Məhkəmə qərarları › İş №2-2(103)-1336/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1336/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1336/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Nağıyeva Elmira Eyvaz qızı Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “X1” MMC-nin Cavabdeh MMC-ə qarşı “müqavilə üzrə yaranmış borcun” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, e-2-2(113)- 2818/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357- 362-ci maddələrinə riayət edilməklə verilmişdir. Apellyasiyanın qeyri-mümkünlüyü üçün əsaslar yoxdur. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri baxılması mümkün hesab edilsin. Apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılması 15.12.2021-ci il tarixə, saat 10:20-ə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilsin. Tərəflərə işə baxılma yeri və vaxtı barədə məlumat verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar