Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1353/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi barəsində məcburiyyət tədbiri, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Hüquqi şəxslər haqqında məlumatlara əsasən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (VÖEN: 1800160681) və “xxxx” MMC-nin (VÖEN: 1003695831) rəhbəri Maraqlı şəxsdur.
2. Vergi orqanı tərəfindən göndərilmiş ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli bildirişlərlə “xxxx” MMC və Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən müvafiq olaraq icbari tibbi sığorta haqları, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və vergi borcları üzrə ümumilikdə müxtəlif məbləğlərdə borcun ödənilməsi tələb edilmişdir.
3. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqələrinə əsasən “xxxx” MMC üzrə ##.##.2024-cü il tarixə icbari tibbi sığorta haqları üzrə 13,80 manat əsas, 1,50 manat faiz borcu olmuş, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi üzrə isə ##.##.2025-ci il tarixə 545 194,23 manat ödənilməli, 152 803,44 manat məbləğində vaxtı ötmüş borc mövcud olmuşdur.
4. ##.##.2025-ci il tarixli qəbzə əsasən “xxxx” MMC tərəfindən icbari tibbi sığorta haqları üzrə 20 manat məbləğində ödəniş edilmişdir.
5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən “xxxx” MMC-nin İcbari Tibbi Sığorta Fonduna borcu ##.##.2025-ci il tarixdə ödənilmiş, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin isə dövlət büdcəsi və müvafiq fondlar qarşısında ümumilikdə 1 987 996,88 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli əmrinə əsasən Maraqlı şəxs həmin tarixdən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə rəis vəzifəsinə təyin edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. Ərizəçi məhkəməyə müraciət edərək, dövlət büdcəsinə 460 863,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 1 262 805,08 manat, İşsizlikdən Sığorta Fonduna 18 191,56 manat və İcbari Tibbi Sığorta Fonduna 76 198,74 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və “xxxx” MMCnin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədikləri üçün ümumilikdə 1 818 059,02 manat borc yaranmış, həmin borcun ödənilməsi üçün göndərilmiş bildirişlərə baxmayaraq öhdəliklər yerinə yetirilməmişdir.
9. Maraqlı şəxs etirazında göstərmişdir ki, “xxxx” MMC-nin borcu ödənilmiş, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi isə qismən büdcədən maliyyələşən müəssisə olmaqla borclar uzun müddət ərzində formalaşmışdır. O, yalnız ##.##.2025-ci il tarixdən rəhbər vəzifəsinə təyin edilmişdir və işlədiyi dövrdə yaranmış borc məbləğindən artıq ödəniş edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, qeyd olunan borcun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyiciləri tərəfindən öhdəliklər müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyindən dövlət büdcəsi və müvafiq fondlar qarşısında borc yaranmış, bu borcun ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş təminat tədbirinin tətbiqi üçün əsaslar mövcud olmuşdur.
12. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, maraqlı şəxsin məhkəmə prosesində iştirakı birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə vergi borcunun yaranma səbəblərini araşdırmamış, borcun əsaslı olub-olmamasını yoxlamadan yalnız ərizəçinin göstərdiyi hallara əsaslanaraq məhdudiyyətin tətbiqini qanuni hesab etmişdir. MKTB-nin fəaliyyəti nəticəsində yaranmış borcun hansı əsaslarla və hansı müddətdə formalaşdığı sübut edilsə də, məhkəmə bu halları nəzərə almamışdır. Həmçinin, maraqlı şəxsin birliyin rəisi vəzifəsinə hansı tarixdə təyin olunması, birliyin zərərlə işləməsi və zərərin qarşılanması üçün dövlət tərəfindən dotasiya ayrılmalı olması da qiymətləndirilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ... Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin müəyyən edilən hallarına əsasən vergi ödəyicisi olan “xxxx” MMC və Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri Maraqlı şəxsdur. Vergi ödəyicisi kimi vergiləri ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün “xxxx” MMC-nin İcbari Tibbi Sığorta Fonduna, Sabunçu rayon MKTBnin isə dövlət büdcəsinə, həmçinin İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır.
25. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat başlandıqdan sonra “xxxx” MMC-nin icbari tibbi sığorta haqları üzrə borcu tam ödənilmişdir. Lakin Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu və İcbari Tibbi Sığorta Fondu qarşısında ödənilməmiş borcu qalmaqda davam etmiş, həmin borc səlahiyyətli orqanın uçot məlumatlarında öz əksini tapmışdır.
26. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisinə borcun ödənilməsi zərurəti barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişə baxmayaraq borc qanunla müəyyən edilmiş müddətdə ödənilməmişdir.
27. Qanunvericiliyə əsasən vergilərin (habelə faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının) və digər məcburi ödənişlərin ödənilməsi vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisi bu öhdəliyi qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış borcların ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər (Vergi Məcəlləsi, maddələr 16, 23).
28. Maraqlı şəxs apellyasiya şikayətində bildirir ki, birinci instansiya məhkəməsi onun prosesdə iştirakını təmin etməmiş, vergi borcunun yaranma səbəblərini və əsaslılığını araşdırmadan ərizəni təmin etmişdir. Həmçinin, borcun hansı əsaslarla və müddətdə formalaşmasına, onun vəzifəyə təyin olunma tarixinə, müəssisənin zərərlə işləməsi ilə bağlı hallara qiymət verilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir və qeyd edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müraciətə baxılarkən məhkəmənin araşdırma predmeti, vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və ödənilməmiş vergi və digər məcburi ödənişlər üzrə borcunun mövcud olub-olmamasından ibarətdir. Bu icraat çərçivəsində borcun hesablanmasının bütün elementləri üzrə ayrıca maddi-hüquqi mübahisə həll edilmir. Buna görə də borcun yaranma səbəbləri, onun hansı dövrdə formalaşması, habelə maraqlı şəxsin rəhbər vəzifəsinə sonradan təyin olunması faktı, özlüyündə, qanunla nəzərdə tutulmuş təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz. Kollegiya əlavə olaraq qeyd edir ki, hüquqi şəxsin icra orqanının rəhbəri təyin edildiyi andan həmin hüquqi şəxsin mövcud öhdəliklərinin, o cümlədən vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinin icrasını təmin etmək vəzifəsini daşıyır və hüquqi şəxsin adından münasibətlərdə çıxış edən şəxs kimi məhz ona münasibətdə bu təminat tədbirinin tətbiqi qanunvericiliyin məqsədinə uyğundur. Belə məhdudlaşdırma tədbiri hüquqi məsuliyyət tədbiri deyil, öhdəliyin icrasını təmin etməyə yönəlmiş prosessual xarakterli vasitə olduğundan, borcun məhz həmin şəxsin rəhbərlik etdiyi dövrdə yaranıbyaranmaması
30. və ya onun borcun yaranmasında təqsirli olub-olmaması hazırkı icraatın həlledici predmeti deyildir.
31. Əks yanaşma qəbul edildiyi halda, hüquqi şəxsin icra orqanı rəhbərinin dəyişməsi faktı həmin hüquqi şəxsin əvvəlki dövrlərdə yaranmış vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinin icrasını təmin etməyə yönəlmiş tədbirlərin tətbiqini faktiki olaraq mümkünsüz edərdi. Belə ki, hər bir halda rəhbərin dəyişdirilməsi yolu ilə bu cür tədbirlərdən yayınmaq imkanı yaranar, bu isə qanunvericiliklə nəzərdə tutulmuş təminat mexanizminin effektivliyini aradan qaldırardı. Halbuki, rəhbərin dəyişməsi hüquqi şəxsin mövcud öhdəliklərini aradan qaldırmır və onların icrasını təmin etmək məqsədilə qanunla nəzərdə tutulmuş vasitələrin tətbiqinə mane olmur.
32. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş hallar və tətbiq edilən hüquq normaları əsasında maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə gəlinmiş nəticə qanuni və əsaslı olmuşdur.
33. Məhkəmə iclasında iştirakla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə bildirişi maraqlı şəxs Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmiş, habelə onun adına qeydə alınmış mobil telefon nömrəsinə SMS bildiriş göndərilmişdir. Beləliklə, maraqlı şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə edilmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini
36. rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.