Məhkəmə qərarları › İş №2-2(103)-1312/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1312/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1312/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2093/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı MMM tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMM Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış alqı-satqı müqavilələrinə əsasən 14.410,76 manat malın dəyərini təşkil edən əsas borc məbləğinin və 2.594,95 manat ƏDV məbləğinin, o cümlədən iddia qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğdə dövlət rüsumunun, cəmi 17.035,7 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6.103,74 manat əsas borc, 1.098,6 ƏDV məbləği, cəmi 7.202 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək aşağıdakı kimi qeyd edilmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-yə ödənilsin”. Bundan sonra, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki: “Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-cu il tarixli e-2-2(113)- 2093/2021 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş “Beləliklə üzləşmə aktında ümumi məbləğin 34.267 manat olduğunu nəzərə alaraq cavabdehin ƏDV ilə birlikdə 14.267 manat (34.267-20.000=14.267) borcu qalmışdır”; “Məhkəmə qeyd edir ki, 14.267 manat qalıq borcun, əsas hissəsi 11.698,94 manat, ƏDV məbləği isə 2568,06 manat təşkil edir”; “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11.698,94 manat əsas borc, 2568,06 ƏDV məbləği, cəmi 14.267 manat məbləğində pul GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilməlidir” sözləri aşağıdakı kimi oxunsun: “Beləliklə üzləşmə aktında ümumi məbləğin 27552,90 manat olduğunu nəzərə alaraq cavabdehin ƏDV ilə birlikdə 7552.90 manat (27552,90 -20.000=7552,90) borcu qalmışdır”; “Məhkəmə qeyd edir ki, 7552,90 manat qalıq borcun, əsas hissəsi 6193,38 manat, ƏDV məbləği isə 1359,52 manat təşkil edir”; “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6193,38 manat əsas borc, 1359,52 ƏDV məbləği, cəmi 7552,90 manat məbləğində pul GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilməlidir.” Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin nəticə hissəsi aşağıdakı kimi oxunsun: İddia qismən təmin edilsin. 6193,38 manat əsas borc, 1359,52 ƏDV məbləği, cəmi 7552,90 manat məbləğində pul GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadında göstərilmiş “Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvi düzəlildilməli və qətnamənin nəticə hissəsinin 2-ci abzasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin” sözləri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMMyə ödənilsin” sözləri ilə əvəz edilməlidir.” Sözləri aşağıdakı kimi oxunsun: “Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvi düzəldilməli və qətnamənin nəticə hissəsinin 2-ci abzasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin” sözləri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin”. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-cu il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadının nəticə hissəsi aşağıdakı kimi oxunsun: Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-cu il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək aşağıdakı kimi qeyd edilsin: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin””. İddiaçı MMM şikayət verərək, həmin qərardadın ləğv edilməsini, 24.06.2021-ci il tarixli qətnamənin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək aşağıdakı kimi qeyd edilməsi barədə: “14.410,76 manat əsas borc, 2.594,95 ƏDV məbləği, cəmi 17.005,7 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-nə ödənilməsinə” qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.08.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı MMM-in şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadından şikayət vermiş, həmçinin ərizə verərək qərardaddan şikayət verilmə müddətinin buraxılmasının üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı MMM həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadı cavabdeh tərəfindən 09 iyul 2021-ci il tarixdə təhvil alınmışdır. Lakin, məhkəmənin həmin qərardadı Bakı Kommersiya Məhkəməsinin 15.07.201-ci il tarixli qərardadı ilə dəyişdirildiyindən və həmin dəyişiklik cavabdeh cəmiyyəti qane etdiyindən ondan şikayət verilməmişdir. Lakin, iddiaçı tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin 18.08.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı MMM-in şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdeh üzrlü səbəbdən 02.07.2021-ci il tarixli qərardaddan şikayət vermə hüququndan məhrum olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMM tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2093/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar