Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(107)-140/2025 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: torpaqdan çıxarılma, tikilinin sökülməsi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ##.##.2014-cü il tarixli **ISMLI/** saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən ipoteka qoyanlar müqavilənin 1.2-ci bəndinə nəzərdə tutulmuş Əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası ƏMDKY DƏDRX * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2014-cü il tarixində ** nömrəli reyestr kitabında ** nömrəli vərəqində, reyestr nömrəsi 406013059238, qeydiyyat nömrəsi 1914005815, qeydiyyat aparılmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ipoteka saxlayana ipoteka qoyur. Qeyd olunan ipoteka müqaviləsi tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi rərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ##.##.2014-cü il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Qəbələ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsindən görünür ki, Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, Cavabdeh, X8, X7, X1 və X5 qarşı “ kredit borcunun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi qismən təmin edilmiş, borcun tutulması və tutmanın Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. ##.##.2018-ci il tarixli, ** nömrəli Hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Cavabdeh məxsus olan və ipoteka predmeti olan Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin satış qiyməti 11156,25 manat müəyyən edilməklə “X11” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Qeyd olunan protokol hərrac sifarişçisi və hərracın təşkilatçısı tərəfindən imzalanmışdır. ##.##.2018-ci il tarixli Həracın yekunları üzrə əmlakın alqı-satıqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi satış qiyməti 11156, 25 manat müəyyən edilməklə “X11” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 4060130592238 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha yaşayış məntəqələri torpaqları “xxxx” KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qəbələ rayon Icra Hakiyyətinin Başçısı tərəfindən verilmiş *** nömrəli ##.##.2014-cü il tarixli Sərəncamdan görünür ki, fiziki şəxs Cavabdeh ərizəsi nəzərə alınaraq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ərazi Idarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ******* saylı RX seriyalı çıxarışla ünvan 2 ünvanında sifarişçinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsində, Mingəçevir şəhər “xxxx” MMC (lisenziya № ******, qeydiyyat №-si L-11-002,##.##.2011) tərəfindən işlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiololgiya Mərkəzinin ##.##.2014-cü il tarixli, **-**/*-**** nömrəli, Ekelogiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsinin ##.##.2014-cü il tarixli, **/**** nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ##.##.2014-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyləri ilə razılaşdırılmış tikinti layihəsi əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qəbələ Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin “tikinti işlərinə başlanılması üçün əsas olan” ##.##.2014-cü il tarixli Xüsusi Nişandan görünür ki, Cavabdeh ünvan 2ndə qeyriyaşayış (ticarət) obyektinin tikintisinə razılıq verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair” AZE ***** nömrəli Şəhadətnamədən görünür ki, ünvan 1ndə Cavabdeh ## ##### 2015-ci il tarixdə ticarət obyektinə dövlət reyestrində qeydə alınması barədə nömrə verilmişdir. Qəbələ rayon Icra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş *** nömrəli ##.##.2014-cü il tarixli Sərəncamdan görünür ki, fiziki şəxs X2 ərizəsi nəzərə alınaraq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ərazi Idarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ******* saylı RX seriyalı çıxarışla ünvan 1 ünvanında sifarişçinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsində, Mingəçevir şəhər “xxxx” MMC (lisenziya № ******, qeydiyyat №-si 11-002,##.##.2011) tərəfindən işlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiololgiya Mərkəzinin ##.##.2014-cü il tarixli, **-**/*-**** nömrəli, Ekelogiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsinin ##.##.2014-cü il tarixli, **/**** nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ##.##.2014-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyləri ilə razılaşdırılmış tikinti layihəsi əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qəbələ rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin “tikinti işlərinə başlanılması üçün əsas olan” ##.##.2014-cü il tarixli Xüsusi Nişandan görünür ki, X2 ünvan 1ndə qeyri-yaşayış (ticarət) obyektinin tikintisinə razılıq verilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı "torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi 406013059238) üzərində cavabdeh Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsini (reyestr nömrəsi 406013059238) almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı “xxxx” KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. Hazırda “xxxx” KB ASCnin mülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Hal-hazırda Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsinin mülkiyyətçisi “xxxx” KB ASCdir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görətikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh etiraz ərziəsi ilə müraciət edərək bildirmişdir ki, sözügedən torpaq sahəsində ticarət obyektinin inşa edilməsi üçün Qəbələ Rayon Icra Hakimiyyətinə rəsmi qaydada müraciət etmişdir. Müraciəti əsasında inzibati icraat başlanmış və zəruri prosedurlar həyata keçirilmişdir. Aidiyyəti qurumlardan müvafiq razılıq və rəylər alındıqdan sonra Qəbələ Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamına əsasən ona əldə etdiyi tikinti layihəsi əsasında ticarət obyektinin inşasına icazə verilmişdir. Həmin ərəfədə tikintini həyata keçirmək üçün "xxxx" KB ASC-nin Ismayıllı Filialından kredit almışlar. Sərəncamın icrası tərəfindən zəruri tələblərə əməl edilməklə icra olunaraq müvafiq tikinti işləri aparılmışdır. Həmin kreditin təminatı olaraq yalnız ona və oğluna aid torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. Azərbaycanda baş vermiş devalvasiya ilə bağlı öhdəliklərini icra edə bilmədikləri üçün məhkəmə qətnaməsi əsasında borc ipoteka predmetlərinə yönəlmişdir. Hərracda əmlakların alıcısı olmadığı üçün həm ona, həm də oğluna məxsus torpaq sahələri tələbkara təklif olunmuş və tələbkar qəbul edərək əmlakları öz balansına qəbul etmişdir. Kredit alarkən də tələbkar "xxxx" KB ASC-nin əməkdaşları həmin torpaqda tikinti işləri aparacağından xəbərdar imiş və zamanla montorinqlər edərkən bunu müşahidə edirdilər. Göründüyü kimi onlar yalnız torpaq sahəsini girov qoymuşlar və onun üzərindəki tikiliyə aid hüquqlarını yüklü etməmişlər. Həmin torpaq sahəsi üzərində yerləşən tikiliyə olan hüquqlarını Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsində qeydiyyata aldırmaq üçün sözügedən quruma müraciət etmişdir. Lakin həmin qurum ##.##.2024-cü il tarixli məktubla sözügedən əmlakın qeydə alınmasından imtina etmişdir. Imtina səbəbi kimi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin"xxxx" KB ASC-nin mülkiyyətində olması qeyd edilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi qismən təmin edilərək, “X11” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin (reyestr nömrəsi 406013059238) cavabdeh Cavabdeh tərəfindən boşaldılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi hərrac vasitəsilə satılıb ##.##.2018-ci il tarixdə “xxxx” KB ASC-nin mülkiyyətinə keçdikdə həmin torpaq sahəsində tikintisinə icazə verilmiş ticarət obyekti artıq mövcud olmuşdur. “xxxx” KB ASC-yə qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair Çıxarış verildikdə orada tikilmiş ticarət obyektinin olmasından xəbərsiz olması qeyrimümkündür. Belə ki, hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin ərizəyə torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” KB ASC Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş mübahisə predmeti olan tikili barədə riskin olduğunu bilmiş və ya bilməli olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 152, 157, 180, 269, 323, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC-nin mülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Həmçinin sözügedən tikintiyə icazə verilməsi barədə qərar, istismarına icazə sənədi və tikilinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin nə istifadə nə də icarə hüququ barədə sənədlər mövcud deyil. Eyni zamanda, cavabdehin mübahisəli tikiliyə dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu tikilidən istifadəsi qəbuledilməzdir. Cavabdehin bankın mülkiyyətində olan torpaq sahəsinə müdaxiləsi iş materialları ilə tamamilə təsdiq olunur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
323. Daşınmaz əşya elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı öhdəliklər icra edilməli olar. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziyaistinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 47.4.5. Tikinti obyektinin sifarişçisi müvafiq icra hakimiyyəti orqanından (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 51.1. Ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. 51.3. Ipoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.
52. Ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.
“xxxx”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi dəyişdirilmədən saxnılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmaması və həmin torpaqda qanunsuz tikililərin tikilməsi ilə bağlıdır. Belə ki, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı "torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi 406013059238) üzərində cavabdeh Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən yəni, tikilinin sökülməməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın tam təmin edilməsini xahiş edir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, iddiaçı birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız tikilinin sökülməməsi hissəsində mübahisələndirdiyindən (yəni, cavabdeh tərəf torpaqdan çıxarılma hissəsində şikayət vermədiyindən) məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Avropa Məhkəməsinin qərarlarına görə, mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən İ saylı Protokolun 1ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Iddia tələbindən görünür ki, “X11” Açıq Səhmdar Cəmiyyəti ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülərək torpaq sahəsinin boşaldılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə torpaq sahəsini əldə edilməsinin müxtəlif əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biridə hərracda alğı-satqıdır. Hazırki işdən müəyyən edilir ki, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ##.##.2014-cü il tarixli **ISMLI/** saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən ipoteka qoyanlar müqavilənin 1.2-ci bəndinə nəzərdə tutulmuş Əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası ƏMDKY DƏDRX * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2014-cü il tarixində ** nömrəli reyestr kitabında ** nömrəli vərəqində, reyestr nömrəsi 406013059238, qeydiyyat nömrəsi 1914005815, qeydiyyat aparılmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ipoteka saxlayana ipoteka qoyur. Qeyd olunan ipoteka müqaviləsi tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi rərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ##.##.2014-cü il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Qəbələ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsindən görünür ki, Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, Cavabdeh, X8, X7, X1 və X5 qarşı “ kredit borcunun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi qismən təmin edilmiş, borcun tutulması və tutmanın Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. ##.##.2018-ci il tarixli, ** nömrəli Hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Cavabdeh məxsus olan və ipoteka predmeti olan Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin satış qiyməti 11156,25 manat müəyyən edilməklə “X11” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Qeyd olunan protokol hərrac sifarişçisi və hərracın təşkilatçısı tərəfindən imzalanmışdır. ##.##.2018-ci il tarixli Həracın yekunları üzrə əmlakın alqı-satıqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi satış qiyməti 11156, 25 manat müəyyən edilməklə “X11” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 4060130592238 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha yaşayış məntəqələri torpaqları “xxxx” KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsini hərracda qalib olaraq əldə etmişdir. Kollegiyası daha sonra qeyd edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması (cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli); c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Kollegiya bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olarsa və həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilə və təmin edilə bilər. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi, iddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Hazırki işdən görünür ki, cavabdeh tərəf məhkəmə iclasları zamanı iddiaçının mübahisələndiriyi tikilinin (qeyri-yaşayış sahəsinin) məhz iddiaçıya məxsus Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsində yerləşdiyini etiraf etmişdir. Iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin tikdiyi tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi cavabdeh tərəfindən etiraf edildiyindən mütəxəssis rəyinin alınmasına zərurət qalmamışdır. Beləliklə işdən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikili Qəbələ rayonu, Hacallı kəndində yerləşən iddiaçıya məxsus 0,03 ha torpaq sahəsində inşa edilmişdir. Bununla yanaşı kollegiya qeyd etməyi zəruri hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə, iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, “xxxx“X11” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş 0.03 ha torpaq sahəsində X2 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olan və qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi vahid əmlakdır (yəni, bir obyektdir). Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş X3 izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsində şöbə müdiri vəzifəsində işləyir. Hazırki iş üzrə rəy onun tərəfindən verilmişdir. Rəy tərəflərin hüquqmüəyyənedici sənədlərindəki kordinatlar nəzərə alınmaqla verilmişdir. Onlar tərəfindən mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ##.##.2014-cü il tarixdə X2 adına dövlət qeydiyyatına alınmışdır. Hazırda isə, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi “X11” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyəti kimi ##.##.2018-ci il tarixdə 1918002807 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən inşa edilmiş tikili Qəbələ rayonu, Hacallı kəndində yerləşən iddiaçıya məxsus 0,03 ha torpaq sahəsində inşa edilmişdir. Bildirir ki, “X11” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş 0.03 ha torpaq sahəsində X2 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olan və qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi vahid əmlakdır (yəni, bir obyektdir). Əlavə olaraq bildirir ki, tikili 0.03 ha torpaq sahəsini tam əhatə edir və tikilinin altında qalan torpaq sahəsindən əlavə hər hansı torpaq sahəsi qalmamaqdadır. Həmin qətnamədə daha sonra qeyd edilmişdir ki, hazırki qeyri-yaşayış sahəsi tikilmiş torpaq sahəsini 0.03 ha X2 0.03 ha isə Cavabdeh mülkiyyətlərində olmuşdur. Hər iki torpaq sahəsi 2014cü ildə ipoteka ilə yüklü edilmişdir. Daha sonra, Qəbələ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlaklara tutma yönəldilmiş və həmin torpaq sahələri 2018-ci ildə hərrac vasitəsi ilə “X11” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Hal-hazırda hər iki torpaq sahəsinin mülkiyyətçisi “X11” Açıq Səhmdar Cəmiyyətidir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan və müvafiq hüquqi qiymət verilmiş ekspert rəyinə əsasən, 0,03 ha torpaq sahəsinin üzərində olan tikilinin bir hissəsi (digər hissəsi iddiaçıya məxsus başqa 0.03 ha torpaq sahəsində inşa edilmişdir) ##.##.2018-ci il tarixdə 1918002807 nömrə ilə qeydiyyata alınmış Çıxarışla “X11” Açıq Səhmdar Cəmiyyətinə məxsus torpaq sahəsinin daxilində yerləşdiyi (həmin torpaq sahəsini tam əhatə etməsi) müəyyən edilmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə sökülə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh X2 tərəfindən inşa edilmiş mübahisəli tikili özbaşına tikinti olmamış və həmin tikili torpaq sahəsi cavabdeh tərəfin mülkiyyətində olan zaman və müvafiq razılıqlar alınmaqla inşa edilmişdir”. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də göründüyü kimi, Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olan və qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsində X2 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi vahid əmlakdır (yəni, bir obyektdir). Əlavə olaraq işdən, tikilinin 0.03 ha torpaq sahəsini tam əhatə etdiyi və tikilinin altında qalan torpaq sahəsindən əlavə hər hansı torpaq sahəsi qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, inşa edilmiş tikili 0.03 ha torpaq sahəsinə münasibətdə onu tam əhatə etdiyindən, əlavə hər hansı ərazi qalmadığından və yola birbaşa çıxış olduğundan cavabdeh tərəfə zəruri keçidin verilməsi ilə bağlıda araşdırma aparılmamış və hazırki nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tikilinin reyestrdə qeydiyyatdan keçməməsi və bu səbəbdən tikilinin sökülməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kollegiya bildirir ki, doğrudan da cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin, bu hal mübahisəli tikilinin qanunsuz olması və birmənalı sökülməli olması anlamına gələ bilməz. Belə ki, Qəbələ rayon Icra Hakiyyətinin Başçısı tərəfindən verilmiş *** nömrəli ##.##.2014cü il tarixli Sərəncamla, fiziki şəxs Cavabdeh ərizəsi nəzərə alınaraq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ərazi Idarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ******* saylı RX seriyalı çıxarışla ünvan 2 ünvanında sifarişçinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsində, Mingəçevir şəhər “xxxx” MMC (lisenziya № ******, qeydiyyat №-si L-11-002,##.##.2011) tərəfindən işlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiololgiya Mərkəzinin ##.##.2014-cü il tarixli, **-**/*-**** nömrəli, Ekelogiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsinin ##.##.2014-cü il tarixli, **/**** nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ##.##.2014-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyləri ilə razılaşdırılmış tikinti layihəsi əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qəbələ Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin “tikinti işlərinə başlanılması üçün əsas olan” ##.##.2014-cü il tarixli Xüsusi Nişandan görünür ki, Cavabdeh ünvan 2ndə qeyriyaşayış (ticarət) obyektinin tikintisinə razılıq verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair” AZE ***** nömrəli Şəhadətnamədən görünür ki, ünvan 1ndə Cavabdeh ## ##### 2015-ci il tarixdə ticarət obyektinə dövlət reyestrində qeydə alınması barədə nömrə verilmişdir. Göründüyü kimi, hazırda iddiaçı “xxxx” KB ASC-yə məxsus olan torpaq sahəsi vaxtilə cavabdeh Cavabdeh məxsus olmuş və sonuncu torpaq sahəsi özünə məxsus olan zaman müvafiq razılıq əsasında qeyd edilən tikilini inşa etmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi hərrac vasitəsilə satılıb ##.##.2018-ci il tarixdə “xxxx” KB ASC-nin mülkiyyətinə keçdikdə həmin torpaq sahəsində tikintisinə icazə verilmiş ticarət obyekti artıq mövcud olmuşdur. “xxxx” KB ASC-yə qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair Çıxarış verildikdə orada tikilmiş ticarət obyektinin olmasından xəbərsiz olması qeyri-mümkündür. Belə ki, hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin ərizəyə torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” KB ASC Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş mübahisə predmeti olan tikili barədə riskin olduğunu bilmiş və ya bilməli olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tikilinin özbaşına olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, elmi ədəbiyyatda “əsassız tikinti” adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir: - Şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; - Şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; - Şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması. Kollegiya daha sonra qeyd edir ki, əsassız tikintini çıxıntılı binadan və özbaşına tikilidən fərqləndirmək lazımdır. Belə ki, çıxıntılı binada torpaq mülkiyyətçisinin öz ərazisində inşa etdiyi binanın və ya qurğunun bir hissəsi qonşunun torpaq sahəsinə keçir. Bu halda tikili eyni anda iki qonşu sahə üzərində yerləşir, başqa əraziyə keçmiş çıxıntı tərkib hissəsi olduğu bina ilə qırılmaz fiziki bağlantıda olur. Əsassız tikintidə isə binanın tamamı qonşunun və ya başqa şəxsin ərazisində inşa edilir. Özbaşına tikiliyə münasibətdə əvvəlcə qeyd edilməlidir ki, onun meyarları Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir. Belə ki, özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikilidir. Göründüyü kimi, sadalanan meyarlar sırasında tikilinin dövlət reyestrində qeydə alınmaması göstərilməmişdir. Odur ki, şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi inzibati prosedurlara uyğun şəkildə inşa etdiyi, lakin hələ reyestrdən qeydiyyatdan keçirmədiyi tikinti özbaşına tikili sayıla bilməz. Mübahisə olduqda bir tikilinin özbaşına sayılması üçün müvafiq icra hakimiyyəti orqanı (və ya maraqlı tərəf) Mülki Məcəllənin məhz 180.1-ci maddəsində əks olunan şərtləri iddia və sübut etməlidir. Həmin şərtlər isə onu göstərir ki, bu institut daha çox inşaatla bağlı torpaq mülkiyyətçisi ilə inzibati orqanlar arasındakı hüquq münasibətləri baxımından aktualdır. Əsassız tikinti isə torpaq sahəsinin mülkiyyətçisi ilə inşaatı öz hesabına aparmış şəxs arasında yaranan mülki hüquq münasibətləri ilə bağlıdır. Məsələn, tikinti üçün ayrılan torpaq sahəsində lazımi icazələr almaqla tikinti norma və qaydalarına uyğun aparılan inşaatda müqavilə münasibəti olmadan başqası öz materialı ilə bina tikə bilər. Bu zaman həmin bina özbaşına tikili sayılmayacağı halda, əsassız tikinti hesab ediləcəkdir. Hazırki işdən isə görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi rərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ##.##.2014-cü il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ##.##.2014-cü il tarixli **ISMLI/** saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ipoteka saxlayana ipoteka qoyulmuşdur. Işdən daha sonra görünür ki, Qəbələ rayon Icra Hakiyyətinin Başçısı tərəfindən verilmiş *** nömrəli ##.##.2014-cü il tarixli Sərəncamla, fiziki şəxs Cavabdeh ərizəsi nəzərə alınaraq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ərazi Idarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ******* saylı RX seriyalı çıxarışla ünvan 2 ünvanında sifarişçinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsində, Mingəçevir şəhər “xxxx” MMC (lisenziya № ******, qeydiyyat №-si L-11-002,##.##.2011) tərəfindən işlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiololgiya Mərkəzinin ##.##.2014-cü il tarixli, **-**/*-**** nömrəli, Ekelogiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsinin ##.##.2014-cü il tarixli, **/**** nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ##.##.2014-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyləri ilə razılaşdırılmış tikinti layihəsi əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qəbələ Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin “tikinti işlərinə başlanılması üçün əsas olan” ##.##.2014-cü il tarixli Xüsusi Nişandan görünür ki, Cavabdeh ünvan 2ndə qeyriyaşayış (ticarət) obyektinin tikintisinə razılıq verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair” AZE ***** nömrəli Şəhadətnamədən görünür ki, ünvan 1ndə Cavabdeh ## ##### 2015-ci il tarixdə ticarət obyektinə dövlət reyestrində qeydə alınması barədə nömrə verilmişdir. Yuxarıda sadalananlardan görünür ki, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili özbaşına tikinti olmamışdır. Belə ki, həmin tikili torpaq sahəsi cavabdeh tərəfin mülkiyyətində olan zaman və müvafiq razılıqlar alınmaqla tikilmişdir. Kollegiya birdaha xatırladır ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ipotekaya qoyulsa da, cavabdeh Cavabdeh mübahisəli tikilini torpaq sahəsi öz mülkiyyətində olan zaman müvafiq icazələr və razılıqlar almaqla inşa etdirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin servitut və ya digər qaydada razılıq olmadan cavabdehin tikilidən istifadəsinin qanunsuz olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (Mülki Məcəllə 255.1). Torpaq Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır (Mülki Məcəllə 256.1 və 256.2). Bundan başqa, Mülki Məcəllənin 261.1 və 261.2-ci maddəsinin tələblərinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Yuxarıda sadlanan normalara əsasən məhkəmə kollegiyası bildirir ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Əgər servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tikilinin sökülməsi hüquqi baxımdan məqsədəuyğun hesab edilməsədə, tərəflərin hüquqlarının balanslı qorunması məqsədilə tərəflər arasında istifadəyə dair münasibətlərin (kompensasiya, servitut və ya digər qaydalarla) müəyyən olunması zəruridir. Hazırki işdən isə görünür ki, iddiaçı tərəf belə bir tələb irəli sürməmiş, ancaq tikilinin sökülməsini tələb etmişdir. Bundan başqa kollegiyası xüsusilə bir məqamıda qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qəbul edilən zaman cavabdeh Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin qiyməti 17500 manat müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilən zaman yalnız torpaq sahəsi qiymətləndirilmiş, onun üzərində olan tikilinin dəyəri isə nəzərə alınmamışdır. Bundan başqa, ##.##.2018-ci il tarixli Həracın yekunları üzrə əmlakın alqı-satıqısı barədə müqavilədən də görünür ki, Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi satış qiyməti 11156,25 manat müəyyən edilməklə “X11” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi “X11” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyəti kimi ##.##.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ipoteka predmetinə tutma yönəldilən zaman və daha sonra həmin əmlak hərracda satılan zaman yalnız torpaq sahəsi kimi qiymətləndirilmiş və qiymətidə ancaq torpaq sahəsinin dəyəri kimi götürülmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sərəncamda çıxarış nömrəsinin başqa nömrə olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Qəbələ rayon Icra Hakiyyətinin Başçısı tərəfindən verilmiş *** nömrəli ##.##.2014cü il tarixli Sərəncamda Cavabdeh mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin RX seriyalı Çıxarış nömrəsi 046891 qeyd olunmuşdur. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh verilən Çıxarışın nömrəsi 0468497 olduğundan həmin sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Birinci instansiya məhkəməsi kimi, kollegiyada həmin xətanı texniki yanlışlıq kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair” Şəhadətnamədə, eləcə də Qəbələ rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ##.##.2014-cü il tarixli Xüsusi Nişanında da Cavabdeh mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,03 ha torpaq sahəsində qeyriyaşayış (ticarət) obyektinin tikintisinə razılıq verildiyi müəyyən edilir. Qeyd olunan Sərəncam cavabdehin oğlu X2 mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,03 ha torpaq sahəsində vahid ticarət obyektinin tikintisinə icazə verilən Qəbələ rayon Icra Hakiyyətinin Başçısının *** nömrəli ##.##.2014-cü il tarixli Sərəncamının ekvivalentidir. Tikintisinə icazə verilən vahid ticarət obyekti yanaşı yerləşən torpaq sahələrində tikilmişdir. Bundan başqa, kollegiya tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidmətinə müvafiq sorğu ümvanlanmışdır. Həmin sorğuya cavabdanda görünür ki, Cavabdeh verilən Çıxarışın nömrəsi 0468497 olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərini həmin hissədə də əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, hətta iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması müddətindən götürülsə belə cavabdeh tərəf 2018-ci ildən 2025-ci ilədək, təxminən yeddi il ərzində həmin əmlakdan fasiləsiz istifadə etmiş və ona qarşı iddiaçı tərəfindən hər hansı irad bildirilməmiş və iddiaçı tərəfdə belə bir etirazın irəli sürülməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Bundan başqa, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili özbaşına tikinti olmamışdır. Belə ki, həmin tikili torpaq sahəsi cavabdeh tərəfin mülkiyyətində olan zaman və müvafiq razılıqlar alınmaqla tikilmişdir. Bununla belə, hər iki mənafe arasında ədalətli tarazlıq baxımından torpağın əvvəlki mülkiyyətçisi öz hüququndan istifadə edərək müvafiq vəsait qoymaqla tikinti inşa etdiyindən həmin şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi də torpaq sahəsində cavabdeh tərəfindən öz vəsaiti hesabına tikinti işlərinin aparılması və inşa etdikləri tikililərdən uzun müddət istifadə etmələrini nəzərə alınaraq cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağı nəticəsinə gəlməklə doğru mövqedən çıxış etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları). Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Bundan başqa, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Belə ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Məhkəmə kollegiyası xüsusilə bir məqamıda qeyd edir ki, mübahisəli tikili torpaq sahəsi cavabdeh tərəfin mülkiyyətində olan zaman və müvafiq razılıqlar alınmaqla inşa edildiyindən, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə iddia tələblərini əsassız sayılır. Kollegiya eyni zamanda vurğulayır ki, müqavilə olmasa belə, torpaq mülkiyyətçisinin üzərinə bu cür yükün qoyulması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəla, mülkiyyət hüququ sahibinə təmin etdiyi imkanlarla yanaşı, qanundan irəli gələn öhdəlikləri də özündə ehtiva edir. Bu səbəbdən Mülki Məcəllənin 152.5-ci maddəsi mülkiyyətçinin qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərlə, habelə qonşuların və ya üçüncü şəxslərin hüquqlarınının pozulmaması, yaxud hüquqdan sui-istifadə olmaması nəzərə alınmaqla öz əşyasına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu tanımışdır. Ikincisi, mülkiyyət hüququ zəruri olduqda, qanunda nəzərdə tutulan əsaslarla, qanuni məqsədlərlə (o cümlədən başqa şəxslərin hüquq və mənafelərinin qorunması üçün) mütənasib şəkildə məhdudlaşdırıla bilər. Bu imkan Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V və VI hissələrində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.4, 3.5-ci maddələrində, habelə Avropa Insan Hüquqları Konvensiyası və Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir. Məhkəmə kollegiyası bir daha tərəflərin nəzərinə çatdırır ki, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, üzərlərinə düşən hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Iddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.