Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-136/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, cavabdeh X4 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-2(82)-102/2019 saylı qətnaməsindən cavabdeh Cəfərov Musa İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)- 102/2019 saylı qətnaməsi iddia qismən təmin edilərək, cavabdeh X3 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 1875,75 ABŞ dolları, cərimə borcu üzrə 349,53 ABŞ dolları, cəmi 14527,98 ABŞ dolları məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pulun cаvаbdehdən tutulub Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldilməsi və girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim X.İmanov). Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmənin xx.xx.2019-cu il tairxli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra cavabdeh vəsatət verərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilərək, müddət bərpa edilmiş və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli məktub daxil olmuşdur və həmin məktubda ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2- 2(82)-102/2019 saylı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən şikayət verildiyindən, həmin şikayətə baxılması üçün hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-818/2019 saylı işin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-2(103)-818/2019 saylı qərardadı ilə iş məhkəmə baxışından çıxarılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-102/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə geri qaytarılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh X5 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 10771,18 ABŞ dolları, cərimə borcu üzrə 3047,54 ABŞ dolları, cəmi 26121,42 ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ödənilməsi, tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh X7 (VÖEN: **********) arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən X5İddiaçı ASC-nin 4 saylı filialı tərəfindən 36 ay müddətinə, illik 26% olmaqla 25000 ABŞ dolları məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X7 özünə məxsus (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-ci il; DAF TE85XC) markalı 90RJ686 dövlət nömrə nişanlı yük avtomobili girov predmeti kimi Banka təqdim edilmiş və bu barədə xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdeh X5 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı” ASC-nin 4 saylı filialı ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinə X4 əsas borc üzrə 12302,70 ABŞ dolları, cərimə borcu üzrə 3047,54 ABŞ dolları, cəmi 26121,42 ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o bankdan 12302,70 manat başqa şəxs üçün pul götürmüşdür. Hər ay banka olan borcunu ödəmişdir. Banka onun hazırda borcu 1000 manat təşkil edir. Bank tərəfindən tələb edilən məbləğ - faizlər və əsas borc şişirdilmişdir, cavabdehin bankın tələb etdiyi məbləğdə borcu yoxdur. Ondan tələb edilən məbləğ həqiqətə uyğun deyil. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən iddiaçının nümayəndəsi, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. İddiaçı ASC-nin 4 saylı filialı (girov saxlayan) ilə cavabdeh X7 (girov qoyan) (VÖEN: **********) arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 2461F4 nömrəli girov müqaviləsinə əsasən “girov saxlayan” “girov qoyan”a DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobilinin alınması üçün 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq “Girov qoyan” DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobilini girov saxlayana girov kimi təqdim edir. Müqavilə qüvvədə olduğu müddət ərzində girov predmeti girov qoyanın sahibliyində və istifadəsində qalır. - Həmin müqavilənin 2-ci maddəsinə müvafiq olaraq tərəflərin razılığı ilə girov predmeti 40500 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. - İddiaçı ASC-nin 4 saylı filialı (borc verən) ilə cavabdeh X7 (borc alan) arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən borc verən borc alana 25000 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 26 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Borc alan kredit məbləğini DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobilinin alınması üçün istifadə edəcəkdir. - İddiaçı ASC-nin **********165 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli kredit müqaviləsinin bitmə tarixinə əsas borc 12302,70 ABŞ dolları, kredit müqaviləsinin bitmə tarixinə faiz borcu 1875,75 ABŞ dolları, kredit müqaviləsinin bitmə tarixinə cərimə borcu 349,53 ABŞ dolları təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2018-ci il tarixli, **********272 saylı məktubla X5 pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 10771,18 ABŞ dolları, cərimə borcu üzrə 3047,54 ABŞ dolların borcun mövcud olduğu bildirilmişdir. Borcun ödənilmədiyi təqdirdə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borcun ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili alqı-satqı müqaviləsinə əsasən X5 məxsusdur. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)1404/2016 saylı qərardadı ilə İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli,cavabdeh X3 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 1875,75 ABŞ dolları, cərimə borcu üzrə 349,53 ABŞ dolları, cəmi 14527,98 ABŞ dolları məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqununu digər iştiirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1.-ci mаddəsinə görə öhdəliyini icrа etməyən borclu kreditorа dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, onu qаytаrmаqdаn boyun qаçırmаqlа, onun ödənilməsini digər şəkildə gecikdirməklə və yа toplаmаqlа ondаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа onun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində ifadə olunmuş bank tərəfindən tələb edilən məbləğin - faiz və əsas borcun şişirdildiyi, cavabdehin bankın tələb etdiyi məbləğdə borcunun olmadığı, ondan tələb edilən məbləğin həqiqətə uyğun olmadığı dəlillərini yoxlanılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 09/199 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxx” ASC ilə X7 (“borcalan”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 246F4 saylı X1 şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2015-ci il tarixə banka olan borcu aşağıdakı kimi hesablanmışdır: ödənilən məbləğ – 24649,75 ABŞ dolları, hesablanan faiz – 12735,25 manat, ödənilən faiz – 10999,02 manat, ödənilən əsas məbləğ 13650,73 manat. X1 2.1-ci bəndinə əsasən kredit üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 26 faizlə hesablanır. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə faizlər bu müqavilənin ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. Müqavilənin 2.3-cü bəndinə görə borc alan tərəfindən kredit üzrə borc verənin ödənilməli olan əsas borc və faizlər 3.6-cı bəndində göstərilmiş müddətdə ödənilmədikdə həmin əsas borc və faizlər gecikdirilmiş hesab olunur. Müqavilənin 3.6-cı bəndinə əsasən kredit məbləğindən istifadə müddətinin axımı ssuda hesabı üzrə borcun yarandığı gündən başlanır və bu müqaviləyə 1 nömrəli Əlavədə Ödəniş cədvəli) göstərilən kreditin son ödəniş tarixində saat 16:00 bitir. İşdə olan ödəniş cədvəlindən görünür ki, kreditin son ödəniş tarixi xx.xx.2015-ci il müəyyən olunub. İşdə olan iddiaçının təqdim etdiyi maliyyə arayışından və ekspert rəyindən görünür ki, cavabdehin göstərilən kreditin son ödənişi xx.xx.2015-ci il tarixdə olmuşdur. Ekspert rəyi ilə Təminatlı Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə qalıq borc, o cümlədən: əsas borc üzrə - 11349,27 ABŞ dolları; faiz borcu üzrə -1736,23 ABŞ dolları, cərimə üzrə - 650,0 ABŞ dollar məbləğində təşkil edildiyi müəyyən olunur. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin borcun tutulması hissəsində dəyişdirilməli, iddiaçının tələb etdiyi borc məbləgi ekspertin rəyi ilə müəyyən etdiyi məbləğlərdə - əsas borc üzrə - 11349, 27 ABŞ dolları; faiz borcu üzrə -1736,23 ABŞ dolları, cərimə üzrə - 650,0 ABŞ dollar məbləğində təmin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnamənin iddianın borcun ödənilməsi hissəsindən narazı olduğunu bildirmiş, iddia tələbinin təmin edilmiş - tutma girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldildərək və girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması hissəsini mübahisələndirməmişdir. Lakin cavabdeh apelyasiya şikayətində məhkəmə qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində qətnaməsinin mübahisələndirilməyən hissəsini AR MPM-nin 372.6-cı maddəsinin tələblərinə əsasən yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tutma girov predmetinə yönəldilməsi, girov ilkin satış qiyməti təyin edilməklə, açıq hərracda satılması hissəsini təmin edərək haqlı olmuşdur. X1 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi “xxxx” ASC-nin 4 saylı filialı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxs X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 246/1F4 saylı girov müqaviləsinin predmeti sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxs X4 “DAF” (tip:TE8555XS; Ban:XLR TE85XC0E645209; Rəngi: Ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili çıxış edir. Girov müqaviləsinin 4.4-cü bəndinə əsasən girov qoyan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə girov predmetinə ödənişi yönəltmək girov saxlayanın hüququdur. Mülki Məcəllənin 460.1-ci mаddəsində əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkə-məyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 09/199 saylı rəyi üzrə alınmış ekspertiza tədqiqatına görə 120 (yüz iyirmi) manat məbləğ cavabdeh X3 tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun ödənilməsi hissəsində dəyişdirilməli, cavabdeh X3 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11349,27 ABŞ dolları, faiz borcu üzrə 1736,23 ABŞ dolları, cərimə borcu üzrə 650,0 ABŞ dolları, cəmi 13735,5 ABŞ dolları məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cəfərov Musa İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-2(82)- 102/2019 saylı qətnaməsi iddia tələbinin borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh X3 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11349,27 ABŞ dolları, faiz borcu üzrə 1736,23 ABŞ dolları, cərimə borcu üzrə 650,0 ABŞ dolları, cəmi 13735 (on üç min yeddi yüz otuz beş) ABŞ dolları, 50 sent məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 09/199 saylı rəyi üzrə alınmış ekspertiza tədqiqatına görə 120 (yüz iyirmi) manat məbləğ cavabdeh X3 tutulub dövlət büdcəsinin – büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət xəzinədarlığı Agentliyi kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(103)-136/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-136/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver