Məhkəmə qərarları › İş №2-2(3-6)-130/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-130/2026

06.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-130/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı2 cavabdeh “X8” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, əsas öhdəlik, borcun tam ödənilməsi, əsassız arqumentlər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “əmlakın ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5617/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" Kommersiya Bankı ASC ilə X7 arasında bağlanmış - xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə 245.000 manat, xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 22 % ödəmək şərti ilə 150.000 manat və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 21 % ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir.

2. "xxxx" Kommersiya Bankı ASC ilə İddiaçı2 arasında xx.xx.2011-ci il tarixdə 05MFBİ/11 saylı ipoteka müqaviləsi bağlanmışdır.

3. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 13 aprel 2011-ci il tarixli, 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 aprel 2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə - 97096 manat əsas kredit borcu, 6177,76 manat faiz borcu, 647,10 manat cərimə, cəmi 103920,86 manat, 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə - 90695,28 manat əsas kredit borcu, 5033,52 manat faiz borcu, 294,14 manat cərimə, cəmi 96022,94 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı, ümumilikdə 96022,94 manat pulun X3 tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə (bundan sonra – Qeyri-yaşayış sahəsi) yönəldilməsi, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, bu qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X4 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmiş, xx.xx.2013-cü il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir.

4. İcra şöbəsinin sifarişinə əsasən “X5” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ilkin, xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş və hərracda 223.125 manata bank tərəfindən alınmış və bununla bağlı hərrac təşkilatı ilə "xxxx" KB ASC arasında hərracın yekunları üzrə əmlakın xx.xx.2018-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır.

5. X4 hərrac hesabından çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə borcun azaldılması barədə UB-İH/2018/124 saylı Əmrə əsasən hesaba cəmi 199.943,80 manat yüklənməklə həmin tarixdə X7 05MFB/11-A və 05MFB/12-B saylı kredit müqavilələri (Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş)üzrə borclarına silinmişdir. Bundan sonra xx.xx.2022-ci il istinad edilən əmrin ləğvi ilə bağlı kredit müqavilələri üzrə borclar bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə borcun ödənilməsi barədə UB-İH/2022/142 saylı əmrə əsasən 199.943,80 manat pul vəsaiti yenidən hesab yüklənməklə xx.xx.2022-ci il tarixdə X7 05MFB/11-A və 05MFB/12-B saylı kredit müqavilələri üzrə borca silinmişdir.

6. Bundan sonra İddiaçı2 sözügedən hərracın yekunlarına dair protokolun, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ilə məhkəməuə müraciət etmiş və Göyçay rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvədə olan qətnaməsi (xx.xx.2021-ci ildə qüvvəyə minmişdir) ilə həmin iddia qismən təmin edilmiş, hərracın yekunları barədə protokol və müqavilə etibarsız hesab edilmişdir.

7. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 956- 46407/18- 61-6 saylı sifariş məktubu ilə Qeyri-yaşayış sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə həvalə edilmiş, ilkin hərrac xx.xx.2022-ci il tarixinə təyin edilmiş, Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 350000 manat müəyyən edilmiş, Nümayəndə4 əmlak üzrə müəyyən olunmuş beh məbləğini ödəyərək ilkinhərracda iştirak etmiş, lakin hərrac baş tutmamış elan edilmişdir. Təkrar hərrac xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin yenədə baş tutmadığından cavabdehə təklif edilmiş, cavsabdeh, "xxxx" MMC və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoluna və xx.xx.2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 262500 manata cavabdehə satılmışdır.

8. İddiaçı2 "xxxx" KB ASC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qeyri-yaşayış sahəsinin cavabdehə satılmasına dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” hərracın yekun protokolunun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-188/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2212/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu sonuncu qətnamədən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.

9. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli çıxarışında, habelə cavabdehin xx.xx.2025-ci il tarixli arayışında borc alanın kredit borcunun olmaması qeyd edilmiş, Göyçay rayon İcra və Probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2025ci il tarixli Qərarı ilə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013cü il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, icra sənədində qeyd edilən tələb (199943,8 manat) borclular X7 və İddiaçı2 tərəfindən tam şəkildə təmin olunmuşdur.

10. Həmin qərardaddan "xxxx" KB ASC tərəfindən verilmiş şikayət Göyçay Rayon Məhkəməsinin 2(046)-91/2013 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ləğv edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsinin Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmış, bu sonuncu qərardaddan İddiaçı2 və X7 tərəfindən verilmiş şikayət isə Şəki Apellyasiya Məhkəməsinin 8(107)- 107/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.

11. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçının həmin tarixə borcu yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat:

12. İddiaçı onun mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə dair ipoteka saxlayan cavabdeh ilə ipoteka verən iddiaçı və borcalan X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 05MFBİ/11 saylı ipoteka müqaviləsinə xitam verilməsi, Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin ipotekadan azad edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə ipotekadan azad edilmə haqqında məlumatın göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borc alan X6 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 22 % ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir. Sonra 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 21 % ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir. Göstərilən kredit müqavilələrinin təminatı olaraq xx.xx.2011-ci il tarixli 05MFBİ/11 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı, mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasını və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsini banka ipoteka qoymuşdur. "xxxx" KB ASC X6 və İddiaçı2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə - 97.096 manat əsas kredit borcu, 6.177 manat 76 qəpik faiz borcu, 647 manat 10 qəpik cərimə, cəmi 103.920 manat 86 qəpik, 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə - 90.695 manat 20 qəpik əsas kredit borcu, 5.033 manat 52 qəpik faiz borcu, 294 manat 14 qəpik cərimə, cəmi məbləği 96.022 manat 94 qəpik, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı, ümumilikdə 96.022 manat 94 qəpik borcun X3 tutularaq "xxxx" KB ASC-yə ödənmil əsi, tələb üzrə tutmanın İddiaçı2 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, həmin qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 350.000 (üç yüz əlli min) manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsait hesabına X4 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən İddiaçı2 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi 262500 manata banka satılmışdır, lakin bankın daşınmaz əmlak üzərində hüquqları bu günədək qeydiyyata alınmamış və hazırda İddiaçı2 mülkiyyətində qalmaqdadır. İddiaçı2 Rusiya Federasiyasında yaşamış qardaşının vəfatı ilə əlaqədar qardaşının ailəsi Azərbaycana gəlmiş, həmin vaxtlarda bu borclar, qeyri-yaşayış sahəsinin ipotekada olması ilə bağlı ailədaxili söhbətlər getmişdir. Həmin söhbətlər əsnasında qardaşı oğlu həmin borcun atası tərəfindən sağlığında hissə-hissə olmaqla ödənildiyini bildirmişdir. Bundan sonra göstərilən xüsusatın araşdırılması üçün banka müraciət edərək, borcla bağlı təmizlik arayışının verilməsini xahiş etmişlər. "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış verilmiş və həmin arayışda X4 xx.xx.2011-ci il tarixli 05MFB/11-A və 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqavilələri üzrə borcunun olmadığı göstərilmişdir. Eyni zamanda, kreditlər barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edilmiş vəAzərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan da müəyyən olunur ki, kredit müqavilələri üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdur və həmin müqavilələr üzrə borc yoxdur. Bundan başqa, Göyçay rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə icra sənədində göstərilən tələb borclular X7 və İddiaçı2 tərəfindən tam şəkildə təmin olunduğuna görə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26 aprel 2013-cü il tarixli icra sənədinə xitam verilmişdir. Göstərilənlərdən göründüyü kimi Göyçay Rayon Məhkəməsinin 2(046)- 358/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsi üzrə tələb təfərlərindən tam ödənilmişdir. Buna görə də cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyətinə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin ipotekadan azad edilməsini və bu barədə DƏDRX-a ipotekadan azad edilmə haqqında məlumatın göndərilməsini xahiş etmişlər. Lakin bu günədək cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyəti müraciətlərinə hər hansı cavab verməmişdir.

14. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixli, 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə-97096 manat əsas kredit borcu, 6177 manat 76 qəpik faiz borcu, 647 manat 10 qəpik cərimə, cəmi 103920 manat 86 qəpik, 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə 90695 manat 28 qəpik əsas kredit borcu, 5033 manat 52 qəpik faiz borcu, 294 manat 14 qəpik cərimə, cəmi məbləği 96022 manat 94 qəpik, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı X3 tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiymətinin 350000 manat müəyyən olunmaqla cavabdeh İddiaçı2 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X4 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. İpoteka predmeti olan əmlak hərraca çıxarılmış, hərrac baş tutmamış elan edildiyindən banka təklif edilmişdir. Əmlakın balans qiymətinə müvafiq olaraq X4 xx.xx.2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi və 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə banka olan borcu silinmişdir. Borc silindikdən sonra artıq qalan vəsait X1 verilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Əmlakın bankın balansına keçməsinə baxmayaraq, boşaldılaraq banka təhvil verilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi boşaldılma hissəsində icra edilməmişdir. Daha sonra isə iş üzrə məhkəmə qətnaməsində qeyd olunan “əmlakın boşaldılması hissəsi” ilə bağlı xx.xx.2025ci il tarixinə təyinat verilsə də icra işi icra olunmadan başqa tarixə təxirə salınmışdır. Buna səbəb isə İddiaçı2 ilə yeni məhkəmə mübahisəsinin yaranması olmuşdur. Həmin mübahisə ilə əlaqədar əmlak üzərinə həbs qoyulmuşdur. Həmçinin qeyd edirlər ki, hərrac protokolu və alqı-satqı müqaviləsi imzalandıqdan sonra bankın çıxarış ala bilməməsinin səbəbi də borcluların banka qarşı çoxsaylı iddalar qaldırması olmuşdur. Belə ki, borclular daha əvvəllər hərrac nəticələrini mübahisələndirmiş, Ali Məhkəmənin 2(102)-3461/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə hərrac protokolu və alqı-satqı müqaviləsi qüvvədə qalmışdır. İddiaçı2 Seyidağa qızı bank tərəfindən ona verilmiş borcun olmaması barədə arayışdan sui-istifadə edərək, həmin arayışı icra şöbəsinə təqdim etmiş, icra məmuru da əlavə araşdırma aparmadan səhvən işə xitam vermişdir. İşə xitam verilməsi barədə həmin qərardan bank şikayət vermişdir. Xitam qərarından bank tərəfindən verilmiş şikayət təmin edilmiş, xitam qərarı ləgv edilmişdir. İddia ərizəsində qeyd edilir ki, tələb borclular tərəfindən tam şəkildə ödənilib. Bir daha qeyd edək ki, borclu tərəfindən məhkəmə qətnaməsinin icrası ilə bağlı heç bir ödəniş olmamışdır. Borc yalnız ipoteka predmetinin balansa alınması hesabına silinmişdir. Borc silindiyi üçün borcalana aktiv borcunun olmaması barədə arayış verilmişdir. Təqdim etdikləri hesabdan çıxarışdan da görünür ki, kredit müqaviləsi üzrə borclular tərəfindən heç bir ödəniş olmayıb. Əmlak o halda ipoteka yüklülüyündən azad oluna bilər ki, borc əmlakın bankın balansına götürülməsi hesabına deyil, borclunun özü tərəfindən ödənilsin.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5617/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 100,6 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçının əsas tələbi cavabdehlə aralarında bağlanmış xx.xx.2011-ci il tarixdə 05MFBİ/11 saylı ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlıdır. İddiaçı ipoteka müqaviləsinə xitam verilməsini onunla əsaslandırır ki, sonradan ona məlum olmuşdur ki, Çingiz Mayılovun cavabdeh banka olan kredit borcu onun mərhum qardaşı tərəfindən hissə-hissə ödənilmiş, bu xüsusatı araşdırmaq üçün cavabdehin Mingəçevir filialına müraciət etmiş, ona verilmiş xx.xx.2025-ci il tarixli arayışda da Çingiz Mayılovun xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əsas kredit müqavilələri üzrə borcunun olmadığı qeyd edilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Çingiz Mayılov tərəfindən kredit öhdəliyi pozulduğundan cavabdehin iddiası əsasında qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı olaraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 956- 46407/18-61-6 saylı sifariş məktubu ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə həvalə edilmiş, ipoteka predmeti ilkin və təkrra harracdan satılmadığından cavabdehə təklif edilmiş, cavabdeh, "xxxx" MMC və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoluna və 15.11.202-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən ələ olunmasına” dair müqaviləyə əsasən Qeyri-yaşayış sahəsiı 262500 manata cavabdehə satılmışdır. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavebdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə hərracın nəticələrinin etibasrsızlığı ilə bağlı məhkəməyə müraciət ermiş, onun həmin iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-188/2024 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2212/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, bu sonuncu qətnamədən verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları konkret göstərilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əsas kredit müqavilələri üzrə Çingiz Mayılovun kredit öhdələyinin onun yaxın qohumu (qardaşı) tərəfindən ödənildiyini iddia etsə də, bu dəlilini təsdiq edə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Çingiz Mayılovun sözü gedən hər iki kredit müqaviləsi üzrə kredit öhdələyi Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası nəticəsində ipoteka predmeti olan və əvvəllər iddiaçıya məxsus olan Qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə realizəsi nəticəsində cavabdeh tərəfindən əldə edilmişdir və cavabdehin həmin əmlaka dair mülkiyyət hüququna gözləntisi vardır. Eyni zamanda, məhkəmə qeyd edib ki, iddiaçının əvvəllər Qeyri-yaşayış sahəsinə dair hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirməsi onun Çingiz Mayılovun kredit öhdəliyinin hər hansı şəxs tərəfindən ödəyə bilmədiyindən məlumatlı olduğunu deməyə əsas verir. Odur ki, məhkəmə hesab edib ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 317.1, 385.1-ci maddələrinə, “İpoteka haqqında” AR Qanununun 1.0.1, 46.1, 48.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-yə olan borc İddiaçı2 Rusiya Federasiyasında yaşamış qardaşının tərəfindən sağlığında hissə-hissə olmaqla ödənilmişdir. Bundan sonra göstərilən xüsusatın araşdırılması üçün Banka müraciət edərək, borcla bağlı təmizlik arayışının verilməsini xahiş etdi. "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış verilmiş və həmin arayışda X4 13 aprel 2011-ci il tarixli 05MFB/11-A və 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqavilələri üzrə borcunun olmadığı göstərilmişdir. Eyni zamanda, kreditlər barədə məluma-n verilməsi ilə bağlı Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edilmiş və Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan da müəyyən olunur ki, kredit müqavilələri üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdurvə həmin müqavilələr üzrə borcyoxdur. Bundan başqa, Göyçay rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə icra sənədində göstərilən tələb borclular X7 və İddiaçı2 tərəfindən tam şəkildə təmin olunduğuna görə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26 aprel 2013cü il tarixli icra sənədinə xitam verilmişdir. Göstərilənlərdən göründüyü kimi Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsi üzrə tələb tərəfindən tam ödənilmişdir. Lakin ödənişlər bank tərəfindən gizlədilməklə əmlakı qanunsuz olaraq Bank tərəfindən ələ keçirilmək istənilməkdədir. Çünki əmlakın hazırki dəyəri çox yüksək olduğundan, eyni zamanda Bankın əməkdaşları tərəfindən bildirilən məlumata görə Bank tərəfindən yüksək məbləğlərdə əlavə xərclər çəkildiyindən (bilmir hara xərcliyiblər və nə üçün xərcləyiblər, çox ehEmal kimlərisə ələ almaq üçün xərclənmişdir) və həmin xərclərin əvəzini başqa qaydada ala bilmədiklərinə görə əmlakı ipotekadan azad etmək fikirləri yoxdur. Eyni zamanda bildirmək istəyir ki, Bank guya əmlakı hərrac yolu ilə 2018-ci ildə əldə etmişdir. Məhkəməyə müraciət edərək, həmin hərracı etibarsız hesab etdirmişdir. Sonra bank əmlakını hərrac yolu ilə 2022-ci il tarixdə əldə etmişdir. Hərraclarla bir məqamı bildirir ki, Bank tərəfindən icra şöbəsinin depozit hesabına 2018-ci ildə bir rəqəm, 2022-ci ildə bir rəqəm olmaqla müxətlif rəqəmlərdə pul vəsaitləri köçürülmüşdür. Əgər əmlakın dəyəri və alış qiyməti hər iki ildə eyni idisə, nəyə görə ayrı-ayrı rəqəmlər köçürülmüşdür. Bu məlum deyildir. Mərhum qardaşının ailəsinin verdiyi məlumata görə borc artıq həmin vaxtlarda ödənilib qurtarmışdır. Bundan əlavə birinci instansiya məhkəməsi qətnaməsində Çingiz Mayılovun kredit öhdəliyinin onun yaxın qohumu (qardaşı) tərəfindən ödənildiyini təsdiq edə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməməsini qeyd etsə də, bu sübutun tərəfindən verilməsi qeyri-mümkündür. Çünki borc İddiaçı2 qardaşı tərəfindən ödənilmiş, qardaşı da 2019-cu ildə vəfat etmişdir ki, ödəniş qəbzlərinin olub-olmamasını müəyyən etmək göstərilən səbəbdən mümkün deyildir və borcun qardaşı tərəfindən ödənilməsi barədə məlumat isə onun ölümündən çox sonra bizə məlum olmuşdur. Bu fakt, yəni borcun ödənilməsi Bank tərəfindən gizlədilir. Birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv, hərtərəfli və qərəzsiz həll edilməsi məqsədi ilə bu faktın araşdırılması ilə bağlı hər hansı bir tədqiqat aparılmamışdır. Məlumdur ki, göstərilən məlumatlar kommersiya sirri təşkil etdiyindən həmin məlumatlar iddiaçıya deyil, yalnız məhkəməyə təqdim edilə bilərdi. Birinci instansiya məhkəməsi isə yalnız cavabdehin təqdim etdiyi sübutlara istinad etməklə etməklə ədalətsiz və qanunsuz qətnamə çıxararaq bizim hüquqlarımızı pozmuşdur. Bir daha qeyd edir ki, kredit müqavilələri üzrə borc 2018-ci ildə ödənilib qurtarmış və bu xüsusat Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan da müəyyən olunur. Belə ki, sözügedən çıxarışdan göründüyü kimi kredit müqavilələri üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdurvə həmin müqavilələr üzrə borcyoxdur. Eyni zamanda bildiririk ki, bank hesabından çıxarışlardan görünür ki, borc gecikdirildiyinə görə başqa hesaba keçirilmişdir. Qeyd edilən başqa hesabın hansı hesab olduğu, nəyə görə həmin hesaba keçirilməsi bizə məlum deyildir. Bu hal da ehtimal etməyə əsas verir ki, ödənişlər həmin hesaba mədaxil edilmiş və həmin hesablar Bank tərəfindən qanunsuz olaraq gizlədilməkdədir. Bu hal da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamaqla qərəzli nəticəyə gəlinmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsindən məzmunundan görünür ki, cavabdeh əmlakı xx.xx.2022-ci il tarixli, 121 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoluna və xx.xx.2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair müqaviləyə əsasən almış və artıq qalan ödənişi də xx.xx.2022-ci il tarixdə ödəmişdir. Göründüyü kimi cavabdeh tərəfindən əmlak 2022-ci il tarixdə alınmışdır ki, bu halda əmlak hesabına silinmə də həmin tarixdə həyata keçirilə bilərdi. Lakin Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2018-ci il tarix olmuşdur. Göründüyü kimi silinmə ilə ödəniş tarixləri arasında 4 ilə yaxın fərq varki, bu halda borcun olmamasının səbəbinin əmlakın balansa alınması nəticəsində borcun silinməsi olması imkansızdır. Göründüyü kimi Bank, borcun mənim Rusiya Federasiyasında yaşamış mərhum qardaşı tərəfindən ödənildiyini gizlədir. Gizlətmə səbəbi isə əmlakın hazırki dəyərinin bir milyon manatdan çox olmasıdır ki, bu məbləği itirmək istəmir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar araşdırılmadan, yalnız cavabdehin təqdim etdiyi sənədlərə istinad edilməklə əsassız nəticəyə gələrək qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. İddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini tələb etdi ki, kredit borcunun hansı illərdə, hissəhissə və ya tam şəkildə, nağd və ya nağdsız ödənildiyi müəyyən olunsun. Nümayəndə bildirdir ki, atası və dayısı əvvəlki kredit borcunu tam ödəyib və ödənişlər bank və Azərbaycan Kredit Bürosu çıxarışlarında təsdiqlənib. 2013-cü il məhkəmə prosesində ödənişlər tam göstərilməyib, 2018-ci ildə borc hərrac yolu ilə bağlanıb. Eyni zamanda, ikinci hərrac zamanı Minayə Seyidağa qızına ödənilməsi nəzərdə tutulan məbləğin yalnız bir hissəsi köçürülüb. Nümayəndə ekspertizanın aparılmasını və borcun ödənilməsinin rəsmi sənədlərlə təsdiqlənməsini tələb edir.

22. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, borcun olmaması əmlakın bank balansına keçməsi ilə bağlıdır və əvvəlki borclar əvəzləşdirilib. Əmlak üzərində keçirilmiş hərraclar bir neçə dəfə mübahisələndirilsə də, son hərrac 2023-cü ildə qüvvədədir. Əmlakın ipotekasına xitam verilməməsinin səbəbi üçüncü şəxsin torpaq sahəsi ilə ipoteka predmeti olan torpaq sahələrinin üst-üstə düşməsi ilə əlaqədar məhkəmə mübahisəsinin mövcudluğu və bununla bağlı reyestdən çıxarışın alınmamasıdır. 2018-ci ildə hərrac hesabına pul köçürülüb, son ödənişlər isə 2012-ci ildə həyata keçirilib. Конец формы

Tətbiq edilən hüquq:

25. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. -294.1-ci maddəsinə görə girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə. -460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

26. “İpoteka haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 48.1-ci maddəsinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə.

27. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Kommersiya Bankı ASC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə 245.000 manat kredit xətti açılmış, həmin müqavilə çərçivəsində xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 22 % ödəmək şərti ilə 150.000 manat və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 21 % ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir. Borc alanın xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq "xxxx" Kommersiya Bankı ASC ilə İddiaçı2 arasında xx.xx.2011-ci il tarixdə 05MFBİ/11 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya məxsus Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 13 aprel 2011-ci il tarixli, 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 aprel 2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə - 97096 manat əsas kredit borcu, 6177,76 manat faiz borcu, 647,10 manat cərimə, cəmi 103920,86 manat, 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə - 90695,28 manat əsas kredit borcu, 5033,52 manat faiz borcu, 294,14 manat cərimə, cəmi 96022,94 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı, ümumilikdə 96022,94 manat pulun X3 tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. xx.xx.2013-cü il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. İcra məmurunun sifarişi ilə “X5” MMC tərəfindən ipoteka predmetinin satılması məqsədilə hərrac keçirilmiş, əmlak təkrar hərracda 223.125 manata bank tərəfindən alınmış və bununla bağlı hərracın yekunları üzrə hərrac yekunlarına dair protokol imzalanmış və hərrac təşkilatı ilə bank arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İpoteka predmetinin satılmasından əldə edilmiş vəsait hesabına bank tərəfindən xx.xx.2018-ci il tarixdə mübahisəli əlavə kredit müqavilələri üzrə borclar silinmişdir.

33. Bundan sonra Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iləxx.xx.2018-ci il tarixli hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi İddiaçı2 iddiasına əsasən etibarsız hesab edilmişdir.

34. İcra məmurunun yeni sifarişinə əsasən "xxxx" MMC-yə həvalə edilmiş, MMC tərəfindən keçirilmiş təkrar hərrac baş tutmadığından əmlak cavabdehə təklif edilmiş və cavabdeh "xxxx" MMC və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna və xx.xx.2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 262500 manata cavabdehə satılmış, lakin "xxxx" ASC-nin həmin əmlak üzrə hüquqları hal-hazıradək dövlət qeydiyyatına alınmamışdır.

35. Hazırda İddiaçı2 Azərbaycan Kredit Bürosundan çıxarışa istinad etməklə 13 aprel 2011-ci il tarixli, 05MFB/11-A saylı və 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqavilələri üzrə borcun 2018-ci ildə qardaşı tərəfindən tam ödənildiyini bildirir və həmin əsasla ipoteka müqaviləsinə xitam verilməsini, əmlakın ipoteka yüklülüyündən azad edilməsi, bu barədə məlumatın göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

36. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ödənilməsi qət edilmiş mübahisəli kredit müqavilələri üzrə borc məbləğlərinin 2018-ci ildə tərəfindən qardaşı tərəfindən tam şəkildə ödənilməsinə istinad etsə də, ödənişləri təsdiq edən sənədləri (kassa mədaxil orderləri, qəbzlər, ödəniş tapşırıqları və s.) məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş X4 bank hesabından çıxarışdan görünür ki, borc alan tərəfindən mübahisəli əlavə kredit müqavilələri üzrə sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə edilmişdir. Cavabdehin ödənişin edilməsini təsdiq edən sübut qismində istinad etdiyi Azərbaycan Kredit Bürosundan çıxarışda əks olunmuş mübahisəli kredit müqaviləsi üzrə borcun xx.xx.2018-ci il tarixdə ödənilməsi barədə qeydə gəldikdə kollegiya qeyd edilir ki, iş materiallarına əlavə edilmiş X4 hərrac hesabından çıxarışdan müəyyən edilir ki, qeyd olunan tarixdə mübahisəli əlavə kredit müqavilələri üzrə borclar borc alan tərəfindən ödənilmə nəticəsində deyil, xx.xx.2018-ci il tarixli hərrac yekunlarına dair protokol və alqı-satqı müqaviləsinə əsasən ipoteka predmetinin bank tərəfindən əldə edilməsi ilə bağlı silinmiş, sözügedən protokol və müqavilə məhkəmə qaydasında etibarsız hesab edildikdən sonra isə həmin borclar yenidən bərpa edilmişdir.

37. Beləliklə, kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, iddiaçının hazırkı iddianın faktiki əsası kimi istinad etdiyi hal- iddiaçının mübahisəli əlavə kredit müqavilələri üzrə X4 borclarının hər hansı şəxs tərəfindən banka ödənilməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddia əsassız olmaqla rədd edilməlidir.

38. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5617/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar