AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧2-2(103)-1315/2025 06.05.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi üzrə Açaŗsözlər:̧xarici̧hüquqi̧şəxsiņfiliaļvə̧nümayəndəliyiniņrəhbərləriniņölkədən getməķhüququnuņmüvəqqəti̧məhdudlaşdırılması. Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaaţoğlu̧və̧X2̧ibarəţtərkibdə, Məhkəmə̧iclasınıņkatibi̧Bayramlı̧Dəniz̧Natiq̧qızınıņkatibliyi, Ərizəçiniņnümayəndəsi̧X1̧iştirakı̧ilə, Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsiniņbinasında,̧аçıq̧məhkəmə̧iclаsındа̧bаxаrаq,̧müəyyəņetdi:̧̧ Işin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ##.##.1971-ci il tarixində Göyçay rayonunda̧anadaņolmuş̧Maraqlı̧şəxs ünvaņ1̧ünvanında̧qeydiyyatdadır.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1304324871) vergi ödəyicisi qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsində̧qeydiyyatdadır,̧icra̧orqanınıņrəhbəri̧Maraqlı̧şəxsdur.
3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsə ünvanlanmış ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borçödənilmədiyi̧təqdirdə̧məhkəməyə̧müraciəţediləcəyini̧bildirmişdir.̧
Birinci instansiya məhkəməsindəki icraat:
4. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2503605,88 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - ## ###### 1971-ci il, doğulduğu yer - AZƏRBAYCAN, GÖYÇAY, şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 05809249) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbuļedilməsini̧xahiş̧etmişdir.̧̧
5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 1304324871) dövlət büdcəsinə 2503605,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 1565714,63 manat, faizlər üzrə 160024,91 manat, maliyyə sanksiyası üzrə 777866,34 manat) olmaqla, ümumilikdə 2503605,88 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş,̧lakiņvergi̧ödəyicisi̧yaranmış̧borçməbləğini̧ödəməmişdir.̧
6. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli̧qətnaməsi̧ilə̧ərizə̧rədḑedilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs hüquqi şəxsin deyil,̧onuņfilialınıņrəhbəridir,̧bu̧səbəbdəņhazırkı̧ərizə̧təmiņedilə̧bilməz.̧
8. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və̧ərizəniņtəmiņedilməsi̧barədə̧qətnamə̧qəbuļedilməsini̧xahiş̧etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs - "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1304324871) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: 1304324871) dövlət büdcəsinə 2503605,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 1565714,63 manat, faizlər üzrə 160024,91 manat, maliyyə sanksiyası üzrə 777866,34 manat) olmaqla, ümumilikdə 2503605,88 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qətnaməsində ərizənin rədd edilməsinin əsası kimi “maraqlı şəxs hüquqi şəxsin deyil, onun filialının rəhbəridir, bu səbəbdən hazırkı ərizə təmin edilə bilməz” kimi əsaslandırılmışdır. Hesab edirlər ki, məhkəmə qətnaməsi aşağıda qeyd edilən əsaslara görə ləğv edilməlidir: Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab edilir. Məcəllənin 13.2.1-ci maddəsinə əsasən şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyrirezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsidir. Vergi Məcəlləsinin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar; Həmin Məcəllənin 13.2.39-cu maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün müəssisələr- sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir; Həmin Məcəllənin 13.2.39.2-ci maddəsinə əsasən xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri. Həmin Məcəllənin 23.1.15-3 maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Göründüyü kimi, vergitutma baxımından, həmçinin Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrin icra edilməsi baxımından xarici hüquqi şəxsin nümayəndəliyi hüquqi şəxs sayılır. Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsində məhz vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərin xüsusi icraat qaydasında baxılan iş kimi qeyd edilmişdir. Başqa sözlə, bu maddə üzrə baxılan işlər Vergi Məcəlləsindəki mənalar əsas tutulmalıdır. Vergi Məcəlləsinin 13.1-ci maddəsinə əsasən bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir. Nəticə olaraq hesab edirlər ki, maraqlı şəxs - "xxxx" MMCnin Azərbaycan Respublikasındakı Filialının icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin “maraqlı şəxsin hüquqi şəxs olmaması” səbəbindən rədd edilməsinə əsas ola bilməz. Məhkəmə qərardadı əmlakın siyahıya alınmasının qadağan edilməsi hissədə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbuļedilərkəņmaddi̧və̧prosessuaļhüquq̧normalarınıņtələbləri̧pozulmuşdur.̧̧
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərəķtəmiņolunmasını̧xahiş̧etdi.
12. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumaţverməmişdir.̧
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdəņgəlmədiyi̧hallarda̧məhkəmə̧işiņbaxılmasını̧təxirə̧sala̧bilər.̧
14. Məhkəmə kollegiyası işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab̧etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və AzərbaycaņRespublikasınıņərazisindəņkənara̧gedə̧bilər.̧ - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.̧Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindəņgözləniləņnəticəyə̧mütənasib̧olmalıdır. - 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövləţödənişlərini̧tam̧həcmdə̧və̧vaxtında̧ödəməķhəŗbiŗkəsiņborcudur.
16. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digəŗməcburi̧ödənişləri̧ödəməķvergi̧ödəyicisiniņvəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra̧dərhal həmin məhdudlaşdırmanıņgötürülməsi̧barədə̧qəraŗqəbuļetməyə̧borcludur. - 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində̧ödənilməsinə̧daiŗvergi̧ödəyicisinə̧bildiriş̧göndərir.̧ - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq̧edilmiş̧maliyyə̧sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi̧üçüņcavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņvergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasındaņasılı̧olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir.
17. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun 2-ci maddəsi:
1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəsţhərəkəţetməķvə̧özünə̧yaşayış̧yeri̧seçməķhüququ̧vardır. 2.̧Həŗkəşöz̧ölkəsi̧də̧daxiļolmaqla̧həŗhansı̧ölkəni̧tərķetməkdə̧azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyəţqoyula̧bilməz.
4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz̧qala̧bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı̧və̧onlardaņistifadə̧etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinaḑetdiyi̧halları̧sübuţetməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə̧mütənasib̧olaraq̧işdə̧iştiraķedəņşəxslərə̧aiḑedilir. - 355-5.1-ci maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi̧orqan (qurum)̧fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna̧malikdir.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki,̧qətnaməniņəsaslığı̧tam̧yoxlanılır.̧̧̧
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş̧üzrə̧yeni̧qətnamə̧qəbuļedilməli,̧ərizə̧təmiņedilməlidir.
21. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qətnaməni maraqlı şəxsin hüquqi̧şəxsiņdeyil,̧onuņfilialınıņrəhbəri̧olması̧ilə̧əsaslandırmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə icraat “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxslərin icra orqanının rəhbəri” anlayışının Azərbaycan Respublikası Konstitusiyanın 25-ci və 73-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1-ci, 13.2.2-ci, 13.2.39-cu, 13.2.39.2-ci, 33.1-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci, 2.0.8ci və 16.9-cu maddələri, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17-ci maddəsi kontekstində şərh edilməsi” məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə̧edilmiş̧müraciəţüzrə̧qəraŗdərçolunanadəķdayandırılmışdır.̧
23. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Vergi Məcəlləsinin 23.1.15-3-cü və MPM-in 355-5.1-ci maddələrində nəzərdə tutulmuş “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışı yalnız Azərbaycan Respublikasında yaradılmış hüquqi şəxslərin rəhbərlərini deyil, həmçinin xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən filial və nümayəndəliklərinin rəhbərlərini də əhatə edir. Həmin hüquqi mövqe Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş vergi ödəmək vəzifəsinin effektiv təmin olunmasına yönəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin xarici hüquqi şəxsin filial rəhbərinin həmin kateqoriyaya aid edilməməsi barədə̧nəticəsi̧hüquq̧normalarınıņyanlış̧təfsiri̧və̧tətbiqi̧ilə̧nəticələnmişdir.
24. Iş materialları ilə müəyyən olunur ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialının dövlət büdcəsinə ##.##.2025-ci il tarixə ümumilikdə 2.503.605,88 manat məbləğində vergi borcu yaranmış, həmin borcun könüllü qaydada ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65.1-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2025-ci il tarixli bildiriş vergi ödəyicisinə göndərilmiş, borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş, borcun ödənilməsi istiqamətində hər hansı sübuţtəqdim̧olunmamışdır.̧
25. Məhkəmə kollegiyası nəzərə alır ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş tədbir vergi öhdəliklərinin icrasını təmin etməyə yönəlmiş xüsusi hüquqi təsir vasitəsidir və həmin tədbirin tətbiqi üçün vergi borcunun mövcudluğu, borcun ödənilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş bildirişin göndərilməsi, habelə vergi öhdəliyinin icra edilməməsi̧kifayəţedir.̧Hazırkı̧iş̧üzrə̧həmiņşərtləriņhamısı̧mövcuddur.̧
26. Kollegiya həmçinin qeyd edir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiyanın 28-ci maddəsi və Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsi ilə təmin olunan sərbəst hərəkət azadlığına müdaxilə təşkil etsə də, belə müdaxilə qanunla nəzərdə tutulduqda, legitim məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri olduqda yol veriləndir. Hazırkı halda tətbiq olunan məhdudiyyət birbaşa qanunvericilik normasına əsaslanır, dövlətin fiskal maraqlarının və vergi intizamının təmin edilməsinə xidmət edir və vergi borcunun xüsusilə böyük məbləğdə olması, uzun müddət ödənilməməsi, habelə vergi ödəyicisinin öhdəliyin könüllü icrası istiqamətində davranış̧nümayiş̧etdirməməsi̧nəzərə̧alınmaqla̧mütənasib̧hesab̧edilir.̧
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialının dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin filialın rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur və ərizə təmiņedilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2,̧385,̧392,̧393̧və̧402-407-ci̧maddələrini̧rəhbəŗtutaraq,̧məhkəmə̧kollegiyası
QƏT ETDI:
Ərizəçi Azərbaycan Respublikası Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi̧ləğv̧edilsin.̧ Iş̧üzrə̧yeni̧qətnamə̧qəbuļedilsin. Ərizə̧təmiņedilsin. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının icra orqanının rəhbəri – ## ###### 1971-ci il tarixində Göyçay rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FIN: *******) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.̧ Qətnamə̧dərhaļicra̧edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan RespublikasınıņAli̧MəhkəməsiniņKommersiya̧Kollegiyasına̧kassasiya̧şikayəti̧verilə̧bilər.