Məhkəmə qərarları › İş №2-2(103)-1356/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1356/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1356/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: daşıma müqaviləsi, pul) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1522/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC (“podratçı”) ilə "xxxx" MMC (“icraçı”) arasında 11 mart 2024-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, podratçı yüklərin daşınması, yükvurma-yükboşaltma ışlənııı va nəqliyyat-ekspedisıya xidmətləri ilə bağlı Tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını ləşkil etməyi, Sifarişçi isə Podratçının xidmətlərim ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən podratçı göstəriləcək hər bır xidmət üçün Təhvil-təslim aktını elektoin qaiməni hesab-fakturanı Sifarişçiyə ləqdim edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC (“podratçı”) ilə Cavabdeh MMC (“icraçı”) arasında 26 fevral 2024-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı, istifadəsində olan nəqliyyat vasitələri ılə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən məntəqədən qeyd edilmiş Azərbaycan Respublikası hüdudlarından kənar ölkələrin ərazisindəki şəhərlərə və o cümlədən, Azərbaycan Respublikası daxilində şəhər və ya rayonlara təyin edilmiş qiymət taariflərinə uyğun olaraq yüklərin daşınması və Sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini (bundan sonra sadəcə “daşıma xidməti” adlanacaq) göstərir və Sifarişçi isə bu xidmət müqabilində İcraçıya müvafiq haqq ödəyir. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə l”-ə əsasən göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir Qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər ödəmələr İcraçıya aiddir - 3.2.3-cü bəndinə əsasən daşıma xidmətinin göstərilməsi üçün cəlb edilmiş nəqliyyat vasitəsinin mühafizəsini təşkil edir və onun salamat saxlanılması üçün təhlükəsiz şəraiti təmin edir. - 3.2.7-ci bəndinə əsasən İşlərin təhlükəsiz aparılmasına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə görə tam məsuliyyət daşıyır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 389 saylı xx.xx.2024-cü il tarixli Daşıma müqaviləsinə 01 saylı Əlavədə tərəflər arasında xidmətlərin dəyəri razılaşdırılmışdır.

4. xx.xx.2024-cü il tarixində "xxxx" MMC "xxxx" MMC-yə email vasitəsilə xx.xx.2024-cü il tarixili pretenziya göndərmiş və 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir.

5. xx.xx.2024-cü il tarixində "xxxx" MMC İddiaçı MMC-yə Pretenziya göndərmiş və "xxxx" MMC-yə ödənilmiş 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanı 10 gün müddətində ödənilməsini tələb etmişdir.

6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 56831.07 manat pul köçürülmüşdür.

7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 10200 manat pul köçürülmüşdür.

8. "xxxx" ASC tərəfindən verilmiş 21.120.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 10 000 manat pul köçürülmüşdür.

9. Cavabdeh tərəfindən iddiaçıya MT2410 10789272 saylı xx.xx.2024-cü il tarixli 14790 manat məbəğində elektron qaimə göndərilmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2025-ciil tarixli məktubuna əsasən müəyyən olunur ki,iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 10 000 manat,xx.xx.2024-cü il tarixində 10200 manat,xx.xx.2024-cü il tarixində 56831.09 manat köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:

11. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə dəymiş 60.741.078 manat ziyan və 272.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq, iddiaçı"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC(”SOKAP PYC” OOO) ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində Yüklərin daşınmasına dair CP15092023 saylı müqaviləyə əsasən yük daşıma xidmətləri göstərmişdir. İddiaçı MMC ilə"xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində Podrat Xidmətləri Haqqında 398 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən yük daşıma xidmətləri göstərmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində Daşıma Xidmətləri Haqqında 389 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC yük daşıma xidmətləri göstərmişdir. Belə ki, AR Group Company” MMC xx.xx.2024-cü il tarixində “SOCAR POLYMER MMC-nin SP_SR-4738/2024 saylı hesab faktura əsasında MAN markalı, 60CC141 dövlət qeydiyyat nişanlı dartıcı və KOEGEL markalı 60ZA363 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə 26.117.53 ABŞ dolları dəyərində Polietilen HDPE Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Polevskoy şəh. Volodarski küç 103 ünvanına aparmaq məqsədilə yüklənmişdir. Yük aparılan zaman xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Sverdlovsk vilayəti YekaterinburqÇelyabinsk avtomobil yolunda X5 məxsus, X2 idarə etdiyi KOEGEL markalı 60ZA363 dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğin hadisəsi baş vermişdir. Hadisə yerinə ərazi aidiyyatı üzrə Fövqaladə Hallar Xidmətini əməkdaşları cəlb edilmiş və bu barədə xx.xx.2024- cü il tarixində ГУ-ИСХ- 103262 saylı arayış təqdim edilmişdir. Həmçinin, ərazi üzrə Rusiya Federasiyası DİN-nin nümayəndələri hadisə yerinə çağrılmış və yarımqoşqunun texniki nasazlığı nəticəsində yangınln baş verməsini bildirərək inzibati hüquqpozmaya görə icraat açmaqdan imtina etmişlər və bu barədə arayış təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində isə "xxxx" MMC-nin nümayəndəsi A.Gülmaliyev email vasitəsilə "xxxx" MMC-nin həmin malların istehsala yararsız olduqunu və bunun üçün də malları qəbul etməkdən imtina etdiklərini bildirmələri barədə yazışmanı göndərmişdir. xx.xx.2024-cü il tarixində"xxxx" MMC"xxxx" MMC-yə email vasitəsilə xx.xx.2024-cü il tarixili PRETENZİYA göndərmiş və 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir. "xxxx" MMC isə xx.xx.2024-cü il tarixində 33430.04 ABŞ dollar (56 831.078 manat) məbləğində "xxxx" MMC-yə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC İddiaçı MMC-yə Pretenziya göndərmiş və "xxxx" MMC“-yə ödənilmiş 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanı 10(on) gün müddətində ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixində isə İddiaçı MMC "xxxx" MMC-yə 33430.04 ABŞ dollar (56 831.078 manat) məbləğində ödəniş etmişdir.Həmçinin, xx.xx.2024-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə elektronnəqliyyat qaiməsi göndərilmiş və həmin qaimə əsasında İddiaçı MMC Cavabdeh MMC-yə 3910(üç min doqquz yüz on) manat ödəniş etmişdir. Tərəfimizdən xx.xx.2024-cü il tarixində"xxxx" MMC-yə köçürülmüş 33430.04 ABŞ dollar (56 831.078 manat) və Cavabdeh MMC-yə köçürülmüş 3910(üç min doqquz yüz on) manat, cəmi 60.741.078 manat dəymiş ziyanın 10 (on) gün müddətində ödənilməsi tələbilə Cavabdeh MMC-yə Pretenziya məktubu göndərilmişdir. Lakin qarşı tərəfdən Pretenziya məktubu icra edilməmiş və məktuba cavab verilməmişdir. Qarşı tərəf isə müxtəlif bəhanələrlə dəymiş ziyanın ödənilməsindən yayınır.

13. Cavabdeh iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul etdi.

14. Etiraz onunla əsaslandırılmışdır ki, Sahil Transport MMC-terefinden mallarin yararsiz hala dusmesini tesdiq eden akt veya muvafiq Zerer akti Rusiya Federasiyasinin qanunverciliyine esasden "Ticarət əməliyyatlarının uçotu üçün ilkin uçot sənədlərinin vahid formalarının albomu"na (Rusiya Federasiyası Dövlət Statistika Komitəsinin 1998-ci il 25 dekabr tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş formalar) əsasən idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında akt TORQ 3 senedi tertib edilməli idi.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1522/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 60.741.078 manat borc və 272.22 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yükdaşıması zamanı iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəlik (yükün daşınması) yerinə yetirilmədiyindən iddia tələbi həm daşınan malın dəyəri məbləğində dəymiş zərər, həmçinin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğ hissəsində təmin edilməlidir. Bundan əlavə cavabdehin nümayəndəsi çıxışı zamanı məhkəmə iclasında qeyd etmişdir ki, daşımanı onlar həyata keçirmələri barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclaslarında və bütün məhkəmə araşdırması zamanı, cavabdeh malların onun tərəfindən daşımanı həyata keçirilməsini mübahisələndirməmiş, yalnız həmin malların qarşı “Socar Rus” tərəfindən əsassız olaraq qəbul edilmədiyini, malların tam yararsız vəziyyətə düşmədiyini bildirmiş, yəni cavabdeh tərəfindən qeyd edilən malların daşımasının həyata keçirilməsi işin mübahisəsiz halı olmuşdur. Bu səbəbdən cavabdehin qeyd edilən dəlili əsassızdır.

17. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385, 422, 443.1, 448.1, 850.1, 859.1, 859.2, 859.3, 859.4 və 859.5.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6) istinadla əsaslandırmışdır.

18. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, İddiaçı MMC-nin iddiasının 56.831,078 manat zərər tələbi hissəsində rədd edilməsini, yalnız müqavilə üzrə faktiki göstərilmiş xidmət əvəzinə ödənilmiş 3.910 manat məbləğin geri qaytarılması hissəsində iddianın qismən təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında daşıma müqaviləsi bağlanmış olsa belə, mübahisə predmetinə aid konkret daşınma (hadisə baş vermiş reys) cavabdeh tərəfindən həyata keçirilməmişdir. Mübahisəli daşınma üçün cavabdehin istifadəsində olan nəqliyyat vasitəsi olmamış, iddiaçı özünün seçdiyi, cavabdehə məxsus olmayan üçüncü şəxsə məxsus nəqliyyat vasitəsindən istifadə etmişdir. Bu barədə qiyabi qətnamə ləğv edildikdən sonra keçirilən bütün məhkəmə iclaslarında (iş üzrə yeni mərhələdə) cavabdehin nümayəndəsi və vəkili kimi şəxsən iştirak etmiş, daşımanın cavabdeh tərəfindən həyata keçirilmədiyini, yükün cavabdehin mühalizə və risk dairəsinə daxil olmadığını, iddiaçının isə bunun əksini sübut edə bilmədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Əvvəlki nümayəndə yalnız bir məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tam tanış olmadan, iclasın təxirə salınmasını xahiş etmiş, həmin iclasda da yalnız tərəflər arasında müqavilə mövcudluğu və əvvəllər ümumi əməkdaşlıq faktını qeyd etmişdir. Bu hallara baxmayaraq, məhkəmə qətnamənin 26-cı bəndində tam əksini yazaraq, guya cavabdehin daşıma faktını əvvəlki mərhələlərdə ,”iniyidəmridnələsihabüm“ yalnız bir mərhələdə daşımanın cavabdeh tərəfindən həyata keçirilmədiyini bildirdiyini qeyd etmiş, beləliklə, işin prosessual tarixçəsini təhrif etmişdir. Eyni zamanda, məhkəmə iddiaçının Cavabdeh MMC-nin konkret daşınmanı öz nəqliyyat vasitəsi ilə həyata keçirməsi, yükü faktiki qəbul etməsi və yük üzərində riskin cavabdehin üzərinə keçməsi barədə heç sübut təqdim etmədiyi halda, yalnız müqavilə və ödəniş sənədlərinə əsaslanaraq, daşımanın cavabdeh tərəfindən həyata keçirildiyini, bu halın guya “mübahisəsiz” olduğunu yazmışdır. Məhkəmə maddi hüquq kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 443, 448, 850, 859-cu maddələrinə, prosessual hüquq kimi isə MPM-in 77, 107, 119 və s. maddələrinə istinad etmiş, həmçinin Konstitusiya Məhkəməsinin Plenum qərarını və AİHM-in Suominen / Finlandiya, Ruiz Torija / İspaniya və s. işlərini qeyd etmişdir. Lakin bu normativ aktlar və presedentlər faktiki hallara düzgün tətbiq edilməmiş, əksinə, məhz həmin mənbələrdən irəli gələn tələblər pozulmuşdur. Cavabdehin məhz mübahisəli partiyanı daşımaq üçün yükü qəbul etməsi, yükün cavabdehə məxsus və ya onun bilavasitə nəzarətində olan nəqliyyat vasitəsi ilə daşınması, yükün məhz cavabdehin fəaliyyət sferasında məhv olması faktları sübut edilməmişdir. Yalnız formal müqavilə imzalanması daşıma müqaviləsinin bütün maddi tərkib elementlərinin mövcudluğu demək deyil. Həmin ziyanın reqres qaydasında cavabdehdən tutulması üçün: İddiaçı MMC-nin "xxxx" MMC-yə ödədiyi 56.831,078 manatın cavabdehin hüquqazidd davranışı nəticəsində baş verməsi; Cavabdehin bu zərərə səbəb olan şəxs kimi MM-in 21 və 1099 və davamı maddələri anlamında məsuliyyət daşıması sübut olunmalı idi. Bu sübutlar məhkəməyə təqdim olunmamış, əksinə, Rusiya orqanlarının sənədləri ziyanın daşıyıcının qəsdi və ya kobud ehtiyatsızlığı olmadan, texniki nasazlıq nəticəsində baş verdiyini göstərir. SOCAR RUS və "xxxx" MMCnin: ziyanın qarşısını almaq üçün hansı tədbirləri gördüyü, yükün məhv olmasına dair aktların düzgün tərtib olunub-olunmaması, zərərin miqdarının mübahisələndirilibmübahisələndirilməməsi araşdırılmamışdır. Beləliklə: 56.831,078 manatlıq reqres tələbinin maddi-hüquqi əsası yoxdur; Mümkünsə, yalnız faktiki göstərilmiş xidmətə görə ödənilmiş 3.910 manat daşıma haqqının geri qaytarılması hissəsində iddianın təmin edilməsi (yəni cavabdehin əsassız zənginləşməsinin aradan qaldırılması) hüquqa uyğundur; Birinci instansiya məhkəməsinin bu fərqi nəzərə almadan bütöv məbləği cavabdehdən tutması MM-in 21, 385, 850, 859-cu maddələrinin səhv tətbiqidir. Cavabdeh tərəfindən daşımanın həyata keçirilməməsi, nəqliyyat vasitəsinin cavabdehə deyil, üçüncü şəxsə məxsus olması, hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının inzibati icraat açmaqdan imtina etməsi və texniki nasazlıq faktı kimi müdafiə dəlillərini ya ümumiyyətlə nəzərə almamış, ya da formal şəkildə bir cümlə ilə “əsassız” adlandırmışdır. Məhkəmələr tərəflərin əsas dəlillərinə cavab verməli, onlardan sükutla yan keçməməlidirlər. Göründüyü kimi məhkəmə cavabdehin hüquqlarını pozaraq, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozmuşdur. İddiaçı tərəf daşınan yükün cavabdeh tərəfindən faktiki qəbul edildiyini, yükün cavabdehin faktiki mühafizəsində olduğunu, yanğın baş verən nəqliyyat vasitəsinin daşıma müqaviləsinə əsasən cavabdehin risk sahəsinə daxil olduğunu sübut etməli idi. Bunun üçün ən azı daşıma aktları, TİR/CMR qaimələri, təhvil-təslim aktları, gömrük və sərhəd sənədləri, konkret reysə dair sifariş formaları təqdim olunmalı idi. Lakin iş materiallarında yalnız müqavilə, bank köçürmələri və xarici tərəflər arasındakı pretenziya yazışmaları mövcuddur; bu sənədlər isə Cavabdeh MMC-nin məhz mübahisəli reysi öz nəqliyyat vasitəsi ilə və ya öz məsuliyyəti altında həyata keçirdiyini sübut etmir. Buna baxmayaraq, məhkəmə “daşımanın cavabdeh tərəfindən həyata keçirilməsi”ni “işin mübahisəsiz halı” kimi qəbul etmiş, cavabdehin bu barədə etirazlarını nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz:

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə2 və X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, övladının səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. - 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. - 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. - 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. - 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa;

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın 56.831,078 manat zərər tələbi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1522/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində Podrat Xidmətləri Haqqında 398 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən yük daşıma xidmətləri göstərilmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində Daşıma Xidmətləri Haqqında 389 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC yük daşıma xidmətləri göstərmişdir.

31. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən yük aparılan zaman xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Sverdlovsk vilayəti Yekaterinburq Çelyabinsk avtomobil yolunda X5 məxsus, X2 idarə etdiyi KOEGEL markalı 60ZA363 dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğin hadisəsi baş vermişdir və orada olan mallar məhv olmuşdur. Həmin ziyanla bağlı (məhv olmuş mallar) İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 56.831,07 (33.430,04 ABŞ dolları) manat pul köçürülmüş, xx.xx.2024-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə elektron nəqliyyat qaiməsi göndərilmiş və həmin qaimə əsasında İddiaçı MMC Cavabdeh MMC-yə 3.910 manat ödəniş etmişdir.

32. Hazırda iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə köçürülmüş 33.430,04 ABŞ dolları (56.831,078 manat) (dəymiş ziyanın reqres qaydasında tələbi) və Cavabdeh MMC-yə köçürülmüş 3.910 manat, (daşınma həyata keçirilmədiyi üçün) cəmi 60.741,078 manat dəymiş ziyan tələb edir.

33. Cavabdeh isə iddianı 3910 manat hissəsində qəbul edərək, 56.831,078 manat zərər tələbi hissəsində rədd edilməsini xahiş edir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı öhdəsinə götürür. Həmin Məcəllənin 859.1 və 859.2-ci maddələrinə görə isə yükün itirilməsi, məhv olması və ya zədələnməsi hallarında daşıyıcı yükün dəyəri və bununla bağlı yaranmış zərərə görə məsuliyyət daşıyır.

35. İş materialları ilə müəyyən olunur ki, cavabdehin təşkil etdiyi daşınma zamanı 18 oktyabr 2024-cü il tarixində Rusiya Federasiyasının Sverdlovsk vilayəti ərazisində nəqliyyat vasitəsində yanğın hadisəsi baş vermiş və nəticədə daşınan yük yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı Rusiya Federasiyasının müvafiq dövlət orqanlarının təqdim etdiyi arayışda yanğının nəqliyyat vasitəsinin texniki nasazlığı nəticəsində baş verdiyi göstərilmişdir.

36. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan hallara görə məsuliyyət daşıyır. Daşıma münasibətlərində yükün daşınma zamanı qorunması və təhlükəsizliyinin təmin edilməsi birbaşa daşıyıcının risk dairəsinə daxildir. Bu səbəbdən nəqliyyat vasitəsinin texniki nasazlığı nəticəsində baş vermiş hadisə daşıyıcının məsuliyyətini istisna edən hal hesab edilə bilməz.

37. Cavabdeh apellyasiya şikayətində mübahisəli daşınmanın onun tərəfindən həyata keçirilmədiyini bildirmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, həmin daşınma ilə bağlı cavabdeh tərəfindən iddiaçıya elektron nəqliyyat qaiməsi təqdim edilmiş və bu qaimə əsasında iddiaçı tərəfindən cavabdehin hesabına daşıma haqqı ödənilmişdir. Bu hal tərəflər arasında konkret daşınma üzrə hüquqi münasibətin faktiki olaraq yaranmasını və cavabdehin həmin daşınmanı öz öhdəliyi kimi qəbul etdiyini təsdiq edir.

38. İddiaçı Sahil Transport” MMC xx.xx.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan təhvil-təslim aktı məhkəməyə vaxtında təqdim edilmədiyindən və bununla bağlı üzrlü səbəb göstərilmədiyindən, gecikdirilmiş sübut hesab olunur və məhkəmə tərəfindən qiymətləndirilə bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, daşınmanın cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə həyata keçirilib-keçirilməməsi məsuliyyət məsələsinə təsir etmir. Belə ki, Mülki Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşınmanı başqa şəxslərin vasitəsilə həyata keçirdiyi halda belə sifarişçi qarşısında məsuliyyət daşıyır və yalnız həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilər. Buna görə də nəqliyyat vasitəsinin üçüncü şəxsə məxsus olması cavabdehin sifarişçi qarşısında məsuliyyətini aradan qaldırmır.

40. İş materialları ilə həmçinin müəyyən olunur ki, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş yük sifarişçi tərəfindən qəbul edilməmiş və bu səbəbdən "xxxx" MMC tərəfindən iddiaçıya qarşı pretenziya irəli sürülmüşdür. İddiaçı həmin pretenziyanı təmin edərək sifarişçiyə 33.430,04 ABŞ dolları (56.831,078 manat) məbləğində ödəniş etmişdir. Bu ödəniş iş materiallarında olan bank sənədləri ilə təsdiq olunur.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərər vurmuş şəxs zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Həmin zərər iddiaçı tərəfindən sifarişçiyə ödənildikdən sonra iddiaçının zərərin yaranmasına səbəb olmuş şəxsə qarşı reqres qaydasında tələb irəli sürmək hüququ yaranmışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş dəlillər onun məsuliyyətdən azad olunmasına əsas vermir. Cavabdeh nə yükün daşınmaya qəbul edilmədiyini, nə də yükün məhv olmasının Mülki Məcəllənin 859.3-cü maddəsində nəzərdə tutulmuş hallardan irəli gəldiyini sübut edə bilməmişdir.

43. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh bu halları sübut edən hər hansı mötəbər sübut təqdim etmədiyindən onun dəlilləri əsaslı hesab edilə bilməz.

44. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki: - mübahisəli yük daşınması cavabdehin təşkil etdiyi daşınma çərçivəsində həyata keçirilmişdir; - yük daşınma zamanı cavabdehin risk dairəsində məhv olmuşdur; - iddiaçı sifarişçiyə zərəri ödədiyindən həmin məbləği cavabdehdən reqres qaydasında tələb etmək hüququna malikdir.

45. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1522/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1522/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar