Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-134/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3486/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh MMC (alıcı) ilə İddiaçı MMC (satıcı) arasında 29 aprel 2021-ci il tarixli, D/Q-060/2021 nömrəli və 13 iyul 2021-ci il tarixli, D/Q-106/2021 nömrəli Alqı- Satqı (Göndərmə) müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən satıcı qida və qeyri-qida istehlak mallarını alıcıya göndərməyi, alıcı isə həmin malı qəbul edib müqaviləyə edilmiş yazılı əlavələrdə müəyyən edilmiş qiymətlərə də qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 312514,63 (üç yüz on iki min beş yüz on dörd manat altmış üç qəpik) manat məbləğində borcun, 20000 (iyirmi min) manat məbləğində cərimə, ümumilikdə 332514,63 (üç yüz otuz iki min beş yüz on dörd manat altmış üç qəpik) manat, 400 (dörd yüz) manat mediyasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 205 (iki yüz büş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilələrə əsasən İddiaçı MMC-dən 05 may 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixinədək təhvil aldığı (nisyə götürdüyü) müxtəlif çeşidli qida və qeyri-qida təmizləyici vasitələri olan istehlak malları üzrə 955.365,32 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC yaranmış 955.365,32 manat məbləğində borcdan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 642.850,69 manat məbləğində pul vəsaitini İddiaçı MMCnin bank hesabına köçürmə yolu ilə müxtəlif tarixlərdə ödənişlər etmişdir. Hazıra olan borc 312.514,63 manat təşkil edir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ilk növbədə təhvil-təslim aktlarındakı məbləğ 955.365,32 manat deyil, 955.089,44 manatdır. Bundan başqa 642.850,69 manat deyil, 700.410,01 manat məbləğində pul ödənilmişdir. Həmçinin cavabdehin əməkdaşlıq etdiyi satış məntəqələri vasitəsi ilə satışın həyata keçirilməsi mümkün olmadığından onlara endirim tətbiq edilməlidir. Belə ki, cavabdeh müxtəlif istehlak məhsullarının distribyutoru olaraq fəaliyyət göstərir və müqavilələrə əsasən iddiaçıdan təhvil aldığı malları son istehlakçı olaraq deyil, əməkdaşlıq etdiyi satış məntəqələrinə (market, mağaza və s.) təqdim etmək məqsədilə almışdır. Cavabdeh tərəfindən müqavilələr üzrə iddiaçıya ödənilmiş məbləğlər də malların satış məntəqələrində satışından əldə edilən vəsait hesabına həyata keçirilmişdir. Müqavilələrin 2.6-cı bəndinə əsasən, satıcı malları alıcıya onlara aid və həmin malların pərakəndə satış nöqtəsində və/və ya şəbəkəsində son istehlakçılara realizasiya üçün qüvvədə olan qanunvericiliyə əsasən tələb olunan müvafiq sənədlərlə birlikdə göndərməlidir. Müqavilələrin 12.4-cü bəndinə əsasən, satıcı bu müqavilənin 2.6, 2.7-ci bəndlərində nəzərdə tutulmuş tələblərə cavab verməyən malların dəyərinə uyğun olaraq alıcıya ödəniş edir və alıcının etməli olduğu ödənişdə endirim edəcək. İddiaçı tərəfindən müqavilələrin 2.6-cı bəndində nəzərdə tutulmuş öhdəliyə əməl edilməmişdir. Bu səbəbdən, 254679,43 manat dəyərində malların cavabdehin əməkdaşlıq etdiyi satış məntəqələri vasitəsilə satışı mümkün olmamışdır. Nəticə etibarilə, müqavilələrin 12.4-cü bəndinə əsasən iddiaçının cavabdehə həmin məbləğdə edirim etmək öhdəliyi yaranmışdır. Lakin iddiaçı bu endirimi tətbiq etməkdən imtina edərək, cavabdehə qarşı əsassız pul tələbi iddia irəli sürmüşdür. Beləliklə, müqavilələr üzrə cavabdeh tərəfindən iddiaçıya dəyəri ödənilməmiş malların qiyməti 312514,63 manat deyil, 254679,43 manat təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3486/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 312.514 (üç yüz on iki min beş yüz on dörd) manat 63 (altmış üç) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
11. Həmin Məcəllənin 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.
12. Həmin Məcəllənin 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
13. Həmin Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
17. Belə ki, tərəflər arasında göndərmə müqavilələrinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
18. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrinin 5.3-cü bəndinə əsasən ödənişlər satıcının təqdim etdiyi elektron qaiməyə əsasən həyata keçirilir. Ödəniş malın göndərilməsi tarixindən etibarən 30 təqvim günü ərzində köçürmə yolu ilə icra edilməlidir.
19. Göründüyü kimi, tərəflər ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.
20. İş materiallarında olan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehə göndərilmiş olan 30 ədəd elektron qaimələrdəki məbləğin cəmi isə 955.365,32 manat təşkil edir.
21. Eyni zamanda cavabdeh də həmin halları etiraf edir, lakin bildirir ki, təhvil-təslim aktlarındakı məbləğ 955.365,32 manat deyil, 955.089,44 manat olmuşdur.
22. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır.
23. Belə ki, tərəflər ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmiş, həmçinin cavabdeh tərəfindən edilmiş iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin də məzmunundan göründüyü kimi ödənişlər məhz elektron qaiməyə istinad edilərək ödənilmişdir.
24. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə məhz elektron qaimələrin cəmi olan 955.365,32 manat dəyərində mallar təhvil verilmişdir.
25. Həmçinin verilmiş mallara görə 642.850,69 manat deyil, 700.410,01 manat məbləğində pulun ödənilməsi ilə bağlı barədə cavabdehin dəlilləri də əsassızdır.
26. Belə ki, iş materiallarına cavabdehin özü tərəfindən də əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ödənilmiş cəmi məbləğ 642.850,69 manat təşkil edir.
27. Cavabdehin isə qeyd edilən məbləği hesablama səbəbi xx.xx.2021-ci il tarixli, dəyəri 57559,32 manat təşkil edən qəbzi 2 dəfə elektron sistemə əlavə etməklə toplaması olmuşdur.
28. Həmçinin cavabdehin iddiaçının ona müqavilənin 2.6, 2.7-ci bəndlərində nəzərdə tutulmuş tələblərə cavab verməyən malları verməsi və bu səbəbdən 254679,43 manat dəyərində malların satışının mümkün olmaması ilə bağlı dəlilləri də əsassızdır.
29. Belə ki, cavabdeh malları qəbul edərkən müvafiq sənədlərin təqdim edilməməsi ilə bağlı iradını bildirməmiş, iddiaçıya bildiriş və ya etiraz göndərməmişdir.
30. Mülki Məcəllənin 634.2-ci maddəsinin tələbləri baxımından isə belə olan halda mal qəbul olunmuş hesab edilir.
31. Bundan başqa, cavabdeh təhvil aldığı mallara dair müvafiq sənədlərin təqdim edilmədiyini bildirmədən onların dəyərinin çox hissəsini ödəmiş və bu hala yalnız iddiaya etirazda istinad etmişdir.
32. Qeyd olunanlar təsdiq edir ki, iddiaçı tərəfindən müqavilələrin 2.6 və 2.7-ci bəndləri pozulmamış və göndərilmiş bütün mallara dair müvafiq sənədlər təqdim edilmişdir.
33. Bundan başqa, cavabdeh istinad etdiyi halların, yəni iddiaçı tərəfindən müqavilələrin 2.6-cı bəndində nəzərdə tutulmuş öhdəliyə əməl edilməməsi nəticəsində 254679,43 manat dəyərində malların cavabdehin əməkdaşlıq etdiyi satış məntəqələri vasitəsilə satışının mümkün olmaması ilə bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcllənin 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərilmiş mallara görə ödənilməyən ümumilikdə 312.514 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3486/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn