Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1371/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli e2- 2(113)-2309/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “AD TRAVELMMC-dən 16.846 manat borcun, habelə 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC X10 Dövlət Qeydiyyatı İdarəsində 02 mart 2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cəmiyyət Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və nizamnaməsi əsasında vətəndaşlara turizm xidmətləri və aviabiletlərin satışından ibarət xidmətlər həyata keçirir. İddiaçı MMC fəaliyyətə başladığı gündən etibarən öz işgüzar nüfuzunu qorumaq üçün cəmiyyətdə müsbət imic formalaşdıraraq, vətəndaşların və digər sahibkarlıq subyektlərinin etibarını qazanmışdır. İddiaçı MMC fəaliyyətə başladığı ildən X13 Birliyinin peşəkar standartlarına cavab verdiyi üşün İATA (X11 Association) tərəfindən sertifikat təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sertifikatdan da göründüyü kimi ******* nömrəli İATA kodu verilmiş və müqavilə bağlanmışdır. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Cavabdeh MMC ilə 01.06.2019- cu il tarixdə “Aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən agent - Azera Turizm MMC mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə-Cavabdeh MMC-yə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin, müqavilədə nəzərdə tutulmuş qaydada agentə ödənilməsini öhdəsinə götürmüşdür. Bir sözlə cavabdeh tərəfindən aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişləri yalnız İddiaçı MMC vasitəsi ilə sifariş edəcəklərini və bununla da qeyd olunan sifarişlər barədəki ödənişlərin vaxtında və tam ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişlər verilməyə başlandı. Cavabdeh müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün ümumilikdə 22.546 manat məbləğində xidmətlər sifariş vermiş və verilmiş sifarişlər İddiaçı MMC tərəfindən dərhal həyata keçirilmişdir. Cavabdeh qeyd olunan 22.546 manat məbləğin 5.700 manatını ödəsə də, qalan 16.846 manat məbləği ödəməmiş, ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə dəfələrlə əlaqə saxlansa da, həmin məbləğ ödənilməmiş qalır. İddiaçı şikayət ərizəsi ilə Nəsimi rayon polis idarəsinə müraciət etmiş, Nəsimi rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən Cavabdeh MMC-nin direktoru X2 və cavabdehin adından onunla birlikdə müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün sifarişlərin verilməsini həyata keçirən X6 şikayət ərizəsində göstərilənlərlə bağlı izahatları alınmışdır. Cavabdeh MMC-nin direktoru X7 və X14 izahatlarında aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün İddiaçı MMC-yə borcu olduğunu təsdiq etmişlər. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-2(113)-2309/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC -dən 16846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq “Azera Turizm MMC–yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2021-ci il tarixli , e-2-2 (133)-2309 saylı qətnəməsini ləğv edərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar va əlavə tədqim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələblərini pozmuşdur. Qətnamə 14.10.2021-ci il tarixdə rəsmi olaraq cavabdehə təqdim olunmuşdur. Bu iş barədə tərəf olaraq rəsmi qaydada xəbərdar edilməmiş, MPM-nin 9-cu maddəsinin çəkişmə prinsipi pozulmaqla qətnamə çıxarılmışdır. Məhkəmə hətta subutların saxtalaşdırılmasından belə çəkinməmişdir. Mənsimov Səmrah izahatında borcun "xxxx" MMC-nin borcu olduğunu təsdiq etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli e-2-2(113)-2309/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halıdır ki, İddiaçı MMC (agent) ilə Cavabdeh MMC (subagent) arasında “Aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilə bağlanmış, bu müqaviləyə əsasən “agent” mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verməyi, subagent isə bu avidaşımaların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə əsasında cavabdehin 16.846 manat məbləğində borcu qaldığını iddia etmiş və iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə Sərhəd qızının ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində toplanmış materialdan çıxarışlar (izahatlar), 18.10.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd ediləməsi haqqında“ qərar təqdim edilmişdir. “Cinayət işinin başlanmasının rədd ediləməsi haqqında“ qərarda Qanuni nümayəndə Sərhəd qızı ilə X15 və X9 ilə ararlarında yaranmış mübahisələrin həll edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi izah edilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində toplanmış materialda olan X8 izahatının təsdiq edilmiş surətindən görünür ki, D.Sədiyeva cavabdehin qanuni təmsilçisi X9 ilə qohum olduğunu göstərmiş və bildirmişdir ki, 01.03.2019-cu il tarixdən X5 İddiaçı MMCdən aviabiletlərin alınması, otellərin bron edilməsi,sığorta işinin yazılmasında əvvəllər bu sahədə işlədiyi üçün təmənnasız köməklik etmişdir. D.Sədiyeva İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə Sərhəd qızına ümumilikdə müqavilə üzrə 18000 manat pul borcu olduğunu təsdiq etmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 rayon Polis İdarəsinə verdiyi izahatda bildirmişdir ki, “Cavabdeh MMC onun adına olmasına baxmayaraq, əsas işlər ilə X15 məşğul olmuş, bu səbəblə də tələb edilən 18000 manat onun tərəfindən yox, Cavabdeh MMC adından X15 ödəməlidir. X15 ilə qohumluq və yaxın münasibəti yoxdur.” Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin normalarından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları sübut növlərindən biridir. Hazırkı halda Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 Nəsimi rayon Polis İdarəsinə verdiyi izahatdan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin icrası ilə bağlı hərəkətlər qanuni təmsilçinin razılığı və şifahi tapşırığı əsasında onun qeyri-rəsmi işçisi X15 tərəfindən həyata keçirilmişdir. Buna görə də, qanuni təmsilçi iddiaçı ilə hansı əməliyyatların həyata keçirildiyi və hansı məbləğdə borc qalığı olması barədə məlumatının olmadığını qeyd edir. Direktor özü təsdiq edir ki, borc Cavabdeh MMC-nin adından ödənilməlidir, lakin borcun ödənilməsini X15 həyata keçirilməlidir. Cavabdeh MMC-nin adından fəaliyyət göstərmiş X15 izahatında iddiaçı ilə bağlanmış müqavilə əsasında 18000 manat borclu olduqlarını təsdiq etdiyindən, həmin borcun ödənişi ilə bağlı sübutlar olmadığından, o cümlədən iddiaçı ilə müqavilə Cavabdeh MMC ilə bağlandığından məhkəmə hesab edir ki, iddiaya cavab verməli olan şəxs X15 deyil, Cavabdeh MMC olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi 16.846 manat borc cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli e-2- 2(113)-2309/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "AD Travel” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli e-2-2(113)-2309/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1371/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1371/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver