310/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı nümayəndəsi vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3087/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısına dair “müqavilə”yə əsasən satıcı özünə məxsus olan nəqliyyat vasitəsini satır: markası Lexus RX300 minik; dövlət qeydiyyat nişanı: **- AS-***; Buraxılış ili: 2018; Mühərrik ili: W86452; Ban nömrəsi: JTJBAMCA302055240; xx.xx.2022-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD292482 nömrəli qeydiyyat şəhadətnaməsi. Nəqliyyat vasitəsi 51000 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi Qanuni nümayəndə2dur. Çıxarışın verildiyi tarix: xx.xx.2024-cü il.
3. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2279/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC ilə Qanuni nümayəndə1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmrin ləğv edilməsi, Qanuni nümayəndə1 İddiaçı MMC-də direktor vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1134/2024 nömrəli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005) 2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2052/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1134/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-yə 10 gün müddətində Nərimanov Rayon Məhkəməsinin 2(005)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin könüllü olaraq icrasının təmin edilməsinin təklif edilməsi, əks təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbsin qoyulması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-868/2025 nömrəli qərarı ilə Qanuni nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, Qanuni nümayəndə2 barəsində 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
8. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002) 240/2023 nömrəli hökmü ilə Qanuni nümayəndə1 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin xaric edilməsi və bu maddə ilə cinayət təqibinə xitam verilməsi, Qanuni nümayəndə1 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 320.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində, CM-nin 322.1-ci maddəsi ilə 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılmaqla, Qanuni nümayəndə1 4200 (dörd min iki yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Qanuni nümayəndə1 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 578/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Qanuni nümayəndə1 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(002)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024 cü il tarixli, 1(102)-2538/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)- 578/2024 nömrəli qərarının məhkum Qanuni nümayəndə1 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 5 iş günü ərzində avtomobilin mülkiyyətə verilməsi ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, hüquqi şəxsin adına verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, yeni qeydiyyat şəhadətnaməsinin İddiaçı MMC-nin adına verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində İddiaçı MMC ilə Cavabdeh MMC arasında "Lexus RX 300" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Lexux RX 300” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin sentyabr ayında İddiaçı MMC-nin adına dövlət qeydiyyyatından keçirilmişdir. Həmin vaxt İddiaçı MMC-nin 100% təsis payı Qanuni nümayəndə1 məxsus olmuşdur. MMC-nin təsisçisi olan Qanuni nümayəndə1lə arvadı L.Musayevanın vəsaiti hesabına MMC-nin adına alınmış avtomobil alındığı gündən 2023-cü ilin yanvar ayınadək L.Musayevanın faktiki sahibliyində və istifadəsində olmuşdur. MMC-nin adından etibarnamə əsasında L.Musayeva tərəfindən idarə olunan avtomobil heç vaxt İddiaçı MMC-nin sahibliyində və istifadəsində olmamışdır. Bu faktı iddia ərizəsində iddiaçı özü də təsdiq edir. Yalnız 2023cü ilin yanvar ayında Qanuni nümayəndə2 Qanuni nümayəndə1 barəsində Qaradağ Rayon Polis İdarəsinədirektor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli (№ 2(103)- 1134/2023) qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx.xx.2024-cü il tarixli (№ 2(102)-2052/2024) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, qətnamə üzrə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilməsinə dair təsisçi Qanuni nümayəndə2 əmri qanunsuz olduğundan ləğv edilmiş, Qanuni nümayəndə1 direktor vəsifəsinə bərpa olunmasının hüquqi nəticəsi də odur ki, Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixli “avtomobilin alqısatqı” müqaviləsini bağlayarkən, İddiaçı MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış (Qeydiyyat № **********) Nizamnaməsinin 5-ci bəndində Cəmiyyətin icra orqanının səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər sırasında: 5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:-...öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir... Bir daha qeyd edilir ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqaviləni bağlayarkən Qanuni nümayəndə1 həm İddiaçı MMC-nin direktoru, həm də Cavabdeh MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. Mülki Məcəllənin 91-2.1-ci maddəsinin tələbinə əsasən və hər iki MMC-nin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada, məhdud məsuliyyətli cəmiyyətin adından müqavilələr bağlamaq səlahiyyəti Qanuni nümayəndə1 məxsus olmuşdur və belə müqavilənin bağlanmasına həmin vaxt İddiaçı MMC-nin təsisçisinin yazılı razılığının alınmasına zərurət olmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3087/2025nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında “Lexus RX 300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab olunması qət edilmişdir.
15. Cavabdehnə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3087/2025 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi cinayət işində məhz Qanuni nümayəndə2 İddiaçı MMC-nin təsisçisi/direktoru kimi şikayət vermişdir və İddiaçı MMC həmin işdə zərərəçəkən kimi tanınmış, Qanuni nümayəndə2 isə MMC-ni bütün cinayət təqibi icraatında təmsil etmişdir. Hazırki iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqavilənin mövcudluğu və İddiaçı MMC-nin “hüquqlarını pozduğu”na dair 2023- cü ilin yanvar ayında polis orqanına şikayət edilmiş, məhkəməyə isə 2 il 2 aydan sonra müraciət edilmişdir. Alqı-satqı müqaviləsinin mövcudluğunu və “hüququnun pozulduğunu” bilən İddiaçı MMC “hüququnun pozulduğunu” bildiyindən 2 il 2 ay keçməsindən sonra məhkəməyə iddia qaldırılmasına görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin də keçdiyi nəzərə alınmalıdır. Kəsici müddətin tətbiq olunması tərəflərin bunu bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən həyata keçirilməlidir. Əqdin edilən sənədlərdən müəyyən olunur ki, Qanuni nümayəndə1 "xxxx" MMC-ni 2018-ci ildə təkbaşına təsisçiliyi ilə dövlət qeydiyyatından keçirmiş və direktoru olaraq müəssisənin fəaliyyətinə rəhbərlik etmişdir. İddiaçı MMC ilə Qanuni nümayəndə1 arasında xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmaqla Qanuni nümayəndə1 hüquqi şəxsin qanuni təmsilçisi səlahiyyəti ilə direktoru təyin edilmişdir. 2020-ci ildə Qanuni nümayəndə1 MMC-nin təsis payını əvəzsiz olaraq (razılaşmaya görə formal) Qanuni nümayəndə2 Həsən oğlunun adına alqı-satqı etmiş, lakin özü direktor vəzifəsində qalmaqla MMC-nin fəaliyyətinə rəhbərliyini davam etdirmişdir. Hazırda qanuni qüvvəsində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi, Qanuni nümayəndə1lə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinin xitamına (Qanuni nümayəndə1 direktor vəzifəsindən çıxarılmasına) dair "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə2 tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilməsi barədə Qanuni nümayəndə1 hər hansı formada rəsmi məlumat verilməmiş, əmrin surəti, əmək kitabçası və ya hər hansı digər sənəd təqdim edilməmişdir. "xxxx" MMC-nin adına qeydiyyatda olan avtomobilin Qanuni nümayəndə1 tərəfindən direktor olaraq, Cavabdeh MMC-yə satılmasına dair müqavilənin Azərbaycan Respublikası DİN BDYPİ-də rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixdə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin mövcudluğundan Qanuni nümayəndə1 məlumatı olmamışdır. 2023-cü ilin fevral ayında Qanuni nümayəndə1 məlum olmuşdur ki, onunla İddiaçı MMC arasında direktor vəsifəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixli Əmri ilə xitam verilmişdir. Ondan sonra, Qanuni nümayəndə1 İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair MMC-nin təsisçisi Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixli Əmrinin ləğvi, işə bərpa və s. tələbilə Nərimanov rayuon məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Qanuni nümayəndə1 "xxxx" MMC-ə qarşı “əmrin ləğvi, işə bərpa tələbinə dair” iddiası təmin olunmuş, ‘Elektro İnşaat” MMC üzrə Qanuni nümayəndə2 tərəfindən verilmiş Qanuni nümayəndə1lə əmək müqaviləsini xitamına dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Qanuni nümayəndə1 direktor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli (№ 2(103)- 1134/2023) qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx.xx.2024-cü il tarixli (№ 2(102)- 2052/2024) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, qətnamə üzrə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında Qanuni nümayəndə1 İddiaçı MMC-nin verilmişdir. Qətnamənin icrası qaydasında Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilməsinə dair təsisçi Qanuni nümayəndə2 əmri qanunsuz olduğundan ləğv edilmiş, Qanuni nümayəndə1 direktor vəsifəsinə bərpa olunmasının hüquqi nəticəsi də odur ki, Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixli “avtomobilin alqı-satqı” müqaviləsini bağlayarkən, İddiaçı MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış (Qeydiyyat № **********) Nizamnaməsinin 5-ci bəndində Cəmiyyətin icra orqanının səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər sırasında: 5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir: ...öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlayır, vəkalətnamələr verir. Bununla müəyyən olunur ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqaviləni bağlayarkən Qanuni nümayəndə1 həm İddiaçı MMC-nin direktoru, həm də Cavabdeh MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. Mülki Məcəllənin 91- 2.1-ci maddəsinin tələbinə əsasən və hər iki MMC-nin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada, məhdud məsuliyyətli cəmiyyətin adından müqavilələr bağlamaq səlahiyyəti Qanuni nümayəndə1 məxsus olmuşdur və belə müqavilənin bağlanmasına həmin vaxt İddiaçı MMC nin təsisçisinin yazılı razılığının alınmasına zərurət olmamışdır. Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixdə MMC-nin direktoru/icra orqanı olmaması barədə Məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, Nərimanov rayon məhkəməsinin qanuni qüvvəsində olan xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilməsinə dair təsisçi Qanuni nümayəndə2 əmri qanunsuz olduğundan ləğv edilmişdir. Qətnamənin icrası qaydasında Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsinə bərpa olunmasına dair Əmək müqavilələrinin elektron qeydiyyatından Bildiriş xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. İş materialında olan əmək müqaviləsinin bağlanmasına dair elektron bildirişdən göründüyü kimi, Qanuni nümayəndə1lə MMC-nin direktoru vəzifəsində xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi mövcuddur. Qanuni nümayəndə1 məhkəmə qətnaməsinin icrası qaydasında direktor vəzifəsinə bərpa olunmasının hüquqi nəticəsi isə odur ki, Qanuni nümayəndə1 əmək müqaviləsinə xitam verilməsinə dair İddiaçı MMC-nin təsisçisinin xx.xx.2022-ci il tarixli əmrinin heç bir hüquqi nəticəsi yoxdur, həmin əmr verildiyi xx.xx.2022-ci il tarixdən qanunsuzdur. Beləliklə, Məhkəmə qətnaməsi xx.xx.2025ci il tarixdə icra olunmasına baxmayaraq, qətnamənin icrasının hüquqi nəticəsi odur ki, Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixli “avtomobilin alqı-satqı” müqaviləsini bağlayarkən İddiaçı MMC-nin direktoru/icra orqanı olmuşdur. 23. İşin bu faktiki halllarına Mülki Məcəllənin 91 2.1-ci maddəsini tətbiq etdikdə və İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixdə müvafiq İcra hakimiyyəti orqanında qeydə alınmış (Qeydiyyat № **********) Nizamnaməsinin 5-ci bəndinin tələbini nəzərə aldıqda belə nəticə çıxır ki, Qanuni nümayəndə1 direktoru olduğu MMC-nin əmlakının satılmasına dair müqavilə imzalamağa səlahiyyətli olmuşdur. Bu isə o deməkdir ki, Məhkəmənin əqdin subyekt tərkibinə dair gəldiyi qənaət yanlışdır. Məhkəmə Qanuni nümayəndə1 direktor olmadığı halda, müqavilə bağladığına görə, müqaviləni (səlahiyyətli şəxsin imzalamadığına görə) əhəmiyyətsiz hesab etmişdir. Lakin yuxarıda izah olunduğu kimi, Qanuni nümayəndə1 direktor/icra orqanı olaraq müqaviləni imzaladığına görə, əqdin subyekt tərkibinə dair qanunvericiliyin tələbi ödənilmiş olur. Əqdin formasına gəldikdə isə - xx.xx.2022-ci il tarixli “Avtomobilin alqı-satqısına dair” müqavilə yazılı qaydada tərtib olunmuş, müqavilənin məzmunu da qanunvericiliyin tələbinə uyğundur, avtomobilin alqı-satqısına dair tələblərə riayət olunmuşdur. Müqavilənin bağlanmasında iradə və iradə ifadəsinin vəhdətinə gəldikdə isə - Müqavilənin tərəfləri olan İddiaçı MMC-nin və Cavabdeh MMC-nin hər ikisinin direktorunun eyni şəxs İnşaat” MMC-nin hər ikisinin direktorunun eyni şəxs Qanuni nümayəndə1 olması qanunvericiliyin tələbinə zidd deyildir. Təcrübədə çox hallar var ki, eyni şəxs bir neçə MMC-nin icra orqanı/direktoru olur və onun bu statusda çıxış etməsi qanunvericiliyin tələbinə zidd deyildir. xx.xx.2022-ci il tarixli “Avtomobilin alqı satqısına dair” Müqavilənin etibarsız hesab edilməsinə dair əsaslar mövcud olmadığı halda, Məhkəmə MM-in 337-ci maddəsini yanlış təfsir etmiş, iddia tələbini təmin etməklə qanunsuz nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi vəkili Vəkil3apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
21. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
24. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
25. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
26. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
27. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini , qətnamənin əsaslılığı tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisləndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
36. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Lexus RX 300” markalı **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əhəmiyyətsiz müqavilə olaraq bağlandığı andan etibarsız hesab olunmalıdır.
37. Apellyator apellyasiya şikayətinin dəlillərində xx.xx.2022-ci il tarixli müqaviləni bağlayarkən Qanuni nümayəndə1 həm İddiaçı MMC-nin direktoru, həm də Cavabdeh MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmasını qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd etmək istəyir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmrə əsasən İddiaçı MMC ilə Qanuni nümayəndə1 arasında olan əmək münasibətlərinə xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Qanuni nümayəndə1 "xxxx" MMC-ə qarşı “əmrin ləğvi, işə bərpa tələbinə dair” iddiası təmin olunmuş, ‘Elektro İnşaat” MMC üzrə Qanuni nümayəndə2 tərəfindən verilmiş Qanuni nümayəndə1lə əmək müqaviləsini xitamına dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Qanuni nümayəndə1 direktor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini xx.xx.2024-cü il tarixdə (AR Ali Məhkəmənin MK-nın xx.xx.2024-cü il tarixli,(№ 2(102)-2052/2024)almış, qətnamə üzrə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.
38. Göründüyü kimi Qanuni nümayəndə1 ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək münasibətləri mövcud olmamış, “Lexus RX 300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin tarixi də həmin dövrdə yəni xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixdə bağlanmışdır.
39. Hazırda mübahsilənədirilən əqd əhəməiyyətsiz əqddir.
40. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 35) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
41. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
42. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” daha bir 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.”... “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.”
44. Belə ki, kollegiya qeyd edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(002)-240/2023 nömrəli hökmü, ilə müəyyən edilmişdir ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, məhkəmə araşdırması zamanı Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru olduğu halda həmin şirkətin qanuni təmsilçisi (yəni sahibi) Qanuni nümayəndə2 ilə şirkətin idarə olunması ilə bağlı aralarında baş vermiş mübahisəni qanuni yolla, yəni mülki qanunvericiliyin tələblərinə uyğun həll etməli olduğu halda bunu etməyərək, şirkətə məxsus "Lexus RX300" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, möhürün həmin şirkətdə faktiki saxlanıldığını bilə-bilə, Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna möhürün itməsi barədə yalan məlumat verməklə oradan arayış almağa müvəffəq olmuş, bundan sonra həmin arayışı və təsisçisi olmadığı halda İddiaçı MMC-nin qanuni təmsilçisi və direktoru olması barədə qüvvədə olmayan 2018-ci ilə aid sənədləri möhür düzəltmə məntəqəsinə təqdim edərək möhür düzəldən R.Məmmədova da yalan məlumatlar verərək, aldatmaqla yeni möhür əldə etməsinə nail olmuş və saxta yolla əldə etdiyi həmin möhürdən istifadə etməklə İddiaçı MMC-nin balansında olan avtomobili özünün yeni yaratdığı Cavabdeh MMC-nin balansına keçirmək məqsədi ilə formal olaraq alqı satqı müqaviləsinin bağlanmasına nail olmuşdur.
45. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 578/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Qanuni nümayəndə1 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 1(002)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024- cü il tarixli, 1(102)-2538/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)- 578/2024 nömrəli qərarının məhkum Qanuni nümayəndə1 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
47. Məhkəmə kollegiyası iddaçı tərəfindən əqdin mübahisləndirilməsi üçün qanunvericilklə müəyyən edilmiş kəsici müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddaçı tərəfindən hüququnun pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə öz təsdiqini tapdığından əqdin mübahisələndirilməsi üçün müddətin başlangıcı xx.xx.2024-cü il tarixdə başlamış xx.xx.2025-ci il tarixəd başa çatır.
48. İş materillarından görünür ki, İddiaçı qanunveriliklə müəyyən edilmiş 1(bir) illik müddət daxilində xx.xx.2025-ci tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
49. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
50. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
51. Kollegiya qeyd edir ki, AR Konsitutsiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə əsasən, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
52. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
53. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli Qərarında deyilir: “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malikmüqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” daha bir 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.”... “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir.
55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3087/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.