Məhkəmə qərarları › İş №2-2(103)-1334/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1334/2025

09.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1334/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası) hakimlər Həsənov xxxx Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı Kiçik Müəssisəsinin nümayəndəsi (vəkili) Nümayəndə və qanuni nümayəndəsi (direktor) Qanuni nümayəndə iştirakı ilə İddiaçı Kiçik Müəssisəsinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı əsasında ##.##.2020-ci il tarixdə İddiaçı Kiçik Müəssisənin adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. İddiaçı Kiçik Müəssisəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi ** saylı, ümumi sahəsi 191.3 kv.m olan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” tələbi * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi ** saylı ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı Kiçik Müəssisəsinin adına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

3. Cavabdeh ərizə ilə müraciət edərək üçüncü şəxs qismində cəlb olunmasını və * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Həmin qərardaddan Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı Kiçik Müəssisənin adına verilmiş ##.##.2020-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır.

8. Cavabdeh Söhrab oğlu hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ##.##.2008-ci il tarixdə AZ 1022, ünvan 1 hüquqi ünvanı üzrə uçota alınmışdır (VÖEN1401422302).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı Kiçik Müəssisəsi (iddiaçı) Cavabdeh qarşı (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ünvan 6 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m. olan qеyri-yaşayış sahəsindən çıхarılması və həmin qеyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil vеrilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m. olan qеyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir, həmin sahə ## ####### 2020-ci il tariхdə daşınmaz əmlakın dövlət rеyеstrində “xxxx” Kiçik Müəssisəsinin adına qеydiyyata alınaraq həmin sahəyə dair iddiaçının adına hüquqların dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın dövlət rеyеstrindən çıхarış vеrilmiş, qеyri-yaşayış sahəsinə dair ##.##.2020-ci il tariхdə iddiaçının adına tехniki pasport tərtib еdilmişdir. Qеyri-yaşayış sahəsi “xxxx” Kiçik Müəssisəsinin mülkiyyətində olduğundan o, qеyri-yaşayış sahəsi üzərində faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (sahiblik hüququ), həmin qеyri-yaşayış sahəsinin faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (istifadə hüququ) və qеyri-yaşayış sahəsinin hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (sərəncam hüququ) malikdir. Lakin cavabdеh ünvan 6 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m olan qеyri-yaşayış sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt еtmişdir. Bununla da iddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yеrləşən, sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsinin bir hissəsindən qanunsuz olaraq faktiki məhrum olmuşdur. Cavabdеhə göstərilən qеyri-yaşayış sahəsini boşaldaraq həmin sahədən çıхması barəsində dəfələrlə müraciət olunsa da, nəticəsi olmamışdır. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. Mübahisə iddiaçı hüquqi şəxslə cavabdeh olan - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir.

11. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) və direktoru iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir.

12. Birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tələb vindikasiya tələbidir, vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik hüququ tələbi qaldırıla bilər.

14. Məhkəmə vurğulamışdır ki, vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı qeyri-yaşayış sahəsinin geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, cavabdeh qеyri-yaşayış sahəsindən çıхarılmalı və müvafiq qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 152.1-ci, 157.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 48ci maddəsinin 2-ci hisssəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019 -cu il Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına istinad etmişdir.

17. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını, habelə aidiyyətlə bağlı qaydaları pozduğunu irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Məhkəmə qətnaməsində qeyd edilir ki, hazırki tələb vindikasiya tələbidir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin h ə m i n əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür (səhifə 7, bənd 29). Qeyd edim ki, mövcud qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi şərtlərdən biri də cavabdehin əşyaya sahiblik hüququnun olmamasıdır. Məhkəmə işi çox səthi araşdırmış və mübahisəli qeyri-yaşayış sahəsinin hazırda kimin sahibliyində olması, həmin əmlakın cavabdeh tərəfindən uzun müddət istifadə edilməsi, iddiaçının çıxarılmasını tələb etdiyi ərazinin hazırda cavabdehdə olmamasını araşdırmamışdır. Əgər ətraflı araşdırılsaydı müəyyən edilərdi ki, Sahibin istifadəsində olan əmlak iki mərtəbəlidir. Lakin iddiaçının çıxarılmasını tələb etdiyi əmlak isə birmərtəbəlidir. Göründüyü kimi məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozulmuşdur. Məhkəmə tərəfindən, həmçinin prosessual hüquq normlarının tələbi pozulmuşdur. Belə ki, ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddiaçının çıxarılmasını tələb etdiyi əmlakın cavabdehin istifadəsində olan əmlak ilə üst-üstə düşüb-düşməməsinin müəyyyən edilməsi üçün məhkəmə tikinti- texniki ekspertizası təyin edilməsi barədə vəsatət versəm də, məhkəmə həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. Təkrarən qeyd edirəm ki, iddiaçı İddiaçı Kiçik Müəssisəsinin çıxarılmasını tələb etdiyi mübahisəli əmlakın cavabdeh Cavabdeh istifadəsində olan əmlaka heç bir aidiyyəti yoxdur. Həmin əmlaka dair cavabdehin adına kommunal müqavilələr bağlanmış və hazırda da kafe kimi istifadə olunur. İddiaçının çıxarılmasını tələb etdiyi əmlak başqa yerdə yerləşir. Əmlakın üst-üstə düşübdüşməməsini yalnız ekspertiza təyin etməklə müəyyən etmək mümkündür. Belə ki, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, elektron bazada vətəndaş Cavabdeh Söhrab oğlunun adına ünvan 3 ünvanında ****** saylı (##.##.2014cü il tarixli müqavilə № ********, sayğac № ******) abonent kodu müəyyən edilmişdir. “xxxx” ASCnin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, elektron bazada Yasamal rayonu, Xiyabani küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ## ### 2010-cu il tarixdə “İbrahim-market” adı ilə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh istifadəsində olan hissəsinə dair onun adına kommunal müqavilələr bağlanmışdır. Bundan başqa, ekspertiza təyini barədə vəsatətə əlavə olunmuş fotoşəkillərdən görünür ki, Cavabdeh məxsus olan əmlak (“Qaymaq” kafesi) 2 mərtəbədən ibarətdir. Birinci mərtəbəyə o, 2006-cı ildən sahiblənmiş, 2020-ci ildə isə ikinci mərtəbəni tikmişdir. Deməli əgər birinci mərtəbə əvvəlcədən İddiaçı məxsus olmuş olsaydı, o Cavabdeh ikinci mərtəbəni tikməyə imkan belə verməzdi. Mübahisəli əmlakın rənglərinin də birbirindən fərqli olması tünd qəhvəyi rəngdə olan əmlak ilə (“Qaymaq” kafesi) çəhrayı rəngdə olan əmlakın (“Füzuli” kafesi) fərqli- fərqli şəxslərə, yəni müvafiq olaraq ayrılıqda Cavabdeh və İddiaçı məxsus olduğunu təsdiq edir. Deməli, iddiaçı İddiaçı Kiçik Müəssisəsinin çıxarılmasını tələb etdiyi mübahisəli əmlakın cavabdeh Cavabdeh istifadəsində olan əmlaka heç bir aidiyyəti yoxdur. O, hansı əmlakdan çıxarılmanı iddia ərizəsində dəqiq qeyd etməlidir.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

19. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

20. Cavabdehin nümayəndəsi (vəkili) vəsatət verərək, iddiaçının tələb etdiyi əmlakın cavabdehin istifadəsində olan əmlakla üst-üstə düşüb düşməməsinin müəyyən olunması üçün tikinti-texniki ekspertizanın təyin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- ünvan 5 ünvanında yerləşən və * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019cu il tarixli qərarı əsasında ##.##.2020-ci il tarixdə İddiaçı Kiçik Müəssisənin adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin yerində ölçüsü, sərhədləri və koordinatları müəyyənləşdirilsin. Həmin koordinatlar (ölçülər) qeyri-yaşayış-sahəsinə dair verilmiş texniki pasportda əks olunmuş koordinatlara (ölçülərə) uyğun gəlirmi?.

- İddiaçının mübahisələndirdiyi (boşaldılmasını tələb etdiyi) tikili, ünvan 6 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m. olan qеyri-yaşayış sahəsinin hüdudları daxilindədirmi?.

- İddiaçının mübahisələndirdiyi (boşaldılmasını tələb etdiyi) tikili, ünvan 6 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m. olan qеyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilindədirmi?.

22. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli rəyində aşağıdakılar göstərilmişdir:

- ünvan 5 ünvanında yerləşən və * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019cu il tarixli qərarı əsasında ##.##.2020-ci il tarixdə İddiaçı Kiçik Müəssisənin adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin yerində ölçüsü, sərhədləri və digər texniki parametrləri müəyyən edilmişdir. Həmin ölçülərin qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportda əks olunmuş ölçülərə uyğun olduğu müəyyən edilmişdir.

- İddiaçının mübahisələndirdiyi (boşaldılmasını tələb etdiyi) tikililərin ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 186,3 kv.m olan qeyri-yaşayış sahəsinin hüdudları daxilində yerləşməklə Texniki Pasportda qeyd olunan 6 7, 8, 9 və ** saylı sahələr olduğu müəyyən edilmişdir.

- İddiaçının mübahisələndirdiyi (boşaldılmasını tələb etdiyi) tikililərin ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 186,3 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

24. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu

25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununhəqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

36. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

45. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

49. İddiaçı, mülkiyyətində olan əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu bildirir və cavabdehin əmlakdan çıxarılmasını tələb edir.

50. X1 (§ 23, 24), həm də onun davamı olaraq mülki qanunvericilik (§ 32, 33, 34) mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2007-ci il tarixli Qərarı).

51. Göründüyü kimi mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasını, yəni neqator iddia ilə bağlı müddəaları tənzimləyir.

52. Ümumi olaraq əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır; petitor iddia anlayışı mülkiyyət hüququ barədə verilən iddiaları ehtiva edir.1

53. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Başqa sözlə, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.2

54. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.3

55. Beləliklə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır.4

56. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Bu isə o halda mümkündür ki, əmlak natura şəklində mövcud olsun. Natura şəklində saxlanmamış əmlak həmin əmlakın mövcud olmaması deməkdir. Belə halda, mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia verməlidir.

1 Ali Məhkəmə, İş № 2(102)-1444/2024,

(https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1444+27.05.2024.pdf) (§ 26) Ali Məhkəmə, İş № 2(102)-1560/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1560+27.05.2024.pdf) (§ 27) 2 Ali Məhkəmə, İş № 2(102)-1541/2024,

(https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1541+04.06.2024.pdf) (§ 69) 3 Ali Məhkəmə, İş № 2(102)-3317/2024,

(https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_3317+24.10.2024.pdf) (§ 20, 52) 4 Ali Məhkəmə, İş № 2-1(102)-1573/2024,

(https://sc.supremecourt.gov.az/storage/Inzibat/2024/9_1573+12.07.2024.pdf) (§ 40)

57. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur.

58. İşin hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 186,3 kv.m olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya aiddir.

59. Cavabdeh isə hazırda həmin qeyri-yaşayış sahəsindən “kafe” kimi istifadə etməklə iddiaçının öz əmlakına sahiblik etmək və istifadə etmək hüququna mane olur.

60. Cavabdehin nümayəndəsi (vəkili) qeyri-yaşayış sahəsinin Cavabdeh sahibliyində və istifadəsində olduğunu təkzib etməmiş, əksinə cavabdehin qeyri-yaşayış sahəsinə hüququnun olmasını iddia etmişdir. Cavabdeh qeyri-yaşayış sahəsi üzərində hər hansısa hüquqlarının (sahiblik, istifadə, sərəncam) olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin faktiki olaraq iddiaçıya məxsus əmlakdan istifadəsi işin müəyyən olunan halını təşkil edir.

61. Həmin hal apellyasiya baxışı zamanı keçirilmiş yerində müayinə və ekspertiza tədqiqatı ilə də təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi(vəkili) tərəfindən verimiş apellyasiya şikayətində qeyd edilən və cavabdehin istinad etdiyi kommunal xidmətlərlə bağlı müqavilələr cavabdehin qeyriyaşayış62.sahəsi üzərində hüquqlarının mövcudluğu faktını təsdiq etmir.

63. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim xxxx Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar