Məhkəmə qərarları › İş №2-2(103)-1339/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1339/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1339/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması,sübutetmə vəzifəsi) hakimlər X2 (sədrlik edən və məruzəçi), X15 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-3176/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr-razılaşma protokollorı ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması, alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən, malların dəyəri və ödəniş şərtləri protokolda göstərilir.

3. Müqavilənin 4.2.3-cü bəndinə əsasən, alıcı təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək alıcının öhdəliyidir.

4. Müqavilənin 5.5-ci bəndinə əsasən, alıcı qiymət razılaşma protokollarında göstərilən vaxtdan gec ödəniş etdikdə hər gecikdirilmiş gün üçün 0,1 % həcmində cərimə ödəyir və bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox ola bilməz.

5. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 05 nömrəli X7 əsasən malların ümumi dəyəri ədv daxil 1636149,06 manat təşkil edir. Ödəniş şərtləri: hissəli şəkildə 100% əvvəlcədən ödəniş.

6. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDO 051891 nömrəli 1636149,06 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

7. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 30416,32 manat, xx.xx.2023-cü il tarixdə 24886,08 manat, xx.xx.2023-cü il tarixdə 9009,00 manat, xx.xx.2023-cü il tarixdə 38709.00 manat, xx.xx.2023-cü il tarixdə 38340.00 manat ödəniş olunmuşdur.

8. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 168979,54 manat, xx.xx.2023-cü il tarixdə 138255,98 manat, xx.xx.2023-cü il tarixdə 50050,00 manat ödəniş olunmuşdur.

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqların əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak komleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması hökm olunmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, İddiaçı MMC-də 2021-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər baş mühasib vəzifəsində çalışmışdır. Həmin dövrdə onunla əmək müqaviləsi mövcud olmuşdur. O, maliyyə-təsərrüfat əməliyyatlarını aparmışdır. İddiaçı MMC-nin silisium zavodu Sumqayıt şəhərində yerləşmiş və 2023-cü il iyul ayının 7-də fəaliyyətini dayandırmışdır. Fəaliyyətin dayandırıldığı gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Cavabdeh MMC-nin əməkdaşları zavoda gəlmişlər. Zavod əməkdaşları müəssisənin fəaliyyətinin dayandırılacağını əvvəlcədən təxmin etmişlər. Zavoddan çıxarıldıqları gün malların siyahıya alınması mümkün olmamışdır, çünki əməkdaşlar dərhal ərazidən çıxarılmışlar. Hazır və zəruri mallar Cavabdeh MMC-nin əməkdaşları tərəfindən götürülmüş, daha sonra kompüter sistemində olan uçot məlumatları əsasında malların siyahısı çıxarılmışdır. 2023-cü ilin noyabr ayında icarədarların nəqliyyat vasitələrinin və əməkdaşların ofis əşyalarının zavoddan çıxarılması məqsədilə Cavabdeh MMC-nin əməkdaşlarına müraciət edilmişdir. Bundan əlavə, kömür, kvars və akalina məhsullarının zavoddan kənarda bir yerdə qaldığı, lakin onların siyahıya daxil edilmədiyi qeyd edilmişdir. Kvars silisium istehsalının əsas xammalı olmuşdur. Elektrod pastası, əhəng daşı və maqdan pastası ilə bağlı hər hansı müraciət edilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq şahid X14 bildirmişdi ki, müsadirə prosesi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında təhvil-təslim qaydasında həyata keçirilmişdir. Zavoddan yalnız əməkdaşlar çıxmış, məhsullar zavodda qalmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq şahid X14 qeyd etdi ki, o, 01 və 02 nömrəli aktlarla tanışdır. Həmin aktlar müsadirə günü tərtib edilmiş, inventarlaşdırma aparılmış və sayım müsadirə günündən əvvəl həyata keçirilmişdir. Kömür isə yalnız Cavabdeh MMC-yə satılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh QSC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 892690,06 (səkkiz yüz doxsan iki min altı yüz doxsan manat altı qəpik) manat məbləğində əsas borc, 44634,5 (qırx dörd min altı yüz otuz dörd manat əlli qəpik) manat məbləğində cərimə borcu və 55057,53 (əlli beş min əlli yeddi manat əlli üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 992382,09 (doqquz yüz doxsan iki min üç yüz səksən iki manat, doqquz qəpik) manat borc, həmçinin də ünvan 2 ünvanında İddiaçı MMC-yə məxsus 1999325,66 (bir milyon doqquz yüz doxsan doqquz min, üç yüz iyirmi beş manat, altmış altı qəpik) manat dəyərində olan malmaterialların və ehtiyyat hissələrinin qaytarılması, qeyd edilən mal-materialların və ehtiyyat hissələrinin qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 10000 (on min) manatın və ödənilmiş 2300 (iki min üç yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli Alqı-Satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə Müqavilənin predmetini Satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr – Razılaşma Protokolları (bundan sonra “Protokol”) ilə müəyyən olunan malları (bundan sonra “Mallar”) Müqavilə ilə razılaşdırılmış şərtlərlə Alıcıya satması, Alıcının isə həmin Malları qəbul edib qarşılığında Müqavilə ilə razılaşdırılmış pul məbləğini (Malların dəyəri) Satıcıya ödəməsi təşkil edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malların dəyəri və ödəniş şərtləri Protokolda göstərilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Çatdırılma xərcləri Protokolda göstərilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Malların dəyərinin ödənilməsi tarixi ödənişin Satıcının hesablaşma hesabına köçürüldüyü an hesab olunur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən Satıcı sifariş edilən Malları Alıcıya təhvil verdiyi gün Təhvil-təslim Aktını və elektron qaimə-fakturanı Alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən Ödəniş şərtləri və müddəti hər yeni sifarişdən qabaq Protokolda təsbit edilir. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən Müqavilə üzrə tərəflər arasında bütün hesablaşmalar nağdsız qaydada, Azərbaycan manatı ilə həyata keçirilir. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən Satıcı malları müqavilə ilə razılaşdırılmış müddətdə Alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1.3-cü bəndinə əsasən Satıcı mallara dair Təhvil-təslim Aktını, hesab-fakturanı və elektron qaimə-fakturanı Alıcıya təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2.1-ci bəndinə əsasən Alıcı Malları təhvil aldığı tarixdə yoxlayıb, Təhvil-təslim aktını iki nüsxədə imzalamaqla və bir nüsxəsini Satıcıya təqdim etməklə qəbul etmək və ya Malların kəmiyyət və ya keyfiyyətində hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə Təhvil-Təslim Aktında müvafiq qeyd apararaq Malları təhvil almaq və yaxud təhvil almaqdan imtina etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən Alıcı Təhvil-təslim anından sonra Mallarda hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə, bu barədə Satıcıya 5 iş günü ərzində xəbərdarlıq etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2.3-cü bəndinə əsasən Alıcı Təhvil aldığı Malların dəyərini Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən, Müqavilədən və alğı-satqının mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər AR qüvvədə olan qanunvericiliyinə və Müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən Satıcı malı X6 göstərilən müddət ərzində Alıcıya təhvil vermədikdə hər gecikdirilmiş gün üçün 0,1% həcmində cərimə ödəyir və bu məbləğ ümumi məbləğin 5%-dən çox ola bilməz. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən Alıcı qiymət razılaşma protokollarında göstərilən vaxtdan gec ödəniş etdikdə hər gecikdirilmiş gün üçün 0.1% həcmində cərimə ödəyir və bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox ola bilməz. Göründüyü kimi, Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı - İddiaçı MMC xx.xx.2023cü il tarixli 5 nömrəli X5 göstərilən mallar Alıcı – Cavabdeh QSC-yə təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron qaimə üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edirik ki, xx.xx.2023-cü il tarixli 5 nömrəli X5 göstərilmişdir ki, Protokol hər iki Tərəf tərəfindən imzalandıqdan sonra həmin protokolda qeyd edilmiş mallar Satıcının anbarında Satıcı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə təhvil veriləcək və Alıcının nümayəndələri tərəfindən qəbul ediləcəkdir. X8 Protokolunu tərəflər öz imzaları ilə imzalamaqla, möhürləyib təsdiq etmişlər. Bildiririk ki, adıçəkilən 5 saylı X7 əsasən Satıcı İddiaçı MMC, Alıcı Cavabdeh QSC-yə elektron qaiməfaktura təqdim etməklə, 5 saylı X5 qeyd edilən malları alıcıya təhvil vermişdir. Alıcı Cavabdeh QSC isə Satıcı "xxxx" MMC-dən malların təhvil alınmasını xx.xx.2023-cü il tarixli 051891 nömrəli elektron qaiməyə ştamp vurmaqla təsdiq etmişdir. 5 saylı X5 qeyd edildiyi kimi mallar Satıcı Cavabdeh QSC-nin Mərkəzi Anbarı tərəfindən təhvil alınmışdır. Qeyd olunan malların ümumi dəyəri ƏDV daxil olmaqla 1.636149,06 manat müəyyən edilmişdir. Nəzərinə çatdırırıq ki, xx.xx.2023-cü il tarixli 5 nömrəli X5 qeyd edildiyi kimi alıcıCavabdeh QSC tərəfindən ƏDV daxil 1.636149,06 manat məbləğində borcdan ilkin Avans olaraq xx.xx.2023-cü il tarixində ƏDV daxil 253.759,00 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində isə ƏDV daxil ödənilməli olan borcdan Cavabdeh QSC tərəfindən 251.340,00 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində isə ƏDV daxil ödənilməli olan borcdan Cavabdeh QSC tərəfindən 238.360,00 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlardan görünür ki, Alıcı Cavabdeh QSC ƏDV daxil 1.636149,06 manat məbləğində borcundan ümumilikdə ƏDV daxil 743.459,00 manat məbləğində ödəniş etmişdir. Belə olan halda görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli Alqı-Satqı müqaviləsinə, 5 saylı X7, elektron qaiməyə, xx.xx.2023-cü il tarixli BSC/3-9 nömrəli invoysa və ödəniş bildirişlərinə əsasən, Alıcı Cavabdeh QSC-nin satıcı "xxxx" MMC-yə ümumilikdə ƏDV daxil 892.690,06 manat məbləğində ödənilməyən borcu qalmışdır. Nəticədə tərəflər arasında bağlanılmış Alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubu MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin elektron kabinetinə elektron qaydada göndərilsə də pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. Bununla da iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında Müqavilənin icrasından irəli gələn bütün mübahisələr, o cümlədən Müqavilənin ləğvi ilə bağlı mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur. Müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, Müqavilənin icrasından irəli gələn və ya ona aid olan mübahisələr 30 (otuz) təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilmədiyi təqdirdə, həmin mübahisələr AR qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh QSC-dən xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 892690,06 (səkkiz yüz doxsan iki min, altı yüz doxsan manat altı qəpik) manat məbləğində əsas borc, 44634,5 (qırx dörd min altı yüz otuz dörd manat, əlli qəpik) manat məbləğində cərimə borcu və 55057,53 (əlli beş min əlli yeddi manat əlli üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği (xx.xx.2023-cü il tarixindənxx.xx.2025-ci il tarixinə qədər), ümumilikdə 992382,09 (doqquz yüz doxsan iki min üç yüz səksən iki manat doqquz qəpik) manat borcun tutulması, ünvan 2 ünvanında İddiaçı MMC-yə məxsus 1104078,41 (bir milyon yüz dord min yetmiş səkkiz manat qırx bir qəpik) manat dəyərində aşağıda qeyd olunan 1 №li aktdakı mal-materialların (Şlanq (isti su üçün), dia 63.5 mm, P=10-20 bar – 200 ədəd; Xamut (bolt ilə) 74-79, MRS – 300 ədəd; 35kv 50 mm2 kabel ucluğu Raychem-Polt HVOT - 1 ədəd; A4 jurnal - 40 ədəd; A4 kağız – 145 ədəd; Almaz disk ( kərpic kəsmək üçün ) -1 ədəd; Antiskalant Aqualine AP400 - 350 ədəd; Arxa stop fanar – 1 ədəd; Baxil n1000 - 23 ədəd; Bede (şlanq ilə) - 4 ədəd; Benzin A-92 - 1560 ədəd; Birdəfəlik stəkan (plastik) – 1750 ədəd; Boya (istiyə davamlı) - 30 ədəd; boya sarı - 175 ədəd; Boya, boz - 270 ədəd; Buffer MT7 / ML7 – 3 ədəd; Camlock tipA, 2 1/2 " (iç yiv), BRS - 130 ədəd; Camlock tipC, 2 1/2 ", 63 BRS; 1 ədəd Cartridge 106R03623 – 130 ədəd; Cartridge CF217A/C047 – 10 ədəd; Ceresit CX15 – 50 ədəd; Çəkic (kərpic sındırmaq üçün) - 2 ədəd; Çəkmə (sapoq) - 24 ədəd; Compressor oil 68 "OKSELLO", DİN 51506 VD-L – 172 ədəd; Cylinder head gasket - 1 ədəd; Dəbilqə (ağ) – 14 ədəd; Dəbilqə (göy) – 4 ədəd; Dəbilqə (qırmızı) - 17 ədəd; Dəbilqə (sarı) - 9 ədəd; Dəbilqə (yaşıl) - 6 ədəd; Dəbilqəyə taxılan eynək - 27 ədəd; Dirsək 90 dərəcəXdia40 - 60 ədəd; Disk 115 shlif (10 ədəd) – 20 ədəd; Disk 230 nerj - 25 ədəd; Drossel LED Power, Model AXC-SL050WİA5 - 13 ədəd; Ear plugs (səs batırıcı) – 1 ədəd; Elastik mufta – 4 ədəd; Electric motor ******* - 1 ədəd; elektrod nerjavik 308Lx3 – 6 ədəd; Elektrod sabit 248 X 3.25mm – 16 ədəd; emal sarğı 1.18 mm – 2 ədəd; Eynək O2 SPECTRUM şəffav –74 ədəd; arabasının təkəri – 6 ədəd; Əl silmək üçün tualet salfeti - 34 ədəd; FAB YOL CİZGİ BOYASİ AG 15L – 1 ədəd; Final Melody çay 225 qr - 3 ədəd; GPN blank – 50 ədəd; Hava filteri - 2 ədəd; Hava filteri-2205,721992 - 2 ədəd; hidravlik filter (Retxoth) balaca - 3 ədəd; hidravlik filter ( Retxoth ) böyük – 2 ədəd; Hidrotolkatel 300N, 200W, 50mm, 50Hz, Ed30/5, 3 - 2 ədəd; Hidrotolkatel Ed80/6, 800N, 60mm, 330W, 380V - 2 ədəd; Hydraulic pump ******* - 1 ədəd; İplik filter, 40 inch, 5 mkr – 48 ədəd; İzolyasiya lenti (rəngli) - 19 ədəd; jilet (otrajatel) qırmızı – 5 ədəd; jilet (otrajatel) sarı – 5 ədəd; Kabel PVC-FLACH 10G1.5mm2 - 200 ədəd; Kabel PVC-FLACH 4G2.5mm2 – 190 ədəd; Kağız skoç - 35 ədəd; Kamer 8.15-15; 50 ədəd Kaustik soda - 4 ədəd; Klapan -16 ədəd; Klapan salnikləri (16 ədəd) – 1 ədəd; Kollektor prokladkaları (8 ədəd) - 1 ədəd; Kolso porşenovoy – 4 ədəd; kompressor filteri - 2 ədəd; Kontaktor LC1E160 - 2 ədəd; Kontaktor LC1E95 - 2 ədəd; Konveyer lenti 10x800 – 14 ədəd; Konveyor rulosu 60x155 - 17 ədəd; Konveyor rulosu 89x(60x6) - 16 ədəd; Konveyor rulosu 89x(60x8) – 13 ədəd; Konveyor rulosu 89x180 - 30 ədəd; Konveyor rulosu 89x250 – 32 ədəd; Konveyor rulosu 89x310 - 15 ədəd; Konveyor rulosu 89x750 - 12 ədəd; Konveyor rulosu 89x940 – 38 ədəd; Konveyor rulosu 89x950 - 12 ədəd; Krank kasnası - 1 ədəd; lampa 400w – 2 ədəd; Lampa ekonom 15W, e27 - 29 ədəd; Laqonda daşı kəsən 230 - 95 ədəd; Laqonda daşı yonan 230 – 10 ədəd; Led projektor 300 Wt - 8 ədəd; Limon duzu - 150 ədəd; Lopatka sapı - 19 ədəd; Lopatka sovkovıy – 9 ədəd; M26*1.5 Dirsək (uqolnik) ştutser 90 dərəcə - 2 ədəd; M26*1.5 Hidravlik şlanq 1- ci tərəfi düz 2-ci tərəfi - 2 ədəd; M26*1.5 Hidravlik şlanq L=0.3 metr - 4 ədəd; M26*1.5 Ştutser düz - 2 ədəd; Mala – 17 ədəd; Metrə 30 mtr - 6 ədəd; Monoray Vinckran ücün - 1 ədəd; Mop şvabranın çubuğu - 6 ədəd; mufta ( 35 kv dia 300m2) - 1 ədəd; Mufta PVC F40x50 - 3 ədəd; MUHERRİK YAGİ 15W40 - 3 ədəd; Mühəndis kostyumu - 36 ədəd; Nitrat turşusu (texniki) - 10 ədəd; Nitrat turşusu (təmiz) - 6,5 ədəd; Nümunə qaşıq - 91 ədəd; Odadavamlı forma (sukonka) - 11 ədəd; Odadavamlı papaq - 4 ədəd; Oil pump coupling ******* - 1 ədəd; X17 Grease Oksello rulman Gres 3 - 2 ədəd; Oksigen maye - 7.640 ədəd; Oksigen qaz - 60 ədəd; Palet 1.2 x 0.8 metr (EPAL) - 480 ədəd; Paronit dia 2mm 1.5X2m - 9 ədəd; Pika 320 mm enli yastı uclu - 5 ədəd; Pika 320 mm yastı uclu - 5 ədəd; Pika 400 mm biz uclu - 30 ədəd; Plafon lampa (2 patronlu) - 1 ədəd; Polad boru dia 40mm - 240 ədəd; Polad tros, dia 12 mm, 6x36 İWRC - 70 ədəd; Polad tros, dia 22 mm x 4.5 metr, 6x36 İWRC - 10 ədəd; Premium benzin - 463 ədəd; Profil 400x120 - 10 ədəd; Prokladka kartera - 1 ədəd; Prokladka qolovka – 1 ədəd; PVC amerkanka dia40m çöl yiv - 3 ədəd; Qara kulyok 80x110 (qalın) - 100 ədəd; Qaynaq elektrodu dia 2.5 sabit - 17,5 ədəd; Qaynaq elektrodu dia 3.25 (paslanmaz) - 14 ədəd; Qaynaq elektrodu dia 3.25 sabit – 201 ədəd; Qaynaq elektrodu dia 4 sabit (4 kq) - 8 ədəd; Qaynaqçı dəst – 4 ədəd; Qaynaqçı maskası(sadə) - 5 ədəd; Qazlı Su SLAVYANKA 0.33L - 1.558 ədəd; Qermetik (qırmızı) - 8 ədəd; Qətran bərkidicisi - 5 ədəd; Qırmızı mala qumu - 4 ədəd; Qolovka bloka - 1 ədəd; Qoruyucu sipər - 15 ədəd; Raspredval aralıq prujunları - 4 ədəd; Respirator - 750 ədəd; Rezin çəkic - 5 ədəd; Riger əlcək - 13 ədəd; Rolik 20 sm - 2 ədəd; Salnik 50x80x10 - 10 ədəd; Sapunun diofraqması - 1 ədəd; Şeben - 44 ədəd; Sement M 400 -5 ədəd; Separator- 1630,160720 - 2 ədəd; Setka 10 mm - 24 ədəd; Setka 50 mm - 32 ədəd; Sərhəd lenti - 12 ədəd; Sirab qazsız 0.5 Lt - 24 ədəd; Şlanq (moyka üçün) - 1 ədəd; Smestitel (2 girişli) - 2 ədəd; Su sayğacı CTB-100X - 2 ədəd; Su şlanqı ipli - 100 ədəd; Su Şlanqı ipli (dia38Xdia51) – EGE 25 -407 ədəd; Süpürgə həyət -20 ədəd; Sürtkü yağı Technol Lapis HD 220 (208 litr) - 1 ədəd; Tablet duz (25 kq/kisə) - 200 ədəd; Technol Lapis HD 46 (208 L) - 2 ədəd; Teflon seals - 4 ədəd; Test kiti (Lakmus kağızı sularda PH dərəcəsinin təyini üçün) - 1 ədəd; Tibbi maska - 1.000 ədəd; X24 X25 100 m - 1 ədəd; Tros polad 6x36xØ15 (iç ipli) - 40 ədəd; Udlinitel, 5- yuvalı, L=5 metr - 3 ədəd; Vedrə - 30 ədəd; Vilka 16A 220V AC - 30 ədəd; Xamut dia 52*55 mm - 40 ədəd; Yağ filteri AR-K803 - 1 ədəd; Yağ filteri LF9009 - 2 ədəd; Yağ filteri6211, 473500 -2 ədəd; Yağ H-68 (208 L) - 1 ədəd; Yağış plaşı - 3 ədəd; Yanacaq bakının datçiki (JCB üçün) - 1 ədəd; Yanacaq filteri FF505 - 2 ədəd; Yanacaq filteri FS1212 - 2 ədəd; Yanacaq filteri FS1280 - 2 ədəd; Yastıq 6310 - 4 ədəd; Yeni şlanq - 5 ədəd; Yüngül çəkili kərpic - 480 ədəd; Zibil salafanı (balaca) - 62 ədəd; Zibil salafanı (böyük) - 22 ədəd; Armatur - 19,98 ədəd; Əhəng üyüdülmüş 90 µ - 20,041 ədəd; Karonka - 792,999 ədəd; Karonka oxu - 271,998 ədəd; Kərpic (odadavamlı) - 0,901 ədəd; Metal qırıntısı - 70,71 ədəd; Odadavamlı kütlənin sintetik qatqısı - 2 ədəd; Odadavamlı lak - 0,999 lt; Odadavamlı sement “Mortar” - 17 ədəd; Oksigen boru 15*1.3 mm - 610,999 ədəd; Oksigen maye - 5.579,999 m3; Polad təbəqə 4 mm 1500*6000 - 28,503 ədəd; Qəlib - 364,001 ədəd; Şpat - 2,221 tn; Susuz kütlə - 10,001 ədəd; Dizel - 9.350 lt; Okalina.ton - 353,240 tn; Əhəng daşı.ton - 55,280 tn; Elektrod pastası.ton - 179,730 tn; Madqan pastası.ton - 20,950 tn.) qaytarılması, aşağıda qeyd olunan mal-materialın qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi: ünvan 2 ünvanında İddiaçı MMC-yə məxsus 895247,25 (səkkiz yüz doxsan beş min iki yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat dəyərində aşağıda qeyd olunan 2 №li aktdakı ehtiyyat hissələrinin qaytarılması, aşağıda qeyd olunan ehtiyyat hissələrinin (“X1” şirkətindən əldə edilən soba çətirinin su ilə soyudulan ətəyi (9 seksiya); “X1” şirkətindən əldə edilən su ilə soyudulan qaz çıxış boruları 4.1 SET; “X1” şirkətindən əldə edilən soba çətirinin su ilə soyudulan qapağı (13 seksiya); “X1” şirkətindən əldə edilən soba çətirinin seqmenti 120/120/15*R 215/1095 - 4.96 ədəd; “X1” şirkətindən əldə edilən soba qaz kanalının su ilə soyudulan sol hissəsi; “X1” şirkətindən əldə edilən soba qaz kanalının su ilə soyudulan sağ hissəsi; “X13” şirkətindən əldə edilən X22-Cooled Cables type FHVV 1500C80 x 560 (2 ədəd) typeFHVV 1500C80 x2400 (2ədəd); “Technologies in Metallurgy” S.R.O əldə edilən düzbucaqlı əks axın soyutma qradirini (KFT-S1200.400-C3) (demontə vəziyyətdə) - 4.1 ədəd; “Technologies in Metallurgy” S.R.O əldə edilən JAW CRUSHER (PEF60X100mm)- FEEİNG MOUTH SİZE:60X100MM-MAXİMUM FEEDİNG SİZE: 500MM-OUTPUT SİZE: 0.1- 15MM) qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 10000 (on min) manatın və ödənilmiş 2300 (iki min üç yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən tələb hüququ əsassız olaraq Steel İmpex Şirkətinə ötürülmüş, həmin razılaşma cavabdeh tərəfindən mübahisələndirilmiş, müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bundan əlavə, iddia ərizəsində tələb edilən əşyaların bir qismi qanuni qüvvəyə minmiş hökmlə müsadirə edilmiş, həmin müsadirə çərçivəsində cavabdeh tərəfindən əmlak komleksi ilə birlikdə əldə edilmişdir, iddia ərizəsində göstərilən digər əşyaların isə ümumiyyətlə mövcudluğu, habelə əmlak kompleksində qalması müəyyən edilmir. Bir qisim avanlıqların isə iddiaçının əmlak kompeksindən çıxdığı tarixdən sonra alındığı iddiaçının təqdim etdiyi gömrük bəyannamələri ilə müəyyən edilir.

16. Birinci instansiya məhkəməsinin 2-2(113)-3176/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh QSC-dən 892690,06 manat əsas borc, 44634,50 manat dəbbə pulu, 2000 manat hüquqi yardıma görə xərc, 1227,32 manat dövlət rüsumu, ümumilikdə 940551,88 (doqquz yüz qırx min beş yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 1072,68 (bir min yetmiş iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 8000 (səkkiz min) manat hüquqi yardıma görə xərcin İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia ərizəsi dörd hissədən ibarətdir: 1. əsas borcun tutulması; 2. dəbbə pulunun tutulması; 3. illik beş faizlə hesablanmış faiz borcunun tutulması;

4. əşyaların geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi.  Məhkəmə iddianı birinci hissədə əsaslı hesab edir.  Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.  Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 1636149,06 manat dəyərində olan malları cavabdehə təhvil vermiş (göstərilən faktı cavabdehin nümayəndəsi məhkəmə iclasında da təsdiq etmişdir), lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, həmin malların dəyərinin bir qismi ödənilsə də, qalıq 892690,06 manat borc ödənilməmişdir.  Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqısatqı müqaviləsi üzrə ƏDV daxil 892690,06 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.  Məhkəmə hesab edir ki, iddia ikinci hissədə qismən əsaslıdır.  Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.5-ci bəndinə əsasən hesablanmış 44634,50 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.  Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.  Məhkəmə iddia tələbini üçüncü, əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 55057,53 manat pulun (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) tutulması hissəsində əsassız hesab edir.  İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üzrə ona faiz borcunun ödənilməsini tələb edir.  Məhkəmə həmin tələbi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üzrə (892690,06 manat * 5 faiz / 100 / 365 gün * 119 gün = 14552,07 manat) əsaslı hesab edir.  Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 yanvar 2024-cü il tarixində iddiaçı ilə “Steel İmpex SA” şirkəti arasında tələbin güzəşt edilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən hazırda ödənilməsi tələb edilən əsas borcun tələb hüququ göstərilən şirkətə güzəşt edilmişdir. Həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-1457/2024 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.  Bu səbəbdən məhkəmə hesab edir ki, tələb hüququnun güzəşt edildiyi xx.xx.2024-cü il tarixdən cavabdehdən faiz borcunun ödənilməsi tələb edilə bilməz.  Digər tərəfdən hazırda cavabdehdən tutulmalı olan 14552,07 manat faiz borcu cavabdehdən tələb edilən dəbbə pulu ilə əhatə olunduğu üçün tələb bu hissədə təmin edilə bilməz.  Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.  Beləliklə, hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə uyğun hesab edilə bilməz.  Məhkəmə iddia tələbini dördüncü, Sumqayıt şəhəri, Kimyaçılar, 1 ünvanında iddiaçıya 1 №li aktda, habelə 02 №li aktda qeyd olunan mal-materialların iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda həmin mal-materialların dəyərinin iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edir.  Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi hökm edilmişdir.  Həmin hökm qanuni qüvvəyə minmiş, göstərilən əmlak cavabdeh tərəfindən əldə edilmişdir.  Xüsusi müsadirə tətbiq edilmiş və cavabdeh tərəfindən əldə edilmiş əmlakın hazırda cavabdehdən geri tələb edilməsi ilə bağlı iddia təmin edilə bilməz.  Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə tələb etdiyi əmlakların ünvan 1 ünvanında yerləşən əmlak kompleksində qalmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.  Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 və 2 saylı aktlarda göstərilmiş əmlakların həqiqətən də əmlak kompleksi cavabdehin sahiblik və istifadəsinə verilən zaman orada olması materiallardan müəyyən edilmir.  İddiaçının məhkəməyə təqdim etdiyi şahid X14 ifadəsində göstərmişdir ki, həmin siyahılar tərtib edilən zaman hər hansı sayım həyata keçirilməmiş, göstərilən siyahılar qalıq mallar kimi iddiaçının kömpüterdə olan məlumatları əsasında tərtib edilmişdir.  Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.  Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.  Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.  Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.  Hazırkı işdə isə həmin şərtlərin mövcud olması təsdiq olunmur.  Çünki iddianın əsaslı hesab edilməsi üçün iddia ərizəsində adları sadalanan əşyaların iddiaçının mülkiyyətində olması və həmin əşyaların cavabdehin qanunuz sahibliyində olması müəyyən edilməlidir.  Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.  Lakin, o, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.  Belə ki, iddiaçı tərəfindən təqdim edilən müqavilələr, gömrük bəyannamələrinə əsasən iddiada göstərilən bəzi avadanlıqların iddiaçıya məxsus olduğu sübut olunsa da, məhz həmin avadanlıqların cavabdehin faktiki sahibliyində olması heç bir sübutla təsdiq olunmur.  Göründüyü kimi, iddia ərizəsində göstərilən əksər əşyaların iddiaçının mülkiyyətində olması faktı, iddiaçının mülkiyyətində olması müəyyən edilən əşyaların isə cavabdehin sahibliyində olması faktı sübut olunmur.  Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri əşyaların verilməsi hissəsində rədd edilməlidir.  Bundan başqa iddia ərizəsində 10000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 2000 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8000 manat vəkil xərci iddiaçının özünə aid edilməlidir.  Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 12 saylı Vəkil Bürosunun hesabına 10000 manat hüquqi xidmət haqqı köçürülmüşdür.  Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.  Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqı-satqı müqaviləsi üzrə 892690,06 manat əsas borc, 44634,5 manat cərimə borcu, 2000 manat hüquqi yardıma görə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1227,32 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricilərinə əsasən) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 1072,68 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki 157.2, 386.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 462.1, 466.1, 466.2, 466.3, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı malların qaytarılması, mallar qaytarılmadıqda dəyərinin ödənilməsi hissəsində iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı tərəfindən kifayət qədər sübutlar kommersiya məhkəməsinə təqdim olunmuş, lakin göründüyü kimi məhkəməyə təqdim olunan 1 və 2 nömrəli Aktda qeyd olunan malmaterialların və ehtiyyat hissələrinin təhvil alınmasını təsdiq edən bir sıra sənədlər, yəni Xarici şirkətlər ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən ehtiyyat hissələrin alınması, bununla bağlı müvafiq ödəniş sənədləri eləcə də malların Azərbaycan Republikasına gətirilməsi ilə bağlı gömrük bəyannamələri kimi bir sıra sənədlər və şahid ifadələri məhkəmə tərəfindən sübut kimi nəzərə alınmamışdır. Qeyd edirik ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin əvvəlki mülkiyyətçisinin İddiaçı MMC olması işin mübahisəsiz halıdır və belə olan halda 1 və 2 nömrəli Aktda qeyd olunan mal-materialların və ehtiyyat hissələrinin həmin əmlak kompleksində olması da işin mübahisəsiz halıdır. Belə ki, işdə olan sübutlardan və şahid ifadəsindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan istehsalat kompleksi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt edilməsi öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Cavabdeh MMC-nin əməkdaşları zavoda gəlmişlər. Zavod əməkdaşları müəssisənin fəaliyyətinin dayandırılacağını əvvəlcədən təxmin etmişlər. Zavoddan çıxarıldıqları gün malların siyahıya alınması mümkün olmamışdır, çünki əməkdaşlar dərhal ərazidən çıxarılmışlar. Hazır və zəruri mallar Cavabdeh MMC-nin əməkdaşları tərəfindən götürülmüş, daha sonra kompüter sistemində olan uçot məlumatları əsasında malların siyahısı çıxarılmışdır. 2023-cü ilin noyabr ayında icarədarların nəqliyyat vasitələrinin və əməkdaşların ofis əşyalarının zavoddan çıxarılması məqsədilə Cavabdeh MMC-nin əməkdaşlarına müraciət edilmişdir. Bundan əlavə, kömür, kvars və akalina məhsullarının zavoddan kənarda bir yerdə qaldığı, lakin onların siyahıya daxil edilmədiyi qeyd edilmişdir. Kvars silisium istehsalının əsas xammalı olmuşdur. Elektrod pastası, nəhəng daşı və maqdan pastası ilə bağlı hər hansı müraciət edilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq şahid X14 bildirmişdi ki, müsadirə prosesi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında təhvil-təslim qaydasında həyata keçirilmişdir. Zavoddan yalnız əməkdaşlar çıxmış, məhsullar zavodda qalmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq şahid X14 qeyd etmişdir ki, o, 01 və 02 nömrəli aktlarla tanışdır. Həmin aktlar müsadirə günü tərtib edilmiş, inventarlaşdırma aparılmış və sayım müsadirə günündən əvvəl həyata keçirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində şahidlərin ifadəsinin alınması ilə bağlı məhkəməyə təqdim edilmiş vəsatət məhkəmə tərəfindən təmin edilmiş və xx.xx.2025-ci il tarixində X9 məhkəmə iclasında şahid kimi ifadəsi alınmışdır. Lakin digər şahid Əli Məlikovun məhkəmə iclasında iştirakı mümkün olmadığından şahid qismində ifadəsi alınmadığı üçün digər şahidlər X4 və X3 şahid qismində ifadələrinin alınmasını məhkəmədən xahiş edildiyi halda məhkəmə bununla bağlı bildirdi ki, şahid ifadələrinin məhkəmə baxış iclasında alınması qeyri-mümkündür. Hazırkı məhkəmə mübahisəsinin düzgün, hərtərəfli, obyektiv və tam həlli üçün İddiaçı MMC-nin mütəxəssisi X4 və bölmə rəhbəri X3 şahid qismində ifadələri alınmalı idi. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 nömrəli hökmünə əsasən müəyyən etmişdir ki, cinayət işi materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16/01 №-li Kredit Sazişinə 11 dekabr 2019-cu il tarixli 01 №li Əlavə Sazişə 1 saylı Əlavədə siyahısı göstərilən və İddiaçı MMC-yə məxsus olan avadanlıqlar, adı çəkilən sonuncu şirkətin "xxxx" ASC qarşısında öhdəliklərinin təminatı üsulu kimi girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 290.2-ci maddəsinə əsasən girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməli və Azərbaycan Respublikasının dövlət nəfinə alınmalı, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak komleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınmalıdır. Göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 nömrəli hökmünə əsasən məhkəmə xx.xx.2016-cı il tarixli 16/01 №-li Kredit Sazişinə 11 dekabr 2019-cu il tarixli 01 №li Əlavə Sazişə 1 saylı Əlavədə göstərilən siyahıya əsaslanır və həmin siyahıda göstərilən avadanlıqlara girov qoyulduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus əmlak kompleksinə avadanlıqlar ilə birlikdə xüsusi müsadirə tətbiq edir. Yəni məhkəmə 1 saylı Əlavədə göstərilən avadanlıqlara əmlakla birlikdə müsadirə tətbiq edir. Bununla bağlı qeyd edirik ki, "xxxx" ASC ilə “X19 Foundry Company” MMC arasında bağlanmış Girov müqaviləsinə əsasən Girov qoyan "xxxx" MMC xx.xx.2018-ci il tarixli girov müqaviləsinin 1 saylı əlavəsində göstərilən 63 adlı müxtəlif tip feroərintilərin istehsalı üçün nəzərdə tutulmuş avadanlıqlar və texnoloji xətləri Girov saxlayan "xxxx" ASC-dən 13.191.593,80 ABŞ dolları məbləğində pulu götürmək məqsədilə girov qoymuşdur. Yəni İddiaçı MMC "xxxx" ASC-yə olan borcunu ödəyə bilməyəcəyi təqdirdə həmin 1 saylı əlavədə göstərilən 63 adlı müxtəlif tip feroərintilərin istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və texnoloji xətlərin satılması nəzərdə tutulur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında yerləşən əmlak kompleksi (avadanlıqları ilə birlikdə) əmlakın satış qiyməti 23.301000 (iyirmi üç milyon üç yüz bir min) manat olmaqla "X20” QSC-yə satıldığı qeyd olunur. Göründüyü kimi İddiaçı MMC-yə məxsus əmlak kompleksi Cavabdeh QSC tərəfindən avadanlıqlar ilə birlikdə satın alındığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan istehsalat kompleksi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt edilərək, bütün işçilər oradan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən müsadirə olunmayan İddiaçı MMC-yə məxsus əmlakların da (ehtiyyat hissələrinin, mal-materialın) çıxarılmasına imkan verilməmişdir. "xxxx" MMC-nə məxsus olan anbarda 1.104.078,41 AZN dəyərində mal-materiallar və 895.247,25 AZN dəyərində ehtiyyat hissələri bu günədək yerləşməkdədir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 5 nömrəli X10 üzrə mallar təhvil verildikdən sonra iddiaçı bank hesablarında həbs olduğundan, tələbi “Steel İmpex SA” (İsveçrə) şirkətinə güzəşt etdiyini, məbləğin ödənişini İsveçrəyə, iddiaçı ilə əlaqəli olan şəxs “Steel İmpex SA” (İsveçrə) şirkətinə ödənilməsini tələb edirdi. Beləliklə, malları təhvil verdikdən sonra iddiaçı tamamilə başqa icra tələb etdi. Bunlar haqqında etirazlar zamanı 1-ci instansiya məhkəməsində məlumat verildi. Məhkəmənin özünün tələbi ilə, məbləğin həmçinin “Steel İmpex SA” (İsveçrə) şirkəti tərəfindən də tələb edilməsinə dair sübutlar məhkəməyə təqdim edildi (məhkəmə elektron sistemində iş materiallarında 46-50-ci sıralarda olan pretenziya). Əlavə edilmiş hökmdən sübut olunduğu kimi (məhkəmə elektron sistemində iş materiallarında 49-cı sıra) İddiaçının İsveçrəyə ödənişi tələb etdiyi “Steel İmpex SA” onunla əlaqəli şirkətdir. Məhkəmə elektron sistemində iş materiallarında 41-cü sırada olan İddiaçı Non Ferrousun fərqli icra tələbi haqda başqa bir, e-2-2(113)-1457/2024 saylı iş üzrə apellyasiya şikayətindən sübut olunduğu kimi, iddiaçı məcburi qaydada cavabdehdən başqa icra – pulların xaricə köçürülməsini tələb edirdi. Həmin iş üzrə məhkəmə isə buna münasibət bildirmiş, bu cür icra tələbini qanunsuz hesab edərək iddianı təmin etməmişdir. Bundan əlavə olaraq, Məhkəmə elektron sistemində iş materiallarında 13-cü sırada olan, hazırkı iş artıq məhkəmədə icraatda olan zaman, yəni 11 aprel 2025-ci il tarixnidə iddiaçının özü tərəfindən verilmiş vəsatətdə iddiaçı özü etiraf etmişdir ki, iddiaçı ilə “Steel İmpex SA” şirkəti arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, BNFFC-S Tİ-001.12012024 nömrəli “X11 Dair” Müqavilə qüvvədə olduğu üçün, borcu tələb etmə hüququnun kimdə olduğu dəqiq bilinmir. İddiaçı vəsatətində göstərmişdir ki, 12 yanvar 2024-cü il tarixli, BNFFC-S Tİ- 001.12012024 nömrəli “X11 Dair” Müqavilə 10 aprel 2025-ci il tarixli “Tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi barədə” 1 saylı Əlavə Razılaşmaya əsasən xitam verilmişdir və yalnız bunda sonra cavabdehdən borcu tələb etmə hüququnun kimdə olması ilə bağlı şübhə qalmır. İddiaçı özü 10 aprel 2025-ci il tarixədək borcun ona ödənilməsinin tələb hüququnun olmadığını etiraf edir. İddiaçının vəsatətinə əlavə edilmiş, 12 yanvar 2024cü il tarixli “X11 Dair Müqaviləyə” 1 saylı əlavə razılaşmadan (Tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi barədə) göründüyü kimi, iddiaçı digər tərəflə tələbin güzəştinə xitam verilməsi barədə yalnız xx.xx.2025-ci il tarixində razılığa gəliblər. Belə olan halda, iddiaçının ən azı xx.xx.2025-ci il tarixədək cavabdehdən hansısa fərqli icra tələb edilməsi və bunun icra olunmamasına görə dəbbə pulu istəməsi qanuna ziddir. Qanunvericiliyin normalarına əsasən borcun cavabdehin təqsiri olmadan iddiaçıya ödənilməməsinin səbəbi iddiaçının öz hərəkətləri olmuşsa, onun qanunsuz fərqli icra tələbləri olmuş, icra bunun nəticəsində baş tutmamış və bu, gecikdirmə sayılmır. Digər tərəfdən, iddaçının başqa icra tələb etməsi və bunun qanunsuz olması qüvvədə olan başqa məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir. Hazırkı iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli Qərardadında da icraatın dayandırılmasının əsaslarından biri kimi məhkəmənin özü də göstərir ki - iddiaçının hazırkı tələblərindən biri tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Adıçəkilən müqavilə üzrə tələb hüququ “Steel İmpex SA” şirkəti ilə İddiaçı MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC-S Tİ001.12012024 saylı “X11 dair” müqavilə əsasında “Steel İmpex SA” şirkətinə güzəşt edilmiş, həmin müqavilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Digər əsaslara bu əsas da məhkəmə tərəfindən əsas götürülərək “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2-2(102)-265/2025 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə bir tərəfdən qəbul və təsdiq edir ki, fərqli icra tələbi olub, bu əsasla bağlı başqa iş yekunlaşmalı idi. Digər tərəfdən isə, fərqli icra haqda iddiaçının qanunsuz tələblərini cavabdeh üçün məsuliyyət kimi qiymətləndirir və dəbbə pulu, zərər hesablayır. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin tətbiq olunmalı normaları tətbiq edilməmiş, nəticədə qanunsuz olaraq cavabdehə dəbbə pulu, zərər (dəbbə pulu ilə əhatə olunmuş) ödənişi müəyyən etmiş, dəbbə pulu ödənişi qət etmişdir. Əlavə olaraq yuxarıda göstərilənlər, iddiaçının da vəsatətindən qəbul etdiyi ki, iddiaçının pulu tələb etmək hüququ 10 aprel 2025-ci il tarixli “Tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi barədə” 1 saylı Əlavə Razılaşmadan sonra yaranmışdır. Belə olan halda, iddiaçının da təsdiq etdiyi kimi, əsas məbləğin tələbi üçün pretenziya və iddia da həmin dövrdə qüvvədə olmayan tələb hüququna əsasən verilmişdir. Əsas məbləğin ödənişi haqda tələbin özü də hazırkı iddia üzrə təmin edilə bilməzdi.

Apellyasiya şikayətinə qarşı etiraz

23. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək birldirmişdir ki, güzəşt müqaviləsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilibdirsə, hüquq heç vaxt güzəşt alana keçməmiş sayılır. xx.xx.2024-cü il tarixli “X11 dair” müqavilə etibarsız sayılıbsa, qeyd olunan müqaviləyə xx.xx.2025-ci il tarixində xitam verilsə də həmin əlavə razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Əlavə Razılaşma faktiki baxımdan hüquqi mənasızdır. Çünki müqavilə etibarsızdırsa, həmin müqaviləyə xitam vermək mümkün deyil. Xitam yalnız etibarlı müqaviləyə verilə bilər. Ona görə də cavabdehin “xx.xx.2025-ci il tarixə qədər borc tələb etmək hüququ yox idi” arqumenti hüquqi əsasa malik deyildir. Gecikmənin cavabdehin təqsiri olmadan yaranması iddiası da əsassızdır. Tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquqları yaranmış satıcı tərəf alıcı tərəfə müqavilənin tərkib hissəsi olan əlavədə qeyd edilən malları satmağı alıcı tərəf isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Ancaq hazırki kommersiya mübahisəsindən görünür ki, Alıcı müqavilədən irəli gələn öhdəliklərini pozaraq Satıcı qarşısında mövcud olan pul öhdəliyini (borcunu) icra etməmişdir. Bu isə mülki qanunvericiliyin tələblərinə birbaşa ziddir. xx.xx.2023-cü il tarixli 5 nömrəli X5 ödəniş şərtləri hissəli şəkildə 100% əvvəlcədən ödəniş etməklə həyata keçiriləcəyi qeyd edilmişdir. Yəni alıcı Cavabdeh QSC satıcı İddiaçı MMC-dən malları təhvil almamışdan əvvəl adıçəkilən X5 qeyd olunan malların dəyərini ƏDV daxil hissəli şəkildə 100% əvvəlcədən ödəniş etməklə satıcı İddiaçı MMC-yə ödəməli idi. Eyni zamanda qeyd edirik ki, “Steel İmpex SA” şirkəti ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində “X11 dair” müqavilə bağlanana qədər belə Cavabdeh QSC iddiaçı "xxxx" MMC-yə olan borcunu ödəməkdən yayınmışdır.

24. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək birldirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin cinayət işi üzrə çıxarılmış 28 dekabr 2022-ci il tarixli, 1(101)- 1571/2022 saylı hökmü 06 iyun 2023-cü il tarixində qanuni qüvvəyə minmişdir. Cinayət işi üzrə çıxarılmış 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi icra vərəqəsi ilə xüsusi müsadirə ilə bağlı hissədə icra edilməsi üçün icraya göndərmişdir. Hökm qüvvəyə minməsindən sonra xx.xx.2023-cü il tarixdə onun xüsusi müsadirə ilə bağlı hissədə icra edilməsi üzrə icra tədbirləri icra edilmişdir. İddiaçı isə şikayətində xx.xx.2023-cü il tarixdə xüsusi müsadirə üzrə həyata keçirilən qanuni icra hərəkətlərini Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan istehsalat kompleksinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt etmə kimi göstərərək bunu məhkəmə tərəfindən dəlil və əsas kimi qəbul edilməsini, əmlakının müsadirə edilməsi deyil, əlindən alınması qənaətinə gəlməsini təsdiq etməyi tələb edir. Beləliklə, İddiaçı Apellyasiya məhkəməsinin Kommersiya Kollegiyasından başqa cinayət işi üzrə Azərbaycan Respublikası məhkəməsinin hökmünün məcburi icrası üzrə icra tədbirlərinin qanunsuz hesab etməsi qənaətinə gəlməsini, bu əsasla da apellyasiya şirkətinin təmin edilməsini xahiş edir. Halbuki, qeyd etdiyimiz kimi, xx.xx.2023cü il tarixdə cinayət işi üzrə çıxarılmış 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmün müsadirə ilə bağlı hissədə icra edilməsi üzrə icra tədbirləri həyata keçirilmişdir, bu tam qanuni addımlardır. İddiaçı tərəfindən indiyə qədər icra tədbirlərinin qanunsuz və ya müvafiq qaydada keçirilmədiyi barədə icra orqanına qarşı hər hansı şikayəti, o cümlədən məhkəməyə şikayəti olmamışdır, bunu təsdiq edən hər hansı məhkəmə qərarı yoxdur. İddiaçı Apellyasiya şikayətində də, iddia ərizəsində olduğu kimi, cinayət işi üzrə çıxarılmış hökmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının fərqli izah verməsini tələb edir, bildirir ki, ünvan 1 ünvanında yerləşən xüsusi müsadirə olunan əmlak kompleksi avadanlıqları ilə birlikdə dedikdə yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus avadanlıqlar nəzərdə tutulur, İddiaçının digər avadanlıqlarına məhkəmə hökmü ilə müsadirə tətbiq edilməmişdir, eyni zamanda bildirir ki, İddiaçının əmlakının digər hissəsinə - digər əsas vəsaitlər, ehtiyat hissələri, mal, materiallara müsadirə tətbiq edilməmişdir. Halbuki, məhkəmə hökmü qəbul edərkən İddiaçının tam əmlak kompleksinə, onun cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edildiyi, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın sonradan çevrildiyi əmlaklara heç bir istisna tətbiq etmədən müsadirə edilməsini nəzərdə tutmuşdur. Cinayət işi üzrə apellyasiya instansiyası və Ali Məhkəmənin məhkəmə aktlarından göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü ilə İddiaçı MMC-nin əmlaklar üzərinə xüsusi müsadirənin tətbiq edilməsi qanuni olmuşdur. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmün qət hissəsindən göründüyü kimi məhkəmə “İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirənin tətbiq edilməsini və Azərbaycan Respublikasının dövlət nəfinə alınmasını qət etmişdir.” Yəni məhkəmə müsadirə hissəsində, 1-ci cümlədən “yalnız Banka İddiaçı MMC-nin girov qoyduğu avadanlıqların müsadirəsini göstərməmişdir. Belə hal yoxdur. Məhkəmə hökmdə girovda olub, olmamasına fərq qoymadan dövlət nəfinə alınmasına dair hökm verdiyi 1-ci cümlədə İddiaçı MMC-yə aid avadanlıqları ilə birlikdə əmlak kompleksinə müsadirənin tətbiqini göstərmişdir”. Bu yazılan yazıldığı kimi də oxunmalı və şərh edilməlidir. Girov qoyulmuş əmlak isə satışdan əldə edilmiş vəsaitlərin dövlət və Girovsaxlayan Bank arasında bölüşdürülməsi qaydasını müəyyənləşdirən 2-ci cümlədə göstərilir. Bu 2-ci cümlə müsadirə deyil, müsadirə edilmiş əmlakın satışının mümkün yolları, bu zaman Girovsaxlayan Bankın girov qoyulmuş əmlak üzrə tələbinin ödənilməsi qaydasını müəyyən edir. Bu 2-ci cümlə müsadirəni deyil, satışdan əldə edilmiş vəsaitlərin dövlət və Girovsaxlayan Bank arasında bölüşdürülməsi qaydasını müəyyən edir. Bu 2-ci cümlə müsadirə olunan avadanlıqların yalnız girov qoyulmuş avadanlıqlardan ibarət olduğunu müəyyən etmir. Bu cümlədə belə hal, norma müəyyən edilməmişdir. Digər əsas vəsaitlər, ehtiyat hissələri, mal, materiallara gəldikdə isə, hökmdə aşkar şəkildə tikililərə, yəni daşınmaz əmlaka deyil, İddiaçı MMC-yə aid əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmişdir. Cinayət Qanunu aşkar olaraq müəyyən edir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Beləliklə, məhkəmə hökmü ilə xüsusi müsadirə nəinki cinayətin törədildiyi vaxta, hökmün çıxarıldığı vaxta (28 dekabr 2022-ci il) mövcud olmuş əmlak kompleksinə aid əsas vəsaitlər, ehtiyat hissələri, mal, materiallara, həmçinin hökmün icrası zamanınadək (xx.xx.2023-cü il) digər üsullarla tam və ya qismən çevrilmiş digər əmlak və ya onun müvafiq hissəsinə aiddir.

Apellyasiya baxışı, izahat

25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

26. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

28. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər

29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

41. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

42. Madd 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

43. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı faktiki olaraq qətnaməni “Sumqayıt şəhəri, Kimyaçılar, 1 ünvanında iddiaçıya 1 №li aktda, habelə 02 №li aktda qeyd olunan mal-materialların iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda həmin mal-materialların dəyərinin iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi” hissəsində; cavabdeh isə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

55. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

56. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan istehsalat kompleksi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən müsadirə olunan avadanlıqlara heç bir aiddiyyəti olmayan 1 və 2 nömrəli Aktlarda qeyd olunan mal-materialların və ehtiyyat hissələrinin çıxarılmasına imkan verilməmiş və Cavabdeh QSC-ni qanunsuz sahibliyindədir.

57. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən əmlak üzərində sahiblik hüququna malik olubolmaması müəyyən edilməlidir.

58. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli cinayət işi üzrə xx.xx.2022- ci il tarixli hökmünə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi hökm edilmişdir.

59. Göründüyü kimi hökmdə "X23 and Foundry Company" MMC-nin əmlak kompleksinin və avadanlıqlarının xüsusi müsadirə edilməsi və dövlət nəfinə alınması birbaşa göstərilib. İcra məmurunun hərəkətləri qanunsuz olmamış, məhkəmənin qəti qərarı ilə müəyyən edilmiş əmlakın (avadanlıqlarla birlikdə) dövlət nəfinə keçməsini təmin etmişlər. Digər tərəfdən iddiaçı tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə “İcra haqqında" Qanuna uyğun olaraq şikayət etməsi iş materialları ilə müəyyən edilmir.

60. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilən hökmdə əmlakın və oradakı avadanlıqların taleyi artıq həll edilmiş, onların dövlət nəfinə alınması qəti olaraq müəyyən olunmuşdur. İddiaçı eyni əmlak üzərində mülki qaydada yenidən iddia qaldırması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə ziddiyyət təşkil edir, bu da hüquqi müəyyənlik prinsipinin pozulmasıdır.

61. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə tələb olunan əşyaların müsadirə edilmiş əmlak kompleksinin tərkibinə (istehsalat dövrəsindən kənar) daxil olmaması və halhazırda cavabdehin qanunsuz sahibliyində olması barədə təkzibedilməz sübutlar təqdim edilməmişdir.

62. Belə ki, apellyasiya şikayətinin məzmunundan və məhkəməyə təqdim etdiyi şahid X9 ifadəsindən müəyyən edilir ki, əmlak kompleksi təhvil verilərkən sayım keçirilməmişdir.

63. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin ümumi prinsiplərinə əsasən mülkiyyətçi öz əmlakının qayğısına qalmalı və onun qorunması üçün lazımi tədbirləri görməlidir. Əgər iddiaçı müsadirə prosesinə qədər (və ya cinayət işi getdiyi müddətdə) öz əşyalarının inventarlaşdırılmasını və ya oradan çıxarılmasını təmin etməyibsə, bu onun mülkiyyətçi kimi daşıdığı riskin nəticəsidir.

64. Kollegiya iddiaçının X4 və X3 şahid qismində dindirilməsinin təmin olunmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§ 45).

65. İşin materiallarından görünür ki, hazırlıq iclaslarında tərəflərə sübutlarını təqdim etmək üçün kifayət qədər vaxt və imkan yaradılmışdır. İddiaçı şahidlər barədə məlumatın hazırlıq iclası dövründə ona məlum olmadığını və ya vəsatətin vaxtında verilməməsinin digər üzrlü səbəblərini (MPM 167.1.8-ci maddə) məhkəməyə təqdim etməmişdir.

66. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir.

67. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı münasibəti üzrə öhdəlikləri yaranmış, cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə 892690,06 manat əsas borcu qalmışdır.

68. Belə ki, cavabdehin birinci instansiya məhkəməsində və apellyasiya instansiyasında məhkəmə iclaslarında iştirak edən nümayəndəsi və vəkili müqavilə üzrə borcu mübahisələndirməmişdir.

69. Eyni zamanda cavabdehin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, cavabdeh borcu mübahisələndirməmiş, yalnız iddiaçının pulu tələb etmək hüququnun 10 aprel 2025-ci il tarixli “Tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi barədə” 1 saylı Əlavə Razılaşmadan sonra yarandığını və belə olan halda, hazırkı iddia ilə müqavilə üzrə borcun tutula bilməyəcəyini irəli sürmüşdür.

70. İşin faktiki hallarından müəyyən edilir ki, 12 yanvar 2024-cü il tarixində iddiaçı ilə “Steel İmpex SA” şirkəti arasında tələbin güzəşt edilməsinə dair müqavilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-1457/2024 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.

71. Kollegiya cavabdehin “iddiaçının tələb hüququnun xx.xx.2025-ci il tarixdə yaranması və yenidən pretenziya göndərilməli olması” barədə arqumentini əsassız hesab edir. Belə ki, 12 yanvar 2024-cü il tarixli tələbin güzəşt edilməsi barədə müqavilənin etibarsızlığı onun bağlandığı andan hüquqi nəticə doğurmadığını müəyyən edir, tələbin güzəşti barədə müqavilənin etibarsızlığı faktı iddiaçının müqavilə üzrə kreditor olmasını dəyişmədiyini və tələb hüququnun heç bir vaxt kəsilmədən onda qaldığını təsdiq edir (§ 29). Cavabdeh tərəfindən borcun miqdarının qəbul edilməsi isə öhdəliyin mövcudluğunu mübahisəsiz edir.

72. Kollegiya hesab edir ki, borclu qeyd edilən halları əsas gətirərək borcun ödənilməsindən tam imtina edə bilməz, çünki bu, qarşı tərəfin mülkiyyət hüququnun pozulmasına və cavabdehin əsassız varlanmasına səbəb olar.

73. Lakin dəbbə pulunun tutulması münasibətdə, kollegiya hesab edir ki, cavabdehin öhdəliyi vaxtında icra etməməsində onun birbaşa təqsiri müəyyən edilmir. Belə ki, iddiaçının müqavilə şərtlərini pozaraq (yazılı razılıq almadan) tələbi başqa şəxsə güzəşt etməsi, borcluda 'həqiqi kreditorun kimliyi' barədə obyektiv və əsaslı şübhələr yaratmışdır.

74. Borclunun ikili ödəmə riski altında olduğu və kreditorun statusunun mülki icraat qaydasında mübahisələndirildiyi halda, icranın ləngiməsi cavabdehin subyektiv iradəsindən deyil, iddiaçının yaratdığı hüquqi qeyri-müəyyənlikdən qaynaqlanmışdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarına əsasən tələbin güzəşti müqaviləsinin qanuniliyi barədə davam edən məhkəmə çəkişməsi olduğundan, eyni zamanda, cavabdehin direktoru barəsində cinayət işi başladığından öhdəliyin icra edilməsində obyektiv maneələrin yaranması və cavabdehin əsas borcu səmimi şəkildə qəbul etməsini nəzərə alaraq, məhkəmə ədalət və mütənasiblik prinsiplərinə əsasən, hesablanmış cərimə məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasını məqsədəuyğun hesab edir.

75. Bu konteksdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği 4.000 manat müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3176/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi “Cavabdeh QSC-dən 44634,50 manat dəbbə pulu tutulması” hissədə dəyişdirilsin. Cavabdeh QSC-dən 4.000 (dörd min) manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorların özlərinə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar