Məhkəmə qərarları › İş №2-2(103)-1370/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1370/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1370/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5241/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.10.2021-ci il tarixli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən X2 məxsus Xəzər rayonu, Pirallahı, Damba 1 ünvanda yerləşən istixanaya 27.01.2017-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 36234,40 (otuz altı min iki yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində borcun **********00055 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı, Damba 1 ünvanda yerləşən **********00055 saylı abonent kodu olan istixanaya təbii qazın verilməsi bərpa edilməsi və 36234,40 (otuz altı min iki yüz otuz dörd manat, qırx qəpik) manat borcun ödənilməməsinə görə istixanaya təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-5241/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı X3 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Prosessual qanunvericiliyin qeyd olunan tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri kimi iddiaçıya təbii qazın verilməsinin dayandırılması cavabdehə qadağan edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi 36234,40 manat borc məbləği 27.01.2017-ci il tarixli ******* nömrəli akta əsasən hesablanıb və hazırda iddiaçı tərəfindən ödənilməli olan borc məbləği 39919,34 manat təşkil edir. “Qazdan istifadə qaydaları”nın 6.1 və 6.1.4-cü bəndlərindən isə müəyyən edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilməsini dayandıra bilər. Mövcud təcrübə də ondan ibarətdir ki, istehlakçı tərəfindən bir ay müddətində borc ödənilmədiyi halda qazın verilməsi dayandırılır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılana qədər iddiaçının əsassız hesablandığını iddia etdiyi borca görə onun bu sahədə inhisarçı olan Cavabdeh İB tərəfindən təbii qazın istehlakından məhrum edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının mütənasibsiz maddi zərərə uğraması ehtimalı kifayət qədər yüksəldir. Bununla yanaşı kollegiya hesab edir ki, istixanaya təbii qazın verilməsi bərpa edilməsi hissəsində ərizə təmin edilə bilməz. Çünki, iddiaçı cavabdeh tərəfindən istixanaya təbii qazın verilməsinin dayandırılması barədə ilkin sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin diqqətinə çatdırır ki, Mülki Prosessual Məcəllənin yeni redaksiyasına uyğun olaraq müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni istixanaya təbii qazın verilməsinin dayandırılmasının Cavabdeh İB-yə qadağan edilməsi barədə ərizənin rədd edilməsində ləğv edilməli və yuxarıda qeyd olunanlara əsasən həmin hissədə ərizə təmin edilməli, qalan hissədə isə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5241/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.10.2021-ci il tarixli qərardadı qismən, yəni istixanaya təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə ərizənin rədd edilməsində ləğv edilsin. Həmin hissədə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Pirallahı, Damba 1 ünvanda yerləşən **********00055 saylı abonent kodu olan istixanaya təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar